Xameneinin ciddi zədələri var .....                     Mağaza sahibini döyən şəxs: .....                     Vüsalə Əlizadə vətəndaşı təhqir edib? .....                     MSK-nın yeni tərkibinin nə zaman təsdiqlənəcəyi məlum olub .....                     "Təcili yardım"ın rəhbəri vəzifəsi bu şəxsə həvalə edildi .....                     Cəfərquliyev restoranda DAVA SALDI VƏ... .....                     Məktəb direktoru: Valideynlərdən bizə təzyiq var, problemin əsası ailədədir .....                     Boş vaxtlarını səmərəli dəyərləndirən gənc aktyorumuz .....                     Bakıda daha bir məktəbdə İNSİDENT: Şagirdlər məktəblini təhdid etdi .....                     Ermənistan daxilində siyasi hesablar sülhü yubadır .....                     Seçiləri onlarla ONLAYN görüşən Siyavuş Novruzovu BOYKOT ETDİLƏR: “Bizə belə deputat lazım deyil” .....                     Ermənistan Türkiyənin düşmənləri ilə hərbi ittifaq qurur .....                     İki ayağı olmayan qazi baş həkimdən Prezidentə GİLEYLƏNDİ .....                     Şəmkirdə su istifadəçilərinin başına CORAB HÖRÜLÜR... .....                     Həbsdən çıxan tanınmış cərrahdan Prezidentə müraciət .....                     Azərbaycanda toylarla bağlı qadağalar gəlir? .....                     “Bolt” şirkətinin ofisində sürücülər arasında dava .....                     Azərbaycan-Latviya əlaqələrində yeni siyasi xətt .....                     Paytaxtın abad məhəllələrində basketbol yarışları keçirilir .....                     Hərbi xidmətdən möhlət hüququnun verilməsi müqabilində rüşvət almaqda təqsirləndirilən .....                     Bakıda dələduzluğa görə həbsdə olmuş eks-müəllim yenidən amnistiyaya düşdü .....                     Ermənistanda onlarla yaşayış məntəqəsi boşdur .....                     TƏBİB-də kimlər getdi, kimlər qaldı? .....                     Azərbaycanlı iş adamları hədəfdə .....                     Rusiyada saxta sürücülük vəsiqəsi əldə edən azərbaycanlı Bakıda cinayət məsuliyyətinə cəlb olundu .....                     "Caspian Finance" BOKT nizamnamə kapitalını 2 dəfə azaldır .....                     Hansı xəstəxanaya gedirsən, hamı cibinə və əlinə baxır... .....                     Müxalifət partiyaları QIŞDAN necə çıxdı? .....                     Miras mübahisəsi gündəm yaratdı .....                     Yaxın Şərqdə yeni eskalasiya riski fonunda neft qiymətləri yüksəlir .....                     ABŞ Prezidenti Böyük Britaniyanı hədələyib .....                     Vahid Ələkbərova Aİ-dən ŞOK ZƏRBƏ: Bankına sanksiya qoyuldu .....                     Rusiyadan xəbərdarlıq: .....                     Şərurda Vasif Talıbov ənənələri... .....                     26 milyon manat hardadır: BİR SORUŞUN... .....                     Hər gün milyonlar yığılan Bakı metrosu NİYƏ İFLİC OLDU? .....                     Neft pulları necə həzmə verilir... .....                     Tramp savaşı udmaq üçün VAXT UDUR? .....                     Tramp İrana hücum etməsə... BİZ BATDIQ! .....                     ABŞ müharibə istəsə, biz də döyüşəcəyik .....                 

Naxçıvanda Vasif Talıbovun şərikindən sobataj kimi addımlar – Fəhlələri belə ayağa qaldırırlar
Tarix: 14-12-2023, 10:28 | Çap et
Naxçıvanda Vasif Talıbovun şərikindən sobataj kimi addımlar
Vasif Talıbovun oğlu Rza Talıbovun şəriki Emin Uçar Naxçıvan Təhsil Nazirliyinə 180 min manatlıq hesab-faktura göndərib. Emin Uçar Naxçıvan şəhərində 2018-ci ildən tikintisinə başlanılan və tamamlanmayan turizim istirahət mərkəzinə görə Naxçıvan Tikinti və Arxitektura Komitəsindən 444 min manat, özəl qızlar yataqxanasına görə eyni Komitədən 150 min manatlıq tələblərlə də çıxış edir.

Baş verənləri yerindəcə araşdırmaq üçün Musavat.com-un əməkdaşı Naxçıvana ezam olunub. Əməkdaşımız öyrənib ki, ümumiyyətlə, Emin Uçar Naxçıvanda bir çox idarə və təşkilatlara qarşı çoxsaylı tələbin müəllifidir. Onun Naxçıvandakı dövlət orqanlarına qarşı irəli sürdüyü tələblərin ümumi dəyəri 2 milyon manatı aşır.

Üstəlik, verilən məlumatlara görə, Emin Uçar 2018-ci ildən bu yana dövlət budcəsi hesabına tikilən, lakin tamamlanmayan obyektlərdə çalışdırdığı usta və fəhlələrin də pulunu ödəməkdən yayınır.

Əməkhaqqını istəyən fəhlələrə isə deyilir ki, yeni Naxçıvan hakimiyyəti Emin Uçarın holdinqinin gördüyü işlərə görə büdcədən vəsait ödəmir deyə, o da öz növbəsində əməkhaqqını ödəmir.

Əslində isə ən müxtəlif tikintilərdə çalışan usta və fəhlələrin pulu ödənməməklə Naxçıvanda ciddi narazılıqlara yol açılır. Beləcə fəhlələr Naxçıvanın yeni hakimiyyətinə qarşı yönləndirilir. Bu addımların kimlərin maraqları çərçivəsində atıldığını isə birmənalı söyləmək çətindir.

Naxçıvanda Vasif Talıbovun şərikindən sobataj kimi addımlar

Əməkdaşımız Naxçıvan şəhərində yerləşən 14 saylı məktəbdə olub. Öyrənib ki, məktəb 2007-ci ildə istifadəyə verilib. Bu məktəbin tikintisi o zaman Naxçıvan Ali Məclisinin sədri olan Vasif Talıbovun yaxın adamı, həmin vaxtlar baş nazirin 1-ci müavini, Naxçıvan Tikinti və Arxitektura Komitəsinin sədri postunu tutan Asəf Məmmədovun “yüngül əli” ilə Rza Talıbovun 60 faiz paya sahib olduğu “Gəmiqaya” Holdinqə ötürülüb. Məktəbin tikintisi holdinqin 40 faizinə sahib olan Emin Uçarın rəhbərliyi altında gerçəkləşib. Məktəb tendersiz-filansız “Gəmiqaya”ya həvalə olunub. Təhsil ocağı bu şəkildə tikilib və 2007-ci ildə Vasif Talıbovun adamı, o zaman vəzifəli şəxs olan Asəf Məmmədov tərəfindən qəbul edilərək istifadəyə verilib. İllər keçib, məktəb qəzalı vəziyyətə düşüb. Əraziyə yenə də Asəf Məmmədov göndərilib. Belə aydın olur ki, o, bu gün də Vasif Talıbovun orbitindən kənarda deyil. Onun şəriki olmuş Emin Uçarın “Arkoz”unda tikintilərə nəzarət edir.

Elə Naxçıvan şəhərinin ən böyük məktəbində baş verən cinayətə bərabər uyğunsuzluqların aradan qaldırılmasında da Asəf Məmmədov birbaşa iştirak edib.

Məktəbdə baş verə biləcək faciənin qarşısı isə şagirdlərdən birinin valideyninin sayıqlığı nəticəsində alınıb.

Məktəb təhvil götürüləndən 15 il sonra şagirdlərdən biri evdə atasına məktəbin 2 və 3-cü mərtəbələrindəki foye hissələrinin əsməsi-yellənməsi haqda danışıb. Övladının məktəbin əsməsi-yellənməsi haqda sözlərindən dəhşətə gələn valideyn səhər məktəbə gedib, məsələni yerindəcə araşdırıb. Görüb ki, məktəbin foyesində çox ciddi şəkildə əsmə-yellənmə, titrəyiş var. Şagirdlər foyedə toplaşıb bir qədər cəld hərəkətlər etdikdə əsmə-yellənmə, titrəyiş az qala zəlzələ təəssuratı, vahiməsi yaradır.

Bundan sonra valideyn məsələnin araşdırılması və müvafiq tədbirlərin görülməsi üçün Naxçıvan Fövqəladə Hallar Nazirliyinə müraciət edib. Naxçıvan FHN-dən valideynə qısa müddət sonra narahatlığının əsaslı olması barədə məlumat verilib. Bildirilib ki, həqiqətən də Naxçıvan şəhərinin ən böyük - 1404 şagirdlik məktəbində durum fəlakətli dərəcədə təhlükəlidir, foyedəki konstruksiya qüsurları binada çox ciddi şəkildə əsmə-yellənməyə yol açır, təmir-bərpa, konstruksiyanın bərkitmə işlərinə ehtiyac var.

Problem barədə Naxçıvan rəhbərliyinə, məktəbin tikintisini aparan “Gəmiqaya”ya - həmin zaman artıq adını “Arkoz” kimi rebrendinq edən Holdinq rəhbərliyinə çatdırılıb. Tikinti zamanı yol verilən və ümumilikdə məktəbin istismarını məhdudlaşdırılmasına gətirib çıxaran uyğunsuzluqların aradan qaldırılması istənilib. Əks halda cinayətə bərabər hərəkətlər və hərəkətsizliklərlə bağlı prokurorluq orqanlarına müraciət ünvanlacağı bəyan olunub.

“Arkoz” sahibi Emin Uçar qısa müddətdə 14 saylı məktəbin konstruksiya-bərkitmə işlərini gerçəkləşdirmək üçün addımlar atıb. Məktəbin zirzəmisindən başlamaqla 1-2-3-cü mərtəbələrində dəmir konstruksiyalarla bərkitmə işləri aparılıb və məktəbin foyesindəki əsmə-yellənmə aradan qaldırılıb.

Həngamə də bundan sonra başlayıb.

Emin Uçar məktəbdə hələ 2007-ci ildə görməli olduğu işlərə görə Naxçıvan Təhsil Nazirliyinə 15 il sonra, 2023-cü ildə 180 min manatlıq hesab-faktura göndərib. Tələb edib ki, həmin vəsait onun “Arkoz”unun hesabına keçirilməlidir.

Eyni zamanda Emin Uçarın Holdinqi məktəbdə bərkitmə işlərinə cəlb etdiyi usta və fəhlələrin əmək haqqını da ödəməyib. Usta və fəhlələrə bildirilib ki, Təhsil Nazirliyi Holdinqə görülən işlərə görə vəsaiti ödəməyincə, onlar da öz növbələrində onlara gördükləri işlərə görə əmək haqqını ödəməyəcək.

Beləcə bir qrup usta və fəhlənin Naxçıvanın hakimiyyət orqanlarına qarşı narazılığına əsas yaranıb.


Naxçıvanda Vasif Talıbovun şərikindən sobataj kimi addımlar
Naxçıvanda Vasif Talıbovun şərikindən sobataj kimi addımlar
Naxçıvanda Vasif Talıbovun şərikindən sobataj kimi addımlar
Naxçıvanda Vasif Talıbovun şərikindən sobataj kimi addımlar









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Xameneinin ciddi zədələri var – Əməliyyata ehtiyacı ola bilər
Bu gün, 11:30
Mağaza sahibini döyən şəxs: - “Nisyə ərzaq almaq istədim, lakin o, məni təhqir etdi”
Bu gün, 11:23
Vüsalə Əlizadə vətəndaşı təhqir edib? – Aparıcıdan polisə şikayət edildi
Bu gün, 11:21
MSK-nın yeni tərkibinin nə zaman təsdiqlənəcəyi məlum olub
Bu gün, 11:15
"Təcili yardım"ın rəhbəri vəzifəsi bu şəxsə həvalə edildi - BUNDAN SONRA...
Bu gün, 11:14
Cəfərquliyev restoranda DAVA SALDI VƏ... - TƏFƏRRÜAT
Bu gün, 11:08
Məktəb direktoru: Valideynlərdən bizə təzyiq var, problemin əsası ailədədir - MÜSAHİBƏ
Bu gün, 11:04
Boş vaxtlarını səmərəli dəyərləndirən gənc aktyorumuz - Orxan Saffari yazır...
Bu gün, 10:58
Bakıda daha bir məktəbdə İNSİDENT: Şagirdlər məktəblini təhdid etdi -VİDEO
Bu gün, 10:52
Ermənistan daxilində siyasi hesablar sülhü yubadır - ŞƏRH
Bu gün, 10:49
Seçiləri onlarla ONLAYN görüşən Siyavuş Novruzovu BOYKOT ETDİLƏR: “Bizə belə deputat lazım deyil” - "Bu, sadəcə camaatı aldatmaq, işləyirmiş kimi görüntü yaratmaqdır..."
Bu gün, 10:43
Ermənistan Türkiyənin düşmənləri ilə hərbi ittifaq qurur - SÜLHƏ BELƏ GEDİRLƏR?
Bu gün, 10:39
İki ayağı olmayan qazi baş həkimdən Prezidentə GİLEYLƏNDİ - "İmkan vermir ki..."
Bu gün, 10:32
Şəmkirdə su istifadəçilərinin başına CORAB HÖRÜLÜR... - İLGİNC FAKTLAR
Bu gün, 10:25
Həbsdən çıxan tanınmış cərrahdan Prezidentə müraciət – “Məhkəmə tam qanunsuz qərar qəbul etdi”
Bu gün, 10:10
Azərbaycanda toylarla bağlı qadağalar gəlir? - AKTUAL
Bu gün, 10:08
“Bolt” şirkətinin ofisində sürücülər arasında dava - MƏHKƏMƏ
Bu gün, 10:05
Azərbaycan-Latviya əlaqələrində yeni siyasi xətt - MƏQALƏ
Bu gün, 10:01
Paytaxtın abad məhəllələrində basketbol yarışları keçirilir - FOTO
Bu gün, 09:59
Hərbi xidmətdən möhlət hüququnun verilməsi müqabilində rüşvət almaqda təqsirləndirilən 8 vəzifəli şəxs həbs edilib
Bu gün, 09:54
Bakıda dələduzluğa görə həbsdə olmuş eks-müəllim yenidən amnistiyaya düşdü - DETALLAR
Bu gün, 09:52
Ermənistanda onlarla yaşayış məntəqəsi boşdur - Paşinyan belə deyir...
Bu gün, 09:49
TƏBİB-də kimlər getdi, kimlər qaldı? – Bakı xəstəxanalarının tam siyahısı
Bu gün, 09:48
Azərbaycanlı iş adamları hədəfdə - indi də Ağalarov...
Bu gün, 09:43
Rusiyada saxta sürücülük vəsiqəsi əldə edən azərbaycanlı Bakıda cinayət məsuliyyətinə cəlb olundu - TƏFƏRRÜAT
Bu gün, 09:32
"Caspian Finance" BOKT nizamnamə kapitalını 2 dəfə azaldır
Bu gün, 09:30
Hansı xəstəxanaya gedirsən, hamı cibinə və əlinə baxır... - FAKT BUDUR!
Bu gün, 09:28
Müxalifət partiyaları QIŞDAN necə çıxdı? - SORĞU
Bu gün, 08:21
Miras mübahisəsi gündəm yaratdı – “Onu təhqir etmirəm, sadəcə…”
Bu gün, 08:19
Yaxın Şərqdə yeni eskalasiya riski fonunda neft qiymətləri yüksəlir - KİV
Bu gün, 08:17
ABŞ Prezidenti Böyük Britaniyanı hədələyib
Bu gün, 07:33
Vahid Ələkbərova Aİ-dən ŞOK ZƏRBƏ: Bankına sanksiya qoyuldu - DETALLAR
Bu gün, 07:12
Rusiyadan xəbərdarlıq: - Bu Avropa ölkəsinə zərbə endirəcəyik!
Bu gün, 07:04
Şərurda Vasif Talıbov ənənələri... - bu dəfə məmurlar narazıdır
Bu gün, 06:56
26 milyon manat hardadır: BİR SORUŞUN... - YEYİNTİ
Bu gün, 06:40
Hər gün milyonlar yığılan Bakı metrosu NİYƏ İFLİC OLDU? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:34
Neft pulları necə həzmə verilir... - İTTİHAM RƏSMİDİR, amma...
Bu gün, 06:00
Tramp savaşı udmaq üçün VAXT UDUR? - YOXSA...
Bu gün, 05:33
Tramp İrana hücum etməsə... BİZ BATDIQ! - FAKT BUDUR!
Bu gün, 05:26
ABŞ müharibə istəsə, biz də döyüşəcəyik - İran səfiri
Bu gün, 05:22
İsrail və Livan arasında atəşkəs üç həftə uzadılacaq - Tramp belə deyir...
Bu gün, 05:20
Vətəndaş sifariş etdiyi bağlamanı ala bilmir... - "Artıq 14 gündür..."
Bu gün, 05:17
YETKİNLİK YAŞI PROBLEMİ: 15? 18? 25?.. - BELƏ HARA GEDİRİK?
Bu gün, 05:08
83 milyonluq risk: "AFB Bank"da təminatsız kreditlər "tavan" deşir... - ARAŞDIRMA
Bu gün, 05:00
ABŞ Hörmüz boğazında İran hədəflərinə zərbələr endirmək imkanlarını araşdırır - "CNN"
Bu gün, 04:57
" “Avant”ın rəhbəri öz yerində rahat yatsın, BİZ İSƏ..." - AXI NİYƏ?..
Bu gün, 04:56
Deputatın başında durduğu şirkət yenə də NARAZILIQ YARADIR... - BU DA FAKT...
Bu gün, 04:34
Qurumların sayğac oyunu: Bunun sonu görünmür - NƏ ETMƏLİ?
Bu gün, 04:24
Binəqədidə sakinlər ÇARƏSİZ DURUMDA - NARAZILIQ VAR...
Bu gün, 04:22
Goranboyda məmur atası MEYDAN SULAYIR - BU NƏDİ BELƏ?
Bu gün, 04:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru