Daha bir məmurun oliqarx olduğu üzə çıxdı... - Nələri yoxdur ki...
Tarix: 11-02-2016, 09:05 | Çap et
 Dövlət Miqrasiya Xidmətində baş verən qanunsuzluqlarla bağlı redaksiyamıza məlumatlar daxil olub. DMX-də başına gələn hadisələr və bundan sonra həmin qurumda baş verənləri araşdırdığını deyən adının açıqlanmasını istəməyən vətəndaş qeyd edir ki, Dövlət Miqrasiya Xidməti qanunsuz olaraq “OV konsaltİng” MMC adlı şirkət vasitəsi ilə vətəndaşlardan pul yığır: “DMX-ya pasport üçün müraciət edən şəxslərdən tələb olunur ki, həmin şirkətdən xüsusi formalı blank alıb onu doldursunlar. Həmin blank 3 manata satılır. Amma heç kim izah etmir və soruşanlara deyilmir ki, nə üçün bu blankı DMX özü vermir, onu gedib bir MMC-dən almalıyıq. Araşdırdım, bəlli oldu ki, bu şirkətin arxasında DMX-nin rəisi Firudin Nəbiyev dayanır, ona yaxın adamlar işlədir və sənəd təqdim etməyə gələnləri oradan blank almağa məcbur edirlər. Qanunda isə qeydiyyat üçün Miqrasiya Xidmətinə müraciət edərkən heç bir dövlət rüsumu tələb olunmadığı göstərilib. Amma DMX-də qanunlar yox, Firudin Nəbiyevin "siyasəti" keçərlidir". Mənbə qeyd etdi ki, DMX-yə qeydiyyatdan keçməyə gələnləri ən müxtəlif bəhanələrlə “soyurlar”: “Son vaxtlar Rusiyadakı böhrana, Ukraynadakı hadisələrə görə 10 minlərlə soydaşımız vətənə dönməyə başlayıb. Onların bir xeylisi həmin ölkələrin vətəndaşıdır. Hazırda gün ərzində Miqrasiya Xidmətinə 2500-3000 arası müraciət daxil olur. Hər bir müraciət edəndən 3-5 manat yığılanda, il ərzində orta hesabla 5 milyon manata yaxın qanunsuz pul toplanır. Bundan başqa, soydaşlarımız vətənə gələndə sənədlərinə baxırlar, görürlər ki, qeydiyyat müddətinin bitməsinə 1 gün qalıb, onu bir bəhanə ilə həmin gün qeydiyyata almırlar. Sabah gələndə isə 300 manat cərimələyirlər. Çox vaxt da cərimə adı altında alınan pulu rəsmiləşdirmirlər. Hazırda DMX-də sanki bazar açılıb. Maraqlısı odur ki, Azərbaycan Respublikasının heç bir qanunlarında hətta qeydiyyatın gecikməsi real məsələ olsa belə, bu məbləğə cəriməyə rast gəlmək mümkün deyil. Bundan başqa, Miqrasiya Xidmətinə müraciət edən hər bir əcnəbidən həm mərkəzi, həm də regional idarələrdə(Xaçmaz, Şirvan, Ağsu, Yevlax, Gəncə, Bakı) sənədlərini təqdim edəndə 5 manat tələb edirlər. Soruşursan bu nə üçün alınır, cavab verən yoxdur. Xidmət rəhbərliyi qanunvericilikdə nəzərdə tutulmayan formada, xüsusi otaqlarda əcnəbilərdən sənəd qəbul edir, daha dəqiqi pul alır. Maraqlısı odur ki, həmin pulyığanların çoxu rəsmi işçilər deyil. Onlar sənədləri və pulları makler kimi toplayıb aparıb səlahiyyətli və rütbəli əməkdaşlara təhvil verirlər. Lənkəran regional idarədə isə açıq bazardır. Pulyığma prosesini şəxsən idarə rəisi Səmədağa Abdullayev özü həyata keçirir. Vətəndaşlara yaradılan digər problem isə odur ki, Azərbaycan vətəndaşı olmaq üçün müraciət edən şəxsdən hətta həmin adamın vətəndaşlığa qəbul edilməsi barədə prezidentin təsdiqi gələndən sonra müxtəlif bəhanələrlə pul alırlar. Məsələn, vətəndaşdan tələb edilir ki, gedib əvvəl vətəndaşı olduğu ölkənin səfirliyindən o dövlətin vətəndaşlığından imtina etməsi barədə sənəd alıb gətirsin. Bu isə çox müşkül məsələdir və qanunda nəzərdə tutulmur. Bunu edə bilməyənlərdən isə 500-1000 manat arası rüşvət alıb şəxsiyyət vəsiqəsi alması üçün sənədi verirlər. O, yığdığı vəsaitlər hesabına özünə geniş biznes şəbəkəsi qurub". Mənbə iddia edir ki, aşağıdakı obyektlər DMX rəsinə məxsusdur:
- “FASHİON Club” qadın gözəllik salonu - Bakı şəhəri, Teymur Əliyev küçəsi - Fermer təsərrüfatı - 500 hektar ərazidə - Xaçmaz rayonu, Xudat şəhərində - Kafe, restoran, ərzaq mağazaları, pullu avtodayanacaq - Yalama keçid məntəqəsinin qarşısında - Novxanıda dəniz kənarında restoran
- “Orxan” istirahət mərkəzi - Nabranda
- “ATA Market”- Binəqədi qəsəbəsində - “Elay” şadlıq evi - Bayıl qəsəbəsində (DMX idarə rəisi İntiqam Məmmədovla şərikli) - Masazır qəsəbəsində yeni tikilən bir neçə bina - Yanacaq doldurma məntəqəsi - Bakı-Rusiya magistral yolunda - Hotel - Bakı şəhəri, Teymur Əliyev küçəsində - Şəxsi avtomobillər kolleksiyası - “Mersedes Galendwagen” - nömrə nişanı - 002 - “Mersedes S Klass” - nömrə nişanı - 002 - “Range Rover Discovery” - nömrə nişanı -011 - “Lexus 570" - nömrə nişanı - 009. Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Əli Əsədov benzinin qiyməti ilə bağlı QƏRAR VERDİ
Dünən, 18:15 |
|
|
|
| • Karapetyanın partiyasının üzvləri saxlanıldı
Dünən, 17:27 |
|
|
|
| • Çexiya Azərbaycana yeni hərbi təlim təyyarəsini təklif edib
Dünən, 17:26 |
|
|
|
| • Naxçıvanda taksi narazılığı: Bu avtomobillərə qadağa qoyuldu – AYNA-dan CAVAB
Dünən, 17:20 |
|
|
|
| • İran bəyanat verdi: - Müharibə mürəkkəb mərhələyə keçir
Dünən, 17:18 |
|
|
|
| • Rusiya Avropa strukturlarının nümayəndələrinə qarşı sanksiyalar tətbiq edib
Dünən, 17:15 |
|
|
|
| • “İpək Yolu Sığorta” kiçilib, gəlirləri azalıb
Dünən, 17:13 |
|
|
|
| • Sankt-Peterburqda Putin və Əraqçi arasında görüş keçirilir
Dünən, 17:10 |
|
|
|
| • Çimərlikdəki qətlin məhkəməsi – ŞOK İFADƏLƏR
Dünən, 16:51 |
|
|
|
| • 70 kq qızılla tutulan polkovnikə - Hökm oxundu
Dünən, 16:44 |
|
|
|
| • Paşinyanın sərhədlə bağlı açıqlamasına Bakıdan REAKSİYA: - “Mübahisəli ərazilər var...”
Dünən, 16:37 |
|
|
|
| • Deputatın qızlara pulsuz təhsil təklifinə REAKSİYA: - “Hansısa tələbənin təhsil haqqını özü ödəsin”
Dünən, 16:33 |
|
|
|
| • "Pünhan kişidir, rəftar fərqli olmalıdır"
Dünən, 16:30 |
|
|
|
| • Məzahir Pənahov yenidən MSK sədri seçilib
Dünən, 16:29 |
|
|
|
| • Xocalı sakinləri işsizlik və həyətyanı sahə problemi ilə üzləşirlər... - NARAZILIQ VAR...
Dünən, 16:03 |
|
|
|
| • ABŞ-nin İranla bağlı strategiyası naməlumdur - Almaniya Kansleri
Dünən, 15:53 |
|
|
|
| • MSK-nın heç bir funksiyası yoxdur - Siyasilərdən REAKSİYA
Dünən, 15:51 |
|
|
|
| • “Bank Avrasiya”nın maliyyə vəziyyəti ürəkaçan deyil – Ümidsiz kreditlərin payı kəskin artıb
Dünən, 15:48 |
|
|
|
| • “Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov istefaya göndərilib
Dünən, 15:45 |
|
|
|
| • Turan Topalova tutduğu vəzifədən ayrıldı - ƏMR
Dünən, 15:44 |
|
|
|
| • Ermənistanda Rusiya lehinə olan kanallar silindi
Dünən, 15:42 |
|
|
|
| • Cəlilov da BELƏ YEYİR: Hər kilometrə 200 MİN MANAT... - AY MAŞALLAH...
Dünən, 15:34 |
|
|
|
| • Bank of Baku 27 qəpik borcu 2 manata necə çevirib? - Mərkəzi Bank vətəndaş şikayətinə belə CAVAB VERDİ
Dünən, 15:22 |
|
|
|
| • SAVAŞDAN ÇIXANA “XOX GƏLİRLƏR”: “Telefonumuza cavab verməsəniz, qohumlarınıza zəng edəcəyik” - ÖZBAŞINA QALIBLAR...
Dünən, 15:15 |
|
|
|
| • Avropa İttifaqının Gürcüstandakı səfiri XİN-ə çağırılıb - KİV
Dünən, 15:03 |
|
|
|
| • Paşinyanın korteji hamilə qadını belə vurub – yeni iddia
Dünən, 15:02 |
|
|
|
| • Elgiz və Xoşqədəm yeni layihə ilə efirə QAYIDIR
Dünən, 14:39 |
|
|
|
| • Xəyal Rza qəzaya düşdü - FOTO
Dünən, 14:38 |
|
|
|
| • Bu temp Anar Rzayevi HƏBSƏ GÖTÜRƏ BİLƏR... - ÇÜNKİ...
Dünən, 14:33 |
|
|
|
| • Cavid Nəbiyevin şirkətləri borc içində: Siyahıda "Anadolu Efes" də var - TƏFƏRRÜAT
Dünən, 14:25 |
|
|
|
| • “Görünür, Kremldə də çox istəyirlər ki, Zelenski ilə Bakıda hansısa görüş keçirilsin, amma...”
Dünən, 14:08 |
|
|
|
| • Aqil Abbasdan “Ağdam Bus” kartlarının buraxılmasına münasibət: -“2-3 min adam üçün nəyə lazımdır?”
Dünən, 14:06 |
|
|
|
| • Marukyan Azərbaycanı məhkəməyə vermək istəyir
Dünən, 14:02 |
|
|
|
| • Körpələrin yeməyinə tamah salan BÖYÜKLƏR... - İTTİHAM VAR...
Dünən, 13:47 |
|
|
|
| • Maliyyə icarəsi verənlərin reyestri ilə bağlı dövlət rüsumu müəyyənləşir - MƏBLƏĞ
Dünən, 13:42 |
|
|
|
| • Gürcüstanla sərhədin delimitasiyasının başa çatdırılması barədə razılıq əldə etmişik - Paşinyan
Dünən, 13:34 |
|
|
|
| • Bakıda FACİƏ: pəncərəni silən qız binadan yıxılıb ÖLDÜ - TƏFƏRRÜAT
Dünən, 13:31 |
|
|
|
| • Bu şəxslər MSK-nın yeni tərkibində yer almadı - SİYAHI
Dünən, 13:07 |
|
|
|
| • “Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? - Rusiyanın “kölgə tanker”ində İran izi
Dünən, 13:06 |
|
|
|
| • “Səfərbərlik kimi məsuliyyətli proseslərdə qanun pozuntusuna yol vermək olmaz” - deputat
Dünən, 12:59 |
|
|
|
| • Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir - belə deyirlər...
Dünən, 12:49 |
|
|
|
| • Dilarə Kazımova ailə quracağı şəxsə ŞƏRT KƏSDİ - "Məni üç uşağımla..."
Dünən, 12:39 |
|
|
|
| • Azərbaycanda tətbiq edilən ŞOK SİLAH – Daha təhlükəli formada qayıdıb?
Dünən, 12:35 |
|
|
|
| • Distant təhsil günlərində internet güzəşti olacaq? - AKTUAL
Dünən, 12:30 |
|
|
|
| • Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası davam etdiriləcək - Nikol Paşinyan
Dünən, 12:27 |
|
|
|
| • Portağal idxalı: İrandan çox alırıq, Türkiyədən isə ucuz… - SİYAHI
Dünən, 12:24 |
|
|
|
| • Gürcüstanda 55 əcnəbi saxlanıldı - Aralarında Azərbaycan vətəndaşları da var
Dünən, 12:13 |
|
|
|
| • Deputat Aydın Mirzəzadənin sərgüzəştləri - Orxan Saffari yazır...
Dünən, 12:08 |
|
|
|
| • Bu komitəyə yeni sədr seçildi - ƏMR
Dünən, 12:02 |
|
|
|
| • Hakim Elnur Nuriyev bir dələduza niyə HÖKM oxumur? - 165 ailə Mehriban Əliyeva və İnam Kərimova üz tutdu
Dünən, 11:58 |
|
|
|
|