ABŞ-nin İranla bağlı strategiyası naməlumdur .....                     MSK-nın heç bir funksiyası yoxdur .....                     “Bank Avrasiya”nın maliyyə vəziyyəti ürəkaçan deyil .....                     “Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov istefaya göndərilib .....                     Turan Topalova tutduğu vəzifədən ayrıldı .....                     Ermənistanda Rusiya lehinə olan kanallar silindi .....                     Cəlilov da BELƏ YEYİR: Hər kilometrə 200 MİN MANAT... .....                     Bank of Baku 27 qəpik borcu 2 manata necə çevirib? .....                     SAVAŞDAN ÇIXANA “XOX GƏLİRLƏR”: “Telefonumuza cavab verməsəniz, qohumlarınıza zəng edəcəyik” .....                     Avropa İttifaqının Gürcüstandakı səfiri XİN-ə çağırılıb .....                     Paşinyanın korteji hamilə qadını belə vurub .....                     Elgiz və Xoşqədəm yeni layihə ilə .....                     Xəyal Rza qəzaya düşdü .....                     Bu temp Anar Rzayevi HƏBSƏ GÖTÜRƏ BİLƏR... .....                     Cavid Nəbiyevin şirkətləri borc içində: Siyahıda "Anadolu Efes" də var .....                     “Görünür, Kremldə də çox istəyirlər ki, Zelenski ilə Bakıda hansısa görüş keçirilsin, amma...” .....                     Aqil Abbasdan “Ağdam Bus” kartlarının buraxılmasına münasibət: .....                     Marukyan Azərbaycanı məhkəməyə vermək istəyir .....                     Körpələrin yeməyinə tamah salan BÖYÜKLƏR... .....                     Maliyyə icarəsi verənlərin reyestri ilə bağlı dövlət rüsumu müəyyənləşir .....                     Gürcüstanla sərhədin delimitasiyasının başa çatdırılması barədə razılıq əldə etmişik .....                     Bakıda FACİƏ: pəncərəni silən qız binadan yıxılıb ÖLDÜ .....                     Bu şəxslər MSK-nın yeni tərkibində yer almadı .....                     “Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? .....                     “Səfərbərlik kimi məsuliyyətli proseslərdə qanun pozuntusuna yol vermək olmaz” .....                     Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir .....                     Dilarə Kazımova ailə quracağı şəxsə ŞƏRT KƏSDİ .....                     Azərbaycanda tətbiq edilən ŞOK SİLAH .....                     Distant təhsil günlərində internet güzəşti olacaq? .....                     Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası davam etdiriləcək .....                     Portağal idxalı: İrandan çox alırıq, Türkiyədən isə ucuz… .....                     Gürcüstanda 55 əcnəbi saxlanıldı .....                     Deputat Aydın Mirzəzadənin sərgüzəştləri .....                     Bu komitəyə yeni sədr seçildi .....                     Hakim Elnur Nuriyev bir dələduza niyə HÖKM oxumur? .....                     Məhkəmə sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı qərar çıxardı .....                     Rövşən Rzayev keçmiş icra başçısı Tahir Kərimovun şirkətinə yaşıl işıqlar yandırır .....                     Nizami Kino Mərkəzinin direktoru işdən çıxıb, yerinə müvəqqəti təyinat olub .....                     Mərkəzi Bankın tenderi niyə ləğv olundu? .....                     Milli Məclis MSK-nın yeni tərkibini təsdiqləyib .....                 

"QAÇQINKOM" RƏHBƏRLİYİNƏ ŞOK İTTİHAM
Tarix: 5-12-2013, 12:12 | Çap et
"QAÇQINKOM" RƏHBƏRLİYİNƏ ŞOK İTTİHAM
Prezident İlham Əliyev and içmə mərasimində bir daha bəyan etdi ki, korrupsiyaya qarşı mübarizə daha da sərtləşdiriləcək və korrupsiyanın kökü kəsiləcək. Həmçinin Nazirlər Kabinetinin formalaşması zamanı daha çox şikaytlərin daxil olduğu iki nazirliyin rəhbəri postundan uzaqlaşdırıldı. Amma ekspertlər hesab edir ki, kadr təyinatları bundan sonrada davam edəcək və oliqarxlaşan bir sıra məmurlarla vidalaşma olacaq.
Əli Həsənovun görünməyən biznesi
Bunu da qeyd edək ki, bu gün oliqarxlaşan məmurların əksəriyyəti 20 ildən çoxdur ki, ya nazir,ya da komitə sədri postunda çalışıblar. Bunlardan biri də Qaçqınların və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin (“Qaçqınkom”) sədri Əli Həsənovdur. Diqqəti uzun illər cəlb etməyən Əli Həsənov bu gün ölkədə ki, ən zəngin insanlardan biridir. “Unikal”ın apardığı araşdırmalara görə Əli Həsənovun bu gün biznesi uşaq bağçasından tutmuş tikinti sektoruna qədər, ticarət mərkəzlərindən tutmuş turizmə qədər, restoranlar şəbəkəsindən tutmuş, fermer təsərrüfatına qədər bütün sahələri əhatə edir. Öncələr Sumqayıt şəhərində daşınmaz əmlak, ticarət mərkəzlərinə sahiblənən Əli Həsənov yaxın qohumlarını bu şəhərdə müxtəlif vəzifələrə təyin etdirməklə demək olar ki, şəhərin mühüm hissəsinə sahiblənə bildi. Yeri gəlmişkən baş nazirin müavininin bu şəhərdə restoranları, uşaq baxçası və ticarət mərkəzləri də var. Amma gəlin tələsimədən ortada olan faktlara aydınlıq gətirək.

Əli Həsənovun
gəlir mənbələri

Sual oluna bilər ki, Əli Həsənov yüz milyonlarla manat dəyərində sərvəti necə əldə edib? Bu sualın cavabını isə gəlin qaçqın və məcburi köçkünlərə ayrılan vəsaitlərdə və bəzi qaranlıq nüanslarda axtaraq. Və sualı belə qoyaq,qaçqınlar adından milyonlarla manat dövlət büdcəsindən necə çıxarılır? Rəqəmlərə baxaq. Bu yaxınlarda Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bəyan etdi ki, Azərbaycanda 1 milyon yox, 1 milyon 200 min qaçqın və məcburi köçkün var və hər bir qaçqın və məcburi köçkünə 1300 dollar vəsait sərf olunub. Nəticədə il ərzində qaçqın və məcburi köçkünlərin xərcləri ötən il 300 milyon manata başa gəlib. Bu il isə 600 milyon sərf olunur. Son 20 ildə isə 5,4 milyard dollar xərclənib. Bəs reallıqda necə? Aparılan araşdırmalar sübut edir ki, yer üzünün elə bir konflikt nöqtəsi yoxdur ki, qaçqınlara il ərzində bu qədər vəsait xərclənsin. Belə hesab edək ki, neft ölkəsi olduğumuzdan biz çox xərcləmişik. Amma bu gün qaçqın və məcburi köçkünlərin durumuna baxsaq bu rəqəmin üçdə birinin qaçqına sərf olunduğunu görəcəyik. Bundan başqa Hesablama Palatası Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin 2012-ci ildəki fəaliyyətini təftiş edərkən, bu istiqamətdə böyük mənimsəmə faktları aşkara çıxarıb. Belə ki, 2012-ci ilin hesabatına görə, QMKDK ötən il respublika üzrə 555 min 475 nəfər məcburi köçkün elektrik enerjisi, 352 min 625 nəfə köçkünü təbii qazla, 526 min 510 nəfəri su ilə təzhiz edib.Nəticədə aydın olub ki, 283,2 min manat büdcə “yeyintisi”, 267 min manat isə vergidən yayınma halı aşkarlanıb.Gördüyünüz kimi adi bir yoxlama nəticəsində aydın olur ki, 500 min manatdan çox pul bir əməliyyatla silinərək aradan çıxarılıb. Bununla yanaşı ekspertlər hesab edir ki, reallıqda hər bir qaçqın üçün il ərzində ən çox halda 500 dollar sərf oluna bilər. Belə olan halda məlum olur ki, 300 milyon manatdan çox vəsait yoxa çıxır.
Tender tələs

Amma Dövlət büdcəsindən vəsait tək bu şəkildə yox olmur. Daha maraqlısı həyata keçirilən tenderlərdir ki, burda da tikinti ilə bağlı tenderlər diqqəti daha çox cəlb edir. “Unikal”ın apardığı araşdırmalar göstərir ki, komitənin tikinti ilə bağlı həyata keçirtdiyi tenderlər cəmiyyətdən gizli şəkildə həyata keçirilir və tenderlərin qalibi ya Əli Həsənovun qohumları olur, ya da ona yaxın şirkətlər. Buda bildirilir ki, istənilən tenderin qalibi olan şəxs qeyri-rəsmi şəkildə alacağı pulun 20 faizini geri qaytarır. Bu isə il ərzində bir neçə milyon manat deməkdir.Amma məsələ bununla da bitmir.

Tikilən evlər qaçqınlara necə verilir

“Unikal”ın araşdırmalarına görə əsasən bölgələrdə tikilən mənzillər qaçqınlara heç də havayı, dövlət hesabına verilmir. Belə ki, bir otaqlı evlər üçün tələb olunan rüşvət 3000 manat, otaqların sayı artarsa və ya sahəsi geniş olarsa, bu rəqəm 10 min manata qədər yüksəlir.Və bu elə şəkildə həyata keçirilir ki, kimsənin bunu sübut etməsi mümkünsüzdür. Bunu da qeyd edək ki,
Bütün bu əməliyyatlar Əli Həsənov, doğma qardaşı və Zəngilan Rayon İcra Hakimiyyətinin Başçısı Ramiz Həsənov ,və sədrin yaxın qohumları, “Qaçqınkom”un departament rəhbəri Elman İsmayılovun rəhbərliyi ilə həyata keçirilir.Aparılan araşdırma zamanı aydın olub ki, qaçqınlarla bir başa təması adətən Ramiz Həsənov həyata keçirir və demək olar ki, bu sahədən gələn pullar onun vasitəsi ilə bir mərkəzdə toplanır. Özünün də qaçqın rayonunda icra başçısı olması işlərini asanlaşdırır.

Fermer biznesinin
şaxələri

Əldə etdiyimiz digər məlumata görə Əli Həsənovun dəyər verdiyi biznes sahələrindən biri də fermer təsərrüfatı sahəsidir. Bu gün Əli Həsənov və Elman İsmayılov ikisinin dəyəri milyonlarla ölçülən fermer təsərrüfatlarının yaradılması prosesinə start verdiyini bildirilir. Mənbənin sözlərinə görə, Bakı kəndlərində yaradılan fermer təsərrüfatları öz böyüklüyü və çoxçeşidliyi ilə diqqət çəkir.Bildirilir ki, hər iki dövlət yetkilisi fermer təsərrüfatlarının inkişafı üçün daha çox sovet dönəmindən qalan təsərrüfat obyektləri və torpaqlardan istifadə edir: “Son vaxtlar Bakıətrafı ərazilərdə sovet dönəminə məxsus ferma və torpaqların E.İsmayılov tərəfindən ələ keçirilməsi və tamamilə sökülməsi prosesi müşahidə edilməkdədir. Sovet dövrünə məxsus tövlələri sökən, ərazini qalınlığı yarım metrə çatan hündür beton hasarlarla əhatələyən “Qaçqınkom” yetkilisi keçmiş ferma torpaqlarında müasir tövlələr inşa etdirməkdədir. Artıq tikintisi aparılan bu tövlələrin inşasının yaxın bir neçə ayda başa çatdırılması nəzərdə tutulub. Nazirlik yetkililərinə məxsus məlum fermalardan biri Novxanı kəndinin girəcəyində, yolun sol tərəfində yerləşir ki, burada hər gün onlarla ağır texnikanın işlədiyi müşahidə edilməkdədir. Kənd sakinlərinin sözlərinə görə, tikiləcək fermalarda iribuynuzlu mal-qara ilə yanaşı, müxtəlif quş növləri də yetişdiriləcək.
Tənəkdən gələn milyonlar
Qaçqınların və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun məşğul olduğu biznes sahələrini araşdırdıqca daha maraqlı məqamlarda ortaya çıxır. Hətta heç kəsin ağılına belə gəlməyəcək sahələrdən komitə sədrinin pul qazana bilməsi təccüb yaradır. Sən demə komitə sədri həm də dekorativ ağac biznesinidə manapoliyaya götürübmüş. Bu biznes sahəsi Ə.Həsənova yaxın şəxslərin tam nəzarəti altındadır. Onlar “Qaçqınkom” sədrinin patronajlığı altında çalışır və yaxşıca pul qazanırlar. Bakıda bəzək ağac və kollarının yetişdirilməsi ilə indiyə qədər üç iri şirkət məşğul idisə, indi artıq hər üç şirkət vahid mərkəzə tabedir, yəni bir vaxtlar ayrı-ayrı iş adamları tərəfindən yaradılan və inkişaf etdirilən bu firmaların üçünün də gerçək sahibi eyni adamdır.Şirkətlərin çiçəklənməsində Ə.Həsənovun Ekologiya və Təbii Sərvətlər Nazirliyi rəhbərliyi ilə sıcaq münasibətlərinin də rolu var: “Son vaxtlar bu nazirliyin xətti və təşəbbüsü ilə Bakıda və şəhərətrafı ərazilərdə yaşıllıq zolaqlarının salınması prosesi xeyli sürətlənib. Hər dəfə də on minlərlə ağac və kol bitkisi əkildiyi haqda rəsmi məlumatlar yayılır. Amma onların haradan gətirilib dövlətə satıldığı haqda bir kəlmə də izah verilmir. Heç o ağacların sonrakı aqibəti də bəlli olmur. Təkcə son bir ildə əkilən yüz minlərlə belə bitkinin taleyi ilə maraqlanmaq istəyənlər Bakı-Salyan yolu boyunca Şıxovda, Qobustanda, Ələtdə magistral yolların kənarlarına basdırılan ağacların quruyub kösövə dönmüş budaqlarına baxa bilərlər”.
Qaynağımız bu məqamda daha bir maraqlı detalı vurğuladı: “O ağaclara qulluq etmək üçün əsasən xüsusi adamlar ayrılır. Amma ağaclar baxımsızlıqdan quruyub gedir. Növbəti ildə onların yerinə yeni tinglər əkilir. Bu şübhəli təkrar əkinlərin Əli Həsənovun nəzarət etdiyi söylənilən biznesə nə dərəcədə aidiyyətinin olduğunu bilən isə yoxdur”.
Qeyd edək ki, belə ağac və kol tinglərinin birinin ən ucuzu 50 manatdır. Dövlət büdcəsinin belinə biri 70-80 manata minən yaşıl bərbəzək də var.

İlk tüstü çıxd

Bunu da qeyd edək ki, uzun illər bu komitədə nələrin baş verdiyini sadəcə olaraq müəyyənləşdirmək çox çətin idi. Çünki Əli Həsənov komitə sədri olmaqla yanaşı, qaçqınlar sahəsinə həm də nəzarət etməli olan baş nazirin müavinidir. Yəni Nazirlər Kabinetində Əli Həsənovun fəaliyyətini yoxlamaq üçün, elə Əli Həsənovun özü yoxlamaya başlamalıdır. Bu isə bir daha sübut edir ki, bir sıra biznes sahələrində monopoliya yaradan Əli Həsənov elə qaçqınlarla bağlı sahəni də tam olaraq monopoliyaya götürüb. Amma bu yaxınlarda baş verən olaylar maxenasiya kartlarını ortaya çıxartdı. Belə ki, bu ilin mayında “Qaçqınkom”un nəzdindəki Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru vəzifəsində çalışan Ayaz Orucovla Əli Həsənov arasında münaqişə olub və Ə.Həsənov deputatı iclasdaca işdən azad edib. Səbəb A.Orucovun rəhbərlik etdiyi fond tərəfindən həyata keçirilən tikinti layihələrində ciddi korrupsiyaya yol verilməsi olsada bu gizlədilib. Əslində isə aydın olub ki, A.Orucov prezident İlham Əliyevin qəzəbinə gəlib. Belə ki, prezident ötən ilin sonlarında Müşfiqabad yaxınlığında qaçqınlar üçün tikilmiş yaşayış binalarının açılışında iştirak edən zaman tikintinin yarıtmaz aparıldığının şahidi olub. Dövlət başçısı cavabdeh məmurlardan hesabat tələb edib. Əli Həsənov isə tikintiyə baş nazir Artur Rəsizadəyə yaxın şəxs olan deputat Ayaz Orucovun məsuliyyət daşıdığını bildirib.Mənbə bildirir ki, prezident baş nazirə bununla bağlı ciddi iradını bildirib. Daha sonra Ayaz Orucovun tikdirdiyi digər yaşayış binalarında da oxşar vəziyyətin hökm sürdüyü, tikintidə və mənzillərin təmirində ucuz materiallardan istifadə olunduğu, smeta sənədlərində isə qiymətlərin şişirdildiyi məlum olub. ”Unikal”ın araşdırmasına görə əslində Ayaz Orucovla Əli Həsənov illər boyu tikinti biznesində şərikli işləyiblər və vəziyyət mürəkkəbləşəndə sadəcə olaraq deputatı qurban verib. Gəlin tikinti sektorundan milyonların qazanılmasını sübut edən məqamlara baxaq. Belə ki, məlum olub ki, Bakıda Heydər Əliyev prospektinə alternativ yeni yolun çəkilməsi layihəsi çərçivəsində sökülən tikililərin arasında deputatın da obyektləri var.Ayaz Orucovun metronun “Koroğlu” stansiyasının ətrafında yerləşən obyektdə “Hidromaşservis” şirkəti, “İndesit” soyuducularının distribütor mərkəzi və “Espanyol mebel” salonu var. Bundan başqa aydın olub ki, onun biznes şəbəkəsinə Beyləqan rayonunda və Bakı ətrafında çoxsaylı restoranlar, mağazalar, mebel sexləri və s. daxildir. İtaliya markası olan “İndesit” soyudcularının Azərbaycandakı distribütorluğunu da deputatın şirkəti həyata keçirir. Həmçinin onun biznesinə digər məişət avadanlıqlarının ixracı və satışı daxildir.İndi isə təsəvvür edin, adi bir mərkəz rəhəbərinin bu qədər sərvəti varsa,komitə sədrinin nələri ola bilər? Çox maraqlıdır ki, Əli Həsənov həm də qohumcanlığı ilə ad çıxarıb. Bildirilir ki, komitə sədrinin ən vacib işlərindən biri də budur ki, qohumlarını ən müxtəlif sahələrdə işlərə cəlb edir. Komitədə onlarla qohumu, qardaşı icra başçısı olan Əli Həsənov elə onların vasitəsi ilə də biznes şəbəkəsini inkişaf etdirir. Bu gün komitə sədrinin Rusiyada, Türkiyədə, Yunanıstanda və Şərqi Avropada milyonlarla manat dəyərində biznesinin olduğu bildirilir

Əli Həsənovun
siyasi gedişləri

Əli Həsənovun biznes şəbəkəsi ilə yanaşı siyasi gedişləri də hər zaman maraqla izlənilir. Belə ki, daima pusqu mövqeyində olan Əli Həsənov məqamı çatanda hucuma da keçə bilir. Bir müddət öncə Əli Həsənovun biznesi ilə bağlı mətbuata informasiya sızdı və aydın oldu ki, bu işdə onun rəqiblərinin əli var. Hətta buda söylənildi ki, Əli Həsənov bu əməllərinə görə postundan uzaqlaşdırılacaq. Amma nələr baş verdi? Əli Həsənov gözlənilmədən mətbuat konfransı keçirtdi və bəyan etdi ki, narkotiklə məşğul olan gənclərin bir hissəsi məmur balalarıdır. Əslində Əli Həsənov bununla rəqiblərinə xəbərdarlıq edirdi və bu baş tutdu. Qeyd edək ki, hazırda Əli Həsənov baş nazirlik postuna ən iddialı şəxs kimi tanınır. Hələ Nazirlər Kabineti formalaşmamışdan öncədə o baş nazirlik uğrunda savaşa başlamışdı və bütün gücünü səfərbər edərək rəqiblərinə ağır zərbə vurmuşdu. Amma istəyinə nail ola bilmədi. Ekspertlər hesab edir ki, onu baş nazirlik postundan ayıran tək səbəb adının korrupsiya hallarında hallanmasıdır. Belə ki, deputat Ayaz Orucov çıxılmaz duruma düşən zaman lazımi orqanlara Əli Həsənovla bağlı kompromatlar ötürüb. Bu isə Əli Həsənovun durumunu ağırlaşdırıb
“Unikal”ın Araşdırma Qrupu










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
ABŞ-nin İranla bağlı strategiyası naməlumdur - Almaniya Kansleri
Bu gün, 15:53
MSK-nın heç bir funksiyası yoxdur - Siyasilərdən REAKSİYA
Bu gün, 15:51
“Bank Avrasiya”nın maliyyə vəziyyəti ürəkaçan deyil – Ümidsiz kreditlərin payı kəskin artıb
Bu gün, 15:48
“Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov istefaya göndərilib
Bu gün, 15:45
Turan Topalova tutduğu vəzifədən ayrıldı - ƏMR
Bu gün, 15:44
Ermənistanda Rusiya lehinə olan kanallar silindi
Bu gün, 15:42
Cəlilov da BELƏ YEYİR: Hər kilometrə 200 MİN MANAT... - AY MAŞALLAH...
Bu gün, 15:34
Bank of Baku 27 qəpik borcu 2 manata necə çevirib? - Mərkəzi Bank vətəndaş şikayətinə belə CAVAB VERDİ
Bu gün, 15:22
SAVAŞDAN ÇIXANA “XOX GƏLİRLƏR”: “Telefonumuza cavab verməsəniz, qohumlarınıza zəng edəcəyik” - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 15:15
Avropa İttifaqının Gürcüstandakı səfiri XİN-ə çağırılıb - KİV
Bu gün, 15:03
Paşinyanın korteji hamilə qadını belə vurub – yeni iddia
Bu gün, 15:02
Elgiz və Xoşqədəm yeni layihə ilə efirə QAYIDIR
Bu gün, 14:39
Xəyal Rza qəzaya düşdü - FOTO
Bu gün, 14:38
Bu temp Anar Rzayevi HƏBSƏ GÖTÜRƏ BİLƏR... - ÇÜNKİ...
Bu gün, 14:33
Cavid Nəbiyevin şirkətləri borc içində: Siyahıda "Anadolu Efes" də var - TƏFƏRRÜAT
Bu gün, 14:25
“Görünür, Kremldə də çox istəyirlər ki, Zelenski ilə Bakıda hansısa görüş keçirilsin, amma...”
Bu gün, 14:08
Aqil Abbasdan “Ağdam Bus” kartlarının buraxılmasına münasibət: -“2-3 min adam üçün nəyə lazımdır?”
Bu gün, 14:06
Marukyan Azərbaycanı məhkəməyə vermək istəyir
Bu gün, 14:02
Körpələrin yeməyinə tamah salan BÖYÜKLƏR... - İTTİHAM VAR...
Bu gün, 13:47
Maliyyə icarəsi verənlərin reyestri ilə bağlı dövlət rüsumu müəyyənləşir - MƏBLƏĞ
Bu gün, 13:42
Gürcüstanla sərhədin delimitasiyasının başa çatdırılması barədə razılıq əldə etmişik - Paşinyan
Bu gün, 13:34
Bakıda FACİƏ: pəncərəni silən qız binadan yıxılıb ÖLDÜ - TƏFƏRRÜAT
Bu gün, 13:31
Bu şəxslər MSK-nın yeni tərkibində yer almadı - SİYAHI
Bu gün, 13:07
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? - Rusiyanın “kölgə tanker”ində İran izi
Bu gün, 13:06
“Səfərbərlik kimi məsuliyyətli proseslərdə qanun pozuntusuna yol vermək olmaz” - deputat
Bu gün, 12:59
Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir - belə deyirlər...
Bu gün, 12:49
Dilarə Kazımova ailə quracağı şəxsə ŞƏRT KƏSDİ - "Məni üç uşağımla..."
Bu gün, 12:39
Azərbaycanda tətbiq edilən ŞOK SİLAH – Daha təhlükəli formada qayıdıb?
Bu gün, 12:35
Distant təhsil günlərində internet güzəşti olacaq? - AKTUAL
Bu gün, 12:30
Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası davam etdiriləcək - Nikol Paşinyan
Bu gün, 12:27
Portağal idxalı: İrandan çox alırıq, Türkiyədən isə ucuz… - SİYAHI
Bu gün, 12:24
Gürcüstanda 55 əcnəbi saxlanıldı - Aralarında Azərbaycan vətəndaşları da var
Bu gün, 12:13
Deputat Aydın Mirzəzadənin sərgüzəştləri - Orxan Saffari yazır...
Bu gün, 12:08
Bu komitəyə yeni sədr seçildi - ƏMR
Bu gün, 12:02
Hakim Elnur Nuriyev bir dələduza niyə HÖKM oxumur? - 165 ailə Mehriban Əliyeva və İnam Kərimova üz tutdu
Bu gün, 11:58
Məhkəmə sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı qərar çıxardı
Bu gün, 11:55
Rövşən Rzayev keçmiş icra başçısı Tahir Kərimovun şirkətinə yaşıl işıqlar yandırır - İLGİNC FAKTLAR...
Bu gün, 11:51
Nizami Kino Mərkəzinin direktoru işdən çıxıb, yerinə müvəqqəti təyinat olub - BUNDAN SONRA...
Bu gün, 11:46
Mərkəzi Bankın tenderi niyə ləğv olundu?
Bu gün, 11:44
Milli Məclis MSK-nın yeni tərkibini təsdiqləyib - SİYAHI
Bu gün, 11:39
Şərurun icra başçısı etirazçını DƏLİXANAYA SALDIRDI - BU NƏDİ BELƏ?
Bu gün, 11:32
Gərginlik artır: Ermənistan sülhə ağır zərbə vurdu – Nur Tuğba Aktay
Bu gün, 11:23
MSK-nın yeni üzvlərinin adları açıqlandı - YENİLƏNDİ
Bu gün, 11:22
Neft məhsulları ilə məşğul olan xarici şirkət Azərbaycandan gedir
Bu gün, 11:13
Zaur Baxşəliyev yenə ATV-də: - Bu dəfə...
Bu gün, 11:12
Əliyevin açıqlamasında mühüm siqnallar – Diplomatiyada 7 rəqəminin önəmi
Bu gün, 11:11
“PAŞA Management Company” adını dəyişir - BUNDAN SONRA...
Bu gün, 11:05
Hərbiyə ən çox pul xərcləyən ölkələr - SİYAHI
Bu gün, 11:04
Üçüncü İran müharibəsi başlayıb: - əyləc basılmasa, qloballaşa bilər
Bu gün, 11:02
Azərbaycanda bu zavodun fəaliyyəti 10 il müddətinə dayandırılır - DETALLAR
Bu gün, 11:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru