"Bu cür yanaşma şagirdlərdə stres, imtahana qarşı qorxu yaradır" .....                     Rusiya Azərbaycanın müstəqil ölkə olduğunu dərk etməlidir .....                     Azərbaycanda pensiyaçılar niyə azalır? .....                     Ceyhun Cəlilov mətbuata da ƏNGƏL OLUR .....                     “Trampın özü təşkil etsəydi, sui-qəsdçi dərhal öldürülərdi .....                     AMEA-nın İnstitutundan vergi borcu olan "Tələt" Firması ilə razılaşma .....                     ABŞ İranın Ali Rəhbərinin sağ olduğuna inanır .....                     Əli Əsədov benzinin qiyməti ilə bağlı .....                     Karapetyanın partiyasının üzvləri saxlanıldı .....                     Çexiya Azərbaycana yeni hərbi təlim təyyarəsini təklif edib .....                     Naxçıvanda taksi narazılığı: Bu avtomobillərə qadağa qoyuldu .....                     İran bəyanat verdi: .....                     Rusiya Avropa strukturlarının nümayəndələrinə qarşı sanksiyalar tətbiq edib .....                     “İpək Yolu Sığorta” kiçilib, gəlirləri azalıb .....                     Sankt-Peterburqda Putin və Əraqçi arasında görüş keçirilir .....                     Çimərlikdəki qətlin məhkəməsi .....                     70 kq qızılla tutulan polkovnikə .....                     Paşinyanın sərhədlə bağlı açıqlamasına Bakıdan REAKSİYA: .....                     Deputatın qızlara pulsuz təhsil təklifinə REAKSİYA: .....                     "Pünhan kişidir, rəftar fərqli olmalıdır" .....                     Məzahir Pənahov yenidən MSK sədri seçilib .....                     Xocalı sakinləri işsizlik və həyətyanı sahə problemi ilə üzləşirlər... .....                     ABŞ-nin İranla bağlı strategiyası naməlumdur .....                     MSK-nın heç bir funksiyası yoxdur .....                     “Bank Avrasiya”nın maliyyə vəziyyəti ürəkaçan deyil .....                     “Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov istefaya göndərilib .....                     Turan Topalova tutduğu vəzifədən ayrıldı .....                     Ermənistanda Rusiya lehinə olan kanallar silindi .....                     Cəlilov da BELƏ YEYİR: Hər kilometrə 200 MİN MANAT... .....                     Bank of Baku 27 qəpik borcu 2 manata necə çevirib? .....                     SAVAŞDAN ÇIXANA “XOX GƏLİRLƏR”: “Telefonumuza cavab verməsəniz, qohumlarınıza zəng edəcəyik” .....                     Avropa İttifaqının Gürcüstandakı səfiri XİN-ə çağırılıb .....                     Paşinyanın korteji hamilə qadını belə vurub .....                     Elgiz və Xoşqədəm yeni layihə ilə .....                     Xəyal Rza qəzaya düşdü .....                     Bu temp Anar Rzayevi HƏBSƏ GÖTÜRƏ BİLƏR... .....                     Cavid Nəbiyevin şirkətləri borc içində: Siyahıda "Anadolu Efes" də var .....                     “Görünür, Kremldə də çox istəyirlər ki, Zelenski ilə Bakıda hansısa görüş keçirilsin, amma...” .....                     Aqil Abbasdan “Ağdam Bus” kartlarının buraxılmasına münasibət: .....                     Marukyan Azərbaycanı məhkəməyə vermək istəyir .....                 

Əli Həsənov və Vüqar Səfərli həbs edilə bilər - “Jurnalistlərin binası” ilə bağlı araşdırmalara başlanıldı
Tarix: 27-05-2020, 13:22 | Çap et
Əli Həsənov və Vüqar Səfərli həbs edilə bilər
Jurnalistlər üçün nəzərdə tutulan mənzillərin ədalətsiz bölgüsü ilə bağlı Prezident İlham Əliyevə müraciət edən bir qrup media işçisi Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə çağırılıb.

Pravda.az-ın xəbərinə görə, müraciətə imza atan 31 media işçisi ayrı-ayrılıqda idarədə dindirilir.

Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə çağırılan jurnalistlərin verdiyi məlumata görə, onlara Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fondundan (KİVDF) yardım alan qəzetlərə pulun düzgün bölüşdürülməməsi, fondun keçirdiyi müsabiqədə əsasən eyni adamlara birinci yerlərin verilməsi, jurnalistlər üçün nəzərdə tutulan binalarda mənzillərin bölgüsündə hansı qanunsuzluqların olması barədə suallar verilib.
Korrupsiya idarəsinə çağırılan jurnalistlər prezidentin sabiq köməkçisi Əli Həsənov, KİVDF-nin sabiq icraçı direktoru Vüqar Səfərli və Mətbuat Şurasının sədri Əflatun Amaşova cinayət işinin başlanması istisna edilmir.

Media işçiləri ölkə başçısına müraciətlərində qeyd olunurdu ki, Prezident Adminstrasiyasının keçmiş ictimai-siyasi şöbəsinin sabiq müdiri Əli Həsənov, Vüqar Səfərli başda olmaqla əlaltıları vasitəsilə ona verilən vəzifədən ancaq onların hüquqlarını tapdalamaq və haqlarını mənimsəmək üçün istifadə edib: "Ona yaltaqlana bilmədiyimiz üçün dövlət vəsaiti ilə tikilmiş 2 Jurnalist binasından mənzil almaq imkanından məhrum olmuş, KİVDF-nin ayırdığı qrantlardan kənarda qalmış, Mətbuat Şurasının və KİVDF-nin jurnalistlər üçün təşkil etdiyi heç bir tədbirə çağırılmamışıq. Əli Həsənovun mediaya nəzarət etidiyi dövrdə demək olar ki, biz təcrid olunmuş şəraitdə olum-qalım mübarizəsi aparmışıq. Ona yaltaqlananlar isə bu müddətdə demək olar ki, evi ola-ola ev aldılar, hətta həmin evləri kirayə verdilər, hətta bu gün ölkənin elan saytlarında Sizin göstərişinizlə ev almaq imkanı olmayan jurnalistlər üçün tikilmiş binalarda hansısa evlərin satıldığına, kirayə verildiyinə dair elanlara rast gəlinir. Çünki evlərin bir çoxu məhz ehtiyacı olmayanlara, sadəcə Əli Həsənov-Vüqar Səfərli-Əflatun Amaşov triosuna yaxın olan şəxslərə verilib.

Ev alanlar siyahısında elə şəxslərin adı var ki, onların xarici ölkələri gəzmək üçün təyyarələrdə xərclədiyi pulla şəhərin mərkəzində villa tikmək olardı, 50-100 minlik maşın sürənlər, ev almaq üçün həyat yoldaşını boşayanlar, daha kimlər, kimlər. Bunları həmişə demişik, yazmışıq, lakin səsimizi eşidilməyə qoymayıblar. Bu gün artıq onlar Sizin bir sərəncamınızla tarixin qaranlıq arxivinə atılıblar. Lakin biz haqq-ədalətin bərpa olunmasını istəyirik. 2019-cu ildən ölkəmizdə islahatların ikinci dalğası başlamış, bu gün daha güclü şəkildə, daha sürətlə davam etməkdədir. Hüquq-mühafizə orqanlarının Sizin siyasi iradənizə söykənərək korrupsiyaya qarşı sərt və uğurlu mübarizəsi hər bir vətəndaş kimi biz jurnalistlərin də ürəyincədir və biz bunu ürəkdən dəstəkləyirik. Lakin bu tədbirlərin mətbuat sahəsində də aparılmasını istəyirik. Uzun illər mətbuata ayrılan milyonlar hara, necə xərclənib məlum deyil, milyonlar xərclənən mətbuat ictimai rəyə təsir gücündə deyilsə, onda o qədər vəsait nəyə xərclənib? Jurnalistlər binasında evlər kimlərə verilib? Sizə müraciətimiz də bu məsələlərlə bağlıdır.

2013 və 2017-ci ildə mənzil şəraitinin yaxşılaşdırılmasına həqiqətən ehtiyacı olan jurnalistlərin ümidləri boşa çıxmışdır. Belə ki, ictimai – siyasi məsələlər üzrə sabiq köməkçiniz Əli Həsənov, KİVDF-nin sabiq icraçı direktoru Vüqar Səfərli və Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov ağır şəraitdə yaşayan, mənzilə ehtiyacı olan jurnalistlərin müraciətlərini nəzərə almamışlar, mənzil verilməsi üçün tərtib olunan siyahıda adı olan əksəriyyət bir və daha çox fərdi mənzil sahibi olan, baş redaktor, baş redaktor müavini, redaktor və jurnalistlərin, uzun müddətdir jurnalistikadan uzaq olan, dövlət qulluqçusu olan mətbuat katiblərinin, jurnalistikaya aidiyyatı olmayan, lakin Əli Həsənova, Vüqar Səfərliyə və Əflatun Amaşova yaxın olan şəxslərin adları qeyd olunmuşdur. Ona görə də Sizə bu müraciəti ünvanlayaraq xahiş edirik ki, jurnalistlər üçün tikilən binalarda mənzil verilən zaman, başda Əli Həsənov olmaqla Vüqar Səfərlinin, Əflatun Amaşovun, Nuşirəvan Məhərrəmlinin və başqalarının hüquqa və qanunazidd əməllərinin araşdırılması, hüquqi qiymət verilməsi, evi ola-ola Jurnalistlər binasında ev alan, kirayə verilən, satılan mənzillərin həmin şəxslərdən geri alınaraq həqiqi ehtiyacı olan şəxslərə verilməsi üçün göstəriş verəsiniz".

Ölkə başçısına müraciət edən media işçilərinin siyahısı:

1.Xanlar Sətullayev, Yenilik.az saytı, baş redaktor 2. Kərim Kərimli, "Teas Press” redaktor, Qarabağ müharibəsi veteranı 3. Mais Əlizadə, Türkiyədə Azərbaycan,T ürk və əcnəbi media qurumlarıyla əməkdaşlıq edən jurnalist, təhlilçi, tərcüməçi, filologiya elmləri namizədi 4. Vəfa Fərəcova, müstəqil jurnalist 5. Şəfayət Avılbəyli, Baku Avrasiya Universitetinin mətbuat xidmətinin rəhbəri 6. Raminə Eyvazqızı, Ayna. Az saytı, jurnalist. 7. Rövşən Əsədov, correct. az, redaktor. 8. Fərqanə Sədirova, müstəqil jurnalist. 9. Amil Hacıyev, müstəqil jurnalist 10. Pərviz Hüseynli (Pərviz Hüseyn), Axşam. Az saytı, jurnalist. 11. Gülnaz Qənbərli, müstəqil jurnalist. 12. Əzizə İsmayılova, jurnalist, radioaparıcı. 13. Elmidar Əliyev, Aztoday. az saytı, redaktor. 14. Həbibə Abdulla, Afn. az saytı, baş direktor 15. Nürəddin Xoca teref. az, redaktor 16. Pervanə Sultanova müstəqil jurnalist 17. Fikrət Fəraməzoğlu, müstəqil jurnalist, 18. Nigar Orucova Oxu. az saytı, jurnalist 19. Babək Cahandarov müstəqil jurnalist 20. Zaur Qərib oğlu "Reaksiya Media Group”, baş direktor 21. Cəmilə Hətəmxanova, Real TV, jurnalist 22. Azər Niftiyev, Sosium.az portalı, baş redaktor 23 Dilşad Yusifova, müstəqil jurnalist 24. Arzu Umut, müstəqil jurnalist 25. Sənan Məhərrəmov, müstəqil beynəlxalq idman jurnalisti, combatsport.az Döyüş Sənətləri Analitiki Multi-İdman Portalının baş redaktoru 26. Əli Aqşin Rafiqoğlu – Report informasiya agentliyinin müxbiri. 27. Xəyalə Süleymanqızı FaktAt.az fakt-arasdirma təhlil analitik informasiya agentliyi, jurnalist 28. Bəhruz Salmanov, xeberlent. az saytı, baş redaktor 29. Elxan Qənbərli, 7-gun.com saytı, jurnalist 30. Züleyxa Nadir, müstəqil jurnalist 31. Nicat Haciyev, Zerkalo. az, jurnalist. Criminal.az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Bu cür yanaşma şagirdlərdə stres, imtahana qarşı qorxu yaradır" - Deputatdan DİM-in yeniliyinə REAKSİYA
Bu gün, 05:10
Rusiya Azərbaycanın müstəqil ölkə olduğunu dərk etməlidir - YOXSA...
Bu gün, 05:07
Azərbaycanda pensiyaçılar niyə azalır? - AKTUAL
Bu gün, 05:05
Ceyhun Cəlilov mətbuata da ƏNGƏL OLUR - NARAZILIQ VAR...
Bu gün, 05:03
“Trampın özü təşkil etsəydi, sui-qəsdçi dərhal öldürülərdi - Mehman Əliyev ŞƏRH EDİR
Bu gün, 04:57
AMEA-nın İnstitutundan vergi borcu olan "Tələt" Firması ilə razılaşma - TƏFƏRRÜAT
Bu gün, 04:54
ABŞ İranın Ali Rəhbərinin sağ olduğuna inanır - Rubio
Bu gün, 04:47
Əli Əsədov benzinin qiyməti ilə bağlı QƏRAR VERDİ
Dünən, 18:15
Karapetyanın partiyasının üzvləri saxlanıldı
Dünən, 17:27
Çexiya Azərbaycana yeni hərbi təlim təyyarəsini təklif edib
Dünən, 17:26
Naxçıvanda taksi narazılığı: Bu avtomobillərə qadağa qoyuldu – AYNA-dan CAVAB
Dünən, 17:20
İran bəyanat verdi: - Müharibə mürəkkəb mərhələyə keçir
Dünən, 17:18
Rusiya Avropa strukturlarının nümayəndələrinə qarşı sanksiyalar tətbiq edib
Dünən, 17:15
“İpək Yolu Sığorta” kiçilib, gəlirləri azalıb
Dünən, 17:13
Sankt-Peterburqda Putin və Əraqçi arasında görüş keçirilir
Dünən, 17:10
Çimərlikdəki qətlin məhkəməsi – ŞOK İFADƏLƏR
Dünən, 16:51
70 kq qızılla tutulan polkovnikə - Hökm oxundu
Dünən, 16:44
Paşinyanın sərhədlə bağlı açıqlamasına Bakıdan REAKSİYA: - “Mübahisəli ərazilər var...”
Dünən, 16:37
Deputatın qızlara pulsuz təhsil təklifinə REAKSİYA: - “Hansısa tələbənin təhsil haqqını özü ödəsin”
Dünən, 16:33
"Pünhan kişidir, rəftar fərqli olmalıdır"
Dünən, 16:30
Məzahir Pənahov yenidən MSK sədri seçilib
Dünən, 16:29
Xocalı sakinləri işsizlik və həyətyanı sahə problemi ilə üzləşirlər... - NARAZILIQ VAR...
Dünən, 16:03
ABŞ-nin İranla bağlı strategiyası naməlumdur - Almaniya Kansleri
Dünən, 15:53
MSK-nın heç bir funksiyası yoxdur - Siyasilərdən REAKSİYA
Dünən, 15:51
“Bank Avrasiya”nın maliyyə vəziyyəti ürəkaçan deyil – Ümidsiz kreditlərin payı kəskin artıb
Dünən, 15:48
“Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov istefaya göndərilib
Dünən, 15:45
Turan Topalova tutduğu vəzifədən ayrıldı - ƏMR
Dünən, 15:44
Ermənistanda Rusiya lehinə olan kanallar silindi
Dünən, 15:42
Cəlilov da BELƏ YEYİR: Hər kilometrə 200 MİN MANAT... - AY MAŞALLAH...
Dünən, 15:34
Bank of Baku 27 qəpik borcu 2 manata necə çevirib? - Mərkəzi Bank vətəndaş şikayətinə belə CAVAB VERDİ
Dünən, 15:22
SAVAŞDAN ÇIXANA “XOX GƏLİRLƏR”: “Telefonumuza cavab verməsəniz, qohumlarınıza zəng edəcəyik” - ÖZBAŞINA QALIBLAR...
Dünən, 15:15
Avropa İttifaqının Gürcüstandakı səfiri XİN-ə çağırılıb - KİV
Dünən, 15:03
Paşinyanın korteji hamilə qadını belə vurub – yeni iddia
Dünən, 15:02
Elgiz və Xoşqədəm yeni layihə ilə efirə QAYIDIR
Dünən, 14:39
Xəyal Rza qəzaya düşdü - FOTO
Dünən, 14:38
Bu temp Anar Rzayevi HƏBSƏ GÖTÜRƏ BİLƏR... - ÇÜNKİ...
Dünən, 14:33
Cavid Nəbiyevin şirkətləri borc içində: Siyahıda "Anadolu Efes" də var - TƏFƏRRÜAT
Dünən, 14:25
“Görünür, Kremldə də çox istəyirlər ki, Zelenski ilə Bakıda hansısa görüş keçirilsin, amma...”
Dünən, 14:08
Aqil Abbasdan “Ağdam Bus” kartlarının buraxılmasına münasibət: -“2-3 min adam üçün nəyə lazımdır?”
Dünən, 14:06
Marukyan Azərbaycanı məhkəməyə vermək istəyir
Dünən, 14:02
Körpələrin yeməyinə tamah salan BÖYÜKLƏR... - İTTİHAM VAR...
Dünən, 13:47
Maliyyə icarəsi verənlərin reyestri ilə bağlı dövlət rüsumu müəyyənləşir - MƏBLƏĞ
Dünən, 13:42
Gürcüstanla sərhədin delimitasiyasının başa çatdırılması barədə razılıq əldə etmişik - Paşinyan
Dünən, 13:34
Bakıda FACİƏ: pəncərəni silən qız binadan yıxılıb ÖLDÜ - TƏFƏRRÜAT
Dünən, 13:31
Bu şəxslər MSK-nın yeni tərkibində yer almadı - SİYAHI
Dünən, 13:07
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? - Rusiyanın “kölgə tanker”ində İran izi
Dünən, 13:06
“Səfərbərlik kimi məsuliyyətli proseslərdə qanun pozuntusuna yol vermək olmaz” - deputat
Dünən, 12:59
Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir - belə deyirlər...
Dünən, 12:49
Dilarə Kazımova ailə quracağı şəxsə ŞƏRT KƏSDİ - "Məni üç uşağımla..."
Dünən, 12:39
Azərbaycanda tətbiq edilən ŞOK SİLAH – Daha təhlükəli formada qayıdıb?
Dünən, 12:35
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru