Müğənni Rəqsanə İsmayılova barəsində qətimkan tədbiri dəyişdirilib .....                     Niyazi Bayramovun 78 milyonluq "saray əməliyyatı" .....                     Vüqar Qurbanov işdən çıxdı, TƏBİB-dəki qohumu soyadını dəyişdi .....                     Dövlət Aqrar Universiteti 240 min manatı nəyə xərcləyəcək? .....                     “Paşinyan Bakının əlaltısıdır” .....                     "Şəxsi vəsaiti mənimsəyiblər və günü-günə satırlar..." .....                     "Hər ay nömrə aktiv qalsın deyə 12 manat abunə haqqı ödəməliyəm?" .....                     Ermənistan Qazaxıstanda səfirlik binası tikəcək .....                     “Premium Bank”ın dövlətə vergi borcu var .....                     Hörümzün bölünməsi və: Körfəz dövlətlərinin raket qorxusu .....                     MSK-nın yeni tərkibi nə zaman təsdiqlənəcək? .....                     Nazirliyin tenderini yenə həmin şirkət uddu .....                     Müdafiə Nazirliyində növbəti rüşvət QALMAQALI .....                     “Söz vermişdim qızımı xaricdə oxudacam” .....                     İrəvanın bir ayağı yenə “gor”da .....                     Kür çayı bu rayonda bəndi uçurdu .....                     "Naxçıvan duzu" adı altında saxtakarlıq... .....                     Serjik Azərbaycana qayıdır? .....                     İrana görə daha bir ölkə çətin vəziyyətdə .....                     Astarada sel və daşqından mübarizə tədbirlərinə 2 milyon xərclənəcək .....                     Azərbaycanda bu şəxslərə ömürlük azadlıqdan məhrumetmə cəzası verilə bilməz .....                     Elmi-tədqiqat üçün Qazaxıstandan Azərbaycana 10 min diri heyvan gətirilib .....                     Dövlət Aqrar Universiteti 240 min manatı nəyə xərcləyəcək? .....                     Paşinyan kilsəni xaricdə də rahat qoymayacaq .....                     "Yeni Klinika"ya direktor təyin olundu .....                     Buralarda NƏ İŞLƏR ÇEVRİLİR... .....                     Azərbaycanda daha bir məktəbdə BIŞAQLANMA .....                     Araz qırağının əcəb ZİBİLGAHI VAR... .....                     Azərbaycan neftinin qiyməti 113 dolları keçib .....                     “Əməkhaqqı artmadığı halda necə olur xidmət qiymətləri 3 dəfə artır?!” .....                     Mehdiyevin 32 hektarlıq bağı əlindən alındı: Fermalar, bağlar və… .....                     “Putinin “üçbaşlı müharibə koalisiyası” Azərbaycanla münaqişəyə səbəb ola bilər” .....                     Bakıda qayınatasının çənəsini sındıran şəxsə hökm oxundu .....                     Qarabağda MÜHARİBƏ istəyən ölkə .....                     Nazirdən ANONS: minlərlə ailəyə verilən məbləğ artacaq? .....                     Əhalinin ərzaq xərcləri 55%-ə çatdı: Bahalaşmanın səbəbi... .....                     "Pozuntu edənlər niyə “qəfəsdə” olmurlar bəs?!" .....                     Azər Məmmədov yeni gələndə ümid edən işçilər... .....                     Sahib Məmmədov niyə 'obyektini' mədəni naşılara həvalə edib? .....                     Xaçmazda təhsil sistemi bəlkə bundan sonra... .....                 

BAŞ REDAKTOR BAŞÇINI NƏDƏ İTTİHAM EDİR?
Tarix: 4-10-2013, 09:38 | Çap et
BAŞ REDAKTOR BAŞÇINI NƏDƏ İTTİHAM EDİR?
DİA.AZ: - “Güzgü” qəzetinin əməkdaşı Kamran Səxavət DİA.AZ-a olduqca ilginc məktub göndərib. Müraciəti olduğu kimi, yayımlayırıq.
“Son 8 ildə Abşeron rayonunun təhsil müəssisələrində habelə Ceyranbatan qəsəbə 01 saylı orta məktəbində maraq saatları, dərnəklər, xəstə uşaqlara ev şəraitində keçirilməli olan dərslər keçirilmədiyi halda bu məqsədlə dövlət büdcəsindən ayrılmış vəsait məktəb direktoru və bu işdə əli olan digər vəzifəli şəxslər tərəfindən mənimsənilmiş və bu gün də mənimsənilməkdədir” -
Ceyranbatan qəsəbə 01 saylı orta məktəbin direktoru Yusif Yusifov, müavini Solmaz Yusifova bir saat da olsa dərs keçmədiyi halda, özlərinə lazımi qədər dərs saatı yazaraq dövlət vəsaitini mənimsəyiblər. Sinif jurnalında adı yazılmış şagirdlərin sayı ilə faktiki sinifdə olan şagirdlərin sayı üst – üstə düşmür. Dəftərxana ləvazimatlarının alınması üçün son 8 ildə dövlət büdcəsindən ayrılmış vəsait Ceyranbatan qəsəbə icra nümayəndəsi Yusif Əhmədov, sabiq icra nümayəndəsi Arif Sadıqov və digər vəzifəli şəxslər tərəfindən mənimsənilmişdir. Məktəbdə adı olan, amma özü olmayan texniki işçilərə əmək haqqı yazılıb və bu pullar məktəb direktorları Yusif Yusifov, Hafizə Kərimova, təsərrüfat işləri üzrə direktor müavini Elşən Ağayev, Ceyranbatan qəsəbəsinin sabiq icra nümayəndəsi Arif Sadıqov, hazırda icra nümayəndəsi işləyən Yusif Əhmədov tərəfindən mənimsənilmişdir. Ceyranbatan qəsəbəsinin icra nümayəndəsi Yusif Əhmədovun katibəsinin adı məktəbdə texniki işçi kimi (xadimə) sənədləşdirilib. Axı icra nümayəndəsinin katibəsi olan şəxs məktəbdə işləmədiyi halda necə məktəbdən əmək haqqı ala bilər? Direktor Yusif Yusifov maraq saatlarını müavini Solmaz Yusifova ilə aralarında bölüşdürüb, pulunu alıb mənimsəyib, amma bu günədək bir saat da olsa maraq saatını keçməyiblər. Dövlət büdcəsinin vəsaitlərinin mənimsənilməsinə şərait yardan, bu proseslərə rəhbərlik edən Abşeron rayon təhsil şöbəsinin müdiri Nadir Ağayevdir. Nadir Ağayevin xəbəri olmadan dövlət büdcəsinin vəsaitləri necə mənimsənilə bilər? Bu bir ilin söhbəti deyil, neçə illərdir dövlət büdcəsinin vəsaitləri mənimsənilib və mən də neçə illərdir ki, yazıram, şikayət edirəm, amma tədbir görən yoxdur. Arif Sadıqov, Yusif Əhmədov, Yusif Yusifov, Hafizə Kərimova, Solmaz Yusifova, Nadir Ağayev və digərləri kimə arxayın olub dövlət vəsaitini mənimsəyiblər? Görəsən Abşeron rayon Maliyyə İdarəsinə rəhbərlik etmiş və bu gün rəhbərlik edən vəzifə sahibləri hansı səbəbdən dövlət büdcəsinin vəsaitinin təyinatı üzrə xərclənməsinə nəzarət etməyib? Nə vaxtadək övladlarımızı, balalarımızı şikəst edən bu məmurlar cəzasız qalacaq? Ceyranbatan bu gündədirsə görün Abşeron rayonunun digər kənd və qəsəbələrindəki məktəblərdə nələr var? Bu dözülməz və acınacaqlı vəziyyətdən agah olub problemin köklü həllinə nail olmaq üçün son 8 il üzrə Abşeron rayonundakı bütün təhsil müəssisələrinin maliyyə – təsərrüfat fəaliyyətinin yoxlanılması vacibdir. Davamlı müraciətlərimdən sonra Maliyyə Nazirliyi tərfindən guya şikayətim nəzarətə götürüldü, göstərdiyim faktların araşdırılması, qanunamüvafiq tədbirlərin görülməsi və nəticəsi ilə bağlı mənə rəsmi cavab verilməsi üçün Dövlət Maliyyə Nəzarəti Xidmətinə göstəriş verildi. Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi Cavanşir Yusifov da öz növbəsində mənim müraciətimi araşdırmaq üçün 1 saylı Regional Maliyyə Müfəttişliyinin rəisi Akif Zeynalova göndərdi. Akif Zeynalovun müfəttişləri gözdən pərdə asmaq üçün yoxlama aparmaq adı ilə 3 – 4 gün məktəbə gəldilər, amma heç bir yoxlama aparmadılar. Axı nəyi yoxlamaq üçün gəlmişdilər? Akif Zeynalov və onun müfəttişləri bu faktları bilmir, görmür? Akif Zeynalov və onun müfəttişləri belə bir ciddi məsələyə səthi, etinasız yanaşaraq dövlət büdcəsinin vəsaitinin mənimsənilməsi faktını gizlətdilər. Əgər belə olmasaydı Akif Zeynalov mənim müraciətimdəki təsdiqini tapmış faktları dövlət vəsaitinin mənimsənilməsinə birbaşa rəhbərlik edən Abşeron rayon təhsil şöbəsinin müdiri Nadir Ağayevə göndərməzdi. Akif Zeynalov izi itirmək üçün mənə başdansovdu cavablar verib. Göstərdiyim faktlar məktəbdə olan mənimsəmə hallarının və digər qanun pozuntularının cüzi bir hissəsidir. Belə bir ciddi məsələyə etinasız yanaşılsa da mən çoxsaylı şikayətlərimi dayandırmadım. Nəhayət Abşeron rayonundakı təhsil müəssisələrinin son 7 il üzrə maliyyə – təsərrfat fəaliyyəinin yoxlanılması üçün Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin əməkdaşı Mövlüş Mehdiyev zəng edərək, təftişə gəldiyini bildirdi və məni Ceyranbatan qəsəbə 01 saylı orta məktəbinə dəvət etdi. Mövlüş Mehdiyevin dəvətini qəbul edərək, məktəbə getdim. Mövlüş Mehdiyev izahat verməyimi və faktları yerində göstərməyimi tələb etdi. İzahat verməyəcəyim təqdirdə, yoxlama apara bilməyəcəyini bildirdi. Mövlüş Mehdiyevin bəhanəsinə son qoymaq üçün hissə – hissə faktları göstərməklə, ayrı – ayrılıqda izahatlar yazdım və obyektiv yoxlama aparılmasını xahiş etdim. Mövlüş Mehdiyev yoxlamanı Abşeron rayon təhsil şöbəsinin əməkdaşı Adil adlı şəxsin iştirakı ilə məktəb direktorunun kabinetində aparırdı. Adil adlı şəxs və Mövlüş Mehdiyev tez – tez dəhlizə çıxaraq izahat verməli olan şəxsləri əvvəlcədən təlimatlandırırdı sonra isə həmin şəxsləri direktorun kabinetində direktorun iştirakı ilə qəbul edib formal izahatlarını alırdı və bununla da işini bitmiş hesab edirdi. Görəsən Mövlüş Mehdiyev Abşeron rayonundakı 34 məktəbin 7 il üzrə maliyyə – təsərrüfat fəaliyyətini 20 günə necə yoxlayıb? Aşkar edilərək təsdiqini tapmış cinayət xarakterli faktlar hansı səbəbdən hüquq – mühafizə orqanlarına təqdim edilmir? Üzə çıxartdığım cinayət xarakterli faktları ört – bastır etmək üçün mənə təzyiq göstərirlər. Korrupsiya cinayətinin üstünü açdığıma görə, məni ölümlə hədələyirlər. Övladım korrupsiyanın tüğyan etdiyi sözügedən məktəbdə oxuyur. Məni, övladımla hədələyirlər. Mənim və ailə üzvlərimin həyatı təhlükədədir. Mövlüş Mehdiyevin gözü önündə məni nalayiq sözlərlə təhqir edərək, ölümlə hədələdilər, lakin Mövlüş Mehdiyev heç bir tədbir görmədi. Çünki bunu Mövlüş Mehdiyev planlaşdırmışdı. Bu yolla məni şərləyib, susdurmaq istəyirdilər. Xalqa, Dövlətə xidmət etmək, korrupsiya cinayətinin üstünü açmaq cinayətdirmi? Mən bir vətəndaş, jurnalist olaraq bu korrupsiya cinayətinin üstünü açmışam. Tədbir görmək əvəzinə şər, böhtan atıb məni susdurmaq istəyirlər, ölümlə hədələyirlər. Mənimsənilmiş vəsaitlərin dövlət büdcəsinə qaytarılması təmin edilməli, bu cinayəti törətmiş şəxslər cinayət məsuliyyətinə cəlb edilməlidir. Dövlət Maliyyə Nəzarəti Xidmətinin bu işə cavabdeh məsul vəzfəli şəxsləri mənim müraciətim əsasında aparılmış araşdırma nəticəsində dövlət büdcəsinin vəsaitlərinin mənimsənilməsi halları və digər qanun pozuntuları ilə bağlı toplanmış materialı hüquq – mühafizə orqanlarına göndərmək əvəzinə 1 saylı Regional Maliyyə Müfəttişliyinin rəisi Akif Zeynalovla əlbir olaraq bu korrupsiya faktını gizlədib. Mövcud qanunvericiliyə uyğun olaraq şikayətçinin şikayətini şikayət olunan şəxsə göndrmək qadağandır. Buna baxmayaraq qanuna əməl olunmur, şikayətim şikayət olunan şəxsə göndərilir. Məsələnin ciddiliyini nəzərə alıb dövlət vəsaitinin mənimsənilməsi halları və digər qanun pozuntuları ilə bağlı qeyd etdiyim faktların araşdırılıb zəruri tədbirlərin görülməsi üçün müraciətimi şəxsən xüsusi nəzarətə götürməyinizi, Abşeron rayonundakı təhsil müəssisələrində ciddi yoxlamanın aparılmasını,dövlət büdcəsindən ayrılmış vəsaiti mənimsəyən, əvəzi ödənilməyən itkilərə səbəb olan, gələcəyimizi – övladlarımızı şikəst edən və digər qanun pozuntularına yol verən şəxslər barəsində qanunamüvafiq tədbirin görülməsini,ailə üzvlərimin və mənim təhlükəsizliyimin təmin edilməsinə göstəriş verməyinizi xahiş edirəm. Çoxsaylı müraciətlərimə baxmayaraq, külli miqdarda dövlət büdcəsinin vəsaitini mənimsəmiş, vəzifə saxtakarlığı, sui-istifadə hallarına yol vermiş Abşeron rayon Təhsil Şöbəsinin müdiri Nadir Ağayev və onunla əlbir olan adları çəkilən vəzifə sahibləri bu günədək məsuliyyətə cəlb edilməmiş, Təhsil Nazirliyinin məsul vəzifəli şəxsləri – Aydın Əhmədov və İlham Pirməmmədovun imzası ilə mənə başdansovdu cavablar verilmişdir. Nadir Ağayev və onun rəhbərlik etdiyi qruplaşmanın bu günədək məsuliyyətə cəlb edilməməsinin səbəbi Abşeron rayon İcra Hakimiyyətində, Təhsil Nazirliyində və digər cavabdeh dövlət – nəzarət orqanlarında uzun müddət kök salmış bir qrup vəzifəli şəxsin Nadir Ağayevə və onun rəhbərlik etdiyi qruplaşmaya himayədarlıq etməsidir. Daha vacib məsələlərdən biri də Maliyyə Nazirliyinin DMNX – nin 1 saylı Regional Maliyyə Müfəttişliyinin rəisi Akif Zeynalovun Abşeron rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovla quda olmasıdır. Görəsən quda Akif Zeynalov quda Zakir Fərəcovun başçılıq etdiyi rayonda 34 məktəbin 7 illik maliyyə-təsərrüfat fəaliyyətini necə təftiş edib ? Qeyd etdiyim faktları örtbasdır etmək üçün icra başçısı Zakir Fərəcov neçə illərdir ki, məni jurnalist fəaliyyətimlə bağlı təqib edir, yalançı şahidlər, muzdlu böhtançılar hazırlayıb məni şərləyib, böhtanlayıb dəlixanaya basdırmaq istəyir. Mənim və ailə üzvlərimin həyatı təhlükə altındadır.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Müğənni Rəqsanə İsmayılova barəsində qətimkan tədbiri dəyişdirilib - QƏRAR
Bu gün, 12:32
Niyazi Bayramovun 78 milyonluq "saray əməliyyatı" - İdman sarayını hansı şirkət tikib?
Bu gün, 12:30
Vüqar Qurbanov işdən çıxdı, TƏBİB-dəki qohumu soyadını dəyişdi - "İstəmişəm ki, soyadım atamın adı ilə bağlı olsun"
Bu gün, 12:28
Dövlət Aqrar Universiteti 240 min manatı nəyə xərcləyəcək?
Bu gün, 12:12
“Paşinyan Bakının əlaltısıdır” - Hayk Nahapetyan
Bu gün, 12:09
"Şəxsi vəsaiti mənimsəyiblər və günü-günə satırlar..." - AXI NİYƏ?
Bu gün, 12:04
"Hər ay nömrə aktiv qalsın deyə 12 manat abunə haqqı ödəməliyəm?" - NARAZILIQ VAR...
Bu gün, 12:00
Ermənistan Qazaxıstanda səfirlik binası tikəcək
Bu gün, 11:53
“Premium Bank”ın dövlətə vergi borcu var
Bu gün, 11:49
Hörümzün bölünməsi və: Körfəz dövlətlərinin raket qorxusu - İNCƏLƏMƏ
Bu gün, 11:46
MSK-nın yeni tərkibi nə zaman təsdiqlənəcək? - DEPUTATLAR AÇIQLADI
Bu gün, 11:45
Nazirliyin tenderini yenə həmin şirkət uddu – Bu dəfə 9,3 milyon manat alacaq
Bu gün, 11:43
Müdafiə Nazirliyində növbəti rüşvət QALMAQALI - TƏFƏRRÜAT
Bu gün, 11:38
“Söz vermişdim qızımı xaricdə oxudacam” - Beş dəfə Məşhədə gedən Məleykə Əsədova
Bu gün, 11:36
İrəvanın bir ayağı yenə “gor”da
Bu gün, 11:33
Kür çayı bu rayonda bəndi uçurdu
Bu gün, 11:27
"Naxçıvan duzu" adı altında saxtakarlıq... - İşbazların yeni "planı"
Bu gün, 11:09
Serjik Azərbaycana qayıdır?
Bu gün, 11:06
İrana görə daha bir ölkə çətin vəziyyətdə – Yarım milyard dollar bloklandı
Bu gün, 11:00
Astarada sel və daşqından mübarizə tədbirlərinə 2 milyon xərclənəcək
Bu gün, 10:55
Azərbaycanda bu şəxslərə ömürlük azadlıqdan məhrumetmə cəzası verilə bilməz - Hakim
Bu gün, 10:53
Elmi-tədqiqat üçün Qazaxıstandan Azərbaycana 10 min diri heyvan gətirilib
Bu gün, 10:46
Dövlət Aqrar Universiteti 240 min manatı nəyə xərcləyəcək?
Bu gün, 10:44
Paşinyan kilsəni xaricdə də rahat qoymayacaq - KİV
Bu gün, 10:40
"Yeni Klinika"ya direktor təyin olundu - ƏMR
Bu gün, 10:36
Buralarda NƏ İŞLƏR ÇEVRİLİR... - BİR BİLƏN OLSA...
Bu gün, 10:28
Azərbaycanda daha bir məktəbdə BIŞAQLANMA - TƏFƏRRÜAT
Bu gün, 10:17
Araz qırağının əcəb ZİBİLGAHI VAR... - BU NƏDİ BELƏ?
Bu gün, 10:13
Azərbaycan neftinin qiyməti 113 dolları keçib
Bu gün, 09:50
“Əməkhaqqı artmadığı halda necə olur xidmət qiymətləri 3 dəfə artır?!” - ETİRAZ
Bu gün, 09:45
Mehdiyevin 32 hektarlıq bağı əlindən alındı: Fermalar, bağlar və… - İDDİA
Bu gün, 09:39
“Putinin “üçbaşlı müharibə koalisiyası” Azərbaycanla münaqişəyə səbəb ola bilər” -erməni politoloq
Bu gün, 09:33
Bakıda qayınatasının çənəsini sındıran şəxsə hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 08:34
Qarabağda MÜHARİBƏ istəyən ölkə - ŞOK iddia
Bu gün, 08:11
Nazirdən ANONS: minlərlə ailəyə verilən məbləğ artacaq? – Türkiyə modeli…
Bu gün, 08:09
Əhalinin ərzaq xərcləri 55%-ə çatdı: Bahalaşmanın səbəbi... - GƏLİŞMƏ
Bu gün, 08:07
"Pozuntu edənlər niyə “qəfəsdə” olmurlar bəs?!" - ETİRAZ
Bu gün, 08:04
Azər Məmmədov yeni gələndə ümid edən işçilər... - İNDİ PEŞMANDIR...
Bu gün, 07:46
Sahib Məmmədov niyə 'obyektini' mədəni naşılara həvalə edib? - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 07:27
Xaçmazda təhsil sistemi bəlkə bundan sonra... - ŞƏRH
Bu gün, 07:20
Xəstəxana direktorlarının “kütləvi qırğını” niyə başladı? - Əslində, TƏBİB-də nə baş verir…
Bu gün, 07:16
ABŞ 38 ildən sonra ilk dəfə dəniz topundan istifadə edib - "The War Zone"
Bu gün, 07:10
Azərbaycanda çörək bahalaşacaq? – İqtisadçı izah edir
Bu gün, 07:05
Bir qurumda bu qədər adamın işləməsinə ehtiyac yoxdur, İXTİSARLAR OLMALIDIR - ONA GÖRƏ DƏ...
Bu gün, 06:58
Kritik mərhələ: Avropa Ermənistanda kimi və nəyi qoruyacaq? - Görünəni odur ki...
Bu gün, 06:55
Yerində sayan sektor: milyonları niyə itiririk? - AKTUAL
Bu gün, 06:52
"İctimai şuralar həmin o rəsmi qurumların sözünü deyir..." - FAKT BUDUR!
Bu gün, 06:50
Qaradağ Rayon İcra Hakimiyyətinin struktur bölməsinin külli miqdarda vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 06:48
"Verilişə gələrkən maşını vurdum..."
Bu gün, 06:45
TƏBİB-in TƏCİLİ olmayan yardımı... - "Ümid edək ki..."
Bu gün, 06:34
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru