TƏBİB-in TƏCİLİ olmayan yardımı... .....                     Niyazi Bayramovun korrupsiya ortaqları .....                     Bankların faiz gəlirləri niyə rekord həddə çatıb? .....                     Təzə başçı gələndə camaat düşündü ki... .....                     Pensiyalarla bağlı vacib xəbər .....                     Statistika Komitəsinin tabeli qurumu icarə müqaviləsi bağlamadan fəaliyyət göstərir .....                     Vüsal Xanlarovun rəhbəri olduğu qurumda pozuntular: .....                     Bu gün BMT canlı meyitdir .....                     Son 3 ayda 144 min əcnəbi quru yolla Azərbaycana daxil olub .....                     Deputat oğlunun “Crystal Group”u dövlət büdcəsini necə "idarə edir"? .....                     Azay Quliyev də İŞLƏRİ DÜZ APARMAYIB... .....                     Ermənilərin Xocalıdakı cinayətlərinə etirazını bildirən rusiyalı yazıçı .....                     Şuşa rayon Mərkəzi Xəstəxanasının tikintisində sovrulan milyonlar... .....                     Dövlət Statistika Komitəsinin anbarında 4.7 milyon manatlıq istifadəsiz planşet aşkarlandı .....                     Siraqəddin Cabbarov onu işdən çıxardı .....                     Dövlət Agentliyi "Kontakt Home"da qanun pozuntuları aşkarlayıb .....                     Gənclər və İdman Nazirliyində 32 milyonluq yoxlama .....                     Böyük Britaniya şirkətinin Azərbaycandakı filialı bağlanır .....                     “İdmançılara lazımi maddi və mənəvi dəstək verilmir” .....                     Mədəniyyət Nazirliyində rəis müavini, sosial ev, daha nələr: 72 minlik dələduzluq etdi, həbs olunmadı .....                     General Kənan Aşurlunun rəhbərlik etdiyi qurumda pozuntular .....                     “Kreml bunu “qırmızı xəttə yaxınlaşma” kimi qəbul edir” .....                     Azərbaycanda meyvə bazarında "QİYMƏT TERRORU" .....                     Terrorçuluğa qarşı qanunları pozan şirkət onminlərlə manat cərimələndi .....                     Ayda 925 manata kim ev ala bilər? .....                     İLGİNC RƏQƏM: Mart ayında İrana 5 minə yaxın azərbaycanlı gedib .....                     Gəncədə yeni təyinat: icra hakimiyyətində dəyişiklik .....                     Azərbaycan səhiyyəsi ÇALXALANIR .....                     Sarkisyanın qardaşı qızının elektrik stransiyası var imiş .....                     Azərbaycan və Latviya arasında əməkdaşlıq genişlənir .....                     Azərbaycan-Latviya münasibətləri davamlı olaraq genişlənəcək və inkişaf edəcəkdir .....                     Mədəniyyət Nazirliyi bahalı təlim xidmətləri satın alıb .....                     Muğanlı–İsmayıllı–Qəbələ yolu bir həftə bağlı olacaq .....                     İmişlidə Qarabağ Qazisini işdən çıxaran vəzifəli şəxs barəsində ŞOK İDDİA .....                     İrəvan Avropa İttifaqının yeni missiyası ilə bağlı açıqlama verdi .....                     Azərbaycanda 4 hotelin ulduz kateqoriyası ləğv edilib .....                     XİN-in idarə rəisi Bakıda kuryerin motosikletini vurdu, hədə-qorxu gəldi .....                     Mühüm gəlişmə: Saleh Məmmədov həbs edilir? .....                     Danışıqlara da, müharibəyə də hazırıq .....                     Evlərə "kupça" veriləcək: Əfv gəlir .....                 

Həmkarlar İttifaqının İşərişəhərdə təhlükəsizliyi pozan TƏŞKİLATI - NARAZILIQ VAR...
Tarix: 20-05-2025, 12:20 | Çap et

May ayının 19-u saat 16:34. İşərişəhərdə binalardan birinin önündə naümid yaşlı insanların pilləkənlərin üzərində sanki tribunada dayanan bir əda ilə çıxış edən yoldaşa baxdığını gördüm. Bu yoldaş hamıya eyni sözü deyirdi: “Qapı bağlıdır. Girə bilməzsiz. 500 ə yaxın adam olub bu gün burada, hamı geri qayıdıb”. Anladım ki, bu film deyil. Real olaraq hadisə baş verir. Yaşlı insanlar isə ümid axtararaq bu qapıya gəliblər. Amma...

Jurnalist olaraq marağımı çəkdi. Hətta öz işimi yarımçıq saxlamalı oldum. Halbuki gecikirdim. Ayaq saxladım.

Məlum oldu ki, bura Həmkarlar İttifaqları Konfederasiyasının “Kurort Turizm İnformasiya Mərkəzi”nin binasıdır. Yaşlı qadınlar, kişilər “biz “putyovka” (müalicəvi sanatoriyalara göndərişnamə) almalıyıq, sizin zəng mərkəzinə isə düşə bilmirik” deyirdilər. Hamıya bir söz deyilirdi: “Artıq qərar dəyişib pensiyaçılar, təqaüddə olanlar avqust ayında müraciət etsinlər”.

Yaşlı insanlardan biri isə “biz niyə soyuq aylarda gedib dincəlməliyik? Yay aylarında niyə “putyovka” almaq hüququndan məhrum edilmişik?” Qapıda dayanan yoldaş isə (mühafizəçiyə oxşatdım) “bu qərar 5-ci gün qəbul olunub” dedi.
Hamıya eyni söz deyilirdi: ötən həftənin 5-ci günü Həmkarlar İttifaqında qərar qəbul olunub ki, artıq pensiyaçı, təqaüddə olan şəxslər bu yay “putyovka” üzünə hsərət qalacaqlar. Onlar yalnız Avqust ayında müraciət edib payız və qış aylarında dincələ bilərlər.

Danışıqlardan məlum oldu ki, ilk olaraq hamıya “call center”ə zəng edib putyovka ala bilməsinin mümkünlüyü deyilib. Hər kəs də üz tutub bu binaya. Narazılıq edənlərin çıxışlardan məlum oldu ki, bu gün bura 500 nəfərə yaxın şəxs müraciət edib. Və böyük əksəriyyət qanıqara şəkildə ərazini tərk etməli olub.

Baxdım ki, 500 nəfərin bir gündə şikayət məqsədilə qapısını döydüyü bu bina Diplomatik korpusun bir adımlığındadır. Bu bina turistlərin fasiləsiz axın etdiyi məkandadır. Və milyonlarla üzvü olan Həmkarlar İttifaqının “call center”-ni burada “Putyovka” ala bilməyən çoxsaylı insanın axın edəcəyi bir nöqtədə açmaq nə qədər vacib imiş? Bu bina və bina qarşısında hazırda və gələcəkdə baş verənlər bir addımlıqda olan səfirliklərə, incəsənət mərkəzlərinə təhlükə yarada bilərmi? Qapı qarşısında baş verə biləcək mübahisə və incidentlər necə?... Bu hal istənilən turistin kamerası ilə bir anda dünyanın sosial şəbəkələrinə ayaq açmazmı? Bu barədə bir qədər sonra...

Qayıdaq Həmkarlar İttifaqından narazı insanların toplaşdığı məqama.
Bu anda içəridən yaşlı bir xanım çıxdı. Hamı ümidlə o xanıma yönəldi. O isə: ... “Boş şeydir, mən gedəsi oldum. Dedilər yoxdur....” deyib getdi.

Təhsil işçisi olduğunu deyən gənc xanıma isə “siz daha bura gəlməyin gedin öz rayonunuza müraciət edin” dedilər. O biçarə də “bəs bu zəng mərkəzi kimə lazım idi, mən niyə bu qədər yolu gəlməli idim” deyərək narazı halda getməli oldu. Bu minvalla hamını oradan uzaqlaşdırmağa çalışırdılar. Çünki elektron sistem və fayda verməyən ideya çökmüşdü.

Mən ərazini tərk etməli oldum. Yuxarıda da qeyd etdiyim kimi gecikirdim. İşim bitdi. Geri qayıdarkən bu dəfə də eyni küçədə narazı insanlarla qarşılaşdım. Amma bu şəxslər bir qədər öncə gördüyüm yaşlı və pensiyaçılar deyildi. Sadəcə bu dəfə qarşıma çıxanlar milyonlarla üzvü olan amma 7-8 nəfərin ümidinə qalan “call center”ə zəng edib “putyovka” arzusu puça çıxanlar idi.

May ayının 20-si Saat 08:35. Vəziyyət dəyiməz olaraq qalır

Bu gün səhər tezdən eyni ünvana baş çəkdim. Vəziyyət eyni idi.

Qapı önündə izdihamla qarşılaşdım. Nə üçün bu şəxslər binanın önündə saxlanır? Küçədə növbənin yaradılmasına nə lüzum var? Ən azı bina daxilində qəbul həyata keçirmək olmazmı?

Detallarla video təqdimatda tanış ola biləcəksiz.

Həmkarlar İttifaqları Konfederasiyasınn rəsmi saytında paylaşılan foto və videolar bir lətifəni yada salır. Dünyasını dəyişən bir nəfərə cəhənnəmi göstərirlər. Baxır ki, hər şey necə də gözəldir. Deyir məni cəhənnəmə göndərin. Qapıdan keçən kimi atırlar qır qazanına. Deyir axı bayaq bura belə deyildi. Bildirirlər ki, gördüklərin reklam idi......
İndi Həmkarlar İttifaqları Konfederasiyanın fəaliyyəti də bir qədər bu lətifəyə bənzəyir.
Həm də deyəsən “call center” iş üçün yox görüntü üçün yaradılıb. “Call center”in yeri “cool center”lə səhv düşəndə nəticəsi belə acınacaqlı olur. Bu da “cool” görünməyin acı nəticəsi.

Bu gün mərkəzdə sıxlığın azaldılması üçün addım atılan bir vaxtda siz niyə 100-lərlə vətəndaşı, həm də xoş günü üçün yox şikayətə gələn vətəndaşı zorla İçərişəhərə gətirirsiz. Axı sizin fəaliyyətiniz qənaətbəxş deyil. Ora gələnlər də təşəkkür üçün gəlmirlər. İşinizdən narazı qalan, dərdinə çarə axtaranları niyə İçərişəhərin mərhəzinə yönəldirsiz? Nədir məqsəd? Bəs yaxşı sizin sələfinizdən fərqiniz nədir?...

Bir çox qurumlarda rəhbərin ətrafında özünü “qızılbaş” hesab edənlər olur. Hər işə müdaxilə edib vacib şəxs kimi görünmək istəyənlər də. Onların müdaxilələri zərər verəndə isə gec olur. Həmkarlar İttifaqında yeni vəzifə verilən kadrlar canfəşanlıq edir. Amma onların sözlərinə yox, əmək hüquqlarını qorumalı olduğunuz vətəndaşlarımızın haqlarına SAHİB çıxın.

Cənablar, “Kurort Turizm İnformasiya Mərkəzi” üçün yeri uğursuz seçmisiz. Sizin hər gün 100-lərlə şikayətçiyə cavab verə biləcək nə nümayəndəniz, nə də cavabınız yoxdur. Bu dərdi başqa bir məkanda çəkmək olar. Amma hay-küyün səfirliklərin və şəhərimizin qonaqlarının gözü qarşısında nümayiş olunması yaxşı hal deyil.
Ajans.az











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
TƏBİB-in TƏCİLİ olmayan yardımı... - "Ümid edək ki..."
Bu gün, 06:34
Niyazi Bayramovun korrupsiya ortaqları - SİYAHI
Bu gün, 06:28
Bankların faiz gəlirləri niyə rekord həddə çatıb? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:25
Təzə başçı gələndə camaat düşündü ki... - FOTO
Bu gün, 06:24
Pensiyalarla bağlı vacib xəbər – İlin sonunda…
Bu gün, 06:19
Statistika Komitəsinin tabeli qurumu icarə müqaviləsi bağlamadan fəaliyyət göstərir - Palata
Dünən, 18:06
Vüsal Xanlarovun rəhbəri olduğu qurumda pozuntular: - 400 ədəd arabaya 135 mindən artıq vəsait xərcləndi
Dünən, 18:02
Bu gün BMT canlı meyitdir - Natiq Miri
Dünən, 17:55
Son 3 ayda 144 min əcnəbi quru yolla Azərbaycana daxil olub – Rəsmi
Dünən, 17:49
Deputat oğlunun “Crystal Group”u dövlət büdcəsini necə "idarə edir"? - İmtiyazlı podratçı...
Dünən, 17:42
Azay Quliyev də İŞLƏRİ DÜZ APARMAYIB... - DETALLAR
Dünən, 17:31
Ermənilərin Xocalıdakı cinayətlərinə etirazını bildirən rusiyalı yazıçı Yuri Pompeyev vəfat edib
Dünən, 17:28
Şuşa rayon Mərkəzi Xəstəxanasının tikintisində sovrulan milyonlar... - Qarabağın bərpasına da HARAM QATIBLAR
Dünən, 17:24
Dövlət Statistika Komitəsinin anbarında 4.7 milyon manatlıq istifadəsiz planşet aşkarlandı - DÖVLƏTİ SANKİ QARƏT EDİBLƏR...
Dünən, 17:23
Siraqəddin Cabbarov onu işdən çıxardı - ƏMR
Dünən, 17:20
Dövlət Agentliyi "Kontakt Home"da qanun pozuntuları aşkarlayıb - DETALLAR
Dünən, 17:11
Gənclər və İdman Nazirliyində 32 milyonluq yoxlama - Kimlərə artıq pullar ödənilib?
Dünən, 17:10
Böyük Britaniya şirkətinin Azərbaycandakı filialı bağlanır
Dünən, 17:06
“İdmançılara lazımi maddi və mənəvi dəstək verilmir” -Tofiq Musayev
Dünən, 17:04
Mədəniyyət Nazirliyində rəis müavini, sosial ev, daha nələr: 72 minlik dələduzluq etdi, həbs olunmadı - TƏFƏRRÜAT
Dünən, 16:55
General Kənan Aşurlunun rəhbərlik etdiyi qurumda pozuntular - DETALLAR
Dünən, 16:50
“Kreml bunu “qırmızı xəttə yaxınlaşma” kimi qəbul edir” – İlginc açıqlamalar
Dünən, 16:48
Azərbaycanda meyvə bazarında "QİYMƏT TERRORU" - Ekspertdən xəbərdarlıq
Dünən, 16:43
Terrorçuluğa qarşı qanunları pozan şirkət onminlərlə manat cərimələndi - TƏFƏRRÜAT
Dünən, 16:42
Ayda 925 manata kim ev ala bilər? - ŞƏRH
Dünən, 16:38
İLGİNC RƏQƏM: Mart ayında İrana 5 minə yaxın azərbaycanlı gedib - SAVAŞ GEDƏ-GEDƏ...
Dünən, 16:31
Gəncədə yeni təyinat: icra hakimiyyətində dəyişiklik - ƏMR
Dünən, 16:29
Azərbaycan səhiyyəsi ÇALXALANIR – Bir gündə 4 səs-küylü İSTEFA
Dünən, 16:27
Sarkisyanın qardaşı qızının elektrik stransiyası var imiş
Dünən, 16:24
Azərbaycan və Latviya arasında əməkdaşlıq genişlənir - MƏQALƏ
Dünən, 16:21
Azərbaycan-Latviya münasibətləri davamlı olaraq genişlənəcək və inkişaf edəcəkdir - İsrafil Kərimovun yazısı
Dünən, 16:19
Mədəniyyət Nazirliyi bahalı təlim xidmətləri satın alıb
Dünən, 16:06
Muğanlı–İsmayıllı–Qəbələ yolu bir həftə bağlı olacaq - DİQQƏT
Dünən, 16:05
İmişlidə Qarabağ Qazisini işdən çıxaran vəzifəli şəxs barəsində ŞOK İDDİA - Görün, kimin qardaşıdır...
Dünən, 16:03
İrəvan Avropa İttifaqının yeni missiyası ilə bağlı açıqlama verdi
Dünən, 15:34
Azərbaycanda 4 hotelin ulduz kateqoriyası ləğv edilib
Dünən, 15:27
XİN-in idarə rəisi Bakıda kuryerin motosikletini vurdu, hədə-qorxu gəldi - VİDEO
Dünən, 15:26
Mühüm gəlişmə: Saleh Məmmədov həbs edilir? – Heyrət doğuran FAKTLAR YAYILDI
Dünən, 15:17
Danışıqlara da, müharibəyə də hazırıq - İrəvani
Dünən, 15:14
Evlərə "kupça" veriləcək: Əfv gəlir - AKTUAL
Dünən, 15:13
İrəvan AB-yə qoşulsa, ÜDM-nin 23%-ni itirəcək - Şevtsov
Dünən, 15:11
“Xalq Bank”ın idarə rəislərindən biri vəzifəsindən ayrılıb - BUNDAN SONRA...
Dünən, 15:08
Azərbaycan insanı çox yemir, bahalı yeyir - EKSPERTDƏN İZAH
Dünən, 15:05
Abid Şərifovun nəvəsi Londondakı şirkətinin adını dəyişib - DETALLAR
Dünən, 15:01
Növbəti ABŞ-İran savaşı region üçün fəlakətə çevrilə bilər... - İNCƏLƏMƏ
Dünən, 14:59
TƏBİB-in yeni rəhbəri daha iki nəfəri işdən çıxardı
Dünən, 14:55
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin yeni saytı təqdim olundu – FOTO
Dünən, 14:52
Dostunu boğazından bıçaqlayana AĞIR CƏZA tələbi
Dünən, 14:49
Bakı Dövlət Sirkinin yerinə bina tikilir? – RƏSMİ AÇIQLAMA
Dünən, 14:47
Daha bir direktor işdən çıxarıldı - AÇIQLAMA
Dünən, 14:44
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru