70 kq qızılla tutulan polkovnikə .....                     Paşinyanın sərhədlə bağlı açıqlamasına Bakıdan REAKSİYA: .....                     Deputatın qızlara pulsuz təhsil təklifinə REAKSİYA: .....                     "Pünhan kişidir, rəftar fərqli olmalıdır" .....                     Məzahir Pənahov yenidən MSK sədri seçilib .....                     Xocalı sakinləri işsizlik və həyətyanı sahə problemi ilə üzləşirlər... .....                     ABŞ-nin İranla bağlı strategiyası naməlumdur .....                     MSK-nın heç bir funksiyası yoxdur .....                     “Bank Avrasiya”nın maliyyə vəziyyəti ürəkaçan deyil .....                     “Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov istefaya göndərilib .....                     Turan Topalova tutduğu vəzifədən ayrıldı .....                     Ermənistanda Rusiya lehinə olan kanallar silindi .....                     Cəlilov da BELƏ YEYİR: Hər kilometrə 200 MİN MANAT... .....                     Bank of Baku 27 qəpik borcu 2 manata necə çevirib? .....                     SAVAŞDAN ÇIXANA “XOX GƏLİRLƏR”: “Telefonumuza cavab verməsəniz, qohumlarınıza zəng edəcəyik” .....                     Avropa İttifaqının Gürcüstandakı səfiri XİN-ə çağırılıb .....                     Paşinyanın korteji hamilə qadını belə vurub .....                     Elgiz və Xoşqədəm yeni layihə ilə .....                     Xəyal Rza qəzaya düşdü .....                     Bu temp Anar Rzayevi HƏBSƏ GÖTÜRƏ BİLƏR... .....                     Cavid Nəbiyevin şirkətləri borc içində: Siyahıda "Anadolu Efes" də var .....                     “Görünür, Kremldə də çox istəyirlər ki, Zelenski ilə Bakıda hansısa görüş keçirilsin, amma...” .....                     Aqil Abbasdan “Ağdam Bus” kartlarının buraxılmasına münasibət: .....                     Marukyan Azərbaycanı məhkəməyə vermək istəyir .....                     Körpələrin yeməyinə tamah salan BÖYÜKLƏR... .....                     Maliyyə icarəsi verənlərin reyestri ilə bağlı dövlət rüsumu müəyyənləşir .....                     Gürcüstanla sərhədin delimitasiyasının başa çatdırılması barədə razılıq əldə etmişik .....                     Bakıda FACİƏ: pəncərəni silən qız binadan yıxılıb ÖLDÜ .....                     Bu şəxslər MSK-nın yeni tərkibində yer almadı .....                     “Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? .....                     “Səfərbərlik kimi məsuliyyətli proseslərdə qanun pozuntusuna yol vermək olmaz” .....                     Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir .....                     Dilarə Kazımova ailə quracağı şəxsə ŞƏRT KƏSDİ .....                     Azərbaycanda tətbiq edilən ŞOK SİLAH .....                     Distant təhsil günlərində internet güzəşti olacaq? .....                     Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası davam etdiriləcək .....                     Portağal idxalı: İrandan çox alırıq, Türkiyədən isə ucuz… .....                     Gürcüstanda 55 əcnəbi saxlanıldı .....                     Deputat Aydın Mirzəzadənin sərgüzəştləri .....                     Bu komitəyə yeni sədr seçildi .....                 

Anar Kərimov bu dəfə kimi yola sala bilər? - İLGİNC
Tarix: 22-12-2020, 09:50 | Çap et
Anar Kərimov bu dəfə kimi yola sala bilər?
Aktualinfo.org ötən il də,ondan qabaqkı illərdə də Mədəniyyət Nazirliyində,daha doğrusu nazirliyə tabeli qurumlarda baş alıb gedən baxımsızlıq,özbaşınalıq,talançılıq və sair bu qəbildən olan halların baş alıb getməsi barədə silsilə məqalələr dərc etmişdi.Bu məqalələrin hamısında biz bir nazir kimi (artıq keçmiş) Əbülfəs Qarayevə müraciət edərək konkret faktlarla göstərdiyimiz nöqsanların qarşısını almağa çağırırdıq.Lakin hər yazıdan sonra,sanki qurbağa gölünə daş atılırdı.kimdən səs çıxsa da Mədəniyyət Nazirliyinin rəsmilərindən heç bir səs çıxmırdı.Sanki elə belə də olmalıymış kimi hər kəs öz işində idi.Nəticədə baş verənlər artıq hamıya bəllidir.Bu hamıya bəlli olan hadisələrdən sonra təccübünü gizlətməyən,heyrət etməyən nə mədəniyyət işçisi qaldı nə də vətəndaş.Amma bizim üçün burada təəccüblü heç nə yox idi. Çünki biz onları artıq bilirdik.Mədəniyyət Nazirliyinin Xaçmaz, Gəncə, Sumqayıt, Biləsuvar, Ağstafa, Şəki kimi Regional İdarələrində baş alıb gedən korrupsiya hallarının qulaqbatıran sədasını hamı eşidirdi, Əbülfəs Qarayevdən başqa.

Mədəniyyət Nazirliyində baş verənlərdən sonra bir müddət gözləmə mövqeyində duran yuxarıda qeyd etdiyimiz regiional idarələr yenə fəaliyyətə başlayıblar. Amma fərqli. Onların ötən il müxtəlif satınalmalara ayırdıqları vəsaitlər demək olar ki,bu il yarıbayarı azalıb.Bu mədəniyyət evlərinin yüksək səviyyədə olmasından irəli gəlmir. Sadəcə may ayında baş verənlərdən sonra mənimsəmələrə ayaq yeri qoyulmur.Amma ötən illərdə ayrılan vəsaitlərin çoxu kimlərinsə arasındasa bölüşdürülür,kimlərəsə qaytarılır,kimlər tərəfindən isə mənimsənilirdi. Amma indi tərəddud dövrüdür. İndi hamı suyu üfürə-üfürə içir.Axı məlum məsələlərə görə Mədəniyyət nazirliyinin strukturuna daxil bütün idarələrdə yoxlamalar gedir.

Mədəniyyət nazirinin müavini,nazirin səlahiyyətlərini icra edən Anar Kərimovun yoxlamalardan sonra atacağı ilk addımları artıq təxmin etmək olar.Köhnə,talancı komandanın üzvlərindən bir neçəsinin vəzifəsindən yola salındığı artıq hamıya məlumdur.Növbəti kim olacaq,nə vaxt yola salınacaq,zaman göstərəcək. Amma yoxlamaları aparanlara araşdırılması gərəkən bəzi məsələləri də biz demək istərdik.

Aktualinfo.org Şəki Regional Mədəniyyət İdarəsinin əvvəlki illərlə 2020-ci il üçün keçirdiyi tender və kotirovka sorğuları ətrafında kiçik bir müqayisə edib.Bu müqayisədə ortaya çıxanlar sizi heç də təəccübləndirməsin.

Qeyd edək ki,Şəki Regional Mədəniyyət İdarəsi 10.12.2020-ci il tarixdə maşın və avadanlıqların satınalınması üzrə keçirmiş olduğu tenderdə “Stone Construction” QSC-ni qalib elan edərək 42 244 manat məbləğində müqavilə bağladığını bildirib.

Tədbirlərin təşkili işlərinin satın alınması üzrə keçirilmiş tenderin də qalibi 12.08.2020-ci il tarixdə elan olunub və “Xanov” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 61 449.68 manat dəyərində müqavilə bağlanıb.

Dəftərxana və təsərrüfat malları üzrə 145 661.56 manat dəyərində müqavilə də 12.08.2020-ci il tarixdə elan olunub və “AZƏRİ 20” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanıb.

07.01.2020-ci il tarixdə elektrik sistemlərinin təmiri üzrə “Xəzri-2011” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanan müqavilənin dəyəri isə 37 544 manat olub.

Amma gəlin baxaq görək Şəki Regional Mədəniyyət İdarəsi ötən illərdə satınalmalar yolu ilə nə qədər vəsait xərcləyib? Onlardan bəzilərini,maraqlılarını diqqətinizə çatdırırıq.

13.06.2017-ci ildə odun yanacağına 104 713.2 manat məbləğində müqavilə “Səbuhi-O” MMC ilə, 16.05.2018-ci ildə odun yanacağına 101 811.51 manat məbləğində müqavilə “Qarabulaq” MMC ilə,11.04.2019-cu ildə odun yanacağına 100 975 manat məbləğində müqavilə “Qarabulaq”MMC ilə, 16.05.2018 dəftərxana ləvazimatları 103 064.15 manat məbləğində müqavilə “Qarabulaq” MMC ilə,16.05.2018 tədbirlərin keçirilməsi işləri 64263 manat məbləğində müqavilə “Qarabulaq”MMC ilə bağlanılıb.Maraqlıdır,hər il odun yanacağına yüz min pul ayıran Şəki Regional Mədəniyyət İdarəsi 2020-ci ildə nə üçün eyni məqsədlə pul ayırmır? Bəlkə idarə mətbuatın gündəminə gəlməmək üçün odun yanacağı üzrə bağlanılmış satınalma müqaviləsi barədə məlumatı dövlət sanalmalarının rəsmi internet saytında yerləşdirmədən həyata keçirib?Necə olur ki,hər il yüz min pul ayrılırdı,indi yox. İndi Şəkidə qış deyil,qar yağmayıb,mədəniyyət evləri isidilmir? Bəlkə bir il içində regionun bütün kəndləri,mədəniyyət obyektləri,kitabxanalar qazlaşdırılıb? Xeyr,hər şey elə köhnə qaydasındadır.Regionda mədəniyyət evlərinin. kitabxanaların qapıları həmişə olduğu kimi,yenə də aylarla açılmır.Odun lazım olanda da həyət bacadan yığmağa nə var.Sadəcə bu il mənimsəməyə imkan verilmədi.

Bunlardan əlavə Şəki Regional Mədəniyyət İdarəsinin ötən illərdə ən çox vəsit ayırdığı,böyük işlər gördüyü,”otkat” götürdüyü şirkətlərdən ikisinin üzərində dayanmaq istərdik.Bunlar “Qarabulaq” və “Səhər-I” Məhdud Məsuliyyətli Cəmiyyətləridir.

Qeyd edək ki, kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarına görə “Qarabulaq”MMC 18.02.2014-cü il tarixində 13 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alınıb.Hüquqi ünvanı QAX RAYONU, ƏMİRCAN qəsəbəsi göstərilən MMC-nin nizamnamə kapitalı 10 manat,qanuni təmsilçisi isə YUNUSOV ŞAHİN ŞAMİL OĞLUdur.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarına görə “SƏHƏR-I” MMC 26.01.2015-ci il tarixində 11 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alınıb.Hüquqi ünvanı ŞƏKİ RAYONU, ŞƏKİ ŞƏHƏRİ, BAĞBANLAR, ev 59A, m. 34 olan MMC-nin nizamnamə kapitalı 10 manat,qanuni təmsilçisinin isə YUNUSOVA İLAHƏ SƏHƏR QIZI oldugu göstərilir.

Sahibkar Yunusova İlahə Səhər qızı (VÖEN 3001713252) 11.10.2019 mətbəə xərcləri üzrə 21 206.15 manat, 17.12.2019 komputerlərin formatlanması üzrə 6360 manat dəyərində satınalmalarda fiziki şəxs kimi qalib olub.

Məlumatlardan da görsəndiyi kimi MMC-lərin hərəsi bir rayonda qeydiyyatdan keçmiş,hüquqi ünvanları isə ayrı-ayrı yerlər göstərilmişdir.LakinMərkəzi Seçki Komissiyasyasının seçicilərin adbaad siyahısında hər iki qanuni təmsilçinin, 1964 cü il təvəlludlu Yunusov Şahin Şamil oğlu və 1981-ci il təvəllüdlü Yunusova İlahə Səhər qızının Şəki şəhəri BAĞBANLAR, ev 59A ünvanında daimi qeydiyyatda olduğu göstərilib.

Bunlar Mədəniyyət nazirinin səlahiyyətlərini həyata keçirən Anar Kərimovun ağlına gələrmi? Amma Şəki Regional Mədəniyyət İdarəsinin müdiri Mirvari Zeynalovanın ağlına da gəlib,başına da.Hələ araşdırılsa Mirvari Zeynalovanın bu kimi daha nə qədər gizli işləri üzə çıxa bilər.Adlarını şəkmək istəmədiyimiz MMC var ki, bir müdir kimi Mirvari Zeynalova həmin şirkətlə həm odun yanacağının alınmasına,həm dəftərxana ləvazimatlarının alınmasına,həm tədbirlərin keçirilməsində qoğal,paxlava bişirməyə,həm də təmir-tikinti işlərinin aparılması üçün vəsaitlər ayırıb, müqavilələr bağlayıb.Bunların da hesabının sorulması zamanı deyilmi?
Aktualinfo.org










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
70 kq qızılla tutulan polkovnikə - Hökm oxundu
Bu gün, 16:44
Paşinyanın sərhədlə bağlı açıqlamasına Bakıdan REAKSİYA: - “Mübahisəli ərazilər var...”
Bu gün, 16:37
Deputatın qızlara pulsuz təhsil təklifinə REAKSİYA: - “Hansısa tələbənin təhsil haqqını özü ödəsin”
Bu gün, 16:33
"Pünhan kişidir, rəftar fərqli olmalıdır"
Bu gün, 16:30
Məzahir Pənahov yenidən MSK sədri seçilib
Bu gün, 16:29
Xocalı sakinləri işsizlik və həyətyanı sahə problemi ilə üzləşirlər... - NARAZILIQ VAR...
Bu gün, 16:03
ABŞ-nin İranla bağlı strategiyası naməlumdur - Almaniya Kansleri
Bu gün, 15:53
MSK-nın heç bir funksiyası yoxdur - Siyasilərdən REAKSİYA
Bu gün, 15:51
“Bank Avrasiya”nın maliyyə vəziyyəti ürəkaçan deyil – Ümidsiz kreditlərin payı kəskin artıb
Bu gün, 15:48
“Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov istefaya göndərilib
Bu gün, 15:45
Turan Topalova tutduğu vəzifədən ayrıldı - ƏMR
Bu gün, 15:44
Ermənistanda Rusiya lehinə olan kanallar silindi
Bu gün, 15:42
Cəlilov da BELƏ YEYİR: Hər kilometrə 200 MİN MANAT... - AY MAŞALLAH...
Bu gün, 15:34
Bank of Baku 27 qəpik borcu 2 manata necə çevirib? - Mərkəzi Bank vətəndaş şikayətinə belə CAVAB VERDİ
Bu gün, 15:22
SAVAŞDAN ÇIXANA “XOX GƏLİRLƏR”: “Telefonumuza cavab verməsəniz, qohumlarınıza zəng edəcəyik” - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 15:15
Avropa İttifaqının Gürcüstandakı səfiri XİN-ə çağırılıb - KİV
Bu gün, 15:03
Paşinyanın korteji hamilə qadını belə vurub – yeni iddia
Bu gün, 15:02
Elgiz və Xoşqədəm yeni layihə ilə efirə QAYIDIR
Bu gün, 14:39
Xəyal Rza qəzaya düşdü - FOTO
Bu gün, 14:38
Bu temp Anar Rzayevi HƏBSƏ GÖTÜRƏ BİLƏR... - ÇÜNKİ...
Bu gün, 14:33
Cavid Nəbiyevin şirkətləri borc içində: Siyahıda "Anadolu Efes" də var - TƏFƏRRÜAT
Bu gün, 14:25
“Görünür, Kremldə də çox istəyirlər ki, Zelenski ilə Bakıda hansısa görüş keçirilsin, amma...”
Bu gün, 14:08
Aqil Abbasdan “Ağdam Bus” kartlarının buraxılmasına münasibət: -“2-3 min adam üçün nəyə lazımdır?”
Bu gün, 14:06
Marukyan Azərbaycanı məhkəməyə vermək istəyir
Bu gün, 14:02
Körpələrin yeməyinə tamah salan BÖYÜKLƏR... - İTTİHAM VAR...
Bu gün, 13:47
Maliyyə icarəsi verənlərin reyestri ilə bağlı dövlət rüsumu müəyyənləşir - MƏBLƏĞ
Bu gün, 13:42
Gürcüstanla sərhədin delimitasiyasının başa çatdırılması barədə razılıq əldə etmişik - Paşinyan
Bu gün, 13:34
Bakıda FACİƏ: pəncərəni silən qız binadan yıxılıb ÖLDÜ - TƏFƏRRÜAT
Bu gün, 13:31
Bu şəxslər MSK-nın yeni tərkibində yer almadı - SİYAHI
Bu gün, 13:07
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? - Rusiyanın “kölgə tanker”ində İran izi
Bu gün, 13:06
“Səfərbərlik kimi məsuliyyətli proseslərdə qanun pozuntusuna yol vermək olmaz” - deputat
Bu gün, 12:59
Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir - belə deyirlər...
Bu gün, 12:49
Dilarə Kazımova ailə quracağı şəxsə ŞƏRT KƏSDİ - "Məni üç uşağımla..."
Bu gün, 12:39
Azərbaycanda tətbiq edilən ŞOK SİLAH – Daha təhlükəli formada qayıdıb?
Bu gün, 12:35
Distant təhsil günlərində internet güzəşti olacaq? - AKTUAL
Bu gün, 12:30
Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası davam etdiriləcək - Nikol Paşinyan
Bu gün, 12:27
Portağal idxalı: İrandan çox alırıq, Türkiyədən isə ucuz… - SİYAHI
Bu gün, 12:24
Gürcüstanda 55 əcnəbi saxlanıldı - Aralarında Azərbaycan vətəndaşları da var
Bu gün, 12:13
Deputat Aydın Mirzəzadənin sərgüzəştləri - Orxan Saffari yazır...
Bu gün, 12:08
Bu komitəyə yeni sədr seçildi - ƏMR
Bu gün, 12:02
Hakim Elnur Nuriyev bir dələduza niyə HÖKM oxumur? - 165 ailə Mehriban Əliyeva və İnam Kərimova üz tutdu
Bu gün, 11:58
Məhkəmə sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı qərar çıxardı
Bu gün, 11:55
Rövşən Rzayev keçmiş icra başçısı Tahir Kərimovun şirkətinə yaşıl işıqlar yandırır - İLGİNC FAKTLAR...
Bu gün, 11:51
Nizami Kino Mərkəzinin direktoru işdən çıxıb, yerinə müvəqqəti təyinat olub - BUNDAN SONRA...
Bu gün, 11:46
Mərkəzi Bankın tenderi niyə ləğv olundu?
Bu gün, 11:44
Milli Məclis MSK-nın yeni tərkibini təsdiqləyib - SİYAHI
Bu gün, 11:39
Şərurun icra başçısı etirazçını DƏLİXANAYA SALDIRDI - BU NƏDİ BELƏ?
Bu gün, 11:32
Gərginlik artır: Ermənistan sülhə ağır zərbə vurdu – Nur Tuğba Aktay
Bu gün, 11:23
MSK-nın yeni üzvlərinin adları açıqlandı - YENİLƏNDİ
Bu gün, 11:22
Neft məhsulları ilə məşğul olan xarici şirkət Azərbaycandan gedir
Bu gün, 11:13
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru