Serjik Azərbaycana qayıdır? .....                     İrana görə daha bir ölkə çətin vəziyyətdə .....                     Astarada sel və daşqından mübarizə tədbirlərinə 2 milyon xərclənəcək .....                     Azərbaycanda bu şəxslərə ömürlük azadlıqdan məhrumetmə cəzası verilə bilməz .....                     Elmi-tədqiqat üçün Qazaxıstandan Azərbaycana 10 min diri heyvan gətirilib .....                     Dövlət Aqrar Universiteti 240 min manatı nəyə xərcləyəcək? .....                     Paşinyan kilsəni xaricdə də rahat qoymayacaq .....                     "Yeni Klinika"ya direktor təyin olundu .....                     Buralarda NƏ İŞLƏR ÇEVRİLİR... .....                     Azərbaycanda daha bir məktəbdə BIŞAQLANMA .....                     Araz qırağının əcəb ZİBİLGAHI VAR... .....                     Azərbaycan neftinin qiyməti 113 dolları keçib .....                     “Əməkhaqqı artmadığı halda necə olur xidmət qiymətləri 3 dəfə artır?!” .....                     Mehdiyevin 32 hektarlıq bağı əlindən alındı: Fermalar, bağlar və… .....                     “Putinin “üçbaşlı müharibə koalisiyası” Azərbaycanla münaqişəyə səbəb ola bilər” .....                     Bakıda qayınatasının çənəsini sındıran şəxsə hökm oxundu .....                     Qarabağda MÜHARİBƏ istəyən ölkə .....                     Nazirdən ANONS: minlərlə ailəyə verilən məbləğ artacaq? .....                     Əhalinin ərzaq xərcləri 55%-ə çatdı: Bahalaşmanın səbəbi... .....                     "Pozuntu edənlər niyə “qəfəsdə” olmurlar bəs?!" .....                     Azər Məmmədov yeni gələndə ümid edən işçilər... .....                     Sahib Məmmədov niyə 'obyektini' mədəni naşılara həvalə edib? .....                     Xaçmazda təhsil sistemi bəlkə bundan sonra... .....                     Xəstəxana direktorlarının “kütləvi qırğını” niyə başladı? .....                     ABŞ 38 ildən sonra ilk dəfə dəniz topundan istifadə edib .....                     Azərbaycanda çörək bahalaşacaq? .....                     Bir qurumda bu qədər adamın işləməsinə ehtiyac yoxdur, İXTİSARLAR OLMALIDIR .....                     Kritik mərhələ: Avropa Ermənistanda kimi və nəyi qoruyacaq? .....                     Yerində sayan sektor: milyonları niyə itiririk? .....                     "İctimai şuralar həmin o rəsmi qurumların sözünü deyir..." .....                     Qaradağ Rayon İcra Hakimiyyətinin struktur bölməsinin külli miqdarda vergi borcu üzə çıxdı .....                     "Verilişə gələrkən maşını vurdum..." .....                     TƏBİB-in TƏCİLİ olmayan yardımı... .....                     Niyazi Bayramovun korrupsiya ortaqları .....                     Bankların faiz gəlirləri niyə rekord həddə çatıb? .....                     Təzə başçı gələndə camaat düşündü ki... .....                     Pensiyalarla bağlı vacib xəbər .....                     Statistika Komitəsinin tabeli qurumu icarə müqaviləsi bağlamadan fəaliyyət göstərir .....                     Vüsal Xanlarovun rəhbəri olduğu qurumda pozuntular: .....                     Bu gün BMT canlı meyitdir .....                 

Tovuzda ən çox tender udan MMC-lərin Yaşar İbrahimovla nə kimi bağlılığı var - İLGİNC FAKTLAR...
Tarix: 2-04-2025, 11:45 | Çap et
Tovuzda ən çox tender udan MMC-lərin Yaşar İbrahimovla nə kimi bağlılığı var
Tovuz rayon İcra Hakimiyyəti başçısının Tovuz şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 2024-cü ildə keçirilmiş açıq tender və kotirovka sorğusu prosedurları ətrafında araşdırma apardıq. Dövlət satınalmalarının vahid internet portalında 03.11.2023- ci ildə qurumun satınalma komissiyası tərəfindən 2024-cü il üzrə satınalma planlarına daxil edilmiş zəruri malların və xidmətlərin siyahısı açıqlanıb. Satınalmaların portalı üzərindən apardığımız araşdırmada məlum oldu ki, nümayəndəlik satınalma planlarında 8 kotirovka sorğusu və 1 açıq tenderin keçirilməsini nəzərdə tutub.

Amma Tovuz şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi satınalmaların internet portalında 2024-cü ildə cəmi 5 satınalma prosedurunun nəticələri barədə məlumat açıqlayıb.

Tovuz şəhərinin işıqlandırılması işləri üzrə “GÜNAY-88” MMC ilə 93.900 manat məbləğində satınalma müqaviləsi 10.09.2024-cü il tarixdə bağlanmışdır. Qeyd edək ki, Tovuz şəhər nümayəndəliyi şəhərinin işıqlandırılması işləri üzrə satınalmaların portalına 2 fərqli məlumat yerləşdirib. Müsabiqənin nömrəsi 88746 olan satınalma üzrə 10.09.2024-cü ildə açıqlanan məlumatda MMC-nin 93.900 manatla qalib gəldiyi bildirilir. Qurumun Satınalma Komissyası tərəfindən 03.05.2024-cü il tarixdə elan edilmiş “Tovuz şəhərinin işıqlandırılması işləri (Müsabiqə İN: 83420)” üzrə kotirovka sorğusu nəticəsində ən aşağı qiymət (ədv daxil 93.560,87 AZN) təklifi vermiş “GUNAY 88” MMC qalib elan olunub.

Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “GÜNAY-88” (VÖEN- 7303219061) Məhdud Məsuliyyətli Cəmiyyətinin 14 saylı Ərazi Vergilər İdarəsində 13.04.2021-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının TOVUZ RAYONU, QOVLAR ŞƏHƏRİ, VAĞZAL, ev 26, m. 0, qanuni təmsilçisinin isə Əliyev Rasim Əhməd oğlu olduğu göstərilir. MMC-nin təsisçi və ilk qanui təmsilçisi Əliyeva Mehriban Səlim qızı olub.

Tam elektrikli 3 təkərli mopedin alışı üzrə “MAFH” MMC ilə 5.770,2 manat məbləğində satınalma müqaviləsi 10.09.2024-cü il tarixdə bağlanmışdır.

Sanitar təmizlik sahəsinin maddi-texniki baza ilə təmini üzrə fiziki şəxs Natiq Rəşid oğlu Məhərrəmov ilə 49.220,16 manat məbləğində satınalma müqaviləsi 10.09.2024-cü il tarixdə bağlanmışdır.

Zibil daşıyan maşının (xüsusi təyinatlı texnika) alınması üzrə keçirilmiş açıq tendrin 04.12.2024-cü il tarixdə yekunlaşması və 175.000 manat təkliflə “AZƏRMAŞ PARK” MMC-nin qalib olduğu açıqlanıb.

Tovuz şəhərinin yaşlıllaşdırılması işləri üzrə keçirilmiş kotirovka sorğusunun 16.09.2024 -cü il tarixdə yekunlaşması və 38.713,2 manat təkliflə “QULUOĞLU M-TİKİNTİ” MMC- nin qalib olduğu açıqlanıb.

Dövlət Vergi Xidmətinin məlumatlarında “QULUOĞLU M-TİKİNTİ” (VÖEN- 7300507121) Məhdud Məsuliyyətli Cəmiyyətinin 14 saylı Ərazi Vergilər İdarəsində 24.02.2011-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 20 manat olan MMC-nin hüquqi ünvanının TOVUZ RAYONU, DÜZ CIRDAXAN, qanuni təmsilçisinin isə Əmiraslanov Tofiq Yusif oğlu olduğu göstərilir. O, həm də Tovuz şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin daha əvvəllər ümumi dəyəri 130 min manata yaxın iki satınalma müqaviləsi bağladığı “İnşaatçı-57” MMC-nin qanuni təmsilçisidir.

Qeyd edək ki, Tovuz şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi 2024-cü ildə müqavilə bağladığı şirkətlərlə daha əvvəllər də işbirliyində olub. Nümayəndəlik “QULUOĞLU M-TİKİNTİ” MMC ilə 2022-23-cü illərdə ümumi dəyəri 66200 manat olan 3, “GÜNAY-88” MMC ilə 2022-ci ildə 46.302,45 bir satınalma müqavilələri bağlayıb. Bu şirkətlər həm də tez-tez Tovuz rayonun digər idarə və müəssisələrin keçirdiyi satınalmaların qalibi olurlar. Bu isə onu göstərir ki, MMC-lər rayondakı vəzifəli şəxslərin birinə məxsusdur. Tovuz bayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov “AQROKİMYA” MMC -nin sahibidir. Bu MMC son illər Kənd Təsərrüfatı Nazirliyinə tabeli qurumların keçirdiyi dəyəri yüz minlərlə ölçülən tenderlərin qalibi olub.

Qeyd edək ki, Tovuz rayon İcra Hakimiyyəti başçısının Tovuz şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Yaşar İbrahimovdur. O, bu vəzifədə uzun müddətdir çalışır. Yaşar İbrahimov rayonda bu vəzifəni tutmaqla yanaşı 2006-07-ci illərdə və 2012-2019 cu ilərdə Tovuzun “Turan” futbol klubunun prezidenti olub. Məlum məsələdir ki, hər hansı bir futbol klubunu saxlamağa böyük vəsaitlər lazım olur. “QULUOĞLU M-TİKİNTİ”, “GÜNAY-88” və Tovuzda tenderlər udan bir neçə şirkətlərin Yaşar İbrahimovla bağlılığı ola bilərmi?
Aktualinfo.org










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Serjik Azərbaycana qayıdır?
Bu gün, 11:06
İrana görə daha bir ölkə çətin vəziyyətdə – Yarım milyard dollar bloklandı
Bu gün, 11:00
Astarada sel və daşqından mübarizə tədbirlərinə 2 milyon xərclənəcək
Bu gün, 10:55
Azərbaycanda bu şəxslərə ömürlük azadlıqdan məhrumetmə cəzası verilə bilməz - Hakim
Bu gün, 10:53
Elmi-tədqiqat üçün Qazaxıstandan Azərbaycana 10 min diri heyvan gətirilib
Bu gün, 10:46
Dövlət Aqrar Universiteti 240 min manatı nəyə xərcləyəcək?
Bu gün, 10:44
Paşinyan kilsəni xaricdə də rahat qoymayacaq - KİV
Bu gün, 10:40
"Yeni Klinika"ya direktor təyin olundu - ƏMR
Bu gün, 10:36
Buralarda NƏ İŞLƏR ÇEVRİLİR... - BİR BİLƏN OLSA...
Bu gün, 10:28
Azərbaycanda daha bir məktəbdə BIŞAQLANMA - TƏFƏRRÜAT
Bu gün, 10:17
Araz qırağının əcəb ZİBİLGAHI VAR... - BU NƏDİ BELƏ?
Bu gün, 10:13
Azərbaycan neftinin qiyməti 113 dolları keçib
Bu gün, 09:50
“Əməkhaqqı artmadığı halda necə olur xidmət qiymətləri 3 dəfə artır?!” - ETİRAZ
Bu gün, 09:45
Mehdiyevin 32 hektarlıq bağı əlindən alındı: Fermalar, bağlar və… - İDDİA
Bu gün, 09:39
“Putinin “üçbaşlı müharibə koalisiyası” Azərbaycanla münaqişəyə səbəb ola bilər” -erməni politoloq
Bu gün, 09:33
Bakıda qayınatasının çənəsini sındıran şəxsə hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 08:34
Qarabağda MÜHARİBƏ istəyən ölkə - ŞOK iddia
Bu gün, 08:11
Nazirdən ANONS: minlərlə ailəyə verilən məbləğ artacaq? – Türkiyə modeli…
Bu gün, 08:09
Əhalinin ərzaq xərcləri 55%-ə çatdı: Bahalaşmanın səbəbi... - GƏLİŞMƏ
Bu gün, 08:07
"Pozuntu edənlər niyə “qəfəsdə” olmurlar bəs?!" - ETİRAZ
Bu gün, 08:04
Azər Məmmədov yeni gələndə ümid edən işçilər... - İNDİ PEŞMANDIR...
Bu gün, 07:46
Sahib Məmmədov niyə 'obyektini' mədəni naşılara həvalə edib? - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 07:27
Xaçmazda təhsil sistemi bəlkə bundan sonra... - ŞƏRH
Bu gün, 07:20
Xəstəxana direktorlarının “kütləvi qırğını” niyə başladı? - Əslində, TƏBİB-də nə baş verir…
Bu gün, 07:16
ABŞ 38 ildən sonra ilk dəfə dəniz topundan istifadə edib - "The War Zone"
Bu gün, 07:10
Azərbaycanda çörək bahalaşacaq? – İqtisadçı izah edir
Bu gün, 07:05
Bir qurumda bu qədər adamın işləməsinə ehtiyac yoxdur, İXTİSARLAR OLMALIDIR - ONA GÖRƏ DƏ...
Bu gün, 06:58
Kritik mərhələ: Avropa Ermənistanda kimi və nəyi qoruyacaq? - Görünəni odur ki...
Bu gün, 06:55
Yerində sayan sektor: milyonları niyə itiririk? - AKTUAL
Bu gün, 06:52
"İctimai şuralar həmin o rəsmi qurumların sözünü deyir..." - FAKT BUDUR!
Bu gün, 06:50
Qaradağ Rayon İcra Hakimiyyətinin struktur bölməsinin külli miqdarda vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 06:48
"Verilişə gələrkən maşını vurdum..."
Bu gün, 06:45
TƏBİB-in TƏCİLİ olmayan yardımı... - "Ümid edək ki..."
Bu gün, 06:34
Niyazi Bayramovun korrupsiya ortaqları - SİYAHI
Bu gün, 06:28
Bankların faiz gəlirləri niyə rekord həddə çatıb? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:25
Təzə başçı gələndə camaat düşündü ki... - FOTO
Bu gün, 06:24
Pensiyalarla bağlı vacib xəbər – İlin sonunda…
Bu gün, 06:19
Statistika Komitəsinin tabeli qurumu icarə müqaviləsi bağlamadan fəaliyyət göstərir - Palata
Dünən, 18:06
Vüsal Xanlarovun rəhbəri olduğu qurumda pozuntular: - 400 ədəd arabaya 135 mindən artıq vəsait xərcləndi
Dünən, 18:02
Bu gün BMT canlı meyitdir - Natiq Miri
Dünən, 17:55
Son 3 ayda 144 min əcnəbi quru yolla Azərbaycana daxil olub – Rəsmi
Dünən, 17:49
Deputat oğlunun “Crystal Group”u dövlət büdcəsini necə "idarə edir"? - İmtiyazlı podratçı...
Dünən, 17:42
Azay Quliyev də İŞLƏRİ DÜZ APARMAYIB... - DETALLAR
Dünən, 17:31
Ermənilərin Xocalıdakı cinayətlərinə etirazını bildirən rusiyalı yazıçı Yuri Pompeyev vəfat edib
Dünən, 17:28
Şuşa rayon Mərkəzi Xəstəxanasının tikintisində sovrulan milyonlar... - Qarabağın bərpasına da HARAM QATIBLAR
Dünən, 17:24
Dövlət Statistika Komitəsinin anbarında 4.7 milyon manatlıq istifadəsiz planşet aşkarlandı - DÖVLƏTİ SANKİ QARƏT EDİBLƏR...
Dünən, 17:23
Siraqəddin Cabbarov onu işdən çıxardı - ƏMR
Dünən, 17:20
Dövlət Agentliyi "Kontakt Home"da qanun pozuntuları aşkarlayıb - DETALLAR
Dünən, 17:11
Gənclər və İdman Nazirliyində 32 milyonluq yoxlama - Kimlərə artıq pullar ödənilib?
Dünən, 17:10
Böyük Britaniya şirkətinin Azərbaycandakı filialı bağlanır
Dünən, 17:06
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru