“Sputnik Azərbaycan”ın əməkdaşları Rusiyada EV DUSTAĞI EDİLİR? .....                     Qağaməli Seyfullayevin fəaliyyəti araşdırılsa... .....                     “İstanbul Hospital”ın sahibi ağır əməllərdə günahlandırılır .....                     Ramiz Mehdiyevin QİSAS TAKTİKASI... .....                     "Broker Əbülfəz” yenidən səhnədə .....                     Ramiz Mehdiyevin “karqo” sektorundakı izləri .....                     Ölümə səbəb olan Gömrük əməkdaşı Mirzə Sadıqov kimdir? .....                     TKTA sədri anamın üzünə sillə vurdu .....                     "O, bizim ayaqqabımızı cütləyən adam olub…" .....                     Tranzit razılığı Azərbaycana 40 milyon dollara qədər gəlir gətirə bilər - .....                     Əliyevin 11 il əvvəl Sərkisyana dediyi möhtəşəm cümlə .....                     Ukraynaya dəstək verən ölkələr Rusiyaya belə yardım edir .....                     '166 KARQO' müştəriyə ÇİLƏ YAŞADIR... .....                     Yevlaxda sakinlər İMDAD DİLƏYİR... .....                     AZƏRİQAZ-da ŞAH qanunun belinə minib... .....                     Biz artıq hər şeyi sübut etmişik: həm işğalçılara, həm dünyaya, həm də, ən əsası, özümüzəO .....                     “Putinin bu qərarı Azərbaycana təsirsiz ötüşə bilməz...” .....                     İrəvandan gözlənilən jest: 3 kənd .....                     ABŞ şatdaun səbəbilə nüvə silahlarının hazırlanmasında illərini itirə bilər .....                     “Paşinyan Köçəryanın səhvini düzəltməlidir” .....                     “Elman Nəsirovun qızına ev verirəm, 5 il sonra qaytarar” .....                     “Atamın istəyini reallaşdırmadıq, bu fikir bizi yandırıb-yaxdı” .....                     Ramiz Mehdiyevin QULDAR TƏFƏKKÜRÜ... .....                     Ramiz Mehdiyevin “Dövlət Şurası”nda müxalifət liderləri də var .....                     NAR-da mühüm dəyişiklik .....                     Qafqazın geopolitik taleyi “logistika savaşı”ndan asılıdır .....                     Ermənistan "3+3"ün növbəti iclası ilə bağlı Azərbaycanla müzakirə aparır .....                     Ramiz Mehdiyev ÖLKƏNİ BELƏ İDARƏ EDƏCƏKDİ... .....                     Ermənistan-Türkiyə dialoqu yaxın vaxtlarda nəzərəçarpacaq nəticələr verməlidir .....                     "Sayğac dəyişdiriləndə abonentə məlumat verilməlidir..." .....                     AQTA yaxasını KƏNARA ÇƏKƏ BİLMƏZ... .....                     Azərbaycanın Təbrizdəki baş konsulu vəzifəsinə yeni təyinat olub .....                     Sabah "fövqəlnazir"in ailə şirkətinin məhkəməsidir .....                     Hesablama Palatası "Azəristiliktəchizat"da nöqsanlar aşkarlayıb .....                     Azərbaycan İordaniyaya yeni səfir təyin edib .....                     Eldar Səlimov İraqa səfir təyin edilib .....                     Azərbaycan Yaponiyaya yeni səfir təyin edib .....                     Meksikaya yeni səfir təyin edilib .....                     Azərbaycanın Yaponiyaya yeni səfiri təyin edilib .....                     Azərbaycanın Meksikadakı səfiri .....                 

Rusiya XİN-i artıq çoxdan səyyar sirkə çevrilib - HƏQİQƏTƏN DƏ...
Tarix: 27-08-2025, 06:44 | Çap et

Ukrayna avqustun 24-də Müstəqillik Gününü qeyd etdi. Ya təsadüfdən, ya da qəsdən, həmin gün təcavüzkar ölkənin xarici işlər naziri Sergey Lavrovun NBC telekanalına verdiyi müsahibə işıq üzü gördü. O, bildirdi ki, Ukrayna yalnız bir şərtlə “mövcudluğunu davam etdirə bilər” – əgər Rusiya tərəfindən ilhaq edilmiş ərazilərdən “imtina edərsə”. Bundan əvvəl “Reuters” öz mənbələrinə istinadən xəbər vermişdi ki, Vladimir Putin müharibəni dayandırmaq üçün məhz bunu şərt kimi irəli sürüb.

Ukrayna yalnız o halda mövcud olmaq hüququna malikdir ki, insanları buraxsın. Kiyevdəkilər Novorossiya, Donbas və Krımda keçirilmiş bir neçə referendumda rus mədəniyyətinə mənsub olduqlarına qərara verən insanları “terrorçular”, “fərdlər” adlandırırlar”, – Lavrov “izah edib”. Onun iddiasına görə, guya Ukrayna hakimiyyəti “ruslara mənsub olan hər şeyi məhv etməyi” qarşısına məqsəd qoyub.

Lavrov həmçinin bəyan edib ki, Ukrayna ilə bağlı istənilən təhlükəsizlik təminatları “Rusiyanın əsas maraqlarını” nəzərə almalıdır. “Xatırladım ki, 2022-ci ilin aprelində Ukrayna tərəfini bu müharibəyə son qoya biləcək sənədin təqdim edilməsi qane edirdi. Həmin sənəd Ukraynanın neytral, bloklara qoşulmayan, nüvə silahı olmayan ölkə olacağı barədə bəyanatla başlayırdı”, – nazir bildirib.

Rusiya XİN rəhbəri Volodimir Zelenskini “rejimin de-fakto başçısı” adlandırıb, lakin onun legitimliyinə şübhə edib. Lavrovun versiyasına görə, “Ukrayna Konstitusiyasına əsasən” Zelenskinin prezident səlahiyyətləri başa çatıb. Bununla belə, o əlavə edib ki, Putin Ukrayna lideri ilə görüşməyə “hazırdır”, lakin sənədlərin imzalanması üçün “imzanı legitim şəxsin atacağına” aydınlıq olmalıdır.

Lavrov həmçinin iddia edib ki, Rusiya “heç vaxt və heç bir halda” mülki obyektlərə zərbə endirmir. Moskvanın rəsmi nümayəndəsinin bu cür açıq yalanı isə artıq heç kəsi təəccübləndirmir. Onun sözlərinə görə, Rusiya kəşfiyyatında “etibarlı məlumatlar” var və hücumlar guya yalnız hərbi obyektlərə və silah istehsalı ilə bağlı müəssisələrə yönəlib.

Lavrov bu çıxışı ilə nə demək istəyib? Əslində, bu müsahibə Trampın Rusiya ilə danışıqlardan gözlədiyi bütün nəticələri heçə endirir. Tamamilə aydındır ki, Lavrov öz rəhbərinin mövqeyini təkrarlayır və görünür, artıq Putinlə danışıqlara ümid etməyə dəyməz. Bu halda, məntiqi olaraq, Ukraynanı elə silahlarla gücləndirmək lazımdır ki, təcavüzkar uzun müddət tab gətirə biləcəyinə şübhə etsin. Yəni onları sülhə məcbur etmək lazımdır.

Ukraynanın keçmiş informasiya siyasəti nazir müavini, Postinformasiya Cəmiyyəti İnstitutunun direktoru, Kiyev-Moqilyansk Akademiyasının müəllimi Dmitro Zolotuxin Pressklub.az-a açıqlamasında bununla bağlı fikirlərini bölüşüb.

Onun sözlərinə görə, Sergey Lavrov və Mariya Zaxarovanın “təlxək” şouları artıq çoxdan diplomatiya və beynəlxalq münasibətlərlə heç bir əlaqəsi olmayan ayrıca siyasi fəaliyyət janrına çevrilib. “Lavrovun üzərində “SSRİ” yazılmış sviter geyərək verdiyi kobud eyham və Zaxarovanın “Kalinka-malinka” rəqsi Rusiya XİN-ni çoxdan səyyar sirkə çevirib.

Buna görə də, Lavrovun çəkinmədən hətta Ağ Evin sakinlərini belə “kəskin suallarla sancan” amerikalı jurnalist Kristen Uelkerin suallarına cavabları maraqlıdır. Lavrovun şousunu təhlil edərkən soyuqqanlı olmaq və onun şüur axınını müəyyən meyarlarla dəyərləndmək lazımdır. Əvvəlcə geosiyasi konteksti müəyyənləşdirək. Sonra informasiyanın təqdim edilməsi formasını nəzərə alaq. Nəhayət, onun səsləndirdiyi fikirlərin məzmununu təhlil edək.

Beləliklə, makrosəviyyədə anlayırıq ki, Kremlin Dağlıq Qarabağla bağlı apardığı “vasitəçilik” fəaliyyəti yalnız öz maraqlarını təmin etməyə və üstünlüklər əldə olunması üçün münaqişənin davam etməsinə yönəlib. Amma Donald Tramp münaqişənin yenidən alovlanmasının qarşısını almaq üçün siyasi iradə nümayiş etdirərək öz potensialından istifadə etməyə çalışdı.

Bu sadə faktlar göstərir ki, münaqişələrin dayandırılması prinsipcə Rusiyanın geosiyasi maraqlarına daxil deyil. Başqa sözlə, Sergey Lavrov ayaqlarını yerə döyüb rəqs etməyə və bizi sülhün bərqərar olması üçün aparılan birgə işin nəticəsindən yayındırmağa çalışır. Jurnalist müsahibə zamanı dəfələrlə onu bu istiqamətə yönəltməyə cəhd göstərdi. Lakin Qarabağ məsələsində olduğu kimi, Lavrov problemin effektiv həllində maraqlı deyil. O, yalnız öz cılız geosiyasi faydaları naminə münaqişənin davamının təbliğində maraqlıdır.

Kremlin makrosəviyyəli düşüncə tərzindən informasiyanın təqdimetmə formasına keçək. Hazırda Kremlin xarici siyasət kursunu daimi öz aralarında rəqabət aparan üç şəxs təmsil edir. Bunlar Putinin köməkçisi Yuri Uşakov, nazir Sergey Lavrov və Kremlin xüsusi nümayəndəsi Kirill Dmitriyevdir.

Dmitriyevin və Lavrovun mediadakı fəallığını (bu, Ankoric sammitindən sonra onun üçüncü və ya dördüncü müsahibəsidir) nəzərə alsaq, Rusiya xarici işlər naziri hiss edir ki, gənc həmkarı Dmitriyev onu geridə qoymağa başlayır. Bu proseslərin qarşısını almaq üçün Lavrov mediaya verdiyi müsahibələrdə “Putindən daha çox Putin olmaq” məcburiyyətində qalır. Sergey Lavrovun hərbi ritorikası əslində Kirill Dmitriyevlə xarici siyasət gündəmində birincilik uğrunda pərdəarxası mübarizəsinin nəticəsidir”, – alim vurğulayıb.

O, kontekstdən və formadan sonra məzmuna keçib. “Sergey Lavrovun söz yığını dəfələrlə müzakirə olunmuş eyni məsələlərin təkrarından ibarətdir. Jurnalist Kristen Uelker bir neçə dəfə onu tarixi proseslərin müzakirəsindən gələcəyə dair perspektivlərə yönəltməyə çalışır, amma Lavrov hər dəfə onu səthilikdə günahlandırır və suallara mahiyyəti üzrə cavab verməkdən imtina edir.

Əslində isə o, birbaşa etiraf edə bilmir ki, Putinin Donald Trampa verdiyi Vladimir Zelenski ilə şəxsi görüş vədi yalandır – necə ki, Putinin bir çox əvvəlki bəyanatları da yalan çıxmışdı. Lavrov öz söz yığını ilə məhz bu faktı pərdələməyə çalışır. Putinlə Zelenski arasında heç bir görüş olmayacaq, çünki Putin Zelenski ilə görüşməkdən qorxur.

Lakin Trampa verilən vəd Putinin telefon zəngi zamanı səslənmişdi. Bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Levitt açıqlama verib. İndi isə Lavrovun bütün sözləri rəhbərini öz vədini yerinə yetirməmək məsuliyyətindən yayındırmağa yönəlib. Ən çox təəccüb və gülüş doğuran da məhz budur.

Tramp Dağlıq Qarabağ nümunəsində sülh naminə ciddi geosiyasi addımlar atmaq istəyini göstərdi. Buna görə də prezident İlham Əliyev Trampın Nobel Sülh Mükafatına namizədliyi perspektivlərini müsbət dəyərləndirdi. Deməli, Trampın hansısa oyuna girdiyini düşünmək üçün əsas yoxdur. O, sadəcə doğrudan da başa düşmür ki, Vladimir Putin hansı səbəbdən dəfələrlə onu aldadır və yerinə yetirməyə hazırlaşmadığı vədlər verir.

Bu halda Sergey Lavrov sadəcə kukla teatrındakı obrazdır və ona tapşırılan sözləri deyir. Onun sözlərini ciddi qəbul etməyə dəyməz.

Ukraynada sülhə aparan yeganə yol artıq Azərbaycanın siyasi rəhbərliyi tərəfindən nümayiş etdirilən yoldur: işğala razılaşmamaq və həqiqət uğrunda mübarizə aparmaq. Bu məsləhət və dəstəyə görə İlham Əliyevə minnətdarıq və Lavrovla Dmitriyev arasındakı daxili çəkişmələri görməzlikdən gələrək bu strategiyaya sadiq qalmağa çalışacağıq”, – deyə Zolotuxin yekunlaşdırıb.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Sputnik Azərbaycan”ın əməkdaşları Rusiyada EV DUSTAĞI EDİLİR? - BU NƏDİ BELƏ?
Bu gün, 08:01
Qağaməli Seyfullayevin fəaliyyəti araşdırılsa... - İTTİHAM VAR...
Bu gün, 07:58
“İstanbul Hospital”ın sahibi ağır əməllərdə günahlandırılır - Ramiz Mehdiyevin daha bir obyekti üzə çıxdı
Bu gün, 07:54
Ramiz Mehdiyevin QİSAS TAKTİKASI... - NƏ BAŞ VERİR?
Bu gün, 07:36
"Broker Əbülfəz” yenidən səhnədə - Gömrüyün köhnə siması geri qayıdır?
Bu gün, 07:34
Ramiz Mehdiyevin “karqo” sektorundakı izləri - Niyə araşdırılmır?
Bu gün, 07:31
Ölümə səbəb olan Gömrük əməkdaşı Mirzə Sadıqov kimdir? - İLGİNC
Bu gün, 07:21
TKTA sədri anamın üzünə sillə vurdu - Diplomu tanınmayan hərbçidən ETİRAZ
Bu gün, 07:19
"O, bizim ayaqqabımızı cütləyən adam olub…" - Ramiz Mehdiyevin kürəkəni Əsabil Qasımovu rüsvay elədi
Bu gün, 07:15
Tranzit razılığı Azərbaycana 40 milyon dollara qədər gəlir gətirə bilər - - GƏLİŞMƏ
Bu gün, 07:07
Əliyevin 11 il əvvəl Sərkisyana dediyi möhtəşəm cümlə – Təkrarlana bilər…
Bu gün, 07:05
Ukraynaya dəstək verən ölkələr Rusiyaya belə yardım edir - Şok
Bu gün, 07:03
'166 KARQO' müştəriyə ÇİLƏ YAŞADIR... - NARAZILIQ VAR...
Bu gün, 07:01
Yevlaxda sakinlər İMDAD DİLƏYİR... - MÜRACİƏT
Bu gün, 06:49
AZƏRİQAZ-da ŞAH qanunun belinə minib... - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 06:46
Biz artıq hər şeyi sübut etmişik: həm işğalçılara, həm dünyaya, həm də, ən əsası, özümüzəO - BUNDAN SONRA...
Bu gün, 06:32
“Putinin bu qərarı Azərbaycana təsirsiz ötüşə bilməz...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 06:29
İrəvandan gözlənilən jest: 3 kənd - NƏ BAŞ VERİR?
Bu gün, 06:22
ABŞ şatdaun səbəbilə nüvə silahlarının hazırlanmasında illərini itirə bilər - CNN
Bu gün, 06:21
“Paşinyan Köçəryanın səhvini düzəltməlidir” - ONA GÖRƏ DƏ...
Bu gün, 06:19
“Elman Nəsirovun qızına ev verirəm, 5 il sonra qaytarar” - Şərurlu İsfəndiyar
Dünən, 23:47
“Atamın istəyini reallaşdırmadıq, bu fikir bizi yandırıb-yaxdı”
Dünən, 23:43
Ramiz Mehdiyevin QULDAR TƏFƏKKÜRÜ... - Bizi Allah saxlayıb...
Dünən, 23:41
Ramiz Mehdiyevin “Dövlət Şurası”nda müxalifət liderləri də var - İLGİNC
Dünən, 21:18
NAR-da mühüm dəyişiklik - BUNDAN SONRA...
Dünən, 21:09
Qafqazın geopolitik taleyi “logistika savaşı”ndan asılıdır - Məhz Zəngəzur dəhlizi regional lideri müəyyən edəcək
Dünən, 18:15
Ermənistan "3+3"ün növbəti iclası ilə bağlı Azərbaycanla müzakirə aparır
Dünən, 18:12
Ramiz Mehdiyev ÖLKƏNİ BELƏ İDARƏ EDƏCƏKDİ... - XƏYANƏTİN DETALLARI...
Dünən, 17:33
Ermənistan-Türkiyə dialoqu yaxın vaxtlarda nəzərəçarpacaq nəticələr verməlidir - Mirzoyan
Dünən, 17:27
"Sayğac dəyişdiriləndə abonentə məlumat verilməlidir..." - Amma gör, AZƏRİQAZ NƏ EDİR...
Dünən, 17:00
AQTA yaxasını KƏNARA ÇƏKƏ BİLMƏZ... - ƏSLİNDƏ...
Dünən, 16:49
Azərbaycanın Təbrizdəki baş konsulu vəzifəsinə yeni təyinat olub - SƏRƏNCAM
Dünən, 16:39
Sabah "fövqəlnazir"in ailə şirkətinin məhkəməsidir -15 il əvvəl mülkü alıblar, pulunu vermirlər
Dünən, 16:36
Hesablama Palatası "Azəristiliktəchizat"da nöqsanlar aşkarlayıb - TƏFƏRRÜAT
Dünən, 16:34
Azərbaycan İordaniyaya yeni səfir təyin edib
Dünən, 16:32
Eldar Səlimov İraqa səfir təyin edilib
Dünən, 16:31
Azərbaycan Yaponiyaya yeni səfir təyin edib
Dünən, 16:30
Meksikaya yeni səfir təyin edilib - SƏRƏNCAM
Dünən, 16:29
Azərbaycanın Yaponiyaya yeni səfiri təyin edilib
Dünən, 16:28
Azərbaycanın Meksikadakı səfiri GERİ ÇAĞRILDI
Dünən, 16:26
Azərbaycanın Yaponiyadakı səfiri geri çağırılıb - SƏRƏNCAM
Dünən, 16:25
Ramiz Mehdiyevin Rusiyaya yazdığı məktub üzə çıxıb - FOTOFAKT
Dünən, 16:23
Azərbaycanda sobalar, plitələr və aspiratorlar üçün məcburi standartlar hazırlanır
Dünən, 16:15
3 gün əvvəl işdən çıxarılan generalın Saleh Səmədovla əlaqəsi üzə çıxdı - FOTO
Dünən, 16:14
Elçin Babayevin ŞÜBHƏLİ TENDERLƏRİ... - BU NƏDİ BELƏ?
Dünən, 16:09
DOST Agentliyi 3 illik auditor seçir
Dünən, 16:03
Azərbaycan nümayəndə heyəti Avronest PA-nın İrəvandakı plenar sessiyasında iştirak etməyəcək
Dünən, 13:40
“Qaçqınkom”un sektor müdiri vəfat edib
Dünən, 13:37
Zabil Qəhrəmanov təcridxanaya köçürüldü - AÇIQLAMA
Dünən, 13:09
Audiovizual Şura MTV-nin cərimələnməsi üçün məhkəməyə müraciət edib
Dünən, 13:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru