Karapetyanın partiyasının üzvləri saxlanıldı .....                     Çexiya Azərbaycana yeni hərbi təlim təyyarəsini təklif edib .....                     Naxçıvanda taksi narazılığı: Bu avtomobillərə qadağa qoyuldu .....                     İran bəyanat verdi: .....                     Rusiya Avropa strukturlarının nümayəndələrinə qarşı sanksiyalar tətbiq edib .....                     “İpək Yolu Sığorta” kiçilib, gəlirləri azalıb .....                     Sankt-Peterburqda Putin və Əraqçi arasında görüş keçirilir .....                     Çimərlikdəki qətlin məhkəməsi .....                     70 kq qızılla tutulan polkovnikə .....                     Paşinyanın sərhədlə bağlı açıqlamasına Bakıdan REAKSİYA: .....                     Deputatın qızlara pulsuz təhsil təklifinə REAKSİYA: .....                     "Pünhan kişidir, rəftar fərqli olmalıdır" .....                     Məzahir Pənahov yenidən MSK sədri seçilib .....                     Xocalı sakinləri işsizlik və həyətyanı sahə problemi ilə üzləşirlər... .....                     ABŞ-nin İranla bağlı strategiyası naməlumdur .....                     MSK-nın heç bir funksiyası yoxdur .....                     “Bank Avrasiya”nın maliyyə vəziyyəti ürəkaçan deyil .....                     “Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov istefaya göndərilib .....                     Turan Topalova tutduğu vəzifədən ayrıldı .....                     Ermənistanda Rusiya lehinə olan kanallar silindi .....                     Cəlilov da BELƏ YEYİR: Hər kilometrə 200 MİN MANAT... .....                     Bank of Baku 27 qəpik borcu 2 manata necə çevirib? .....                     SAVAŞDAN ÇIXANA “XOX GƏLİRLƏR”: “Telefonumuza cavab verməsəniz, qohumlarınıza zəng edəcəyik” .....                     Avropa İttifaqının Gürcüstandakı səfiri XİN-ə çağırılıb .....                     Paşinyanın korteji hamilə qadını belə vurub .....                     Elgiz və Xoşqədəm yeni layihə ilə .....                     Xəyal Rza qəzaya düşdü .....                     Bu temp Anar Rzayevi HƏBSƏ GÖTÜRƏ BİLƏR... .....                     Cavid Nəbiyevin şirkətləri borc içində: Siyahıda "Anadolu Efes" də var .....                     “Görünür, Kremldə də çox istəyirlər ki, Zelenski ilə Bakıda hansısa görüş keçirilsin, amma...” .....                     Aqil Abbasdan “Ağdam Bus” kartlarının buraxılmasına münasibət: .....                     Marukyan Azərbaycanı məhkəməyə vermək istəyir .....                     Körpələrin yeməyinə tamah salan BÖYÜKLƏR... .....                     Maliyyə icarəsi verənlərin reyestri ilə bağlı dövlət rüsumu müəyyənləşir .....                     Gürcüstanla sərhədin delimitasiyasının başa çatdırılması barədə razılıq əldə etmişik .....                     Bakıda FACİƏ: pəncərəni silən qız binadan yıxılıb ÖLDÜ .....                     Bu şəxslər MSK-nın yeni tərkibində yer almadı .....                     “Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? .....                     “Səfərbərlik kimi məsuliyyətli proseslərdə qanun pozuntusuna yol vermək olmaz” .....                     Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir .....                 

Anasını dəlixanaya saldıran məmur kimdir? - ŞOK İDDİA
Tarix: 25-06-2016, 12:25 | Çap et
Anasını dəlixanaya saldıran məmur kimdir?
Redaksiyaya daxil olmuş bir müraciəti emosiyasız oxumaq mümkün deyil – oxuduqca, cəmiyyətimizdə hökm sürən mənəviyyatsızlığın və köməksizliyin miqyasına heyrətlənməyə bilmirsən!
İslam üləmaları, ziyalı dindarlarımız, yazarlarımız hər zaman bizlərə bir hikməti aşılayıblar – yazıblar, deyiblər: В«Cənnət – ananın ayaqları altındadırВ». Nə yazıq ki, Alya ananın redaksiyamıza təqdim etdiyi sənədləri öyrəndikcə, istər-istəməz bu qənaətə gəlirsən ki, onun nankor oğlu artıq cənnəti də sökməyə başlayıb!

Bakı şəhər sakini, Səbail rayonu, Bünyad Sərdarov küçəsindəki 17 saylı binanın 22-ci mənzilində yaşayan Təmrazova Alya Həsən qızı yazır: В«24 may 2014-cü il tarixdə Baş Prokuror Zakir Qaralov məni vəkilimlə birlikdə qəbul etdiyi zaman В«Cənab Baş Prokuror, 4 ildir ki, bu cinayət işləri Sizin xüsusi nəzarətinizdə olduğu halda, nə üçün öz həllini tapmır?В» sualına cavab verə bilmədikdə, В«Danışığınızı davam etsəniz mən də sizin psixi durumunuz haqqında fikrimi dəyişə bilərəmВ» – deyə, bildirdi.

2013-cü ilin oktyabrında Bakı şəhər prokurorluğunun müstəndiqi, hazırda Nərimanov rayon prokurorunun köməkçisi Elşən Məmmədov məni küçə söyüşləri ilə təhqir edərək, istintaq idarəsinin rəisi Cəfər Cəfərovun və Bakı şəhər prokurorunun müavini Azər Əsgərovun yanında В«Q….ə, sənin nəslini kəsəcəyəmВ» – deyə, söydü.

14 aprel 2016-cı il tarixində Baş Prokurorluğun istintaqa nəzarət İdarəsinin rəisi Nazim Abbasov məni qəbul edərkən ona təqdim etdiyim faktlara-sənədlərə bir bəhanə tapa bilmədikdə, qəflətən əlini masanın üstünə vuraraq, ərazi prokuroru Nizami Göyüşovun və şahidlərim olan vətəndaşların yanında В«Kopək oğlunun qızı, bəsdir, mənim əsəblərimlə oynama!В» – dedi və dəhlizə çıxıb, məni В«oğraş oğlunun qızı!В» söyüşünə qonaq elədi…

Hörmətli baş redaktor! Azərbaycan Respublikasının Prezidenti çıxışlarında məmur ozbaşınalığına son qoyulmasını tələb etdiyi halda, göründüyü kimi, hələ də bu çağırışa əməl etməyən məmurların sayı kifayət qədərdir. 02 mart 2016-cı il tarixindən hal-hazıra qədər Bakı şəhər prokurorluğunda istintaq idarəsinin müstəntiqi Asəm Səfərəliyev tərəfindən birləşdirilmiş iki cinayət işi üzrə heç bir istintaq hərəkəti aparılmır. Bakı şəhər prokuroru Əziz Seyidov suallarıma cavab verə bilmədikdə, məni açıq-aşkar süründürməçiliyə məruz qoyur – aldadır. Çünki Bakı şəhər prokurorluğunun qanunsuz və qərəzli Qərarı 3 dəfə Baş Prokurorun müavini Rüstm Usubov tərəfindən ləğv edilib.
Odur ki, bu işin mətbuatda və internet səhifələrində işıqlandırılması, mənim təhlükəsizliyimin təmin olunması və cinayətkarların məsuliyyətə cəlb olunması üçün yuxarıda göstərilənləri Baş Prokurorun və Fuad Ələsgərovun diqqətinə çatdırılmasını sizdən xahiş edirəmВ».

Bəs, bütün bu çək-çevir öz başlanğıcını nədən və haradan götürür? Alya xanımın müraciətinə əlavə olunmuş digər bir sənəd – Baş Prokuror Zakir Qaralova, Bakı şəhər prokuroru Əziz Seyidova, Səbail rayon prokuroru Şirxan Adıgözəlova (Keçmiş-red.) ünvanlanmış bir ərizə bu suala dolğun cavab verir. Ərizə sahibi, Zaqatala rayonunun Bəhmənli kənd sakini, vəkil Əhməd İsmayıl Əhməd oğlu yazır:
В«Sizə bildiririk ki, Təmrazova Alya Həsən qızı ilə biz ailəlikcə 30 ildən artıqdır ki, dostluq edirik. 19.09.2010-cu il tarixdə, axşam çağı Alya xanıma baş çəkməyə getmişdim. Evə qalxanda məni Həsən (Həsən Alya xanımın oğludur, hazırda Gömrük Komitəsində yüksək vəzifədə işləyir. Bu vəzifəyə onu Birinci xanım Mehriban Əliyeva ilə qohumluq əlaqələri olan anası düzəldib… –red.) qarşıladı. Mənzilə daxil olarkən, orada Vəfadar adlı qonşunu və yataq xəstəsi olan Lətifə xanımı gördüm. Həsəndən Alya xanımı soruşdum. Cavab verdi ki, Alya xanımı dəlixanaya yerləşdirmişəm – o, dəlidir, onu bir neçə ay dəlixanada müalicə etdirib, qəyyumluğu öz üzərimə sənədləşdirəcəm. Bununla da hər şey bitəcək.

Həsən onu da dedi ki, Alya xanımın dəlixanaya aparılmasına və oradakı həkimlərə külli miqdarda pul xərcləyib. Nəzərimə çatdırdı ki, mənə də nə qədər lazımdırsa pul verəcək.

Daha sonra Alya xanımın xalası oğlu Vaqif həyat yoldaşı ilə gəldi. Lətifə nənəyə yemək yedirtmək istəyirdilər. Amma o, yeməkdən imtina elədi. Mən Həsənə heç nə demədən, mənzildən çıxdım.

21.09.2010-cu il tarixində səhər tezdən Şamil müəllim (bu şəxsin kimliyi barədə məlumat verilmir – red.) ilə mən Maştağada yerləşən 1 saylı Respublika Psixatriya Xəstəxanasına gəldik. Orada Alya xanımı axtarıb tapdıq və onun həkimi Gülzar xanımla görüşdük. Alya xanımın nə üçün burada saxlandığını soruşduq. Həkim bizə Həsənin imzaladığı ərizəni (bir-iki cümlədən ibarət) göstərdi və bildirdi ki, indi komissiya olacaq və Alya xanımı buraxacağıq.
Alya xanımın yaxın adamları kimi baş həkimlə görüşmək istədik. Amma nəyə görə isə baş həkim bizimlə görüşməkdən imtina elədi. Üstündən 30 dəqiqə keçməmiş, Alya xanım içəridən çıxdı və biz onu evə gətirdik. Biz orada gözləyən vaxt Həsənin də kənarda duraraq, əsəbi şəkildə kimlərləsə danışdığını gördük. Sonra o, bizə yaxınlaşdı – bizi acıladı və kənarlaşdı.

Anasını dəlixanaya saldıran məmur kimdir?

Evə gəldikdə isə gördüm ki, Həsən evdədir. Alya xanımın xahişi ilə onu kənara çəkib, mənzili tərk etməsini istədim, çünki Alya xanım onu görmək istəmirdi. O zaman Həsən bildirdi ki, mənzili tərk etməyəcək… Alya xanım polisə zəng vurdu və polis gəldi və onu mənzildən çıxartdı.

Onu da nəzərinizə çatdırmaq istəyirəm ki, Həsən 2007-ci ildən anası Alya xanımla yaşamır. Alya xanım həmişə bizə deyirdi ki, oğlu onunla pis davranır, onu döyür-söyür və təhqir edir. Sonuncu dəfə 2010-cu ildə Həsən Alya xanımı döydükdən sonra, ana oğlunun mənzil qeydiyyatından çıxarılması iddiası ilə məhkəməyə müraciət edibВ».

Bax, belə… Anasının mənzilində gözü olan, mənzili ələ keçirməyə çalışan oğul, yadlara pul verib, Alya xanımı küçədən oğurlatdıraraq, dəlixanaya saldırır. Guya ki, ANA dəlidir! Üstəlik də, nankor oğul anasını dəlixanada saxlatdırmaq məqsədilə Fövqəladə Hallar naziri Kəmaləddin Heydərova məktubla müraciət edib, ondan da kömək umub.

Rəzalət!!!

Bu barədə Alya ana yazır: В«Fövqəladə Hallar Nazirliyinin işçisi Murad Usub oğlu Sultanzadə və Gömrük Komitəsinin müstəndiqi Həsən Çingiz oğlu Sultanzadə doğma anası Alya Təmrazovanın mənzillərini və şəxsi əşyalarını ələ keçirmək məqsədilə qanunsuz – məhkəmənin qərarı olmadan polis və həkimlərin iştirakı ilə onu küçədən oğurlayıb Maştağadakı 1 saylı Psixatriya xəstəxanasına yerləşdiriblər. Amma həkimlərin rəyi əsasında mənim tam sağlam olduğum təsdiqlənib”.
Həsən Sultanzadənin В«dəlixana əməliyyatıВ» baş tutmadıqda, o, doğma anası Alya Təmrazovanı 36 dəfə məhkəməyə çəkib. “2014-cü ildə heç bir əsas və səbəb olmadan, nə mənim, nə də vəkilimin məhkəmədən və məhkəmə qərarından xəbərimiz olmadığı halda, Səbail rayonunun sabiq prokuroru Şirxan Adıgözəlov korrupsiya və rüşvətxorluqla bağlı öz cinayətlərini ört-basdır etmək məqsədilə Səbail rayon Məhkəməsinin hakimi Azər Tağıyevin gizli qərarını əldə edərək, 20 fevral 2014-cü il tarixində 9-cu polis bölməsinin təhqiqatçısı Fazil Mahmudovun və digərlərinin köməyi ilə məni yenidən oğurlayıb Maştağadakı 1 saylı psixatriya xəstəxanasına apartdırdı. Şirxan Adıgözəlovun mənə qarşı törətdiyi cinayət əməlləri bu günə qədər hüquq-mühafizə orqanları tərəfindən araşdırılmayıb və hüquqi baxımdan qiymətləndirilməyib.
Şirxan Adıgözəlovun В«dəlixana əməliyyatıВ» baş tutmadıqdan sonra, Həsən Sultanov (xeyli düşündürücüdür ki, Alya xanım oğluna öz atasınıni adını verib!) 18 sentyabr 2014-cü ildə heç bir aidiyyatı olmayan qurumun rəhbərinə – Fövqəladə Hallar naziri Kəmaləddin Heydərova yazılı surətdə müraciət edib ki, anası Alya Təmrazovanı psixatriya xəstəxanasına yerləşdirmək işində ona göməklik göstərsin (? – red.).В»

Fövqəladə Hallar Nazirliyi Həsənin (maraqlıdır ki, bu nankor oğula Alya xanım imam Nəsənin adını verib!) rəsmi müraciətinə 14.10.2014-cü il tarixli, 22/22-26/05720 saylı məktubla cavab verib: «…Göstərilən məsələnin nazirliyin səlahiyyətinə aid olmadığını nəzərinizə çatdırır və digər aidiyyati orqanlara müraciət etməyinizi məqsədəmüvafiq hesab edirikВ». Bu da belə…

Anasını dəlixanaya saldıran məmur kimdir?

Beləliklə, bütün səylərinə baxmayaraq, Həsənin В«dəlixanaВ» variantı baş tutmayıb. Bunu, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Psixatrik Ekspertiza Mərkəzinin verdiyi 207 saylı (26.02.2014) rəy təsdiqləyir. Rəydə deyilir: В«19 sentyabr 2010-cu ildə Alya Təmrazovanın psixatriya xəstəxanasına müayinə məqsədi ilə yerləşdirilməsi oğlunun ərizəsi nəzərə alınmaqla qüvvədə olan В«Psixatriya Yardım HaqqındaВ» Azərbaycan Respublikası Qanununun 11-ci, 19-cu, 25-ci və 29-cu maddələrinin tələblərinə uyğun olaraq əsaslı aparılmışdır. 1 saylı Respublika Psixatriya Xəstəxanası tərəfindən qoyulmuş В«Hazırda ruhi xəstəlik aşkar olunmur. Şəxsiyyətin cüzi paranoyal inkişafının cizgiləri müşahidə olunurВ» diaqnozu düzgün və əsaslı olmuşdur. Tibbi sənədlərdə göstərilən həmin nəticəyə əsasən Təmrazova Alya Həsən qızında həmin vaxt hər-hansı psixi xəstəlik və psixi fəaliyyətin pozulmaları qeyd olunmamışdır…»

Təsəvvür edirsinizmi, doğma oğul sapsağlam anasının başına bütün bu müsibətləri nələrin xatirinə gətirir? Bu sualın cavabını Respublika Baş Prokurorluğunun Alya xanıma ünvanladığı 02.03.2016-cı il tarixli, 04/8988 saylı məktubda tapacağıq. Məktubda deyilir: В«Oğlunuz Həsən Sultanzadənin 19 sentyabr 2010-cu il tarixli ərizəsi əsasında qanunsuz olaraq 1 saylı Respublika Psixatriya Xəstəxanasına yerləşdirilməyiniz və həmin müddətdə mənzilinizdən Sizə məxsus qızıl-ziynət əşyaları, 5000 manat pulun və evin sənədlərinin oğurlanması faktları ilə bağlı başlanmış cinayət işinin qeyri-obyektiv aparılması ilə əlaqədar həmin işlərin bir icraata birləşdirilməsi, təqsirli olan şəxslərin cinayət məsuliyyətinə cəbl edilməsi barədə müraciətinizə Baş Prokurorluqda baxıldı.

Məlumat üçün bildirilir ki, şikayətiniz təmin olunaraq Səbail Rayon Prokurorluğunda Azərbaycan Respublikası CM-nin 146.2 və 313-cü maddələri və Bakı Baş Polis İdarəsinin İstintaq və Təhqiqat idarəsində Azərbaycan Respublikası CM-nin 177.3.2 maddəsi ilə olan cinayət işləri bir icraata birləşdirilərək, istintaqın aparılması Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsinə həvalə edilmişdir…». Bu da belə…

İndi gördünüzmü ki, ANAnın ayaqları altındakı cənnət necə tar-mar edilir?! İmam Həsənin (şiələrdə ən hörmətli müqəddəslərdən biri – Həzrət Əlinin böyük oğlu və Peyğəmbərimizin böyük nəvəsi) adını daşıyan Sultanzadə Həsənin hərəkələri açıq-aydın göstərir ki, o, bir Peyğəmbər ümməti kimi həmin ada layiq deyil və Alya xanım oğluna bu adı verərkən, böyük səhv edib. Bu nankor övladın davranışını mənəviyyatsızlıq adlandırmaq xeyli yumşaq və qeyri-adekvat olardı…

Bir neçə gün bundan əvvəl vətəndaş müraciəti əsasında hazırladığım yazıda qeyd etmişdim ki, mənəviyyat nihilizmi avtomatik olaraq, ölkədə hüquqi nihilizmi doğurur və stimullaşdırır. Buyurun – bu da dediklərimə daha bir nümunə: Həsən В«cənnətВ»i söküb-dağıdır, hüquq-mühafizə orqanları da onun hərəkətlərinə göz yumur…










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Karapetyanın partiyasının üzvləri saxlanıldı
Bu gün, 17:27
Çexiya Azərbaycana yeni hərbi təlim təyyarəsini təklif edib
Bu gün, 17:26
Naxçıvanda taksi narazılığı: Bu avtomobillərə qadağa qoyuldu – AYNA-dan CAVAB
Bu gün, 17:20
İran bəyanat verdi: - Müharibə mürəkkəb mərhələyə keçir
Bu gün, 17:18
Rusiya Avropa strukturlarının nümayəndələrinə qarşı sanksiyalar tətbiq edib
Bu gün, 17:15
“İpək Yolu Sığorta” kiçilib, gəlirləri azalıb
Bu gün, 17:13
Sankt-Peterburqda Putin və Əraqçi arasında görüş keçirilir
Bu gün, 17:10
Çimərlikdəki qətlin məhkəməsi – ŞOK İFADƏLƏR
Bu gün, 16:51
70 kq qızılla tutulan polkovnikə - Hökm oxundu
Bu gün, 16:44
Paşinyanın sərhədlə bağlı açıqlamasına Bakıdan REAKSİYA: - “Mübahisəli ərazilər var...”
Bu gün, 16:37
Deputatın qızlara pulsuz təhsil təklifinə REAKSİYA: - “Hansısa tələbənin təhsil haqqını özü ödəsin”
Bu gün, 16:33
"Pünhan kişidir, rəftar fərqli olmalıdır"
Bu gün, 16:30
Məzahir Pənahov yenidən MSK sədri seçilib
Bu gün, 16:29
Xocalı sakinləri işsizlik və həyətyanı sahə problemi ilə üzləşirlər... - NARAZILIQ VAR...
Bu gün, 16:03
ABŞ-nin İranla bağlı strategiyası naməlumdur - Almaniya Kansleri
Bu gün, 15:53
MSK-nın heç bir funksiyası yoxdur - Siyasilərdən REAKSİYA
Bu gün, 15:51
“Bank Avrasiya”nın maliyyə vəziyyəti ürəkaçan deyil – Ümidsiz kreditlərin payı kəskin artıb
Bu gün, 15:48
“Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov istefaya göndərilib
Bu gün, 15:45
Turan Topalova tutduğu vəzifədən ayrıldı - ƏMR
Bu gün, 15:44
Ermənistanda Rusiya lehinə olan kanallar silindi
Bu gün, 15:42
Cəlilov da BELƏ YEYİR: Hər kilometrə 200 MİN MANAT... - AY MAŞALLAH...
Bu gün, 15:34
Bank of Baku 27 qəpik borcu 2 manata necə çevirib? - Mərkəzi Bank vətəndaş şikayətinə belə CAVAB VERDİ
Bu gün, 15:22
SAVAŞDAN ÇIXANA “XOX GƏLİRLƏR”: “Telefonumuza cavab verməsəniz, qohumlarınıza zəng edəcəyik” - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 15:15
Avropa İttifaqının Gürcüstandakı səfiri XİN-ə çağırılıb - KİV
Bu gün, 15:03
Paşinyanın korteji hamilə qadını belə vurub – yeni iddia
Bu gün, 15:02
Elgiz və Xoşqədəm yeni layihə ilə efirə QAYIDIR
Bu gün, 14:39
Xəyal Rza qəzaya düşdü - FOTO
Bu gün, 14:38
Bu temp Anar Rzayevi HƏBSƏ GÖTÜRƏ BİLƏR... - ÇÜNKİ...
Bu gün, 14:33
Cavid Nəbiyevin şirkətləri borc içində: Siyahıda "Anadolu Efes" də var - TƏFƏRRÜAT
Bu gün, 14:25
“Görünür, Kremldə də çox istəyirlər ki, Zelenski ilə Bakıda hansısa görüş keçirilsin, amma...”
Bu gün, 14:08
Aqil Abbasdan “Ağdam Bus” kartlarının buraxılmasına münasibət: -“2-3 min adam üçün nəyə lazımdır?”
Bu gün, 14:06
Marukyan Azərbaycanı məhkəməyə vermək istəyir
Bu gün, 14:02
Körpələrin yeməyinə tamah salan BÖYÜKLƏR... - İTTİHAM VAR...
Bu gün, 13:47
Maliyyə icarəsi verənlərin reyestri ilə bağlı dövlət rüsumu müəyyənləşir - MƏBLƏĞ
Bu gün, 13:42
Gürcüstanla sərhədin delimitasiyasının başa çatdırılması barədə razılıq əldə etmişik - Paşinyan
Bu gün, 13:34
Bakıda FACİƏ: pəncərəni silən qız binadan yıxılıb ÖLDÜ - TƏFƏRRÜAT
Bu gün, 13:31
Bu şəxslər MSK-nın yeni tərkibində yer almadı - SİYAHI
Bu gün, 13:07
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? - Rusiyanın “kölgə tanker”ində İran izi
Bu gün, 13:06
“Səfərbərlik kimi məsuliyyətli proseslərdə qanun pozuntusuna yol vermək olmaz” - deputat
Bu gün, 12:59
Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir - belə deyirlər...
Bu gün, 12:49
Dilarə Kazımova ailə quracağı şəxsə ŞƏRT KƏSDİ - "Məni üç uşağımla..."
Bu gün, 12:39
Azərbaycanda tətbiq edilən ŞOK SİLAH – Daha təhlükəli formada qayıdıb?
Bu gün, 12:35
Distant təhsil günlərində internet güzəşti olacaq? - AKTUAL
Bu gün, 12:30
Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası davam etdiriləcək - Nikol Paşinyan
Bu gün, 12:27
Portağal idxalı: İrandan çox alırıq, Türkiyədən isə ucuz… - SİYAHI
Bu gün, 12:24
Gürcüstanda 55 əcnəbi saxlanıldı - Aralarında Azərbaycan vətəndaşları da var
Bu gün, 12:13
Deputat Aydın Mirzəzadənin sərgüzəştləri - Orxan Saffari yazır...
Bu gün, 12:08
Bu komitəyə yeni sədr seçildi - ƏMR
Bu gün, 12:02
Hakim Elnur Nuriyev bir dələduza niyə HÖKM oxumur? - 165 ailə Mehriban Əliyeva və İnam Kərimova üz tutdu
Bu gün, 11:58
Məhkəmə sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı qərar çıxardı
Bu gün, 11:55
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru