Rusiya müharibədən öyrənərək çıxır .....                     Kinostudiya gündəlik fəaliyyətini davam etdirir .....                     Dövlət Məşğulluq Agentliyindən 800 min manatlıq 5 yeni tender .....                     İqtisadi inkişafda əhəmiyyətli ləngimə .....                     27 ağacın kəsilməsi ilə bağlı qalmaqallı cinayət .....                     "Azərbaycandakı qiymətlər heç Amerikada, Avropada yoxdur" .....                     Qərbin ikili standartları Ermənistandakı son hadisələrdə də özünü göstərdi .....                     "Ailələrin dağılma səbəbi budur" .....                     "Emin Əmrullayevin Azərbaycan təhsilinə vurduğu maddi və mənəvi ziyanı aradan qaldırmaq üçün illər lazım olacaq" .....                     Heç bir obyekti yanğından yüz faiz sığortalamaq mümkün deyil .....                     Bakıda hoteldə qanlı cinayət: Otağına çağırdığı qadın kişi çıxdı .....                     İsrail Müdafiə Qüvvələri "Hizbullah" mövqelərinə zərbələr endirib .....                     Bu binalara qaz verilməyəcək: .....                     Türkiyə və Rusiya üçüncü ölkələrdə birgə neft layihələri ilə bağlı razılığa gəlib .....                     “Cibinə siqaret al, qoy” deməsi üstündə qətl... .....                     Bakıda itləri üçün doğum günü mərasimi keçirdilər .....                     Azərbaycanda da məşhur olan arıqlama dərmanı insanı ÖLDÜRÜRMÜŞ .....                     "Azərbaycanfilm"də olan yanğının şahidləri: .....                     Dövlət Xidmətinin 664 min manatlıq tenderləri ləğv olundu .....                     Ermənistan təhlükəsizlik qüvvələri arxiyepiskop .....                     Mülayim cənub-şərq küləyi əsəcək .....                     Yaxın Şərq yenidən dizayn edilir: “İbrahim razılaşması”na qayıdış .....                     Kinostudiyada baş verən partlayışla bağlı Baş Prokurorluqda araşdırma aparılır .....                     Bakıda rəsmi dükanda OĞURLUQ TELEFONLAR SATILIR? .....                     "Əməliyyat olundum, hər şey yaxşıdır" .....                     Pezeşkianın Azərbaycan ƏNDİŞƏSİ... .....                     Bakıda kişi "lyuka" düşdü: İki gündür tapılmır .....                     "Klinikaya 150 manat ödədim, amma qızımın dərdini deyə bilmədilər" .....                     ““Qurani-Kərim”də Məhərrəm ayında toy qadağası ilə bağlı heç nə yoxdur, baş yarmaqdan, üz cırmaqdan uzaq olmalıdırlar” .....                     12 günlük savaşda məqsədə çatıldımı? .....                     Ekologiya sistemli şəkildə məhv edilir, amma... .....                     Partlayış baş verən “Azərbaycanfilm”ə kim rəhbərlik edir... .....                     Ermənistanda Paşinyanın saxta səs yazısı ilə bağlı cinayət işi açılıb .....                     Rusiyadan NATO və Ermənistana növbəti mesaj .....                     Füzulinin icra başçısı Şəhid Milli Qəhramanın oğlunun toprağını əlində alır? .....                     Rusiya ordusu Zaporojyedə intensiv hücuma hazırlaşır .....                     Qənirə Ataşova ABŞ vətəndaşı oldu .....                     "Azərbaycanfilm" kinostudiyasında baş verən yanğının səbəbləri aidiyyəti qurumlar tərəfindən araşdırılır .....                     İrəvandakı həbslər sülhü yaxınlaşdırır? .....                     Türkiyə MMU-nun nümayəndə heyəti Quru Qoşunları Komandanlığını ziyarət edib .....                 

Əməkdar artist: “Hər gün özümə ölüm arzulayıram”
Tarix: 12-03-2015, 08:48 | Çap et
Əməkdar artist: “Hər gün özümə ölüm arzulayıram”
Əməkdar artist, bir çoxlarımızın “İkinci səs”, “Yad qızı”, “Sənsiz” televiziya tamaşalarından sevdiyimiz və bəyəndiyimiz aktyor Füzuli Hüseynovla məhz teatr günündə görüşdük. Müsahibim tünd xasiyyətli olduğu qədər də maraqlı və şən insan idi. Müəyyən işləri ilə əlaqədar dəfələrlə müsahibəni təxirə saldığına baxmayaraq, biz nəhayət ki, uyğun vaxt tapıb görüşə bildik.

Bəhanələr...

- Füzuli müəllim, müsahibə üçün bu qədər bəhanələr nə ilə əlaqədar idi?

- Mən istəyirəm ki, müsahibə maraqlı keçsin. Müxbir məndən müsahibə almaq istəyirsə, mən ona dərhal “hə” cavabı vermirəm, fikirləşirəm ki, müxbir üçün məqalə, yazı deyil, şəxsən mənim söylədiklərim, mənim fikirlərim maraqlıdırsa, o məndən asanlıqla əl çəkməyəcək.

- Onda düşünmək olar ki, mən sınaqdan uğurla keçdim.

- Hə, amma bu müsahibənin gedişi ilə də bağlıdır.

- Elə isə hansı sualları sizə ünvanlamaq olmaz?

- Əvvəlcədən deyirəm, şəxsi və intriqa yarada biləcək sualları cavablandırmayacağam.

Siyasətdən uzağam...

- Belə bir qeyri-standart sual: bir çox həmkarlarınız vəzifə, nüfuz arzusundadır, hətta aralarında millət vəkili olmaq istəyənlər də var. Siz necə, namizədliyinizi irəli sürərdinzimi?

- Mən, ümumiyyətlə, siyasətdən uzaq insanam. Ola bilər ki, millət vəkili seçilə bilərəm, lakin olduqca aşkar və çılpaq danışdığım üçün məni dərhal “geri çağırarlar”.

- Bir dəfə sizə zəng etdikdə içkili olduğunuzu söylədiniz və müsahibədən imtina etdiniz. Ümumiyyətlə, tez-tez içirsiniz?

- Elə də tez- tez içmirəm. Dostlar, tanışlarla qonaqlıqlarda olanda olur.

- Sizcə, bir çox yaradıcı insanların içkiyə hədsiz meylini nə ilə izah etmək olar?

- Deməzdim ki, içkiyə yalnız yaradıcı insanlar meyillidir. O qədər yolda yaşayan insanlar var ki, hərəsi bir tərəfdə içib qalır. Mən deyərdim ki, çünki o qədər insan qəbul edir, o qədər problemlər həll edirlər ki, istər-istəməz əsəbləri tarıma çəkilir. Sadəcə, yaradıcı və tanınmış insanlar göz qabağında olduğu üçün kütlə mütəmadi olaraq onları izləməklə məşğul olur. Ümumiyyətlə, ayda 3- 4 dəfə içmək müsbət haldır.

- Sizin üçün vətəndən uzaqda qalmaq çətin deyil ki?

- Xeyr, istənilən ölkədə illərlə rahat şəkildə yaşaya bilərəm.

- Elə isə niyə Türkiyədə uzun müddət yaşamadınız? Bildiyim qədər, 2 ildən artıq yaşayıb, Bakıya qayıtdınız. Problem karyeranızla bağlı idi?

- Qətiyyən. Mən Türkiyəyə karyera, sənət arxasınca getmədim. Bir sıra işlərimiz vardı ki, sonra onlar Rusiya ərazisinə köçürüldü. İki il yarım Türkiyədə qaldıqdan sonra, Bakıya qayıtdım. Ümumiyyətlə isə mən mütəmadi olaraq harasa səyahət edirəm; bir ayağım Azərbaycandadır, bir ayağım xaricdə.

Həsən Turabovun arzusu ilə...

- Bir ara teatrdan da uzaq idiniz.

- Bəli. Teatra qayıdışım Həsən Turabovla bağlıdır. Çox sevdiyim, şəxsiyyətinə böyük hörmətlə yanaşdığım sənətkarın arzusu məni yenidən səhnədə görmək idi və mən onun istəyinə qarşı çıxa bilmədim.

- Son zamanlar çox az-az tamaşalarda yer alırsınız. Mümkünsə, səbəbini bizə açıqlayın.

- Açığı, elə bir qlobal problem olmur. Baxıram, ya əsər xoşuma gəlmir, ya rejissor işini bəyənmirəm, odur ki, mənə təklif olunan roldan imtina edirəm. Hal-hazırda teatr rəhbərliyindən ünvanıma səslənən narazılıq məhz bu məsələ ilə bağlıdır və mən bildirirəm ki, elə bir yaş dövrindəyəm, istər həyatda, istər səhnədə kifayət qədər təcrübə toplamışam. İstəmədiyim bir obraz üçün “yox” kəlməsini söyləməyə haqqım çatır.
- Füzuli müəllim, neçə yaşınız var ki?

- 53 hələ olmayıb. Amma həyat təcrübəm 53 yaşında bir insanın düşündüyündən artıq fikir söyləyir.

- Ürəyimdən, nədənsə, qəribə bir sual keçdi; görəsən, Füzuli Hüseynov neçə il ömür sürmək istəyir?

Ölüm arzulayıram...

- Heç neçə. Mən kifayət qədər yaşamışam. Bəsdir də. Bəlkə də, inanmayacaqsınız, amma özümə hər gün ölüm arzulayıram.

- Düşünmürsünüz ki, bu depressiyanın əlamətləri ola bilər?

- Bəlkə də. Hər halda, mən bu istəyimdə qətiyyətliyəm.

- Yəni, həyatda sizin üçün maraqlı heç nə yoxdur?

- Xeyr.

- O zaman özünüzü xoşbəxt hiss etmirsiniz?

- Ümumiyyətlə, xoşbəxtlik nədir?

- Fizuli müəllim, siz məndən soruşursunuz? Mən hətta özümü bir anlıq müsahib hiss etdim. Deyəsən, estafeti yavaş-yavaş əlinizə keçirirsiniz.

- (Gülür) Yox, yəni sözümün canı ondan ibarətdir ki, “xoşbəxtlik” ifadəsinin özü birmənalı şəkildə mücərrəd anlamdan ibarətdir. “Xoşbəxtəm” deyən insanların ağlına şübhə ilə yanaşıram.

Mən təsadüfi hallarda xoşbəxt ola bilərəm; dostum qonaq gəlib - xoşbəxtəm, axşam yatanda özümü xoşbəxt hiss edirəm. Amma ümumilikdə, xoşbəxtliyin nədən ibarət olduğunu anlamıram.

- Deməli, həyatınızdan razı deyilsiniz?

- (Gülür) Narazı olmağım da bir işə yaramır. Narazı olub nə edəcəm?

Həyatı boz rəngdə görürəm...

- Bütün müsahiblərimə ünvanlandırdığım bir psixoloji sualı sizə də ünvanlayıram: sizin üçün həyat hansı rənglərdən ibarətdir?

- Tünd rənglərdən, daha dəqiq desəm, həyat mənim üçün boz rəngdən ibarətdir.

- Tünd, boz rənglər - depressiyalı insanların seçdiyi rənglərdir.

- Ola bilər. Hər halda, mən elə hiss edirəm.

- Boş zamanınızı necə keçirirsiniz? Mütaliəni xoşlayırsınzmı?

- Əvvəllər mütaliə edərdim, indi xoşlamıram. Amma boş zamanımda balıq tutmağı sevirəm. Bu hobbim üçün hətta xüsusi olaraq Rusiyanın Astraxan vilayətinə gedirəm. Ümumiyyətlə isə səyahət etməyi çox sevirəm.

- Şəxsi həyatınızla bağlı sual verməməyi rica etdiniz, ancaq mənim üçün maraqlıdır: yaraşıqlı və tanınmış Füzuli Hüseynov üçün əlçatmaz, nakam sevgi olubmu?
- (Fikirləşir)...

Fanat sözünə nifrət edirəm...

- Yəqin, susmağınızı razılıq kimi qəbul etmək olar. Və ya istəsəniz, suala cavab verməyə bilərsiniz.

- Yox, sadəcə olaraq, düşünürəm. Bilirsiniz, mən “pərəstişkar”, “fanat” sözünə nifrət edirəm. Hörmət ola bilər. Füzuli Hüseynova oynadığı rollarla bağlı sevgi də yarana bilər. Yalnız bir şərtlə, həddi aşmamaq dərəcəsində. Bəzən elə qadınlar olur ki, manyak kimi gecə-gündüz insanı izləyirlər. Bu anormallıqdır.

Amma mənim kiməsə olan hisslərimlə bağlı yalnız onu deyə bilərəm ki, əlçatmaz xanım mənə görə deyil. Mən istəmədiyim xörəyi yemirəm.

- Bəzi tanınmış kişilər var ki, nüfuzlu və səlahiyyətli qadınların sevgilərinə rədd cavabı verdikləri üçün yollarında hər zaman maneələr olub. Sizdə belə hallar müşahidə olunubmu?

- Hə, çox olub. Amma mən qisas almağı sevən insan deyiləm.

- Qadınları nə zamana qədər “yad qızı” kimi qəbul edəcəksiniz?

- Vallah, yad-filan deyildirlər mənim üçün. Sadəcə olaraq, hər kəsin öz yeri var, hərəsi həyatımda bir parçadır, həmkar, dost, tanış, sevgili. Axı bunlar başqa-başqa anlamlara aid insanlardır, hamısını bir-birinə “qatıb-qatışdırmaq” olmaz.


Anam belə doğub...

- Çox maraqlıdır ki, hər dəfə “sevgili” dedikdə köks ötürürsünüz və gözlərinizə izaholunmaz kədər dumanı çökür.

- Gözlərimdəki o kədərdi, dumandı – hamısı doğulandan belədir. Nə edim? Anam belə doğub.

- “Sənsizlik” özünü tez-tezmi yada salır?

- Hərdən olur. Amma mən onu özümdən uzaqlaşdırmağa çalışıram.

- “İkinci səsinizə” qulaq asdığınız zamanlar çox olubmu?

- Olub. Amma əsas olaraq, çalışmışam ağlımın səsinə qulaq asım.

Aktyor peşəsinə hörmət azdır...

- Qəribə təsadüfdür, amma sizinlə məhz teatr günündə görüşdük. Üstəgəl, bu gün həm də yel çərşənbəsidir. Teatrın bugünkü vəziyyəti ilə razısınızmı və teatr əhlinə, teatra nə kimi arzularınız var?

- Deməzdim ki, teatrın bugünkü durumu ürəkaçandır. Söhbət, əlbəttə ki, yenicə təmir olunmuş binadan, səhnə tərtibatı və s. kimi yenilikdən getmir. Ümumiyyətlə, aktyor peşəsinə hörmət azdır, maaşlar aşağıdır. Teatr mütləq şəkildə inkişaf etməlidir. Teatr əhlinə aid müəyyən kütlə var ki, onlar qırmızı xətdən kənarda dayanıblar və onları dirçəltmək qeyri- mümkündür. Biz ara-sıra etiraz səsimizi ona görə yüksəldirik ki, vicdanımız qarşısında hesabat veririk, nəyin doğru olduğunu dərk edirik.

- Sonuncu dəfə hansı filmdə və tamaşada yer almısınız?

- Ayın 6-sı Çingiz Abdullayevin əsəri əsasında Yavər Rzayevin quruluşçuluğu ilə çəkilən “Dronqo” filmində yer aldım. Və hal-hazırda 2 tamaşada oynayıram: “Generalın son əmri” və “Teleskop” tamaşalarında yer alacağam.

“Onsuz da hamınız güllələnəcəksiniz...”

- Sizinlə səhnədə baş verən gülməli bir hadisəni bizə nəql edərdiniz.

- Gülməli hadisələr çox olub, amma birini sizə danışa bilərəm. Demək, orta əsrlərə aid səhnədə gözətçi rolunu ifa edirdim. Rejissor tapşırdı ki, qapı açılacaq və daxil olub deyərsən: “Kəsin səsinizi, onsuz da səhərə hamınız asılacaqsınız! Bax, “güllələnəcəksiniz” deyərsən ha-a birdən?! “Asılacaqsınız” de, diqqətli ol!”

Mən də razılaşıram. İndi səhnəyə çıxışım zamanı gedib nə desəm, yaxşıdır? “Onsuz da səhərə hamınız güllələnəcəksiniz!” Səhnədə də qılınc-qalxan dövründən bəhs olunurdu.

- Xanım tərəf-müqabillərinizdən hansı ilə işləmək daha asandır?

- Düşünmədən deyirəm, birinci növbədə - Sənubər İsgəndərli, ikinci - İlahə Həsənova və Dilarə Əliyeva ilə çalışmaq mənə xüsusi zövq verir. Bu qadınlar aktrisa kimi olduqca həssas və anlayışlıdırlar.

İncəsənətə təsadüfi gəldim...

- İncəsənət aləminə gəlişinizlə bağlı açıqlama edərdiniz və mümkünsə, teatrın təməlini sizə izah edən və sevdirən müəllimlərinizin adlarını çəkərdiniz.

- İncəsənət İnstitutuna ona görə daxil oldum ki, orada riyaziyyat fənni yox idi. Mən imtahan verdim və qəbul olundum. Ailəmizdə, məndən savayı, ömrünü incəsənətə bağlayan ikinci insan yoxdur. Mən də tam təsadüfi gəldim sənətə. Müəllimlərimdən isə Zəminə Hacıyeva, Fuad Hacıyev və Nəsir Sadıqzadənin adını çəkə bilərəm.

- Tam təsadüfi incəsənət aləminə gəldiniz və aktyor kimi yetişməyə başladınız.

- Yox, mən aktyor deyiləm.

Müsahibəni bəyənmədim...

- Bəs kimsiniz?

- İstənilən peşə sahibiyəm, amma aktyor deyiləm. Bu müqəddəs peşəni çox aşağı səviyyəyə gətiriblər və haradasa, bu baxımdan bizim günahımız az deyil!

- Sizinlə müsahibəyə başladıqda müsahibələrin maraqsız olduğunu söylədiniz. Bu müsahibəni necə, bəyəndinizmi?

- Acığı, bəyənmədim. Mən qorxurdum, siz mənə elə suallar verəcəksiniz ki, mən divara qısılıb qalacam. Amma adi müsahibə oldu.

- Hər halda, depressiyadan əziyyət çəkən, şəxsi və intriqa yarada biləcək suallara qadağa qoyan şıltaq aktyorumuzu müsahibəyə cəlb etmək özü bir hünər istəyir, elə deyilmi?

- Bəlkə də. Ola bilər ki, siz haqlısınız.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiya müharibədən öyrənərək çıxır - ŞƏRH
Bu gün, 16:57
Kinostudiya gündəlik fəaliyyətini davam etdirir - "Azərbaycanfilm"
Bu gün, 16:54
Dövlət Məşğulluq Agentliyindən 800 min manatlıq 5 yeni tender - ŞƏRTLƏR
Bu gün, 16:52
İqtisadi inkişafda əhəmiyyətli ləngimə - “Bu, faktiki olaraq, o deməkdir ki...”
Bu gün, 16:48
27 ağacın kəsilməsi ilə bağlı qalmaqallı cinayət - Bələdiyyə sədrini həbsdən kim qoruyub?
Bu gün, 16:42
"Azərbaycandakı qiymətlər heç Amerikada, Avropada yoxdur" - ETİRAZ
Bu gün, 16:39
Qərbin ikili standartları Ermənistandakı son hadisələrdə də özünü göstərdi - deputat
Bu gün, 16:36
"Ailələrin dağılma səbəbi budur"
Bu gün, 14:46
"Emin Əmrullayevin Azərbaycan təhsilinə vurduğu maddi və mənəvi ziyanı aradan qaldırmaq üçün illər lazım olacaq" - AÇIQLAMA
Bu gün, 14:41
Heç bir obyekti yanğından yüz faiz sığortalamaq mümkün deyil - EKSPERTDƏN XƏBƏRDARLIQ
Bu gün, 14:38
Bakıda hoteldə qanlı cinayət: Otağına çağırdığı qadın kişi çıxdı - TƏFƏRRÜAT
Bu gün, 14:12
İsrail Müdafiə Qüvvələri "Hizbullah" mövqelərinə zərbələr endirib
Bu gün, 13:49
Bu binalara qaz verilməyəcək: - “qaz pulu” isə, görün, necə hesablanacaq...
Bu gün, 13:44
Türkiyə və Rusiya üçüncü ölkələrdə birgə neft layihələri ilə bağlı razılığa gəlib - TASS
Bu gün, 13:36
“Cibinə siqaret al, qoy” deməsi üstündə qətl... - 20 illik dostunu öldürüb
Bu gün, 13:05
Bakıda itləri üçün doğum günü mərasimi keçirdilər - VİDEO
Bu gün, 13:03
Azərbaycanda da məşhur olan arıqlama dərmanı insanı ÖLDÜRÜRMÜŞ - DİQQƏT!
Bu gün, 12:46
"Azərbaycanfilm"də olan yanğının şahidləri: - "Yer silkələndi, elə bildik, zəlzələ oldu"
Bu gün, 12:40
Dövlət Xidmətinin 664 min manatlıq tenderləri ləğv olundu - DETALLAR
Bu gün, 12:34
Ermənistan təhlükəsizlik qüvvələri arxiyepiskop Mikael Ajapakhyanı saxlayıblar
Bu gün, 12:31
Mülayim cənub-şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:21
Yaxın Şərq yenidən dizayn edilir: “İbrahim razılaşması”na qayıdış - GƏLİŞMƏ
Bu gün, 12:15
Kinostudiyada baş verən partlayışla bağlı Baş Prokurorluqda araşdırma aparılır - TƏFƏRRÜAT
Bu gün, 12:10
Bakıda rəsmi dükanda OĞURLUQ TELEFONLAR SATILIR? _ Vətəndaş NƏ ETSİN?
Bu gün, 12:08
"Əməliyyat olundum, hər şey yaxşıdır"
Bu gün, 12:00
Pezeşkianın Azərbaycan ƏNDİŞƏSİ... - Düşməni Tehranda axtarmaq əvəzinə...
Bu gün, 11:54
Bakıda kişi "lyuka" düşdü: İki gündür tapılmır
Bu gün, 11:50
"Klinikaya 150 manat ödədim, amma qızımın dərdini deyə bilmədilər" - Müğənni Aysun
Bu gün, 11:45
““Qurani-Kərim”də Məhərrəm ayında toy qadağası ilə bağlı heç nə yoxdur, baş yarmaqdan, üz cırmaqdan uzaq olmalıdırlar” - deputat
Bu gün, 11:41
12 günlük savaşda məqsədə çatıldımı? - İNCƏLƏMƏ
Bu gün, 11:33
Ekologiya sistemli şəkildə məhv edilir, amma... - heç kim məsuliyyət daşımır
Bu gün, 11:30
Partlayış baş verən “Azərbaycanfilm”ə kim rəhbərlik edir...
Bu gün, 11:23
Ermənistanda Paşinyanın saxta səs yazısı ilə bağlı cinayət işi açılıb
Bu gün, 11:20
Rusiyadan NATO və Ermənistana növbəti mesaj - “İzvestiya” nəşri
Bu gün, 11:18
Füzulinin icra başçısı Şəhid Milli Qəhramanın oğlunun toprağını əlində alır? - BU NƏDİ BELƏ?
Bu gün, 11:04
Rusiya ordusu Zaporojyedə intensiv hücuma hazırlaşır
Bu gün, 10:57
Qənirə Ataşova ABŞ vətəndaşı oldu
Bu gün, 10:48
"Azərbaycanfilm" kinostudiyasında baş verən yanğının səbəbləri aidiyyəti qurumlar tərəfindən araşdırılır - RƏSMİ AÇIQLAMA
Bu gün, 10:45
İrəvandakı həbslər sülhü yaxınlaşdırır? - AKTUAL
Bu gün, 10:31
Türkiyə MMU-nun nümayəndə heyəti Quru Qoşunları Komandanlığını ziyarət edib
Bu gün, 10:27
Ter-Petrosyan Katolikosu Paşinyanın təzyiqlərinə qarşı soyuqqanlı olmağa çağırdı - İrəvanda gərgin anlar
Bu gün, 10:16
İsrail İrana qarşı hərbi əməliyyatın nəticələri haqqında ətraflı məlumat təqdim edib
Bu gün, 10:12
"Elm və təhsil nazirliyi imtahan keçirə bilmir" - İTTİHAM VAR...
Bu gün, 10:05
Hacı Əliyevə Azərbaycan Güləş Federasiyasında vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 10:02
Şəhid polkovnikin oğluna leytenant rütbəsi verildi - AÇIQLAMA
Bu gün, 10:00
Ermənistanda daha bir arxiyepiskopun iqamətgahında axtarış aparılıb - “Sputnik Ermənistan”
Bu gün, 09:57
Fazil Mustafa RUS İŞĞALINI TƏRƏNNÜM ETDİ... - "1828-ci ildə buradan qopmasaydıq..."
Bu gün, 09:47
`Capago Azərbaycan` viza mərkəzində PULQOPARMA ÜSULU... - "Ayıb deyilmi?!."
Bu gün, 09:39
NBA-nın pos terminalında ÖDƏNİŞ PROBLEMİ - Bank da yaxasını kənara çəkir...
Bu gün, 09:31
Bunların QIZIL ZƏMANƏTi də QƏLPDİR! - FAKT BUDUR...
Bu gün, 09:24
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru