Əli Əsədov benzinin qiyməti ilə bağlı .....                     Karapetyanın partiyasının üzvləri saxlanıldı .....                     Çexiya Azərbaycana yeni hərbi təlim təyyarəsini təklif edib .....                     Naxçıvanda taksi narazılığı: Bu avtomobillərə qadağa qoyuldu .....                     İran bəyanat verdi: .....                     Rusiya Avropa strukturlarının nümayəndələrinə qarşı sanksiyalar tətbiq edib .....                     “İpək Yolu Sığorta” kiçilib, gəlirləri azalıb .....                     Sankt-Peterburqda Putin və Əraqçi arasında görüş keçirilir .....                     Çimərlikdəki qətlin məhkəməsi .....                     70 kq qızılla tutulan polkovnikə .....                     Paşinyanın sərhədlə bağlı açıqlamasına Bakıdan REAKSİYA: .....                     Deputatın qızlara pulsuz təhsil təklifinə REAKSİYA: .....                     "Pünhan kişidir, rəftar fərqli olmalıdır" .....                     Məzahir Pənahov yenidən MSK sədri seçilib .....                     Xocalı sakinləri işsizlik və həyətyanı sahə problemi ilə üzləşirlər... .....                     ABŞ-nin İranla bağlı strategiyası naməlumdur .....                     MSK-nın heç bir funksiyası yoxdur .....                     “Bank Avrasiya”nın maliyyə vəziyyəti ürəkaçan deyil .....                     “Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov istefaya göndərilib .....                     Turan Topalova tutduğu vəzifədən ayrıldı .....                     Ermənistanda Rusiya lehinə olan kanallar silindi .....                     Cəlilov da BELƏ YEYİR: Hər kilometrə 200 MİN MANAT... .....                     Bank of Baku 27 qəpik borcu 2 manata necə çevirib? .....                     SAVAŞDAN ÇIXANA “XOX GƏLİRLƏR”: “Telefonumuza cavab verməsəniz, qohumlarınıza zəng edəcəyik” .....                     Avropa İttifaqının Gürcüstandakı səfiri XİN-ə çağırılıb .....                     Paşinyanın korteji hamilə qadını belə vurub .....                     Elgiz və Xoşqədəm yeni layihə ilə .....                     Xəyal Rza qəzaya düşdü .....                     Bu temp Anar Rzayevi HƏBSƏ GÖTÜRƏ BİLƏR... .....                     Cavid Nəbiyevin şirkətləri borc içində: Siyahıda "Anadolu Efes" də var .....                     “Görünür, Kremldə də çox istəyirlər ki, Zelenski ilə Bakıda hansısa görüş keçirilsin, amma...” .....                     Aqil Abbasdan “Ağdam Bus” kartlarının buraxılmasına münasibət: .....                     Marukyan Azərbaycanı məhkəməyə vermək istəyir .....                     Körpələrin yeməyinə tamah salan BÖYÜKLƏR... .....                     Maliyyə icarəsi verənlərin reyestri ilə bağlı dövlət rüsumu müəyyənləşir .....                     Gürcüstanla sərhədin delimitasiyasının başa çatdırılması barədə razılıq əldə etmişik .....                     Bakıda FACİƏ: pəncərəni silən qız binadan yıxılıb ÖLDÜ .....                     Bu şəxslər MSK-nın yeni tərkibində yer almadı .....                     “Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? .....                     “Səfərbərlik kimi məsuliyyətli proseslərdə qanun pozuntusuna yol vermək olmaz” .....                 

Vergilər Nazirliyinin himayəsi altında vergidən yayınma... - İTTİHAM VAR
Tarix: 26-07-2016, 09:25 | Çap et
Vergilər Nazirliyinin himayəsi altında vergidən yayınma...
“Hürriyyət”in ötən saylarında Sumqayıtda Vüqar Rəsul oğlu Qələndərova məxsus olan “Əli-94”, “Göyçay ”, “Hiper”, “Səda Store” və “Ən Ucuz” adı altında fəaliyyət göstərən ticarət mərkəzlərinin hər birində il ərzində milyonlarla manat dövlət vəsaitinin mənimsənilməsi haqda məlumat vermişdik.
Qeyd etmişdik ki, Sumqayıt şəhəri 10 mkr. Babək küçəsi 8a ünvanında yerləşən, sahəsi 4 000 kv. metr olan (icarə müaviləsində obyektin sahəsi 150 kv.metr göstərilir) “Hiper” marketdə il ərzində 3,6 milyon manat, Sumqayıt şəhəri 3 mkr. Sülh küçəsi 33 A ünvanında yerləşən, ümumi sahəsi 600 kv.metr olan (sənədləşmədə 150 kv.metr göstərilir – müəl.) “Əli-94” ticarət mərkəzində il ərizndə 1,4 milyon manat, Sumqayıt şəhəri 17 mkr İ.Qayıbov küçəsində yerləşən, sahəsi 2 000 kv.metr olan (sənəddə 150 kv.metr göstərilir) “Səda Store” ticarət mərkəzində 1,9 milyon manat, "Ən ucuz" marketlər şəbəkəsinin 4 filialında - Sumqayıt şəhəri 17-ci mkr. M.Əsədov küçəsində yerləşən və sahəsi 3000 kv.metrdən artıq olan ticarət mərkəzində 2 milyon manat, Sumqayıt şəhəri 9-cu mkr. Koroğlu küçəsində yerləşən, sahəsi 2400 kv.metr olan 3 mərtəbli supermarketdə 1 milyon manatdan artıq, Sumqayıt şəhəri H.Əliyev prospekti 22-ci məhəllədə yerləşən “Göyçay” ticarət mərkəzində 986 min manat, “Ən Ucuz” marketlər şəbəkəsinin daha bir filialı olan Abşeron rayonu Ceyranbatan qəsəbəsində yerləşən və sahəsi 1000 kv.metr olan 3 mərtəbəli supermarketdə 661 min manat vəsait mənimsənilir.

Rəsmi qurumlara müraciətlər və nəticəsizlik...

Diqqətli oxuculara məlumdur ki, hər bir ticarət mərkəzində külli miqdarda dövlət vəsaitin mənimsənilməsi faktı istər rəsmi, istər də “qara mühasibatlıq” sənədləri əsasında sübuta yetirilib və bu barədə dəfələrlə aidiyyatı orqanlara müraciət etmişik. Konkret olaraq Vergilər naziri cənab Fazil Məmmədova, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri cənab Səlim Müslümova və digər aidiyyatı qurumların rəhbərlərinə göndərilən məktublarda V.Qələndərova məxsus ticarət mərkəzlərinin hər birində vergidən, ƏDV-dən, DSMF-dən və s. yayındırılan vəsaitlər faktlarla təqdim olunub. Hətta bu müraciətlərdə dövlət büdcəsindən oğurluq edən sahibkarın fəaliyyətinin yoxlanılması zamanı qəzetimizin əməkdaşının da iştirakının təmin olunmasını xahiş etmişdik. Bildirmişdik ki, əlimizdə olan əlavə faktları təqdim etməklə, yoxlamaların daha tez və obyektiv aparılmasına yardımçı ola bilərik.
Əlbəttə, bizim iştirakımız olmadan da, qəzetimizdə dərc olunan yazılarda V.Qələndərovun cinayət əməllərinə “dur!” demək üçün kifayət qədər ciddi əsaslar vardı. Lakin, çox təəssüf ki, əksər rəsmi qurumlar “Hürriyyət”in bu müraciətlərini o qədər də “ciddiyə almadılar”.

“Hürriyyət” kimlər üçün “çörək ağacı”dır?

Şübhə etmirik ki, qəzetimizdə dərc olunan bu yazılarda aşkara çıxarılan faktlar müraciət etdiyimiz rəsmi qurumların hər biri tərəfindən çox diqqətlə izlənilib. Çünki, adətən bu tipli yazılar rüşvətxor məmurlarımız tərəfindən “göydəndüşmə” olur və onların əksəriyyəti orada əks olunan faktları öz gündəliklərində qeyd etməyi də unutmurlar. Ona görə ki, həmin faktlar onlar üçün “çörək ağacı”dır…
Bu baxımdan istisna deyil ki, “Hürriyyət”in rəsmi qurumlara ünvanladığı müraciətlərə verilən “cavab”lar da orta ranqlı məmurlarla sahibkar arasındakı “anlaşma”nın ruhuna uyğun olub. Belə ki, bəzi məmurlar aidiyyəti üzrə məktubumuzun şikayət olunan ünvana göndərildiyini deməklə, özlərinin “poçtalyonluq” missiyasını bitmiş hesab ediblər. Hansı ki, əslində, bizim müraciət etdiyimiz qurumların hər biri birbaşa ortada olan cinayət tərkibli əməllərin araşdırılmasına cavabdeh qurumlardır və bu baxımdan onların bu məktubları “futbol topu” zənn edərək, bir-birinə ötürməsi ən azı məsuliyyətsizlikdir.

Aşkar cinayət faktları, aşkar susqunluq…

Biz yuxarıda adıçəkilən qurumla müraciətimizdə yazmışıq ki, Vüqar Qələndərova məxsus digər supermarketlərdə olduğu kimi, təkcə “Hiper” ticarət mərkəzində 158 işçinin adı rəsmi sənədlərdə əks olunmur: “Hansı ki, bu obyektdə 173 nəfər çalışdığı halda rəsmi sənədlərdə cəmi 15 nəfər işçinin adı qeyd olunur(Həmin siyahını bir daha təqdim edirik, Foto 3). Bununla da, Vüqar Qələndərovun sahibi olduğu ticarət mərkəzlərinin birində - “Hiper”də 158 nəfərin adı Vergilər Nazirliyindən və DSMF-dən gizlədilməklə, külli miqdarda yeyintiyə yol verilir”.
Hətta rəsmilərə onu da xatırlatmışıq ki, Vergi Məcəlləsinin 58.1-ci maddəsinin (Verginin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, vergi ödəyicisinə azaldılmış və ya yayındırılmış vergi məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. ) tələblərini nəzərə alsaq, onda vergi ödəyicisinə yayındırılmış məbləğin 50%-i həcmində əlavə maliyyə sanksiyası tətbiq edilməlidir.
Üstəlik, Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən(Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə hər bir belə şəxs üzrə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir) 158 000 manat məbləğində cərimə ilə nəticələnməlidir. Həmçinin bu əməl Cinayət Məcəlləsinin 162-1 maddəsinə əsasən (Əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) yeddi min manatdan on min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Bundan əlavə, sahibkar yuxarıda qeyd edildiyi kimi 158 nəfər işçini əmək müqaviləsi bağlamadan(hüquqi qüvvəyə minmədən) çalışdırdığı üçün “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərini də pozub. Bunun nəticəsində hər ay “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunun 14-cü maddəsinə əsasən işçilərə ödənilən əmək haqqının 25%-i məbləğində məcburi dövlət sosial sığorta haqqı büdcədən yayındırılıb ki, bu da ayrıca cinayət predmetidir.
Habelə “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunun 21-ci maddəsinə əsasən sığortaedənə tətbiq olunmalı olan maliyyə sanksiyaları da nəzərə alınarsa, büdcədən külli miqdarda məbləğin yayındırılmasının şahidi oluruq.

Nazirlik “operativ araşdırma” aparıb, amma…

Yuxarıda göstərilən bütün faktlara rəğmən, Vergilər Nazirliyi Aparatının rəhbəri, vergi xidməti müşaviri Ağasəməd Əfəndiyevin imzası ilə redaksiyamıza daxil olan cavab məktubunda çox absurd fikirlər bildirilir: “Sumqayıt şəhərində yerləşən “Əli-94”, “Hiper”, “Səda Store”, “Göyçay” və “Ən Ucuz” adlı marketlərdə vergidən yayınma hallarının olması barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının 10, 15, 20, 23 və 27.06.2016-cı il tarixli, Azərbaycan Respublikası Baş Prokurorluğunun 20.06, 24.04.2016-cı il tarixli, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 21.06.2016-cı il tarixli məktubları ilə Vergilər Nazirliyinə daxil olmuş və birbaşa nazirliyə ünvanlanmış eyniməzmunlu müraciətlərinə baxılmışdır.
Müraciətlərinizdə göstərilənlərlə əlaqədar aparılmış araşdırma zamanı “Əli-94”, “Hper”, “Səda Store” adlı ticarət obyektlərində Əsgərov Rövşən Bibiqulu oğlunun, “Ən Ucuz” adlı ticarət obyektində Əliyev İlqar Qiyas oğlunun sahibkarlıq fəaliyyəti ilə məşğul olduqları müəyyən edilmişdir. “Göyçay” adlı ticarət obyektinin isə Astanova Güldanə Salik qızına məxsus olduğu müəyyən edilmişdir.
Bildiririk k, R.Əsgərovun sahibkarlıq fəaliyyəti üzrə və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə səyyar vergi yoxlaması təyin edilmiş və hal-hazırda yoxlama davam etdirilir. Yoxlamanın nəticəsindən asılı olaraq qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görüləcəkdir.
Bundan əlavə vergi orqanının müvafiq qərarına əsasən, həmin obyektlərdə keçirilmiş operativ vergi nəzarəti zamanı əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 9 (doqquz) nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi və nagd pul hesablarının aparılması qaydalarının pozulması faktları aşkar edilərək, vergi ödəyicisi barəsində Vergi Məsəlləsinə müvafiq qaydada aktlar tərtib edilmişdir.
Əliyev İlqar Qiyas oğlunun fəaliyyət göstərdiyi obyektdə isə “Xronometraj metodu ilə müşahidə” aparılmış və orta günlük satış dövriyyəsi müəyyən edilmişdir.
Sumqayıt şəhər 22 məhəllədə yerləşən vətəndaş Astanova Güldanə Salik qızına məxsus “Göyçay” ticarət mərkəzinin hal-hazırda fəaliyyət göstərmədiyi və obyektdə təmir-tikinti işlərinin aparıldığı müşahidə olunmuşdur. Obyektin fəaliyyəti vergi orqanı tərəfindən nəzarətə götürülmüş, gələcəkdə aparılacaq nəzarət tədbirləri zamanı hər hansı qanun pozuntularına yol verildiyi təqdirdə vergi ödəyicisi barəsində qanunvericilikdə nəzarətdə tutulmuş tədbirlər görüləcəkdir”.

Vergilər Nazirliyi “ölünü qoyub, dirini ağlayır”

“Hürriyyət”in oxucularına məlumdur ki, Vüqar Qələndərova məxsus ticarət mərkəzlərinin heç birinin rəsmi sənədlərdə öz adına olmadığı haqda əksər yazılarımızda məlumat vermişik. Dəfələrlə vurğulamışıq ki, V.Qələndərov bu obyektləri müxtəlif adamların adına, məsələn, bir neçəsini (“Əli-94”, “Hper”, “Səda Store”) həmin ticarət mərkəzlərindən birində qarovulçu işləyən Rövşən Əsgərova kağız üzərində “icarəyə verməklə”, külli miqdarda maliyyə maxinasiyasına yol verib.
Odur ki, hazırda Vergilər Nazirliyinin rəsmisi “ölünü qoyub, dirini ağlamaqla” məşğuldur. Belə ki, nazirlik onlara təqdim etdiyimiz faktları “araşdırma” adı altında bizə qaytararaq qeyd edir ki, ““Əli-94”, “Hper”, “Səda Store” adlı ticarət obyektlərində Əsgərov Rövşən Bibiqulu oğlunun, “Ən Ucuz” adlı ticarət obyektində Əliyev İlqar Qiyas oğlunun sahibkarlıq fəaliyyəti ilə məşğul olduqları müəyyən edilmişdir. “Göyçay” adlı ticarət obyektinin isə Astanova Güldanə Salik qızına məxsus olduğu müəyyən edilmişdir”.

Vergi müfəttişləri 9-dan artıq saymaqdan niyə “qorxurlar”?

Bundan əlavə Vergilər Nazirliyindən daxil olan məktubda həmin obyektlərin hər birində “keçirilmiş operativ vergi nəzarəti zamanı əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 9 (doqquz) nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi və nagd pul hesablarının aparılması qaydalarının pozulması faktları aşkar edilərək, vergi ödəyicisi barəsində Vergi Məcəlləsinə müvafiq qaydada aktlar tərtib edilmişdir” – fikri də diqqətdən qaçmamalıdır. Belə ki, nazirliyin açıqlamasına inansaq, sahəsi 3000 kv.metrdən artıq olan “Əli-94”, sahəsi 4 000 kv. metr olan “Hiper” və sahəsi 2 000 kv.metr olan “Səda Store” ticarət mərkəzlərində, eləcə də digər obyektlərin hər birində cəmi 9 nəfər işçi qeydiyyatsız çalışıb. Halbuki, “Hürriyyət”in təqdim etdiyi sənədlərdə “Hiper”də 173 (rəsmi sənədlərdə 15 nəfər göstərilir), “Əli-94”də 145 (rəsmi sənədlərdə 20 nəfər göstərilir), “Səda Store” ticarət mərkəzində isə 120 nəfər (rəsmi sənədlərdə 15 nəfər göstərilir) qanunsuz işçi çalışdırıldığı haqda dəqiq siyahı verilib. Bu səbəbdən belə görünür ki, sözügedən ticarət obyektlərində “araşdırma aparan” vergi müfəttişləri ya “9-dan artıq saya bilmirlər”, ya onların görmə qabiliyyətində problem var, ya da…

Nə üçün bütün obyektlərdə 9 nəfər qanunsuz işçi çalışdığı iddia olunur?

Əlbəttə, birinci və ikinci versiyanın üzərində dayanmadan, üçünçü versiya haqda düşünmək daha məntiqli olar. Bundan öncə isə, bir daha xatırladaq ki, Cinayət Məcəlləsinin 162-1-ci maddəsinə əsasən isə Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən xeyli sayda ("xeyli” sayda dedikdə, on nəfər və ondan çox olan işçinin sayı nəzərdə tutulur) işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yeddi min manatdan on min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Eyni əməllər təkrar törədildikdə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Deməli, Vergilər Nazirliyinin V.Qələndərovun ticarət mərkəzinin hər birində cəmi 9 nəfərin adının rəsmi sənədlərdə göstərilmədiyi haqda açıqlaması heç də təsadüfi deyil. Burdan aydın olur ki, nazirlik, hansısa anlaşma əsasında, on və daha çox şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən çalışdırıldığını gizlətməkdə maraqlı olub. Əks halda, bir çox danılmaz faktlar və qeyri-rəsmi çalışdırılan yüzdən artıq işçinin siyahısını təqdim etməyimizə rəğmən, Vergilər Nazirliyinin redaksiyamıza göndərdiyi məktuba heç bir anlam vermək olmur.
Bu səbəbdən istisna deyil ki, Vüqar Qələndərovun ağır cinayət əməlinin “yüngül” təqdim olunması faktı böyük məbləğdə rüşvət hesabına başa gəlib. Çünki bu günə qədər vergi müfəttişlərinin yoxlamalar zamanı səbəbsiz yerə hansısa rəqəmi kiçik gördüyünün şahidi olmamışıq. Əksinə, cəmiyyətdə çoxlarına yaxşı bəllidir ki, onların bir çoxu yeyinti faktlarını, dolayısı ilə rəqəmləri şişirtmək mərəzinə tutulub. Buna misal olaraq, Şirin Cəfərinin rəhbərlik etdiyi “Gündəm xəbər” qəzeti 2 min tirajla çap olunduğu halda, vergi müfəttişlərinin bu rəqəmi 20 min “görüb”, baş redaktoru külli miqdarda vergi cəzası ilə üz-üzə qoymalarını qeyd edə bilərik…
Sual oluna bilər ki, Vergilər Nazirliyi bu və ya digər səbəbdən Vüqar Qələndərovun qanunsuz əməllərinə göz yumubsa, bəs müraciət olunan digər qurumlar nə üçün susur?
Oxucuların diqqətinə çatdıraq ki, növbəti sayımızda Vergilər Nazirliyi rəsmisinin mövzu ilə bağlı gülünc açıqlaması və ortada külli miqdarda rüşvət faktı olduğunu etiraf etməsi ilə yanaşı, digər qurumların da hansı mövqedə olduqlarına və problemə necə yanaşdıqlarına aydınlıq gətirəcəyik.
Onu da biləcəksiniz ki, Vüqar Qələndərovun illərdir bərabər çalışdığı, hətta rəsmi tədbirlərdə, toylarda yanaşı şəkil çəkdirdiyi şəxs barəsində məhkəməyə nə üçün müraciət edib və öz şikayətində onu nə üçün tanımadığını bildirib…










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Əli Əsədov benzinin qiyməti ilə bağlı QƏRAR VERDİ
Bu gün, 18:15
Karapetyanın partiyasının üzvləri saxlanıldı
Bu gün, 17:27
Çexiya Azərbaycana yeni hərbi təlim təyyarəsini təklif edib
Bu gün, 17:26
Naxçıvanda taksi narazılığı: Bu avtomobillərə qadağa qoyuldu – AYNA-dan CAVAB
Bu gün, 17:20
İran bəyanat verdi: - Müharibə mürəkkəb mərhələyə keçir
Bu gün, 17:18
Rusiya Avropa strukturlarının nümayəndələrinə qarşı sanksiyalar tətbiq edib
Bu gün, 17:15
“İpək Yolu Sığorta” kiçilib, gəlirləri azalıb
Bu gün, 17:13
Sankt-Peterburqda Putin və Əraqçi arasında görüş keçirilir
Bu gün, 17:10
Çimərlikdəki qətlin məhkəməsi – ŞOK İFADƏLƏR
Bu gün, 16:51
70 kq qızılla tutulan polkovnikə - Hökm oxundu
Bu gün, 16:44
Paşinyanın sərhədlə bağlı açıqlamasına Bakıdan REAKSİYA: - “Mübahisəli ərazilər var...”
Bu gün, 16:37
Deputatın qızlara pulsuz təhsil təklifinə REAKSİYA: - “Hansısa tələbənin təhsil haqqını özü ödəsin”
Bu gün, 16:33
"Pünhan kişidir, rəftar fərqli olmalıdır"
Bu gün, 16:30
Məzahir Pənahov yenidən MSK sədri seçilib
Bu gün, 16:29
Xocalı sakinləri işsizlik və həyətyanı sahə problemi ilə üzləşirlər... - NARAZILIQ VAR...
Bu gün, 16:03
ABŞ-nin İranla bağlı strategiyası naməlumdur - Almaniya Kansleri
Bu gün, 15:53
MSK-nın heç bir funksiyası yoxdur - Siyasilərdən REAKSİYA
Bu gün, 15:51
“Bank Avrasiya”nın maliyyə vəziyyəti ürəkaçan deyil – Ümidsiz kreditlərin payı kəskin artıb
Bu gün, 15:48
“Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov istefaya göndərilib
Bu gün, 15:45
Turan Topalova tutduğu vəzifədən ayrıldı - ƏMR
Bu gün, 15:44
Ermənistanda Rusiya lehinə olan kanallar silindi
Bu gün, 15:42
Cəlilov da BELƏ YEYİR: Hər kilometrə 200 MİN MANAT... - AY MAŞALLAH...
Bu gün, 15:34
Bank of Baku 27 qəpik borcu 2 manata necə çevirib? - Mərkəzi Bank vətəndaş şikayətinə belə CAVAB VERDİ
Bu gün, 15:22
SAVAŞDAN ÇIXANA “XOX GƏLİRLƏR”: “Telefonumuza cavab verməsəniz, qohumlarınıza zəng edəcəyik” - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 15:15
Avropa İttifaqının Gürcüstandakı səfiri XİN-ə çağırılıb - KİV
Bu gün, 15:03
Paşinyanın korteji hamilə qadını belə vurub – yeni iddia
Bu gün, 15:02
Elgiz və Xoşqədəm yeni layihə ilə efirə QAYIDIR
Bu gün, 14:39
Xəyal Rza qəzaya düşdü - FOTO
Bu gün, 14:38
Bu temp Anar Rzayevi HƏBSƏ GÖTÜRƏ BİLƏR... - ÇÜNKİ...
Bu gün, 14:33
Cavid Nəbiyevin şirkətləri borc içində: Siyahıda "Anadolu Efes" də var - TƏFƏRRÜAT
Bu gün, 14:25
“Görünür, Kremldə də çox istəyirlər ki, Zelenski ilə Bakıda hansısa görüş keçirilsin, amma...”
Bu gün, 14:08
Aqil Abbasdan “Ağdam Bus” kartlarının buraxılmasına münasibət: -“2-3 min adam üçün nəyə lazımdır?”
Bu gün, 14:06
Marukyan Azərbaycanı məhkəməyə vermək istəyir
Bu gün, 14:02
Körpələrin yeməyinə tamah salan BÖYÜKLƏR... - İTTİHAM VAR...
Bu gün, 13:47
Maliyyə icarəsi verənlərin reyestri ilə bağlı dövlət rüsumu müəyyənləşir - MƏBLƏĞ
Bu gün, 13:42
Gürcüstanla sərhədin delimitasiyasının başa çatdırılması barədə razılıq əldə etmişik - Paşinyan
Bu gün, 13:34
Bakıda FACİƏ: pəncərəni silən qız binadan yıxılıb ÖLDÜ - TƏFƏRRÜAT
Bu gün, 13:31
Bu şəxslər MSK-nın yeni tərkibində yer almadı - SİYAHI
Bu gün, 13:07
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? - Rusiyanın “kölgə tanker”ində İran izi
Bu gün, 13:06
“Səfərbərlik kimi məsuliyyətli proseslərdə qanun pozuntusuna yol vermək olmaz” - deputat
Bu gün, 12:59
Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir - belə deyirlər...
Bu gün, 12:49
Dilarə Kazımova ailə quracağı şəxsə ŞƏRT KƏSDİ - "Məni üç uşağımla..."
Bu gün, 12:39
Azərbaycanda tətbiq edilən ŞOK SİLAH – Daha təhlükəli formada qayıdıb?
Bu gün, 12:35
Distant təhsil günlərində internet güzəşti olacaq? - AKTUAL
Bu gün, 12:30
Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası davam etdiriləcək - Nikol Paşinyan
Bu gün, 12:27
Portağal idxalı: İrandan çox alırıq, Türkiyədən isə ucuz… - SİYAHI
Bu gün, 12:24
Gürcüstanda 55 əcnəbi saxlanıldı - Aralarında Azərbaycan vətəndaşları da var
Bu gün, 12:13
Deputat Aydın Mirzəzadənin sərgüzəştləri - Orxan Saffari yazır...
Bu gün, 12:08
Bu komitəyə yeni sədr seçildi - ƏMR
Bu gün, 12:02
Hakim Elnur Nuriyev bir dələduza niyə HÖKM oxumur? - 165 ailə Mehriban Əliyeva və İnam Kərimova üz tutdu
Bu gün, 11:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru