Əli Əsədov benzinin qiyməti ilə bağlı .....                     Karapetyanın partiyasının üzvləri saxlanıldı .....                     Çexiya Azərbaycana yeni hərbi təlim təyyarəsini təklif edib .....                     Naxçıvanda taksi narazılığı: Bu avtomobillərə qadağa qoyuldu .....                     İran bəyanat verdi: .....                     Rusiya Avropa strukturlarının nümayəndələrinə qarşı sanksiyalar tətbiq edib .....                     “İpək Yolu Sığorta” kiçilib, gəlirləri azalıb .....                     Sankt-Peterburqda Putin və Əraqçi arasında görüş keçirilir .....                     Çimərlikdəki qətlin məhkəməsi .....                     70 kq qızılla tutulan polkovnikə .....                     Paşinyanın sərhədlə bağlı açıqlamasına Bakıdan REAKSİYA: .....                     Deputatın qızlara pulsuz təhsil təklifinə REAKSİYA: .....                     "Pünhan kişidir, rəftar fərqli olmalıdır" .....                     Məzahir Pənahov yenidən MSK sədri seçilib .....                     Xocalı sakinləri işsizlik və həyətyanı sahə problemi ilə üzləşirlər... .....                     ABŞ-nin İranla bağlı strategiyası naməlumdur .....                     MSK-nın heç bir funksiyası yoxdur .....                     “Bank Avrasiya”nın maliyyə vəziyyəti ürəkaçan deyil .....                     “Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov istefaya göndərilib .....                     Turan Topalova tutduğu vəzifədən ayrıldı .....                     Ermənistanda Rusiya lehinə olan kanallar silindi .....                     Cəlilov da BELƏ YEYİR: Hər kilometrə 200 MİN MANAT... .....                     Bank of Baku 27 qəpik borcu 2 manata necə çevirib? .....                     SAVAŞDAN ÇIXANA “XOX GƏLİRLƏR”: “Telefonumuza cavab verməsəniz, qohumlarınıza zəng edəcəyik” .....                     Avropa İttifaqının Gürcüstandakı səfiri XİN-ə çağırılıb .....                     Paşinyanın korteji hamilə qadını belə vurub .....                     Elgiz və Xoşqədəm yeni layihə ilə .....                     Xəyal Rza qəzaya düşdü .....                     Bu temp Anar Rzayevi HƏBSƏ GÖTÜRƏ BİLƏR... .....                     Cavid Nəbiyevin şirkətləri borc içində: Siyahıda "Anadolu Efes" də var .....                     “Görünür, Kremldə də çox istəyirlər ki, Zelenski ilə Bakıda hansısa görüş keçirilsin, amma...” .....                     Aqil Abbasdan “Ağdam Bus” kartlarının buraxılmasına münasibət: .....                     Marukyan Azərbaycanı məhkəməyə vermək istəyir .....                     Körpələrin yeməyinə tamah salan BÖYÜKLƏR... .....                     Maliyyə icarəsi verənlərin reyestri ilə bağlı dövlət rüsumu müəyyənləşir .....                     Gürcüstanla sərhədin delimitasiyasının başa çatdırılması barədə razılıq əldə etmişik .....                     Bakıda FACİƏ: pəncərəni silən qız binadan yıxılıb ÖLDÜ .....                     Bu şəxslər MSK-nın yeni tərkibində yer almadı .....                     “Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? .....                     “Səfərbərlik kimi məsuliyyətli proseslərdə qanun pozuntusuna yol vermək olmaz” .....                 

Zaqatalada acınacaqlı mənzərə... - GİLEY
Tarix: 14-07-2020, 11:24 | Çap et
Zaqatalada acınacaqlı mənzərə...
“Su həyat mənbəyidir” deyirlər. Amma Zaqatala sakinləri ilin-günün bu vaxtında həyatımızın mənbəyi olan suya möhtac qalıblar. Zaqatala əhalisinin sosial şəbəkələrdə qaldırdığı bu problemi biz də işıqlandırmaq qərarına gəldik. Sputnik Azərbaycan-ın “Zaqatalanın hansı hissələrində su problemi yaşanır?” sualına yerli sakinlərdən Bəxtiyar Məmmədovun cavabı belə oldu: “Sualı düzgün qoyun, siz soruşun ki, “su problemi Zaqatalanın harasında yoxdur?” Rayonun özündən və ətraf kəndlərdən tutmuş ən ucqarlara qədər susuzluqdan əziyyət çəkirlər. Bir neçə il əvvəl rayonun su-kanalizasiya xətləri yenilənəndə yerli şəraiti bilən insanların təklif və iradlarını eşitmədi aidiyyəti orqanlar. Su xətlərinin Tala çayından çəkilməsi böyük səhv idi. Katex çayından çəkmək ən düzgün variant idi”.

Gülay Rəşidova deyir ki, neçə dəfə şikayət etmələrinə rəğmən, problem yerində sayır: “Mən İstiqlaliyyət küçəsində yaşayıram. Neçə gündür, su üzünə həsrətik. Çox yox, gündə 1 saat su versələr, olmazmı? Xəstəliklərdən danışırlar, insanlara evdən çıxmağa icazə vermirlər. Çölə çıxanı da cərimə edirlər. Su da vermirlər. Bu xəstəliklər də susuzluqdan əmələ gəlir. İnsanlar koronavirusdan yox, susuzluqdan öləcəklər. Yuxarı postda əyləşənlər kondisionerin altında oturub, rahat sularından içirlər. Bəs bu camaatı susuz qoymağa utanmırlar? Daha bu ölkədə niyə yaşayaq? Allah onları da suya möhtac etsin! "Qaynar xətt"ə zəng edirik, “baxırıq” deyib aldadırlar".

Günəş Tahirli bildirir ki, rayonun su idarəsinə zəng etsələr də zənglərinə cavab belə verilmir: “Yuxarı Tala, Məcid Balayev küçəsində yaşayırıq. Bu gün artıq 1 həftə oldu, 1 həftədir ki, bizdə su yoxdur. “Azərsu”nun "qaynar xətti"nə dəfələrlə zəng eləmişəm. “Qeydə aldıq” deyiblər, vəssalam. Zaqatala Su İdarəsindəkilər isə heç zəhmət çəkib telefonlarımıza cavab vermirlər. Şəhərdə bəzi yerlərdə var su. Ən azından qrafiklə küçələrə su versələr, hərə öz işini bilər. Hazırkı vəziyyətdə çörək almağa zorla pul çatdırırıq, suyu nə ilə alaq? Xüsusilə də yay fəslidir, hər gün hamamlanmaq, paltar dəyişmək lazımdır”.

İnqilab Səmədov rayonun Lahıc kəndindəndir. O, suvarma problemindən danışır:

“Lahıc kəndində sahələrin suvarılması üçün lazım olan su yoxdur. Yuxarı kəndlərdən kəsib veriblər, bizim sahələr isə susuzluqdan yanır. Heç olmasa, ayın 1 həftəsini aşağı kəndlərə su buraxmaq olmaz? Sonra da rayon camaatını qınayırlar ki, əkib-becərmirlər. Yazıq kəndli neyləsin? Əkmişəm, su yoxdur suvarmağa, əkdiklərim necə bar versin?”
Səbuhi Abdullayev də şikayətçilər sırasındadır: “Muxax kəndinin mərkəzi küçəsində başdan ayağa qədər günlərlə su gəlmir, gələndə də 2-3 saatlıq gəlir. Suyun təzyiqi çox aşağı oldundan heç cür istifadə edə bilmirik. Vəziyyət acınacaqlıdır. Yayın istisində susuz necə yaşamaq olar, xüsusən də bu dövrdə - koronavirusun getdikcə artığı dövrdə?”

Günel Məmmədova hesab edir ki, koronavirusun getdikcə artmasının başlıca səbəbi susuzluqdur: “Televiziyalar bar-bar bağırır ki, əllərimizi tez-tez sabunla yuyaq. 2 gündən bir su gəlir. O da çox az. Aidiyyatı qurumlar niyə bunu düşünmür? Pandemiya dövrüdür, insanlara evdən çıxmağa icazə vermirsiz. Su da vermirsiz. İnsanlar üçün bundan ağır cəza yoxdur”.

Rəqsanə Süleymanova deyir ki, su o qədər az gəlir ki, ondan istifadə etmək qeyri-mümkündür: “Muğanlı kəndində içməli su o qədər az gəlir ki, insanın əsəbləri pozulur. Yay vaxtı isə bu, dözülməz olur. 2-3 ildir ki, vəziyyət belədir. Əvvəllər belə deyildi, əvvəllər sularımız gur gəlirdi. Artıq o gur suları biz ancaq yuxuda görə bilərik”.

Esmira Əliyevanın da ailəsi su üzünə həsrət qalıb: “Zaqatalanın Qazangül qəsəbəsi, “Şərq” massivində 4 gündür su yoxdur. Evdə 2 körpə, işə gedən adamlar var. Zəng etmişik, deyirlər, təmir var. Bu vaxtı təmir olar? Təmirləri də ki bitmək bilmir”.

Sahib Bağırov kiçik sahibkardır. Susuzluq onun işinə əngəl törədib:

“Əvvəllər artezianlar işləyərdi biz tərəfdə, su problemi olmazdı. İndi artezianları ancaq su maşınlarına görə işlədirlər, onlar da suyu hələ ki tonu 6 manata bizə satırlar. Su idarəsi göz bağlamaq üçün maşınla vedrə-vedrə əhaliyə su paylamaq əvəzinə, artezianları əhalinin istifadəsinə verməlidir. Yoxsa bu pandemiya dövründə COVID-19-un yayılması bir az da arta bilər”.
“Bizim həm yaşayışımız, həm çörəkbişirmə seximiz Çingiz Mustafayev küçəsindədir. Bu gün su idarəsinin bir əməkdaşıyla əlaqə saxladım. Dedi ki, ümumiyətlə, xətlərə su verilməyəcək, əhaliyə maşınla vedrə-vedrə su paylanacaq. Sual verdim ki, “evdə vedrəylə su daşıyıb keçinmək olar, bəs sexdə nə edəcəyik? Axı sexdə axar su olmadığı təqdirdə istehsalla məşgul olmaq qadagandır”. Dedi, “mən bilmərəm”. Su İdarəsinin nə rəisi, nə də mühəndisi ilə əlaqə saxlamaq mümkündür. Kim bizə cavab verəcək, mən də bilmirəm”,- deyə əlavə edir.

Rayon sakini Murtuzəli Atayev də şikayət edənlər sırasındadır: “Niyə rayonumuzun deputatı Elşən Musayev Milli Məclisdə su məsələsini qaldırmır? Hələ ki E.Musayev heç bir dövlət təşkilatı və eləcə də Milli Məclis qarşısında bu məsələni qaldırmayıb. Muxağın suyu 100 deputat da olsa, 300 m boru yox, 3000 m boru da qoşsalar, heç vaxt düzələn deyil. Müasir tipli sutəmizləyici qurğularda su təmizlənib, içməli hala salındıqdan sonra su anbarlarına verilməlidir. Muxağın daxili su xətləri də bugünki tələbatın heç 50%-ni belə ödəmir. Daxili xətlər tam təzələnməli, yeni bir sistem qurulmalıdır. Deputatın çıxışından sonra Muxax içməli su anbarının üstündə inəklər oynayır. Bugünkü Muxax suyunun mühafizə olunmaması səbəbindən, adi bir təxribatla kəndin 50%-ni məhv etmək olar. İnanın ki, Zaqatalada yaşamış ermənilər bizim dağlarımızı və çaylarımızı bizdən yaxşı tanıyırlar. Hər an təxribatla və susuzluqla üz-üzəyik”.

Yegane Balayeva deyir ki, onlara su yalnız gecə saatlarında verilir: “Heydər Eliyev prospektində yaşayıram. Şəhərin mərkəzində belə biabırçılıq olar? Fikirləşmirlər ki, çoxunun su çəni, hovuzu yoxdur. Heç olmasa, saatla verin də. Gecə 12-də su verirlər, səhər 7-də kəsirlər. Gərək bütün gecəni yuxusuz qalıb, işimizi görək. Əks halda susuz qalırıq sutka ərzində”.

Rayon sakini Şəhla Əhmədova isə barəsində danışdığımız problemin yeni olmadığını, illərdir bu problemdən əziyyət çəkdiklərini deyir: “Danışmaqla, yazmaqla nəsə düzəlir ki? Bu problem hər il baş verir. Hər il qızmar yay günlərində camaat susuz qalır. Su pulu yığmağa gələndə qanımızı içirlər. Allahdan qorxmazlar, birdəfəlik təmir edib başa çatdırın, biz də insan kimi yaşayaq”.

Abdurahman Abdurahmanov da digər həmyerliləri kimi dəfələrlə aidiyyatı orqanlara müraciət edib. Lakin: “Sərxan Bayramov küçəsində yaşayıram. Şəhər İcra Hakimiyyətinə dəfələrlə zəng etmişəm. “Azərsu”ya da həmçinin. Hələ də xəbər yoxdur. Hər dəfə şikayətimizi çatdıranda bizi “yola verirlər”. Arqument də gətirirlər ki, təmir gedir. Başa düşmürəm, hər il təmir olar? Bitmədi bu təmir?”

Nikita Əliyeva deyir ki, susuzluq artıq onların əsəblərini tarıma çəkib:

“Maska taxmadığına görə insanları cərimə edənlər, niyə bizi susuz qoyanları cərimələmirsiz? Niyə İcra Hakimiyyəti, “Azərsu” bunu düşünmür? Onlara kim icazə verib ki, rayonda monopoliya yaratsınlar? Axı niyə bu qurumlar pandemiya dövründə, insanların əsəblərinin gərgin bir dövründə bizi susuz qoymalıdır? Hansı haqla? Allah eləməsin, ölən olsa, yanğın olsa, bir qram su yoxdur".











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Əli Əsədov benzinin qiyməti ilə bağlı QƏRAR VERDİ
Dünən, 18:15
Karapetyanın partiyasının üzvləri saxlanıldı
Dünən, 17:27
Çexiya Azərbaycana yeni hərbi təlim təyyarəsini təklif edib
Dünən, 17:26
Naxçıvanda taksi narazılığı: Bu avtomobillərə qadağa qoyuldu – AYNA-dan CAVAB
Dünən, 17:20
İran bəyanat verdi: - Müharibə mürəkkəb mərhələyə keçir
Dünən, 17:18
Rusiya Avropa strukturlarının nümayəndələrinə qarşı sanksiyalar tətbiq edib
Dünən, 17:15
“İpək Yolu Sığorta” kiçilib, gəlirləri azalıb
Dünən, 17:13
Sankt-Peterburqda Putin və Əraqçi arasında görüş keçirilir
Dünən, 17:10
Çimərlikdəki qətlin məhkəməsi – ŞOK İFADƏLƏR
Dünən, 16:51
70 kq qızılla tutulan polkovnikə - Hökm oxundu
Dünən, 16:44
Paşinyanın sərhədlə bağlı açıqlamasına Bakıdan REAKSİYA: - “Mübahisəli ərazilər var...”
Dünən, 16:37
Deputatın qızlara pulsuz təhsil təklifinə REAKSİYA: - “Hansısa tələbənin təhsil haqqını özü ödəsin”
Dünən, 16:33
"Pünhan kişidir, rəftar fərqli olmalıdır"
Dünən, 16:30
Məzahir Pənahov yenidən MSK sədri seçilib
Dünən, 16:29
Xocalı sakinləri işsizlik və həyətyanı sahə problemi ilə üzləşirlər... - NARAZILIQ VAR...
Dünən, 16:03
ABŞ-nin İranla bağlı strategiyası naməlumdur - Almaniya Kansleri
Dünən, 15:53
MSK-nın heç bir funksiyası yoxdur - Siyasilərdən REAKSİYA
Dünən, 15:51
“Bank Avrasiya”nın maliyyə vəziyyəti ürəkaçan deyil – Ümidsiz kreditlərin payı kəskin artıb
Dünən, 15:48
“Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov istefaya göndərilib
Dünən, 15:45
Turan Topalova tutduğu vəzifədən ayrıldı - ƏMR
Dünən, 15:44
Ermənistanda Rusiya lehinə olan kanallar silindi
Dünən, 15:42
Cəlilov da BELƏ YEYİR: Hər kilometrə 200 MİN MANAT... - AY MAŞALLAH...
Dünən, 15:34
Bank of Baku 27 qəpik borcu 2 manata necə çevirib? - Mərkəzi Bank vətəndaş şikayətinə belə CAVAB VERDİ
Dünən, 15:22
SAVAŞDAN ÇIXANA “XOX GƏLİRLƏR”: “Telefonumuza cavab verməsəniz, qohumlarınıza zəng edəcəyik” - ÖZBAŞINA QALIBLAR...
Dünən, 15:15
Avropa İttifaqının Gürcüstandakı səfiri XİN-ə çağırılıb - KİV
Dünən, 15:03
Paşinyanın korteji hamilə qadını belə vurub – yeni iddia
Dünən, 15:02
Elgiz və Xoşqədəm yeni layihə ilə efirə QAYIDIR
Dünən, 14:39
Xəyal Rza qəzaya düşdü - FOTO
Dünən, 14:38
Bu temp Anar Rzayevi HƏBSƏ GÖTÜRƏ BİLƏR... - ÇÜNKİ...
Dünən, 14:33
Cavid Nəbiyevin şirkətləri borc içində: Siyahıda "Anadolu Efes" də var - TƏFƏRRÜAT
Dünən, 14:25
“Görünür, Kremldə də çox istəyirlər ki, Zelenski ilə Bakıda hansısa görüş keçirilsin, amma...”
Dünən, 14:08
Aqil Abbasdan “Ağdam Bus” kartlarının buraxılmasına münasibət: -“2-3 min adam üçün nəyə lazımdır?”
Dünən, 14:06
Marukyan Azərbaycanı məhkəməyə vermək istəyir
Dünən, 14:02
Körpələrin yeməyinə tamah salan BÖYÜKLƏR... - İTTİHAM VAR...
Dünən, 13:47
Maliyyə icarəsi verənlərin reyestri ilə bağlı dövlət rüsumu müəyyənləşir - MƏBLƏĞ
Dünən, 13:42
Gürcüstanla sərhədin delimitasiyasının başa çatdırılması barədə razılıq əldə etmişik - Paşinyan
Dünən, 13:34
Bakıda FACİƏ: pəncərəni silən qız binadan yıxılıb ÖLDÜ - TƏFƏRRÜAT
Dünən, 13:31
Bu şəxslər MSK-nın yeni tərkibində yer almadı - SİYAHI
Dünən, 13:07
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? - Rusiyanın “kölgə tanker”ində İran izi
Dünən, 13:06
“Səfərbərlik kimi məsuliyyətli proseslərdə qanun pozuntusuna yol vermək olmaz” - deputat
Dünən, 12:59
Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir - belə deyirlər...
Dünən, 12:49
Dilarə Kazımova ailə quracağı şəxsə ŞƏRT KƏSDİ - "Məni üç uşağımla..."
Dünən, 12:39
Azərbaycanda tətbiq edilən ŞOK SİLAH – Daha təhlükəli formada qayıdıb?
Dünən, 12:35
Distant təhsil günlərində internet güzəşti olacaq? - AKTUAL
Dünən, 12:30
Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası davam etdiriləcək - Nikol Paşinyan
Dünən, 12:27
Portağal idxalı: İrandan çox alırıq, Türkiyədən isə ucuz… - SİYAHI
Dünən, 12:24
Gürcüstanda 55 əcnəbi saxlanıldı - Aralarında Azərbaycan vətəndaşları da var
Dünən, 12:13
Deputat Aydın Mirzəzadənin sərgüzəştləri - Orxan Saffari yazır...
Dünən, 12:08
Bu komitəyə yeni sədr seçildi - ƏMR
Dünən, 12:02
Hakim Elnur Nuriyev bir dələduza niyə HÖKM oxumur? - 165 ailə Mehriban Əliyeva və İnam Kərimova üz tutdu
Dünən, 11:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru