DAHA BİR BANK BAĞLANA BİLƏR: DEPUTAT HƏDƏFDƏ...
Tarix: 30-09-2013, 09:14 | Çap et
Milli Məclisin sahibkarlıq fəaliyyəti ilə məşğul olan, haqqında media orqanlarında daim qalmaqallı məlumatlar gedən deputatlarından biri də Qazax rayonundan millət vəkili seçilən Əhməd Vəliyevdir. O Əhməd Vəliyev ki, sahibi olduğu əmlakın siyahısını sadalamaqla bitməz. Odlar Yurdu Universitetinin rektoru qısa zaman ərzində bir sərvət dəyərində olan var-dövlətə sahib çıxmağı bacarıb. Buna misal olaraq göstərə bilərik ki, В«MuğanbankВ», В«OksigenВ» klinikası, В« Jalə PlazaВ» ona məxsusdur.
Əlində olan maliyyə imkanlarına və mandatına arxalanan deputat bəzi hallarda kasıb, acınacaqlı durumda yaşayan insanların hüquqlarını pozur, onlara yuxarıdan aşağı baxır. Qəzetimizin ötən saylarında yazmışdıq ki, deputatın nəzarətində olan müəssisələrin bir çoxunda qanunsuzluq baş alıb gedir, vətəndaşlar bu və ya digər formada süründürməçiliyə məruz qalırlar. Məsələn götürək elə В«OksigenВ» klinikasını. Səhiyyə ocağınının rektor-deputata məxsus olması heç kimə sirr deyil. Mətbuatda gedən informasiyalardan da məlum olduğu kimi, klinikada vətəndaşlara normal tibbi xidmətlət göstərilmir, hətta bir çox hallarda burda çalışan bəzi savadsız həkimlər onların həyatını risk altında qoyurlar. Dəfələrlə klinikanın bəzi həkimləri xəstələri yanlış əməliyyat ediblər. Lakin yaranan problemlərə baxmayaraq, aidiyyəti dövlət orqanları tərəfindən В«OksigenВ» klinikasının rəhbərliyi barədə qanuni tədbirlər görülmür.

Fikrimizi bir az da konkret bildirsək, Əhməd Vəliyev nəzarətində olan səhiyyə qurumuna kənar müdaxilələrin edilməsinə imkan vermir. Bundan başqa, Odlar Yurdu Universitetində də bir sıra nöqsanlar mövcuddur. Universitetdə təhsil alan tələbələrin yetərli bir hissəsi imtahanlar zamanı məcburiyyət qarşısında qalaraq müəllimlərə nəysə verirlər. Əgər onlar bu nəysəni verməsələr, imtahanları müvəffəqiyyətlə başa vura bilməzlər. Yayılan məlumatlarda qeyd olunur ki, hər il Odlar Yurdu Universitetinə testdən kənar yollarla bir neçə tələbə qəbul edilir ki, bu da qanunla yolverilməz haldır və cinayət xarakteri daşıyır. Yəni rektor vəzifə səlahiyyətlərindən sui-istifadə edərək mövcud qanunvericiliyin əksinə gedir. Çox ciddi qanun pozuntularının üzə çıxdığı ali təhsil müəssisəsində isə nadir hallarda əlaqədar qurumlar tərəfindən yoxlama aparılır. Əhməd Vəliyev deputat mandatından istifadə edərək universitetdəki problemlərin ictimailəşməsinə imkan vermir. Sözsüz ki, bütün bunlar təhsil ocağını uçuruma aparan amillərdir. Deputatın nəzarəti altında olan В«MuğanbankВ»da işlər qaydasında getmir. Ölkənin bank sistemindəki mövcud vəziyyəti nəzərə alsaq, bu sahədə yaranan qüsurların bir çoxu В«MuğanbankВ»ın adı ilə bağlıdır. Bu günə qədər yüzlərlə vətəndaş bankın yüksək faiz dərəcələrinin əlində aciz qalıblar. Ən yüksək faizlə kredit verən bank rəsmiləri bu yolla müştərilərini bir növ özlərindən asılı vəziyyətə salırlar. Hansısa vətəndaş bir-iki gün kredit borcunun ödənişində gecikməyə yol verəndə isə dərhal onun evinə qolu zorlu şəxslər göndərilir. Həmin şəxslər vətəndaşlara təzyiq göstərərək pulu tələb edirlər.

Əlbəttə, bu, dünyanın heç bir ölkəsində tətbiq edilməyən bir haldır. Bizim bildiyimizə görə, Almaniyada hər hansı banka borcu olan vətəndaş bunu ödəyə bilməyəndə bank rəhbərliyi ona bəzi təkliflər edir. Məsələn, həmin vətəndaşı ya münasib işlə təmin edir, ya da ona borcunu ödəmək üçün əlavə vaxt verir. Yəni В«MuğanbankВ» rəhbərliyinin etdiyi kimi etmirlər. Bankda hökm sürən özbaşına vəziyyət isə birbaşa deputatın adı ilə bağlıdır. Belə ki, bankın müşahidə şurasının sədri, Əhməd Vəliyevin kürəkəni Elmir Mehtiyev qayınatasına arxayın olaraq qanunsuz işlərin cərəyan etməsinə zəmin yaradır. Dünən etibarlı mənbələrdən aldığımız məlumatlara görə, Mərkəzi Bank (MB) rəhbərliyi ilə В«MuğanbankВ»ın müşahidə şurasının sədri arasında qalmaqal yaranıb. Mənbənin sözlərinə görə, bəzi məsələlərdə anlaşmayan Mərkəzi Bank rəhbərliyi В«MuğanbankВ»ın lisenziyasını ləğv etmək istəyir. Hətta deyilənə görə, bununla bağlı banka xəbərdarlıq da edilib. Mənbə deyir ki, deputat hələ ki, məsələyə qarışmayıb: В«Amma qarışsa da, bir xeyri olan deyil. Çünki Mərkəzi Bank rəhbərliyi ASC-nin lisenziyasını ləğv etməkdə israrlıdırВ».
Məsələ ilə bağlı qarşı tərəfin də münasibətini dərc etməyə hazırıq.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Kəmaləddin Kafarov millətə qənim kəsilib? - Xərçəng və dərman təxribatı
Bu gün, 12:38 |
|
|
|
| • Müğənni Rəqsanə İsmayılova barəsində qətimkan tədbiri dəyişdirilib - QƏRAR
Bu gün, 12:32 |
|
|
|
| • Niyazi Bayramovun 78 milyonluq "saray əməliyyatı" - İdman sarayını hansı şirkət tikib?
Bu gün, 12:30 |
|
|
|
| • Vüqar Qurbanov işdən çıxdı, TƏBİB-dəki qohumu soyadını dəyişdi - "İstəmişəm ki, soyadım atamın adı ilə bağlı olsun"
Bu gün, 12:28 |
|
|
|
| • Dövlət Aqrar Universiteti 240 min manatı nəyə xərcləyəcək?
Bu gün, 12:12 |
|
|
|
| • “Paşinyan Bakının əlaltısıdır” - Hayk Nahapetyan
Bu gün, 12:09 |
|
|
|
| • "Şəxsi vəsaiti mənimsəyiblər və günü-günə satırlar..." - AXI NİYƏ?
Bu gün, 12:04 |
|
|
|
| • "Hər ay nömrə aktiv qalsın deyə 12 manat abunə haqqı ödəməliyəm?" - NARAZILIQ VAR...
Bu gün, 12:00 |
|
|
|
| • Ermənistan Qazaxıstanda səfirlik binası tikəcək
Bu gün, 11:53 |
|
|
|
| • “Premium Bank”ın dövlətə vergi borcu var
Bu gün, 11:49 |
|
|
|
| • Hörümzün bölünməsi və: Körfəz dövlətlərinin raket qorxusu - İNCƏLƏMƏ
Bu gün, 11:46 |
|
|
|
| • MSK-nın yeni tərkibi nə zaman təsdiqlənəcək? - DEPUTATLAR AÇIQLADI
Bu gün, 11:45 |
|
|
|
| • Nazirliyin tenderini yenə həmin şirkət uddu – Bu dəfə 9,3 milyon manat alacaq
Bu gün, 11:43 |
|
|
|
| • Müdafiə Nazirliyində növbəti rüşvət QALMAQALI - TƏFƏRRÜAT
Bu gün, 11:38 |
|
|
|
| • “Söz vermişdim qızımı xaricdə oxudacam” - Beş dəfə Məşhədə gedən Məleykə Əsədova
Bu gün, 11:36 |
|
|
|
| • İrəvanın bir ayağı yenə “gor”da
Bu gün, 11:33 |
|
|
|
| • Kür çayı bu rayonda bəndi uçurdu
Bu gün, 11:27 |
|
|
|
| • "Naxçıvan duzu" adı altında saxtakarlıq... - İşbazların yeni "planı"
Bu gün, 11:09 |
|
|
|
| • Serjik Azərbaycana qayıdır?
Bu gün, 11:06 |
|
|
|
| • İrana görə daha bir ölkə çətin vəziyyətdə – Yarım milyard dollar bloklandı
Bu gün, 11:00 |
|
|
|
| • Astarada sel və daşqından mübarizə tədbirlərinə 2 milyon xərclənəcək
Bu gün, 10:55 |
|
|
|
| • Azərbaycanda bu şəxslərə ömürlük azadlıqdan məhrumetmə cəzası verilə bilməz - Hakim
Bu gün, 10:53 |
|
|
|
| • Elmi-tədqiqat üçün Qazaxıstandan Azərbaycana 10 min diri heyvan gətirilib
Bu gün, 10:46 |
|
|
|
| • Dövlət Aqrar Universiteti 240 min manatı nəyə xərcləyəcək?
Bu gün, 10:44 |
|
|
|
| • Paşinyan kilsəni xaricdə də rahat qoymayacaq - KİV
Bu gün, 10:40 |
|
|
|
| • "Yeni Klinika"ya direktor təyin olundu - ƏMR
Bu gün, 10:36 |
|
|
|
| • Buralarda NƏ İŞLƏR ÇEVRİLİR... - BİR BİLƏN OLSA...
Bu gün, 10:28 |
|
|
|
| • Azərbaycanda daha bir məktəbdə BIŞAQLANMA - TƏFƏRRÜAT
Bu gün, 10:17 |
|
|
|
| • Araz qırağının əcəb ZİBİLGAHI VAR... - BU NƏDİ BELƏ?
Bu gün, 10:13 |
|
|
|
| • Azərbaycan neftinin qiyməti 113 dolları keçib
Bu gün, 09:50 |
|
|
|
| • “Əməkhaqqı artmadığı halda necə olur xidmət qiymətləri 3 dəfə artır?!” - ETİRAZ
Bu gün, 09:45 |
|
|
|
| • Mehdiyevin 32 hektarlıq bağı əlindən alındı: Fermalar, bağlar və… - İDDİA
Bu gün, 09:39 |
|
|
|
| • “Putinin “üçbaşlı müharibə koalisiyası” Azərbaycanla münaqişəyə səbəb ola bilər” -erməni politoloq
Bu gün, 09:33 |
|
|
|
| • Bakıda qayınatasının çənəsini sındıran şəxsə hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 08:34 |
|
|
|
| • Qarabağda MÜHARİBƏ istəyən ölkə - ŞOK iddia
Bu gün, 08:11 |
|
|
|
| • Nazirdən ANONS: minlərlə ailəyə verilən məbləğ artacaq? – Türkiyə modeli…
Bu gün, 08:09 |
|
|
|
| • Əhalinin ərzaq xərcləri 55%-ə çatdı: Bahalaşmanın səbəbi... - GƏLİŞMƏ
Bu gün, 08:07 |
|
|
|
| • "Pozuntu edənlər niyə “qəfəsdə” olmurlar bəs?!" - ETİRAZ
Bu gün, 08:04 |
|
|
|
| • Azər Məmmədov yeni gələndə ümid edən işçilər... - İNDİ PEŞMANDIR...
Bu gün, 07:46 |
|
|
|
| • Sahib Məmmədov niyə 'obyektini' mədəni naşılara həvalə edib? - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 07:27 |
|
|
|
| • Xaçmazda təhsil sistemi bəlkə bundan sonra... - ŞƏRH
Bu gün, 07:20 |
|
|
|
| • Xəstəxana direktorlarının “kütləvi qırğını” niyə başladı? - Əslində, TƏBİB-də nə baş verir…
Bu gün, 07:16 |
|
|
|
| • ABŞ 38 ildən sonra ilk dəfə dəniz topundan istifadə edib - "The War Zone"
Bu gün, 07:10 |
|
|
|
| • Azərbaycanda çörək bahalaşacaq? – İqtisadçı izah edir
Bu gün, 07:05 |
|
|
|
| • Bir qurumda bu qədər adamın işləməsinə ehtiyac yoxdur, İXTİSARLAR OLMALIDIR - ONA GÖRƏ DƏ...
Bu gün, 06:58 |
|
|
|
| • Kritik mərhələ: Avropa Ermənistanda kimi və nəyi qoruyacaq? - Görünəni odur ki...
Bu gün, 06:55 |
|
|
|
| • Yerində sayan sektor: milyonları niyə itiririk? - AKTUAL
Bu gün, 06:52 |
|
|
|
| • "İctimai şuralar həmin o rəsmi qurumların sözünü deyir..." - FAKT BUDUR!
Bu gün, 06:50 |
|
|
|
| • Qaradağ Rayon İcra Hakimiyyətinin struktur bölməsinin külli miqdarda vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 06:48 |
|
|
|
| • "Verilişə gələrkən maşını vurdum..."
Bu gün, 06:45 |
|
|
|
|