TƏBİB-in ləğvi Naxçıvandan başladı: Bütün Azərbaycan üzrə də LƏĞV OLUNACAQ... - Səhiyyə Nazirliyi yenidən vahid təşkilata çevrilir...
Tarix: 2-05-2025, 10:31 | Çap et
 Dünən Naxçıvanda ilginc bir addım atıldı. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov mayın 1-də Naxçıvan Muxtar Respublikasında səhiyyə sahəsində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin bəzi fərman və sərəncamlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
"DİA-AZ" xəbər verir ki, fərmanda deyilirdi:
“Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini və 30-cu maddəsini rəhbər tutaraq, Naxçıvan Muxtar Respublikasında tibb müəssisələrinin fəaliyyətinin optimallaşdırılması və səhiyyə sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə qərara alıram:
1. “Naxçıvan Muxtar Respublikasının Tibb Müəssisələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələri əmlakları ilə birlikdə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyinə verilsin.
2. Bu Fərmanın 1-ci hissəsinə uyğun olaraq Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyinə verilən tibb müəssisələrində təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:
2.1. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinə:
2.1.1. yenidən təşkili və ləğvi;
2.2. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə:
2.2.1. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təklifinə əsasən strukturunun, əməyin ödənişi fondunun, işçilərinin say həddinin və onların əməkhaqlarının məbləğinin (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) təsdiqi;
2.3. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinə:
2.3.1. nizamnamənin təsdiqi və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi;
2.3.2. idarəetmə orqanlarının yaradılması;
2.3.3. idarəetmə orqanlarının rəhbərlərinin (üzvlərinin) vəzifəyə təyin və vəzifədən azad edilməsi;
2.3.4. təsərrüfat cəmiyyətlərinin yaradılmasına və ya onlarda iştirak etməyə, idarə, filial və nümayəndəliklərin yaradılmasına razılıq verilməsi;
2.3.5. “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsində nəzərdə tutulmuş qərarın qəbul edilməsi;
2.3.6. bu Fərmanın 2.1-ci və 2.2-ci bəndlərində qeyd edilənlər istisna olmaqla,
“Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.
3. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti:
3.1. bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulan müəssisələrlə bağlı müvafiq təhvil-təslim işlərinin iki ay müddətində həyata keçirilməsi üçün tədbirlər görsün;
3.2. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim etsin;
3.3. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin edib iki ay müddətində Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə məlumat versin;
3.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə üç ay müddətində Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə məlumat versin;
3.5. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
4. Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla aşağıdakı məsələləri həll etsin:
4.1. bu Fərmanın 1-ci hissəsinə uyğun olaraq tabeliyinə verilmiş tibb müəssisələrinin nizamnamələrinin iki ay müddətində təsdiq edilməsi;
4.2. bu Fərmanın 1-ci hissəsinə uyğun olaraq tabeliyinə verilmiş tibb müəssisələrinin idarəetmə orqanlarının rəhbərlərinin vəzifəyə təyin edilməsi və vəzifədən azad edilməsi.
5. Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə məlumat versin”.
Yəni göründüyü kimi, Naxçıvanda TƏBİB bir struktur olaraq rəsmən ləğv edilmiş oldu. Bəllidir ki, Naxçıvanda Azərbaycanın digər yerlərində olduğu kimi paytaxtdakı qurumların anoloji təşkilatları fəaliyyət göstərir. İndi isə belə çıxır ki, Naxçıvana əlahiddəlik tanınır və orada Azərbaycanın digər yerlərindən fərqli olaraq TƏBİB olmayacaq.
Amma bu əslində belə deyil. Bu barədə "DİA-AZ"a danışan məlumatlı mənbə bildirir:
"Əslində burada Naxçıvan ilk müjdəçi - qaranquş rolunu oynayır. Yəni TƏBİB Muxtar Respublikada olduğu kimi, Azərbaycanın digər yerlərində də ləğv olunacaq. Artıq belə bir qərar verilib..."


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Əhalinin ərzaq xərcləri 55%-ə çatdı: Bahalaşmanın səbəbi... - GƏLİŞMƏ
Bu gün, 08:07 |
|
|
|
| • "Pozuntu edənlər niyə “qəfəsdə” olmurlar bəs?!" - ETİRAZ
Bu gün, 08:04 |
|
|
|
| • Azər Məmmədov yeni gələndə ümid edən işçilər... - İNDİ PEŞMANDIR...
Bu gün, 07:46 |
|
|
|
| • Sahib Məmmədov niyə 'obyektini' mədəni naşılara həvalə edib? - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 07:27 |
|
|
|
| • Xaçmazda təhsil sistemi bəlkə bundan sonra... - ŞƏRH
Bu gün, 07:20 |
|
|
|
| • Xəstəxana direktorlarının “kütləvi qırğını” niyə başladı? - Əslində, TƏBİB-də nə baş verir…
Bu gün, 07:16 |
|
|
|
| • ABŞ 38 ildən sonra ilk dəfə dəniz topundan istifadə edib - "The War Zone"
Bu gün, 07:10 |
|
|
|
| • Azərbaycanda çörək bahalaşacaq? – İqtisadçı izah edir
Bu gün, 07:05 |
|
|
|
| • Bir qurumda bu qədər adamın işləməsinə ehtiyac yoxdur, İXTİSARLAR OLMALIDIR - ONA GÖRƏ DƏ...
Bu gün, 06:58 |
|
|
|
| • Kritik mərhələ: Avropa Ermənistanda kimi və nəyi qoruyacaq? - Görünəni odur ki...
Bu gün, 06:55 |
|
|
|
| • Yerində sayan sektor: milyonları niyə itiririk? - AKTUAL
Bu gün, 06:52 |
|
|
|
| • "İctimai şuralar həmin o rəsmi qurumların sözünü deyir..." - FAKT BUDUR!
Bu gün, 06:50 |
|
|
|
| • Qaradağ Rayon İcra Hakimiyyətinin struktur bölməsinin külli miqdarda vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 06:48 |
|
|
|
| • "Verilişə gələrkən maşını vurdum..."
Bu gün, 06:45 |
|
|
|
| • TƏBİB-in TƏCİLİ olmayan yardımı... - "Ümid edək ki..."
Bu gün, 06:34 |
|
|
|
| • Niyazi Bayramovun korrupsiya ortaqları - SİYAHI
Bu gün, 06:28 |
|
|
|
| • Bankların faiz gəlirləri niyə rekord həddə çatıb? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:25 |
|
|
|
| • Təzə başçı gələndə camaat düşündü ki... - FOTO
Bu gün, 06:24 |
|
|
|
| • Pensiyalarla bağlı vacib xəbər – İlin sonunda…
Bu gün, 06:19 |
|
|
|
| • Statistika Komitəsinin tabeli qurumu icarə müqaviləsi bağlamadan fəaliyyət göstərir - Palata
Dünən, 18:06 |
|
|
|
| • Vüsal Xanlarovun rəhbəri olduğu qurumda pozuntular: - 400 ədəd arabaya 135 mindən artıq vəsait xərcləndi
Dünən, 18:02 |
|
|
|
| • Bu gün BMT canlı meyitdir - Natiq Miri
Dünən, 17:55 |
|
|
|
| • Son 3 ayda 144 min əcnəbi quru yolla Azərbaycana daxil olub – Rəsmi
Dünən, 17:49 |
|
|
|
| • Deputat oğlunun “Crystal Group”u dövlət büdcəsini necə "idarə edir"? - İmtiyazlı podratçı...
Dünən, 17:42 |
|
|
|
| • Azay Quliyev də İŞLƏRİ DÜZ APARMAYIB... - DETALLAR
Dünən, 17:31 |
|
|
|
| • Ermənilərin Xocalıdakı cinayətlərinə etirazını bildirən rusiyalı yazıçı Yuri Pompeyev vəfat edib
Dünən, 17:28 |
|
|
|
| • Şuşa rayon Mərkəzi Xəstəxanasının tikintisində sovrulan milyonlar... - Qarabağın bərpasına da HARAM QATIBLAR
Dünən, 17:24 |
|
|
|
| • Dövlət Statistika Komitəsinin anbarında 4.7 milyon manatlıq istifadəsiz planşet aşkarlandı - DÖVLƏTİ SANKİ QARƏT EDİBLƏR...
Dünən, 17:23 |
|
|
|
| • Siraqəddin Cabbarov onu işdən çıxardı - ƏMR
Dünən, 17:20 |
|
|
|
| • Dövlət Agentliyi "Kontakt Home"da qanun pozuntuları aşkarlayıb - DETALLAR
Dünən, 17:11 |
|
|
|
| • Gənclər və İdman Nazirliyində 32 milyonluq yoxlama - Kimlərə artıq pullar ödənilib?
Dünən, 17:10 |
|
|
|
| • Böyük Britaniya şirkətinin Azərbaycandakı filialı bağlanır
Dünən, 17:06 |
|
|
|
| • “İdmançılara lazımi maddi və mənəvi dəstək verilmir” -Tofiq Musayev
Dünən, 17:04 |
|
|
|
| • Mədəniyyət Nazirliyində rəis müavini, sosial ev, daha nələr: 72 minlik dələduzluq etdi, həbs olunmadı - TƏFƏRRÜAT
Dünən, 16:55 |
|
|
|
| • General Kənan Aşurlunun rəhbərlik etdiyi qurumda pozuntular - DETALLAR
Dünən, 16:50 |
|
|
|
| • “Kreml bunu “qırmızı xəttə yaxınlaşma” kimi qəbul edir” – İlginc açıqlamalar
Dünən, 16:48 |
|
|
|
| • Azərbaycanda meyvə bazarında "QİYMƏT TERRORU" - Ekspertdən xəbərdarlıq
Dünən, 16:43 |
|
|
|
| • Terrorçuluğa qarşı qanunları pozan şirkət onminlərlə manat cərimələndi - TƏFƏRRÜAT
Dünən, 16:42 |
|
|
|
| • Ayda 925 manata kim ev ala bilər? - ŞƏRH
Dünən, 16:38 |
|
|
|
| • İLGİNC RƏQƏM: Mart ayında İrana 5 minə yaxın azərbaycanlı gedib - SAVAŞ GEDƏ-GEDƏ...
Dünən, 16:31 |
|
|
|
| • Gəncədə yeni təyinat: icra hakimiyyətində dəyişiklik - ƏMR
Dünən, 16:29 |
|
|
|
| • Azərbaycan səhiyyəsi ÇALXALANIR – Bir gündə 4 səs-küylü İSTEFA
Dünən, 16:27 |
|
|
|
| • Sarkisyanın qardaşı qızının elektrik stransiyası var imiş
Dünən, 16:24 |
|
|
|
| • Azərbaycan və Latviya arasında əməkdaşlıq genişlənir - MƏQALƏ
Dünən, 16:21 |
|
|
|
| • Azərbaycan-Latviya münasibətləri davamlı olaraq genişlənəcək və inkişaf edəcəkdir - İsrafil Kərimovun yazısı
Dünən, 16:19 |
|
|
|
| • Mədəniyyət Nazirliyi bahalı təlim xidmətləri satın alıb
Dünən, 16:06 |
|
|
|
| • Muğanlı–İsmayıllı–Qəbələ yolu bir həftə bağlı olacaq - DİQQƏT
Dünən, 16:05 |
|
|
|
| • İmişlidə Qarabağ Qazisini işdən çıxaran vəzifəli şəxs barəsində ŞOK İDDİA - Görün, kimin qardaşıdır...
Dünən, 16:03 |
|
|
|
| • İrəvan Avropa İttifaqının yeni missiyası ilə bağlı açıqlama verdi
Dünən, 15:34 |
|
|
|
| • Azərbaycanda 4 hotelin ulduz kateqoriyası ləğv edilib
Dünən, 15:27 |
|
|
|
|