Xəstəxana direktorlarının “kütləvi qırğını” niyə başladı? .....                     ABŞ 38 ildən sonra ilk dəfə dəniz topundan istifadə edib .....                     Azərbaycanda çörək bahalaşacaq? .....                     Bir qurumda bu qədər adamın işləməsinə ehtiyac yoxdur, İXTİSARLAR OLMALIDIR .....                     Kritik mərhələ: Avropa Ermənistanda kimi və nəyi qoruyacaq? .....                     Yerində sayan sektor: milyonları niyə itiririk? .....                     "İctimai şuralar həmin o rəsmi qurumların sözünü deyir..." .....                     Qaradağ Rayon İcra Hakimiyyətinin struktur bölməsinin külli miqdarda vergi borcu üzə çıxdı .....                     "Verilişə gələrkən maşını vurdum..." .....                     TƏBİB-in TƏCİLİ olmayan yardımı... .....                     Niyazi Bayramovun korrupsiya ortaqları .....                     Bankların faiz gəlirləri niyə rekord həddə çatıb? .....                     Təzə başçı gələndə camaat düşündü ki... .....                     Pensiyalarla bağlı vacib xəbər .....                     Statistika Komitəsinin tabeli qurumu icarə müqaviləsi bağlamadan fəaliyyət göstərir .....                     Vüsal Xanlarovun rəhbəri olduğu qurumda pozuntular: .....                     Bu gün BMT canlı meyitdir .....                     Son 3 ayda 144 min əcnəbi quru yolla Azərbaycana daxil olub .....                     Deputat oğlunun “Crystal Group”u dövlət büdcəsini necə "idarə edir"? .....                     Azay Quliyev də İŞLƏRİ DÜZ APARMAYIB... .....                     Ermənilərin Xocalıdakı cinayətlərinə etirazını bildirən rusiyalı yazıçı .....                     Şuşa rayon Mərkəzi Xəstəxanasının tikintisində sovrulan milyonlar... .....                     Dövlət Statistika Komitəsinin anbarında 4.7 milyon manatlıq istifadəsiz planşet aşkarlandı .....                     Siraqəddin Cabbarov onu işdən çıxardı .....                     Dövlət Agentliyi "Kontakt Home"da qanun pozuntuları aşkarlayıb .....                     Gənclər və İdman Nazirliyində 32 milyonluq yoxlama .....                     Böyük Britaniya şirkətinin Azərbaycandakı filialı bağlanır .....                     “İdmançılara lazımi maddi və mənəvi dəstək verilmir” .....                     Mədəniyyət Nazirliyində rəis müavini, sosial ev, daha nələr: 72 minlik dələduzluq etdi, həbs olunmadı .....                     General Kənan Aşurlunun rəhbərlik etdiyi qurumda pozuntular .....                     “Kreml bunu “qırmızı xəttə yaxınlaşma” kimi qəbul edir” .....                     Azərbaycanda meyvə bazarında "QİYMƏT TERRORU" .....                     Terrorçuluğa qarşı qanunları pozan şirkət onminlərlə manat cərimələndi .....                     Ayda 925 manata kim ev ala bilər? .....                     İLGİNC RƏQƏM: Mart ayında İrana 5 minə yaxın azərbaycanlı gedib .....                     Gəncədə yeni təyinat: icra hakimiyyətində dəyişiklik .....                     Azərbaycan səhiyyəsi ÇALXALANIR .....                     Sarkisyanın qardaşı qızının elektrik stransiyası var imiş .....                     Azərbaycan və Latviya arasında əməkdaşlıq genişlənir .....                     Azərbaycan-Latviya münasibətləri davamlı olaraq genişlənəcək və inkişaf edəcəkdir .....                 

MƏKTƏB BUFETLƏRİ ŞAGİRDLƏRƏ TƏHLÜKƏDİR
Tarix: 23-10-2012, 09:28 | Çap et
MƏKTƏB BUFETLƏRİ ŞAGİRDLƏRƏ TƏHLÜKƏDİR
ELM VERƏ BİLMƏDİKLƏRİ KİMİ, YEMƏKLƏRİ DƏ BƏRBADDIR

Ölkə prezidenti orta məktəblərin bufetlərində satılan ərzaq məhsulları ilə bağlı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə (SMPDK) xüsusi tapşırıqlar, göstərişlər verib. Bu barədə qəzetimizə açıqlama verən SMPDK-nın mətbuat xidmətinin rəhbəri Fazil Talıblı bildirdi ki, sözügedən göstərişdən sonra komitədə iclas keçirilib:

“İclasda məktəblərə satılan qida rasionunun nələrdən ibarət olması, məktəb bufetlərindəki hazırkı durum müzakirə olunub. Buna uyğun olaraq, orta məktəblərin bufetlərində qidalarla bağlı müvafiq standartlar hazırlanacaq və standartlar hazır olandan sonra tətbiq ediləcək, həmçinin bufetlərə nəzarət gücləndiriləcək”.

Bufetlər ictimaiyyətə qapalıdır

Təəssüflər olsun ki, orta məktəb bufetlərinə jurnalistlərin daxil olmasına, oradan reportaj hazırlamasına qadağa var. Qadağadan yalnız jurnalistlər deyil, QHT rəhbərləri də şikayətçidir. Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov deyir ki, yalnız təhsil nazirinin icazəsindən sonra orada monitorinq aparıla bilər: “Nədənsə orta məktəb bufetləri özlərini ictimaiyyətə qapalı müəssisə elan ediblər”.

Xatırladaq ki, hər tədris ilində 3-4 orta məktəbdə kütləvi qida zəhərlənmələri ilə bağlı məlumatlar KİV-də işıqlandırılır. Amma E.Hüseynov hesab edir ki, bu, yalnız mətbuata sızan məlumatlardır: “Kütləvi zəhərlənmələrdən əlavə, ayrı-ayrı şagirdlərin də bufetlərdən aldığı məhsula görə zəhərlənməsi halları baş verir, amma bu, mətbuatdan gizlədilir”.

Qida zəhərlənmələrinin gizlədilməsinin səbəbi varmış

E.Hüseynov ötən ay ölkə prezidentinə zəhərlənmələr, ölkədə istehlakçı siyasətinin zəif olması ilə bağlı məktub ünvanladığını dedi: “Məktub Nazirlər Kabinetinə göndərilib və İqtisadi İnkişaf Nazirliyində müzakirə edilib. Müraciətimdə Azərbaycanda zəhərlənmələrin qeydiyyatının ümumdünya səviyyəsindən dəfələrlə az göstərildiyini, qeydiyyatın düzgün aparılmadığını, zəhərlənmələrin dinamikasının öyrənilmədiyini və bunun səbəblərini də qeyd edtmişəm”.

Müsahibimizin sözlərinə görə, Azərbaycanda qida zəhərlənmələrinin cidd-cəhdlə gizlədilməsinin bir neçə səbəbi var: “Birinci səbəb budur ki, ölkədə qidanın təhlükəsizliyinə dair qanun yoxdur, baxmayaraq ki, beynəlxalq təşkilatlar qanun layihəsini hazırlayıb parlamentə təqdim edib. İkinci səbəbə gəlincə, bildiyimiz kimi, bütün mallara Səhiyyə Nazirliyi Gigiyena və Epidemologiya Mərkəzi tərəfindən gigiyenik sertifikat verilir. Qida zəhərlənməsi olduqda insanlar səhiyyə orqanlarına üz tuturlar. Səhiyyə orqanları da xəstəyə qida zəhərlənməsi diaqnozu qoyduqda, malın adı ortaya çıxır. Ölkədə istehsal edilən və ölkəyə gətirilən bütün malların gigiyenik sertifikatı olmalıdır. Malın adı ortaya çıxanda həmin malın gigiyenik sertifikatı stolun üstünə qoyulmalıdır. Burada maraqlar konflikti var. Eyni orqan həm qida zəhərlənməsini qeyd edir, həm də gigiyenik sertifikat verir. Nə qədər ki, gigiyenik sertifikat verən orqanla Səhiyyə Nazirliyi bir-birindən ayrılmayıb, qida zəhərlənmələri gizlədiləcək. Qida zəhərlənmələri gizlədildiyindən zəhərlənmələr ictimailəşə bilmir və onun səbəbləri araşdırılmır ki, həlli yolları aransın və tədbirlər görülsün”.

E.Hüseynovun fikrincə, zəhərlənmələr gizlədildiyindən orta məktəblərin bufetlərində kütləvi zəhərlənmə halları davam edəcək.

Günah həmişə zəhərlənəndə olur

AİB sədri deyir ki, hər bir ərzaq malı satışa çıxarılmamışdan əvvəl mütləq sınaqdan keçməlidir, çünki uşaqlar ərzağa həssas kiçik istehlakçılardır: “Yaxşı olar ki, gələcəyimizin sağlamlığının keşiyində durmaq üçün müəyyən qruplar yaradılsın. Məsələn, Sabirabad və Hacıqabul rayonlarında 25 məktəbdə gənc istehlakçı klubu yaratmışıq, məktəb bufetlərinə şagird və müəllimlər özləri nəzarət edirlər. Hesab edirəm ki, bu, bütün məktəblərdə olmalıdır, istehlakçı özü vəziyyətə nəzarət etməlidir”.

E.Hüseynov təəssüflə bildirdi ki, indiyədək qidadan zəhərlənənə, yaxud dünyasını dəyişənin yaxınlarına dəyən ziyana görə kompensasiya ödənilməyib: “Günah həmişə nədənsə zəhərlənəndə, öləndə olur. Orta məktəblərdə isə şagirdlərin qidadan zəhərləndiyini sübut etmək daha çətindir. Çünki bufetlərdə çek aparatı olmur. Bu zaman zəhərlənən şagirdin valideynlərinin övladının məhz bufetdən aldığı ərzağa görə zəhərləndiyini sübut etməsi çətinləşir”.

Hansısa sahədə nəsə gizli saxlanılırsa...

Bakıdakı orta məktəblərdəki bufetlərə Təhsil Nazirliyinin nə dərəcədə nəzarət etdiyini öyrənmək üçün Bakı şəhəri üzrə Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı ilə əlaqə saxladıq. O, bildirdi ki, orta məktəblərdəki bufetlərin Təhsil Nazirliyinə və onların idarəsinə heç bir dəxli yoxdur: “Orta məktəblərdə bufetlərin ərzaqla təminatını “Məktəbli şirkəti” həyata keçirir. Ərzaqların təhlükəsizliyini isə müvafiq dövlət orqanları gerçəkləşdirir. Gigiyena və Epidemologiya Mərkəzi bu işi aparır”.

Gün ərzində “Məktəbli şirkəti” ilə əlaqə yaratmağa çalışsaq da, telefonlarımıza cavab verən olmadı.

Qeyd edək ki, ölkədəki restoranlarda, satış obyektlərində, eyni zamanda orta məktəblərin bufetlərində sanitar-gigiyenik qaydalara nə dərəcədə əməl olunmasına Səhiyyə Nazirliyi Gigiyena və Epidemologiya Mərkəzi nəzarət edir. İqtisadi İnkişaf Nazirliyi (İİN) yanında Antiinhisar siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti də istehlakçılara satılan malların keyfiyyətinə və təhlükəsizliyinə məsuldur.

Səhiyyə Nazirliyi Gigiyena və Epidemologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov qəzetimizə açıqlamasında tədris ili başlayandan orta məktəblərin bufetlərində reydlər apardıqlarını dedi. Son bir ay ərzində aparılan reydlərin nəticələrini öyrənmək istəsək də, şöbə müdiri bunun hazırda mümkünsüz olduğunu bildirdi: “Əlimizdəki məlumatları toplayıb sonra KİV-ə məlumat verəcəyik”.

Məlumatın nə vaxt toplanacağına gəlincə, bunun orta məktəblərdə 1-ci rübün sonuna hazır olacağını dedi.

Eyyub Hüseynov isə düşünür ki, hansısa sahədə nəsə gizli saxlanılırsa, deməli, orada problem var: “Burada nə var ki, hər həftə olmasa da, heç olmasa hər ay ictimaiyyətə, valideynlərə, orta məktəblərdəki bufetlərin vəziyyəti barədə məlumat verilməlidir. Bunu bilməyə istehlakçıların haqqı var. Məlumatlar vaxtında verilməlidir ki, valideynlər tədbirli davransınlar. Zəhərlənmələr olandan sonra məlumatın ictimaiyyətə təqdim olunmasının nə xeyiri olacaq?”.

2012-2013-cü tədris ilindən başlanmasından 1 aydan çox vaxt keçsə də, İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abas Əliyev bildirdi ki, İİN yanında Antiinhisar siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti məktəb bufetlərində şagirdlərə təqdim olunan ərzaq məhsullarının keyfiyyət və təhlükəsizlik göstəricilərinə nə dərəcədə əməl olunmasını öyrənmək üçün bu günlərdə monitorinqlərə başlayacaq.

Valideynlər nədən şikayətçidir?

Qeyd edək ki, bufetlərdə, cipsi, coca-cola, eyni yağda qızardılmış peraşkilərə şagirdlər tərəfindən daha çox maraq var. Valideynləri də narahat edən məhz budur. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı bizimlə söhbətində bildirdi ki, orta məktəblərin bufetləri ilə bağlı SMPDK-nın “Qaynar xətt”inə şikayətlər daxil olur. F.Talıblı dedi ki, valideynlər bufetlərdən aldıqları ərzağa görə övladlarının səhhətində fəsadlar yaranmasından, eyni zamanda bufetlərdə uşaq orqanizmi üçün təqdir olunmayan ərzaq məhsullarının satılmasından şikayətlənirlər.

Bufetlərimizdə satılan ərzaqların yaratdığı fəsadlar

Onu da deyək ki, İngiltərədə cipsi satışına qadağa qoyulub. Qadağaya səbəb insan orqanizmi üçün təhlükəli və yararsız qida məhsullarının siyahısında cipsinin birinci yer tutmasıdır. Hazırlanma texnologiyasına görə cipsinin tərkibində çoxlu sayda kanserogen maddələr yaranır ki, bu da xərçəngin yaranmasına səbəb ola bilər. Həmçinin bu məhsulun tərkibində olan yağlar qanda xolesterinin miqdarını artırmaqla infarkt və insult riskini böyüdür, ürəyin ciddi xəstəliklərinə səbəb olur.

Avropa həkimlərinin apardığı araşdırmaya görə, coca-cola da insan orqanizmi, xüsusilə də azyaşlılar üçün ziyandır. Bir stəkan coca-cola qanda şəkərin yüksəlməsinə, yüksək miqdarda insulin partlamasına səbəb olur, hətta bəzən halsızlıq yaradır.

Bildiyimiz kimi, orta məktəblərin bufetlərində eyni yağda dəfələrlə peraşki qızardılır. Hətta köhnə yağın üzərinə təzəsi əlavə edilməklə bir neçə gün də istifadə olunur. Dünya tibb alimlərinin araşdırmasına görə, belə yağda qızardılan peraşkilər xərçəng xəstəliyini qaçılmaz edir. \ kaspi.az \










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Xəstəxana direktorlarının “kütləvi qırğını” niyə başladı? - Əslində, TƏBİB-də nə baş verir…
Bu gün, 07:16
ABŞ 38 ildən sonra ilk dəfə dəniz topundan istifadə edib - "The War Zone"
Bu gün, 07:10
Azərbaycanda çörək bahalaşacaq? – İqtisadçı izah edir
Bu gün, 07:05
Bir qurumda bu qədər adamın işləməsinə ehtiyac yoxdur, İXTİSARLAR OLMALIDIR - ONA GÖRƏ DƏ...
Bu gün, 06:58
Kritik mərhələ: Avropa Ermənistanda kimi və nəyi qoruyacaq? - Görünəni odur ki...
Bu gün, 06:55
Yerində sayan sektor: milyonları niyə itiririk? - AKTUAL
Bu gün, 06:52
"İctimai şuralar həmin o rəsmi qurumların sözünü deyir..." - FAKT BUDUR!
Bu gün, 06:50
Qaradağ Rayon İcra Hakimiyyətinin struktur bölməsinin külli miqdarda vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 06:48
"Verilişə gələrkən maşını vurdum..."
Bu gün, 06:45
TƏBİB-in TƏCİLİ olmayan yardımı... - "Ümid edək ki..."
Bu gün, 06:34
Niyazi Bayramovun korrupsiya ortaqları - SİYAHI
Bu gün, 06:28
Bankların faiz gəlirləri niyə rekord həddə çatıb? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:25
Təzə başçı gələndə camaat düşündü ki... - FOTO
Bu gün, 06:24
Pensiyalarla bağlı vacib xəbər – İlin sonunda…
Bu gün, 06:19
Statistika Komitəsinin tabeli qurumu icarə müqaviləsi bağlamadan fəaliyyət göstərir - Palata
Dünən, 18:06
Vüsal Xanlarovun rəhbəri olduğu qurumda pozuntular: - 400 ədəd arabaya 135 mindən artıq vəsait xərcləndi
Dünən, 18:02
Bu gün BMT canlı meyitdir - Natiq Miri
Dünən, 17:55
Son 3 ayda 144 min əcnəbi quru yolla Azərbaycana daxil olub – Rəsmi
Dünən, 17:49
Deputat oğlunun “Crystal Group”u dövlət büdcəsini necə "idarə edir"? - İmtiyazlı podratçı...
Dünən, 17:42
Azay Quliyev də İŞLƏRİ DÜZ APARMAYIB... - DETALLAR
Dünən, 17:31
Ermənilərin Xocalıdakı cinayətlərinə etirazını bildirən rusiyalı yazıçı Yuri Pompeyev vəfat edib
Dünən, 17:28
Şuşa rayon Mərkəzi Xəstəxanasının tikintisində sovrulan milyonlar... - Qarabağın bərpasına da HARAM QATIBLAR
Dünən, 17:24
Dövlət Statistika Komitəsinin anbarında 4.7 milyon manatlıq istifadəsiz planşet aşkarlandı - DÖVLƏTİ SANKİ QARƏT EDİBLƏR...
Dünən, 17:23
Siraqəddin Cabbarov onu işdən çıxardı - ƏMR
Dünən, 17:20
Dövlət Agentliyi "Kontakt Home"da qanun pozuntuları aşkarlayıb - DETALLAR
Dünən, 17:11
Gənclər və İdman Nazirliyində 32 milyonluq yoxlama - Kimlərə artıq pullar ödənilib?
Dünən, 17:10
Böyük Britaniya şirkətinin Azərbaycandakı filialı bağlanır
Dünən, 17:06
“İdmançılara lazımi maddi və mənəvi dəstək verilmir” -Tofiq Musayev
Dünən, 17:04
Mədəniyyət Nazirliyində rəis müavini, sosial ev, daha nələr: 72 minlik dələduzluq etdi, həbs olunmadı - TƏFƏRRÜAT
Dünən, 16:55
General Kənan Aşurlunun rəhbərlik etdiyi qurumda pozuntular - DETALLAR
Dünən, 16:50
“Kreml bunu “qırmızı xəttə yaxınlaşma” kimi qəbul edir” – İlginc açıqlamalar
Dünən, 16:48
Azərbaycanda meyvə bazarında "QİYMƏT TERRORU" - Ekspertdən xəbərdarlıq
Dünən, 16:43
Terrorçuluğa qarşı qanunları pozan şirkət onminlərlə manat cərimələndi - TƏFƏRRÜAT
Dünən, 16:42
Ayda 925 manata kim ev ala bilər? - ŞƏRH
Dünən, 16:38
İLGİNC RƏQƏM: Mart ayında İrana 5 minə yaxın azərbaycanlı gedib - SAVAŞ GEDƏ-GEDƏ...
Dünən, 16:31
Gəncədə yeni təyinat: icra hakimiyyətində dəyişiklik - ƏMR
Dünən, 16:29
Azərbaycan səhiyyəsi ÇALXALANIR – Bir gündə 4 səs-küylü İSTEFA
Dünən, 16:27
Sarkisyanın qardaşı qızının elektrik stransiyası var imiş
Dünən, 16:24
Azərbaycan və Latviya arasında əməkdaşlıq genişlənir - MƏQALƏ
Dünən, 16:21
Azərbaycan-Latviya münasibətləri davamlı olaraq genişlənəcək və inkişaf edəcəkdir - İsrafil Kərimovun yazısı
Dünən, 16:19
Mədəniyyət Nazirliyi bahalı təlim xidmətləri satın alıb
Dünən, 16:06
Muğanlı–İsmayıllı–Qəbələ yolu bir həftə bağlı olacaq - DİQQƏT
Dünən, 16:05
İmişlidə Qarabağ Qazisini işdən çıxaran vəzifəli şəxs barəsində ŞOK İDDİA - Görün, kimin qardaşıdır...
Dünən, 16:03
İrəvan Avropa İttifaqının yeni missiyası ilə bağlı açıqlama verdi
Dünən, 15:34
Azərbaycanda 4 hotelin ulduz kateqoriyası ləğv edilib
Dünən, 15:27
XİN-in idarə rəisi Bakıda kuryerin motosikletini vurdu, hədə-qorxu gəldi - VİDEO
Dünən, 15:26
Mühüm gəlişmə: Saleh Məmmədov həbs edilir? – Heyrət doğuran FAKTLAR YAYILDI
Dünən, 15:17
Danışıqlara da, müharibəyə də hazırıq - İrəvani
Dünən, 15:14
Evlərə "kupça" veriləcək: Əfv gəlir - AKTUAL
Dünən, 15:13
İrəvan AB-yə qoşulsa, ÜDM-nin 23%-ni itirəcək - Şevtsov
Dünən, 15:11
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru