“POLİS ƏMƏKDAŞLARI BİZİ TƏXRİBATA ÇƏKDİ”
Tarix: 19-03-2012, 16:19 | Çap et
“BUNA ƏVVƏLCƏDƏN HAZIRLAŞMIŞDILAR”
Gənclərin Hüquqlarını Müdafiə Komitəsinin martın 17-də Bakıda keçirdiyi mitinq qalmaqalla bitdi. “Bulustan” rep qrupunun ifa etdiyi musiqinin sözlərinə etiraz qarşıdurma yaratdı, bu da repçi Camal Əli, gitaraçı Natiq Kamilov və “NİDA” Vətəndaş Hərəkatının üzvü Etibar Salmanlının saxlanılması ilə nəticələndi. Səbail Rayon Məhkəməsinin qərarı ilə Camal Əli 10, Natiq Kamilov 6, Etibar Salmanlı 5 sutka həbs cəzası aldı. Onlar İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsi ilə (xırda xuliqanlıq) təqsirli biliniblər.
Mitinqin təşkilatçılarından olan AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı martın 19-da “Media forum” saytının suallarını cavablandırıb.
- Mitinqi konsert proqramı ilə bitirmək əvvəlcədən planlaşdırılmışdı?
- Bəli, bunu əvvəlcədən fikirləşmişdik. Bu məsələ idarə heyətinin toplantısında müzakirə edilmişdi. Hamı razılaşdı ki, çox yaxşı olar. Çünki mitinqə dəvətlilərin əksəriyyəti gənclər idi. Biz bu qərarı verərkən xarici ölkələrin təcrübəsini də nəzərə almışdıq.
Rokla yanaşı tar ifasını da düşünmüşdük. Amma soyuq havada tar şişir, ifa etmək çətinləşir. Buna görə yalnız rok musiqisinin səslənməsi üstündə dayandıq.
- İfa olunan mahnının sözləri aksiya iştirakçılarının narazılığına səbəb oldu. Hansı mahnıların səsləndiriləcəyi müəyyənləşdirilmişdimi?
- Tam müəyyənləşdirilməmişdi. Nəzərə alın ki, Bakı Şəhər İcra Hakimiyyəti konstitusiya hüquqlarımızı pozaraq aksiyanı mitinqə bir gün qalmış sanksiyalaşdırdı. Buna görə işlərimiz çox tələsik oldu. Gənclərin Hüquqlarını Müdafiə Komitəsinin üzvləri nəzərdə tutmuşdu ki, Firudun Allahverdinin “Rüşvətxor müəllim”, “Büdcə” mahnılarını səsləndirək. Bu mahnılar bizim mitinqin tələbləri ilə üst-üstə düşürdü. Zaman azlığı bütün incəlikləri nəzərə almağa mane oldu.
- Mitinqin sonunda niyə dava düşdü?
- Bunda təşkilat komitəsi olaraq bizim də günahlarımız var. İlk dəfədir belə aksiya keçirirdik, təcrübəsizliyimiz öz sözünü dedi. Amma dava sırf təxribat idi. Bir nəfər tribunaya çıxıb Camal Əlinin söyüş söyməsinə etiraz bildirdi. Biz də bu məsələni yoluna qoyduq. Sonradan iki nəfər mülki geyimli polis əməkdaşı ortaya girib uşaqları döyməyə başladı. Bunu da aksiya iştirakçılarının adına çıxırlar. Polis əməkdaşları bizi təxribata çəkdi. Buna əvvəlcədən hazırlaşmışdılar.
- Camal Əli tribunaya əlində pivə bankası çıxıb danışanda təşkilat komitəsindən kimsə buna öz etirazını bildirdimi?
- Bəli, biz Camal Əliyə etiraz bildirdik. O da pivəni yığışdırdı. Biz bu vəziyyət yaşanmamışdan bir neçə dəqiqə əvvəl öz aramızda danışıb razılaşdırmışdıq ki, mitinqi dayandıraq. Amma mülki geyimlilər bizdən tez tərpəndilər. Bu da, yenə deyirəm, bizim təcrübəsizliyimizdən irəli gəldi. Növbəti aksiyalarda bu qüsurları nəzərə alacağıq.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • İrana görə daha bir ölkə çətin vəziyyətdə – Yarım milyard dollar bloklandı
Bu gün, 11:00 |
|
|
|
| • Astarada sel və daşqından mübarizə tədbirlərinə 2 milyon xərclənəcək
Bu gün, 10:55 |
|
|
|
| • Azərbaycanda bu şəxslərə ömürlük azadlıqdan məhrumetmə cəzası verilə bilməz - Hakim
Bu gün, 10:53 |
|
|
|
| • Elmi-tədqiqat üçün Qazaxıstandan Azərbaycana 10 min diri heyvan gətirilib
Bu gün, 10:46 |
|
|
|
| • Dövlət Aqrar Universiteti 240 min manatı nəyə xərcləyəcək?
Bu gün, 10:44 |
|
|
|
| • Paşinyan kilsəni xaricdə də rahat qoymayacaq - KİV
Bu gün, 10:40 |
|
|
|
| • "Yeni Klinika"ya direktor təyin olundu - ƏMR
Bu gün, 10:36 |
|
|
|
| • Buralarda NƏ İŞLƏR ÇEVRİLİR... - BİR BİLƏN OLSA...
Bu gün, 10:28 |
|
|
|
| • Azərbaycanda daha bir məktəbdə BIŞAQLANMA - TƏFƏRRÜAT
Bu gün, 10:17 |
|
|
|
| • Araz qırağının əcəb ZİBİLGAHI VAR... - BU NƏDİ BELƏ?
Bu gün, 10:13 |
|
|
|
| • Azərbaycan neftinin qiyməti 113 dolları keçib
Bu gün, 09:50 |
|
|
|
| • “Əməkhaqqı artmadığı halda necə olur xidmət qiymətləri 3 dəfə artır?!” - ETİRAZ
Bu gün, 09:45 |
|
|
|
| • Mehdiyevin 32 hektarlıq bağı əlindən alındı: Fermalar, bağlar və… - İDDİA
Bu gün, 09:39 |
|
|
|
| • “Putinin “üçbaşlı müharibə koalisiyası” Azərbaycanla münaqişəyə səbəb ola bilər” -erməni politoloq
Bu gün, 09:33 |
|
|
|
| • Bakıda qayınatasının çənəsini sındıran şəxsə hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 08:34 |
|
|
|
| • Qarabağda MÜHARİBƏ istəyən ölkə - ŞOK iddia
Bu gün, 08:11 |
|
|
|
| • Nazirdən ANONS: minlərlə ailəyə verilən məbləğ artacaq? – Türkiyə modeli…
Bu gün, 08:09 |
|
|
|
| • Əhalinin ərzaq xərcləri 55%-ə çatdı: Bahalaşmanın səbəbi... - GƏLİŞMƏ
Bu gün, 08:07 |
|
|
|
| • "Pozuntu edənlər niyə “qəfəsdə” olmurlar bəs?!" - ETİRAZ
Bu gün, 08:04 |
|
|
|
| • Azər Məmmədov yeni gələndə ümid edən işçilər... - İNDİ PEŞMANDIR...
Bu gün, 07:46 |
|
|
|
| • Sahib Məmmədov niyə 'obyektini' mədəni naşılara həvalə edib? - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 07:27 |
|
|
|
| • Xaçmazda təhsil sistemi bəlkə bundan sonra... - ŞƏRH
Bu gün, 07:20 |
|
|
|
| • Xəstəxana direktorlarının “kütləvi qırğını” niyə başladı? - Əslində, TƏBİB-də nə baş verir…
Bu gün, 07:16 |
|
|
|
| • ABŞ 38 ildən sonra ilk dəfə dəniz topundan istifadə edib - "The War Zone"
Bu gün, 07:10 |
|
|
|
| • Azərbaycanda çörək bahalaşacaq? – İqtisadçı izah edir
Bu gün, 07:05 |
|
|
|
| • Bir qurumda bu qədər adamın işləməsinə ehtiyac yoxdur, İXTİSARLAR OLMALIDIR - ONA GÖRƏ DƏ...
Bu gün, 06:58 |
|
|
|
| • Kritik mərhələ: Avropa Ermənistanda kimi və nəyi qoruyacaq? - Görünəni odur ki...
Bu gün, 06:55 |
|
|
|
| • Yerində sayan sektor: milyonları niyə itiririk? - AKTUAL
Bu gün, 06:52 |
|
|
|
| • "İctimai şuralar həmin o rəsmi qurumların sözünü deyir..." - FAKT BUDUR!
Bu gün, 06:50 |
|
|
|
| • Qaradağ Rayon İcra Hakimiyyətinin struktur bölməsinin külli miqdarda vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 06:48 |
|
|
|
| • "Verilişə gələrkən maşını vurdum..."
Bu gün, 06:45 |
|
|
|
| • TƏBİB-in TƏCİLİ olmayan yardımı... - "Ümid edək ki..."
Bu gün, 06:34 |
|
|
|
| • Niyazi Bayramovun korrupsiya ortaqları - SİYAHI
Bu gün, 06:28 |
|
|
|
| • Bankların faiz gəlirləri niyə rekord həddə çatıb? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:25 |
|
|
|
| • Təzə başçı gələndə camaat düşündü ki... - FOTO
Bu gün, 06:24 |
|
|
|
| • Pensiyalarla bağlı vacib xəbər – İlin sonunda…
Bu gün, 06:19 |
|
|
|
| • Statistika Komitəsinin tabeli qurumu icarə müqaviləsi bağlamadan fəaliyyət göstərir - Palata
Dünən, 18:06 |
|
|
|
| • Vüsal Xanlarovun rəhbəri olduğu qurumda pozuntular: - 400 ədəd arabaya 135 mindən artıq vəsait xərcləndi
Dünən, 18:02 |
|
|
|
| • Bu gün BMT canlı meyitdir - Natiq Miri
Dünən, 17:55 |
|
|
|
| • Son 3 ayda 144 min əcnəbi quru yolla Azərbaycana daxil olub – Rəsmi
Dünən, 17:49 |
|
|
|
| • Deputat oğlunun “Crystal Group”u dövlət büdcəsini necə "idarə edir"? - İmtiyazlı podratçı...
Dünən, 17:42 |
|
|
|
| • Azay Quliyev də İŞLƏRİ DÜZ APARMAYIB... - DETALLAR
Dünən, 17:31 |
|
|
|
| • Ermənilərin Xocalıdakı cinayətlərinə etirazını bildirən rusiyalı yazıçı Yuri Pompeyev vəfat edib
Dünən, 17:28 |
|
|
|
| • Şuşa rayon Mərkəzi Xəstəxanasının tikintisində sovrulan milyonlar... - Qarabağın bərpasına da HARAM QATIBLAR
Dünən, 17:24 |
|
|
|
| • Dövlət Statistika Komitəsinin anbarında 4.7 milyon manatlıq istifadəsiz planşet aşkarlandı - DÖVLƏTİ SANKİ QARƏT EDİBLƏR...
Dünən, 17:23 |
|
|
|
| • Siraqəddin Cabbarov onu işdən çıxardı - ƏMR
Dünən, 17:20 |
|
|
|
| • Dövlət Agentliyi "Kontakt Home"da qanun pozuntuları aşkarlayıb - DETALLAR
Dünən, 17:11 |
|
|
|
| • Gənclər və İdman Nazirliyində 32 milyonluq yoxlama - Kimlərə artıq pullar ödənilib?
Dünən, 17:10 |
|
|
|
| • Böyük Britaniya şirkətinin Azərbaycandakı filialı bağlanır
Dünən, 17:06 |
|
|
|
| • “İdmançılara lazımi maddi və mənəvi dəstək verilmir” -Tofiq Musayev
Dünən, 17:04 |
|
|
|
|