Astarada sel və daşqından mübarizə tədbirlərinə 2 milyon xərclənəcək .....                     Azərbaycanda bu şəxslərə ömürlük azadlıqdan məhrumetmə cəzası verilə bilməz .....                     Elmi-tədqiqat üçün Qazaxıstandan Azərbaycana 10 min diri heyvan gətirilib .....                     Dövlət Aqrar Universiteti 240 min manatı nəyə xərcləyəcək? .....                     Paşinyan kilsəni xaricdə də rahat qoymayacaq .....                     "Yeni Klinika"ya direktor təyin olundu .....                     Buralarda NƏ İŞLƏR ÇEVRİLİR... .....                     Azərbaycanda daha bir məktəbdə BIŞAQLANMA .....                     Araz qırağının əcəb ZİBİLGAHI VAR... .....                     Azərbaycan neftinin qiyməti 113 dolları keçib .....                     “Əməkhaqqı artmadığı halda necə olur xidmət qiymətləri 3 dəfə artır?!” .....                     Mehdiyevin 32 hektarlıq bağı əlindən alındı: Fermalar, bağlar və… .....                     “Putinin “üçbaşlı müharibə koalisiyası” Azərbaycanla münaqişəyə səbəb ola bilər” .....                     Bakıda qayınatasının çənəsini sındıran şəxsə hökm oxundu .....                     Qarabağda MÜHARİBƏ istəyən ölkə .....                     Nazirdən ANONS: minlərlə ailəyə verilən məbləğ artacaq? .....                     Əhalinin ərzaq xərcləri 55%-ə çatdı: Bahalaşmanın səbəbi... .....                     "Pozuntu edənlər niyə “qəfəsdə” olmurlar bəs?!" .....                     Azər Məmmədov yeni gələndə ümid edən işçilər... .....                     Sahib Məmmədov niyə 'obyektini' mədəni naşılara həvalə edib? .....                     Xaçmazda təhsil sistemi bəlkə bundan sonra... .....                     Xəstəxana direktorlarının “kütləvi qırğını” niyə başladı? .....                     ABŞ 38 ildən sonra ilk dəfə dəniz topundan istifadə edib .....                     Azərbaycanda çörək bahalaşacaq? .....                     Bir qurumda bu qədər adamın işləməsinə ehtiyac yoxdur, İXTİSARLAR OLMALIDIR .....                     Kritik mərhələ: Avropa Ermənistanda kimi və nəyi qoruyacaq? .....                     Yerində sayan sektor: milyonları niyə itiririk? .....                     "İctimai şuralar həmin o rəsmi qurumların sözünü deyir..." .....                     Qaradağ Rayon İcra Hakimiyyətinin struktur bölməsinin külli miqdarda vergi borcu üzə çıxdı .....                     "Verilişə gələrkən maşını vurdum..." .....                     TƏBİB-in TƏCİLİ olmayan yardımı... .....                     Niyazi Bayramovun korrupsiya ortaqları .....                     Bankların faiz gəlirləri niyə rekord həddə çatıb? .....                     Təzə başçı gələndə camaat düşündü ki... .....                     Pensiyalarla bağlı vacib xəbər .....                     Statistika Komitəsinin tabeli qurumu icarə müqaviləsi bağlamadan fəaliyyət göstərir .....                     Vüsal Xanlarovun rəhbəri olduğu qurumda pozuntular: .....                     Bu gün BMT canlı meyitdir .....                     Son 3 ayda 144 min əcnəbi quru yolla Azərbaycana daxil olub .....                     Deputat oğlunun “Crystal Group”u dövlət büdcəsini necə "idarə edir"? .....                 

ELMAN RÜSTƏMOVA QARŞI ŞOK İDDİA
Tarix: 24-09-2013, 13:50 | Çap et
ELMAN RÜSTƏMOVA QARŞI ŞOK İDDİA
Milli Bankın sədri iki həftədən çoxdur ki, "Təzadlar"ın onun barəsində sensasiyalı şikayət məktubuna və bu məktuba əlavə edilmiş rəsmi sorğusuna cavab verə bilmir. Niyə?

"Təzadlar"ın bu ilin sentyabrın 2-də dərc olunmuş "Milli Bankın sədrini Qobustan RİH-in həbs olunmuş keçmiş başçısı ilə nə bağlayır?" başlıqlı yazıda imzası olan şəxslər yenidən redaksiyamıza məktub göndəriblər. Söhbət yenə də Qobustan RİH-nin bu yaxınlarda həbs olunmuş keçmiş başçısı Rafiq Alışovla Milli Bankın sədri Elman Rüstəmov və daha bir neçə vəzifəli şəxsin bəzi qanuna zidd əməlləri barədədir. Məsələ ondadır ki, şikayətçilər "Niyə Rafiq Alışovla az qala hər gün eyş-işrət məclisində bir olmuş Milli Bankın sədri Elman Rüstəmov, Şamaxının keçmiş icra başçısı, Milli Bankın hazırda Sumqayıt Ehtiyat Mərkəzinin direktoru işləyən Xudaverdi Lazımov indi onun müdafiəsinə qalxmırlar?", deyə sual edir, ardınca isə adı çəkilən şəxslərin həyat və fəaliyyəti ilə bağlı həqiqətən də şok iddialar irəli sürürlər. Bu dəfəki şikayət məktublarında daha çox Xudaverdi Lazımovla Elman Rüstəmovun barəsində iddialara yer ayıran şikayətçilər X.Lazımovun əvvəllər tutduğu vəzifədə qanunsuz fəaliyyət üstündə işdən çıxarıldığını, bunun səbəblərini və s. açıqlayıblar.

Bəs Elman Rüstəmov niyə sorğuya cavab verə bilmir?

Ölkə Prezidenti İlham Əliyevə ünvanlı şikayət məktubunun müəllifləri yenə də bir sıra ciddi ittihamlar səsləndiriblər və onların araşdırılmadan, qarşı tərəfin mövqeyi öyrənilmədən dərci indiki məqamda mümkünsüzdür. Hansı ki, ötən şikayət məktubunda da bu məsələlərə toxunmuşduq. İttihamlar sırasında isə Elman Rüstəmovun Rafiq Alışovla, Xudaverdi Lazımovla əvvəllər olmuş və R.Alışov həbs edilənə kimi davam etmiş bəzi münasibətlər, onların qumar və eyşt-işrət məclisləri və s. vardır.

Onu da deyək ki, şikayət məktubunda yenə də dilə gətiriləsi və ictimailəşdirilməsi qəti mümkün olmayan, adı çəkilənlərin şəxsi-ailə məsələləri, digər faktlarla bağlı elə məqamlar var ki, onların dəqiqləşdirilməsi, ittihamın nə dərəcədə həqiqətə uyğun olmasını müəyyən etmək üçün hələ sentyabrın 9-da "KİV haqqında" və "Məlumat əldə etmək haqqında" Azərbaycan Respublikasının qanunlarının tələblərinə uyğun olaraq qarşı tərəfə göndərilmişdir. Daha doğrusu, həm həmin şikayət məktubunun surəti, həm də şikayətdəki bəzi korrupsiya və digər ittihamlara bir daha aydınlıq gətirilməsi üçün redaksiyanın rəsmi blankında bir neçə sualdan ibarət məktub da əlavə olunmaqla əməkdaşımız tərəfindən Milli Bankın sədri Elman Rüstəmovun ən çox etibar etdiyi, Milli Bankın Təhlükəsizlik Xidmətinin (Xidmətin Rüstəm adlı növbətçisinin yanında) Gülnarə xanım adlı rəisinə şəxsən təqdim olunub... Hətta Gülnarə xanım əməkdaşımıza bildirib ki, zərf açılmadan şəxsən Elman Rüstəmova təqdim ediləcək (Biz xəbərdarlıq etmişdik ki, şikayət məktubunda ailə və şəxsi həyat sirri ilə bağlı məlumatlar olduğundan qarşı tərəfin şəxsən özünə təqdim olunmalıdır).

Lakin qanunvericiliyin tələbləri baxımından müddət keçəndən sonra belə qarşı tərəfdən, yəni cənab Elman Rüstəmovdan xəbər çıxmadı, sorğuya cavab verilmədi...

Elman Rüstəmovun sürücüsünə verilən sorğu məktubu...

Şikayətçilər isə az qala hər gün redaksiyaya zəng edərək məktublarına cavab istəyirdilər. Biz isə onları arxayın edərək şikayət məktublarında qeyd etdikləri bəzi ittihamları araşdırmadan dərc etməyin mümkün olmadığını bildirmişik. Təbii ki, redaksiyanın həmin məlumatlarla bağlı sorğunu E.Rüstəmovun Təhlükəsizlik Xidmətinin rəhbərliyinə (poçt vasitəsi ilə göndərmək həm uzun vaxt alır, həm də it-bata düşür deyə bəzən bu mümkün variantdan da istifadə praktikası mövcuddur) çatdırıldığını şikayətçi tərəfə bildirilməsini, lakin hələ də qanunun tələb etdiyi müddət ötsə də sorğumuza cavab verilməməsi kimi qəzetin işgüzar nüfuzuna xələl gətirən məqamları da nəzərə almışıq. Hansı ki, belə hallarda şikayətçi artıq üz tutub etibar etdiyi KİV-dən imtina edir, gələcəkdə ona etibar etmir. Həmçinin oxucuda həmin KİV-in nüfuzunun aşağı olması təəssüratı yaranır.

Bütün bunların baş verməməsi, həmçinin oxucuda başqa yalnış təsəvvürlərin olmaması üçün "Təzadlar" olaraq vətəndaşların ittiham dolu şikayətlərinin qarşı tərəfə çatdırılması yolunda yorulmadan səy göstərdik. Təsəvvür edin ki, başqa KİV olsaydı, ən azı qarşı tərəfin laqeydliyini, sorğuya cavab vermək əvəzinə bilərəkdən susmasını nəzərə alıb həmin şikayəti olduğu kimi ictimailəşdirərdi. Lakin biz məsələyə soyuqqanlı yanaşaraq bütün imkanlardan istifadə etməkdəyik.

Onu da xatırladaq ki, bəzən KİV-lərlə bağlı məhkəmə çəkişmələrində qarşı tərəfin bəhanəsi bu olur ki, "Niyə bizim mövqeyi öyrənmədən dərc etmisiniz?". Buyurun, biz iki həftədir ki, Milli Bankın sədri Elman Rüstəmovun mövqeyini öyrənə bilmiriksə, niyə günahlı tərəf də olmalıyıq? Bəli, biz bu dəfə başqa yollar axtararaq həmin sorğunu və məktubu Elman Rüstəmovun sürücüsünə çatdırmalı olduq. Belə ki, E.Rüstəmovla yaxın qohumluq ləaqəsi olan jurnalist həmkarlarımızdan biri vasitəsi ilə həmin məktubu E.Rüstəmovun sürücüsünə çatdırdıq. Hətta bir neçə gün sonra həmkarımız özü zəng edib bildirdi ki, "Sürücü deyir ki, şəxsən Elman müəllimin özünə verdim, alıb baxdı, bir söz demədən kənara qoydu...".

Təsəvvür edirsinizmi, Azərbaycanda məmurlar bəzən KİV-i hansı yollara sürükləyirlər. Biz qanunun tələb etdiyi müddətdən iki dəfə də çox vaxt itiririk ki, bəlkə sorğumuza "hə-yox" cavabı alaq ki, gələcəkdə məhkəmə çəkişməsi ilə üz-üzə qalmayaq, "Niyə bizim mövqeyni öyrənməmisiniz?" kimi süni qınağa tuş gəlməyək... Amma hələ də səbrlə gözləyirik...

Xudaverdi Lazımov məktubu oxuyub şoka düşdü...

Qanunun tələbini nəzərə alaraq şikayət məktubunda adı çəkilən Milli Bankın Sumqayıt Ehtiyat Mərkəzinin direktoru Xudaverdi Lazımovla çətinliklə də olsa danışa bildik. Cənab X.Lazımov Sumqayıtda olduğundan onunla elə orada da görüşəsi olduq.

X.Lazımovu əvvəlcədən xəbərdar edərək onunla bağlı olan ittihamlara və digər dilə gətirilməsi mümkün olmayan faktlara hazır olmasını xatırladıb sonra söhbətə başladıq... Xudaverdi Lazımov şikayət məktubunu oxudu. Hər cümlədə əsəbləşdi, şikayətçilərin ünvanına sərt ifadələr işlətdi... Və nəhayət, imzalar baxdı, onların demək olar hamısını tanıdığını söylədi: "Axı mən onlara neyləmişəm ki, belə şeyləri yazırlar... İkincisi, onların mənimlə bağlı yazdıqlarının əsası yoxdur, gedin özünüz araşdırın... Yazırlar ki, guya mən Elman Rüstəmovun Çuxuryurddakı villasında onunla, həmçinin Rafiq Alışovla eyşt-işrətlə məşğul oluruq, qumar oynayırıq... Məgər mən qumar oynayan adama oxşayıram? Mən ömür boyu tutduğum yüksək vəzifələrdə bir manat da olsun rüşvət almamışam. Mənə şər atırlar. Prezident Heydər Əliyev məni Şamaxıya İcra başçısı təyin etdi... Bir neçə il sonra özüm ərizə yazdım ki, işləyə bilmirəm, yerli adam üçün çətindir. Və işdən çıxdım... Elman Rüstəmovun Çuxuryurddakı villasından yazırlar. Bu villa adi villadır, burda nə var ki... Yazırlar ki, guya mən Elman Rüstəmov və Rafiq Alışov həmin villaya gələndə ora bəzi xanımları gətirirəm... Mən seyid nəslindənəm, onları Allaha tapşırıram, tezliklə Allahın qəzəbinə gələcəklər...".

X.Lazımov daha sonra Rafiq Alışovla bağlı yazılanlara toxundu:

-Nə olsun, vaxtilə dost olmuşuq... İndi həbs olunub, onların duxu çatırsa, çöldə olanda yazaydılar. Özü də mən təxminən bilirəm bu işi kim qurdalayır... Eybi yoxdur, onun da cavabını verəcəyik...

***

-Rafiq Alışov həbsdən buraxılıb?

-Bəs Elman Rüstəmov niyə sorğuya cavab verə bilmir? \ tezadlar \

(Davamı var)










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Astarada sel və daşqından mübarizə tədbirlərinə 2 milyon xərclənəcək
Bu gün, 10:55
Azərbaycanda bu şəxslərə ömürlük azadlıqdan məhrumetmə cəzası verilə bilməz - Hakim
Bu gün, 10:53
Elmi-tədqiqat üçün Qazaxıstandan Azərbaycana 10 min diri heyvan gətirilib
Bu gün, 10:46
Dövlət Aqrar Universiteti 240 min manatı nəyə xərcləyəcək?
Bu gün, 10:44
Paşinyan kilsəni xaricdə də rahat qoymayacaq - KİV
Bu gün, 10:40
"Yeni Klinika"ya direktor təyin olundu - ƏMR
Bu gün, 10:36
Buralarda NƏ İŞLƏR ÇEVRİLİR... - BİR BİLƏN OLSA...
Bu gün, 10:28
Azərbaycanda daha bir məktəbdə BIŞAQLANMA - TƏFƏRRÜAT
Bu gün, 10:17
Araz qırağının əcəb ZİBİLGAHI VAR... - BU NƏDİ BELƏ?
Bu gün, 10:13
Azərbaycan neftinin qiyməti 113 dolları keçib
Bu gün, 09:50
“Əməkhaqqı artmadığı halda necə olur xidmət qiymətləri 3 dəfə artır?!” - ETİRAZ
Bu gün, 09:45
Mehdiyevin 32 hektarlıq bağı əlindən alındı: Fermalar, bağlar və… - İDDİA
Bu gün, 09:39
“Putinin “üçbaşlı müharibə koalisiyası” Azərbaycanla münaqişəyə səbəb ola bilər” -erməni politoloq
Bu gün, 09:33
Bakıda qayınatasının çənəsini sındıran şəxsə hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 08:34
Qarabağda MÜHARİBƏ istəyən ölkə - ŞOK iddia
Bu gün, 08:11
Nazirdən ANONS: minlərlə ailəyə verilən məbləğ artacaq? – Türkiyə modeli…
Bu gün, 08:09
Əhalinin ərzaq xərcləri 55%-ə çatdı: Bahalaşmanın səbəbi... - GƏLİŞMƏ
Bu gün, 08:07
"Pozuntu edənlər niyə “qəfəsdə” olmurlar bəs?!" - ETİRAZ
Bu gün, 08:04
Azər Məmmədov yeni gələndə ümid edən işçilər... - İNDİ PEŞMANDIR...
Bu gün, 07:46
Sahib Məmmədov niyə 'obyektini' mədəni naşılara həvalə edib? - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 07:27
Xaçmazda təhsil sistemi bəlkə bundan sonra... - ŞƏRH
Bu gün, 07:20
Xəstəxana direktorlarının “kütləvi qırğını” niyə başladı? - Əslində, TƏBİB-də nə baş verir…
Bu gün, 07:16
ABŞ 38 ildən sonra ilk dəfə dəniz topundan istifadə edib - "The War Zone"
Bu gün, 07:10
Azərbaycanda çörək bahalaşacaq? – İqtisadçı izah edir
Bu gün, 07:05
Bir qurumda bu qədər adamın işləməsinə ehtiyac yoxdur, İXTİSARLAR OLMALIDIR - ONA GÖRƏ DƏ...
Bu gün, 06:58
Kritik mərhələ: Avropa Ermənistanda kimi və nəyi qoruyacaq? - Görünəni odur ki...
Bu gün, 06:55
Yerində sayan sektor: milyonları niyə itiririk? - AKTUAL
Bu gün, 06:52
"İctimai şuralar həmin o rəsmi qurumların sözünü deyir..." - FAKT BUDUR!
Bu gün, 06:50
Qaradağ Rayon İcra Hakimiyyətinin struktur bölməsinin külli miqdarda vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 06:48
"Verilişə gələrkən maşını vurdum..."
Bu gün, 06:45
TƏBİB-in TƏCİLİ olmayan yardımı... - "Ümid edək ki..."
Bu gün, 06:34
Niyazi Bayramovun korrupsiya ortaqları - SİYAHI
Bu gün, 06:28
Bankların faiz gəlirləri niyə rekord həddə çatıb? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:25
Təzə başçı gələndə camaat düşündü ki... - FOTO
Bu gün, 06:24
Pensiyalarla bağlı vacib xəbər – İlin sonunda…
Bu gün, 06:19
Statistika Komitəsinin tabeli qurumu icarə müqaviləsi bağlamadan fəaliyyət göstərir - Palata
Dünən, 18:06
Vüsal Xanlarovun rəhbəri olduğu qurumda pozuntular: - 400 ədəd arabaya 135 mindən artıq vəsait xərcləndi
Dünən, 18:02
Bu gün BMT canlı meyitdir - Natiq Miri
Dünən, 17:55
Son 3 ayda 144 min əcnəbi quru yolla Azərbaycana daxil olub – Rəsmi
Dünən, 17:49
Deputat oğlunun “Crystal Group”u dövlət büdcəsini necə "idarə edir"? - İmtiyazlı podratçı...
Dünən, 17:42
Azay Quliyev də İŞLƏRİ DÜZ APARMAYIB... - DETALLAR
Dünən, 17:31
Ermənilərin Xocalıdakı cinayətlərinə etirazını bildirən rusiyalı yazıçı Yuri Pompeyev vəfat edib
Dünən, 17:28
Şuşa rayon Mərkəzi Xəstəxanasının tikintisində sovrulan milyonlar... - Qarabağın bərpasına da HARAM QATIBLAR
Dünən, 17:24
Dövlət Statistika Komitəsinin anbarında 4.7 milyon manatlıq istifadəsiz planşet aşkarlandı - DÖVLƏTİ SANKİ QARƏT EDİBLƏR...
Dünən, 17:23
Siraqəddin Cabbarov onu işdən çıxardı - ƏMR
Dünən, 17:20
Dövlət Agentliyi "Kontakt Home"da qanun pozuntuları aşkarlayıb - DETALLAR
Dünən, 17:11
Gənclər və İdman Nazirliyində 32 milyonluq yoxlama - Kimlərə artıq pullar ödənilib?
Dünən, 17:10
Böyük Britaniya şirkətinin Azərbaycandakı filialı bağlanır
Dünən, 17:06
“İdmançılara lazımi maddi və mənəvi dəstək verilmir” -Tofiq Musayev
Dünən, 17:04
Mədəniyyət Nazirliyində rəis müavini, sosial ev, daha nələr: 72 minlik dələduzluq etdi, həbs olunmadı - TƏFƏRRÜAT
Dünən, 16:55
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru