Ruslar üçün ümid işığı, yoxsa Putinin “B” planı? - hər kəs nə baş verəcəyini həyəcanla gözləyir
Tarix: 30-01-2024, 10:59 | Çap et
 Rusiya prezidentliyinə namizəd Boris Nadejdin namizədliyinin müdafiəsi üçün 100 min imza toplayıb. Proses davam edir.
“Azadlıq” radiosunun məlumatına görə, Nadejdin Vətəndaş Təşəbbüsü Partiyasından namizədliyini irəli sürür, açıq anti-müharibə mövqeyi tutur və beşinci dəfə Prezident olmaq üzrə olan Vladimir Putinin siyasətinə açıq şəkildə qarşı çıxır.
Nadejdinin hazırda 60 yaşı var, o, siyasətdəki karyerasına 1990-cı illərdə başlayıb. 2000-ci illərdə Sağ Qüvvələr Birliyi Partiyasından Dövlət Dumasının deputatı olub.
Nadejdin elan etdi ki, imzaların toplanması davam edir - ən azı 150 minə qədər və əsasən yuxarı həddi keçilməmiş bölgələrdə. Qeydiyyatdan keçmək üçün Nadejdin MSK-ya ən azı 40 regiondan 105 mindən çox olmayan imza təqdim etməlidir. Ən yüksək keyfiyyətli imzaları təqdim etmək üçün daha çox sayda imza lazımdır ki, Rusiya Mərkəzi Seçki Komissiyası səhv tapıb onları “əsl olmayan” adlandırmaq imkanına malik olmasın.
İmzaların toplanması yanvarın 31-də başa çatır. MSK fevralın 10-dan gec olmayaraq namizədlərin qeydiyyatını elan edəcək. Hazırda prezidentliyə imza toplamaq icazəsi verilmiş və ya parlament partiyaları tərəfindən irəli sürülən 11 namizəd mübarizə aparır (belə namizədlərin imza toplamasına ehtiyac yoxdur).
Rusiyada prezident seçkilərində səsvermə 2024-cü il martın 15-dən 17-dək keçiriləcək.
Belə iştirakın mənası nədir? Axı, yəqin hamı başa düşür ki, bu “seçkilər” mahiyyət etibarı ilə rəqabətsiz olacaq. Bəs Nadejdin nəyi göstərmək istəyir - Rusiyada hələ də Putin rejiminə ən azı bir formada müqavimət göstərməyə hazır olan ictimai qüvvələr var? Başqa hansı məqsəd ola bilər?
AYNA-nın suallarını tanınmış rusiyalı ekspertlər cavablandırıblar.
“After Empire” portalının baş redaktoru, politoloq Olqa Kurnosova:
“Mənə aydındır ki, müasir Rusiyada olan diktatura rejimində seçkilər nəticəsində hakimiyyət dəyişmir. Seçkilər yalnız seçkili demokratiyalarda olur. Çox güman ki, Mərkəzi Seçki Komissiyası sadəcə olaraq Nadejdinin imzalarını rədd edəcək.
Bütün bu hekayədə başqa bir şey vacibdir. Rusiyada Putindən bezmiş və dəyişiklik istəyən kifayət qədər çox insan var. Və bu kəşf Prezident Administrasiyası üçün xoşagəlməz sürpriz oldu.
Bütün ölkə qarşısında imza toplayan yeganə namizədin yarışdan kənarlaşdırılması Putinin legitimliyini birmənalı şəkildə artırmır. Beləliklə, mənim fikrimcə, Nadejdinin namizədliyi plana uyğun getməyən bir şeydir.
Nadejdinin peyda olması seçkiləri idarə edən Kiriyenkonun planına uyğun deyil. Təbii ki, Kiriyenko bunun öhdəsindən gələcək. Ancaq çox çalışmalı olacaq”.
Şərqi Avropa ölkələri üzrə ekspert, “Azadlıq” radiosunun jurnalisti Vadim Dubnov (Praqa):
“Mənim nöqteyi-nəzərimə görə, bu, xeyri olmayan bir oyundur ki, burada hər iki tərəfin nəyi qalibiyyət hesab edə biləcəkləri barədə öz fikirləri var. Düşünmürəm ki, Prezident Administrasiyası indiki halda bu şəkildə seçici fəallığını artırmağa və ya hesab baxımından sırf texnoloji bir iş görməyə ümid edir.
Hesab edirəm ki, hesablama təxminən 2018-ci ildə Kseniya Sobçakın seçkilərdə iştirak etdiyi hekayəsində olduğu kimidir. Ona ən radikal anti-Kreml və hətta Putin əleyhinə şüarlarla danışmağa, qadağan olunanları - Krım və başqa hər şey haqqında söyləməyə icazə verilmişdi. Bu, sadəcə olaraq, qarşıdan gələn seçkilərin yekun protokolunda reallıqda nə qədər rusiyalının bu nöqteyi-nəzəri dəstəklədiyini göstərmək üçün edilir.
Mənə elə gəlir ki, indi Boris Nadejdinlə təxminən eyni hekayə gedir. Və bu baxımdan, Nadejdinin dəstəklənməsi mənə bu hekayənin bir fenomeni kimi görünür: insanlar sadəcə ümidsiz vəziyyətdə qalaraq, istənilən bir oyun qaydasını qəbul etməyə hazırdırlar ki, öz anti-müharibə demokratik mövqelərini ifadə edə bilsinlər. Özü də bunu prinsipcə risksiz və tam cəzasızlıqla edilə biləcəyi illüziyasını yaşayırlar.
Ona görə də hesab edirəm ki, burada Boris Nadejdin qısamüddətli özünü təsdiq etmək imkanı əldə edir (baxmayaraq ki, onun heç bir xüsusi demokratik mövqeyi yoxdur). Məhz belə bir şəxsin demokratik əqidələrin təmsilçisi vəzifəsinə irəli sürülməsi əslində mənə Rusiyanın demokratik ictimaiyyəti üçün ən böyük itki kimi görünür”.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Əli Əsədov benzinin qiyməti ilə bağlı QƏRAR VERDİ
Dünən, 18:15 |
|
|
|
| • Karapetyanın partiyasının üzvləri saxlanıldı
Dünən, 17:27 |
|
|
|
| • Çexiya Azərbaycana yeni hərbi təlim təyyarəsini təklif edib
Dünən, 17:26 |
|
|
|
| • Naxçıvanda taksi narazılığı: Bu avtomobillərə qadağa qoyuldu – AYNA-dan CAVAB
Dünən, 17:20 |
|
|
|
| • İran bəyanat verdi: - Müharibə mürəkkəb mərhələyə keçir
Dünən, 17:18 |
|
|
|
| • Rusiya Avropa strukturlarının nümayəndələrinə qarşı sanksiyalar tətbiq edib
Dünən, 17:15 |
|
|
|
| • “İpək Yolu Sığorta” kiçilib, gəlirləri azalıb
Dünən, 17:13 |
|
|
|
| • Sankt-Peterburqda Putin və Əraqçi arasında görüş keçirilir
Dünən, 17:10 |
|
|
|
| • Çimərlikdəki qətlin məhkəməsi – ŞOK İFADƏLƏR
Dünən, 16:51 |
|
|
|
| • 70 kq qızılla tutulan polkovnikə - Hökm oxundu
Dünən, 16:44 |
|
|
|
| • Paşinyanın sərhədlə bağlı açıqlamasına Bakıdan REAKSİYA: - “Mübahisəli ərazilər var...”
Dünən, 16:37 |
|
|
|
| • Deputatın qızlara pulsuz təhsil təklifinə REAKSİYA: - “Hansısa tələbənin təhsil haqqını özü ödəsin”
Dünən, 16:33 |
|
|
|
| • "Pünhan kişidir, rəftar fərqli olmalıdır"
Dünən, 16:30 |
|
|
|
| • Məzahir Pənahov yenidən MSK sədri seçilib
Dünən, 16:29 |
|
|
|
| • Xocalı sakinləri işsizlik və həyətyanı sahə problemi ilə üzləşirlər... - NARAZILIQ VAR...
Dünən, 16:03 |
|
|
|
| • ABŞ-nin İranla bağlı strategiyası naməlumdur - Almaniya Kansleri
Dünən, 15:53 |
|
|
|
| • MSK-nın heç bir funksiyası yoxdur - Siyasilərdən REAKSİYA
Dünən, 15:51 |
|
|
|
| • “Bank Avrasiya”nın maliyyə vəziyyəti ürəkaçan deyil – Ümidsiz kreditlərin payı kəskin artıb
Dünən, 15:48 |
|
|
|
| • “Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov istefaya göndərilib
Dünən, 15:45 |
|
|
|
| • Turan Topalova tutduğu vəzifədən ayrıldı - ƏMR
Dünən, 15:44 |
|
|
|
| • Ermənistanda Rusiya lehinə olan kanallar silindi
Dünən, 15:42 |
|
|
|
| • Cəlilov da BELƏ YEYİR: Hər kilometrə 200 MİN MANAT... - AY MAŞALLAH...
Dünən, 15:34 |
|
|
|
| • Bank of Baku 27 qəpik borcu 2 manata necə çevirib? - Mərkəzi Bank vətəndaş şikayətinə belə CAVAB VERDİ
Dünən, 15:22 |
|
|
|
| • SAVAŞDAN ÇIXANA “XOX GƏLİRLƏR”: “Telefonumuza cavab verməsəniz, qohumlarınıza zəng edəcəyik” - ÖZBAŞINA QALIBLAR...
Dünən, 15:15 |
|
|
|
| • Avropa İttifaqının Gürcüstandakı səfiri XİN-ə çağırılıb - KİV
Dünən, 15:03 |
|
|
|
| • Paşinyanın korteji hamilə qadını belə vurub – yeni iddia
Dünən, 15:02 |
|
|
|
| • Elgiz və Xoşqədəm yeni layihə ilə efirə QAYIDIR
Dünən, 14:39 |
|
|
|
| • Xəyal Rza qəzaya düşdü - FOTO
Dünən, 14:38 |
|
|
|
| • Bu temp Anar Rzayevi HƏBSƏ GÖTÜRƏ BİLƏR... - ÇÜNKİ...
Dünən, 14:33 |
|
|
|
| • Cavid Nəbiyevin şirkətləri borc içində: Siyahıda "Anadolu Efes" də var - TƏFƏRRÜAT
Dünən, 14:25 |
|
|
|
| • “Görünür, Kremldə də çox istəyirlər ki, Zelenski ilə Bakıda hansısa görüş keçirilsin, amma...”
Dünən, 14:08 |
|
|
|
| • Aqil Abbasdan “Ağdam Bus” kartlarının buraxılmasına münasibət: -“2-3 min adam üçün nəyə lazımdır?”
Dünən, 14:06 |
|
|
|
| • Marukyan Azərbaycanı məhkəməyə vermək istəyir
Dünən, 14:02 |
|
|
|
| • Körpələrin yeməyinə tamah salan BÖYÜKLƏR... - İTTİHAM VAR...
Dünən, 13:47 |
|
|
|
| • Maliyyə icarəsi verənlərin reyestri ilə bağlı dövlət rüsumu müəyyənləşir - MƏBLƏĞ
Dünən, 13:42 |
|
|
|
| • Gürcüstanla sərhədin delimitasiyasının başa çatdırılması barədə razılıq əldə etmişik - Paşinyan
Dünən, 13:34 |
|
|
|
| • Bakıda FACİƏ: pəncərəni silən qız binadan yıxılıb ÖLDÜ - TƏFƏRRÜAT
Dünən, 13:31 |
|
|
|
| • Bu şəxslər MSK-nın yeni tərkibində yer almadı - SİYAHI
Dünən, 13:07 |
|
|
|
| • “Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? - Rusiyanın “kölgə tanker”ində İran izi
Dünən, 13:06 |
|
|
|
| • “Səfərbərlik kimi məsuliyyətli proseslərdə qanun pozuntusuna yol vermək olmaz” - deputat
Dünən, 12:59 |
|
|
|
| • Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir - belə deyirlər...
Dünən, 12:49 |
|
|
|
| • Dilarə Kazımova ailə quracağı şəxsə ŞƏRT KƏSDİ - "Məni üç uşağımla..."
Dünən, 12:39 |
|
|
|
| • Azərbaycanda tətbiq edilən ŞOK SİLAH – Daha təhlükəli formada qayıdıb?
Dünən, 12:35 |
|
|
|
| • Distant təhsil günlərində internet güzəşti olacaq? - AKTUAL
Dünən, 12:30 |
|
|
|
| • Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası davam etdiriləcək - Nikol Paşinyan
Dünən, 12:27 |
|
|
|
| • Portağal idxalı: İrandan çox alırıq, Türkiyədən isə ucuz… - SİYAHI
Dünən, 12:24 |
|
|
|
| • Gürcüstanda 55 əcnəbi saxlanıldı - Aralarında Azərbaycan vətəndaşları da var
Dünən, 12:13 |
|
|
|
| • Deputat Aydın Mirzəzadənin sərgüzəştləri - Orxan Saffari yazır...
Dünən, 12:08 |
|
|
|
| • Bu komitəyə yeni sədr seçildi - ƏMR
Dünən, 12:02 |
|
|
|
| • Hakim Elnur Nuriyev bir dələduza niyə HÖKM oxumur? - 165 ailə Mehriban Əliyeva və İnam Kərimova üz tutdu
Dünən, 11:58 |
|
|
|
|