Serjik Azərbaycana qayıdır? .....                     İrana görə daha bir ölkə çətin vəziyyətdə .....                     Astarada sel və daşqından mübarizə tədbirlərinə 2 milyon xərclənəcək .....                     Azərbaycanda bu şəxslərə ömürlük azadlıqdan məhrumetmə cəzası verilə bilməz .....                     Elmi-tədqiqat üçün Qazaxıstandan Azərbaycana 10 min diri heyvan gətirilib .....                     Dövlət Aqrar Universiteti 240 min manatı nəyə xərcləyəcək? .....                     Paşinyan kilsəni xaricdə də rahat qoymayacaq .....                     "Yeni Klinika"ya direktor təyin olundu .....                     Buralarda NƏ İŞLƏR ÇEVRİLİR... .....                     Azərbaycanda daha bir məktəbdə BIŞAQLANMA .....                     Araz qırağının əcəb ZİBİLGAHI VAR... .....                     Azərbaycan neftinin qiyməti 113 dolları keçib .....                     “Əməkhaqqı artmadığı halda necə olur xidmət qiymətləri 3 dəfə artır?!” .....                     Mehdiyevin 32 hektarlıq bağı əlindən alındı: Fermalar, bağlar və… .....                     “Putinin “üçbaşlı müharibə koalisiyası” Azərbaycanla münaqişəyə səbəb ola bilər” .....                     Bakıda qayınatasının çənəsini sındıran şəxsə hökm oxundu .....                     Qarabağda MÜHARİBƏ istəyən ölkə .....                     Nazirdən ANONS: minlərlə ailəyə verilən məbləğ artacaq? .....                     Əhalinin ərzaq xərcləri 55%-ə çatdı: Bahalaşmanın səbəbi... .....                     "Pozuntu edənlər niyə “qəfəsdə” olmurlar bəs?!" .....                     Azər Məmmədov yeni gələndə ümid edən işçilər... .....                     Sahib Məmmədov niyə 'obyektini' mədəni naşılara həvalə edib? .....                     Xaçmazda təhsil sistemi bəlkə bundan sonra... .....                     Xəstəxana direktorlarının “kütləvi qırğını” niyə başladı? .....                     ABŞ 38 ildən sonra ilk dəfə dəniz topundan istifadə edib .....                     Azərbaycanda çörək bahalaşacaq? .....                     Bir qurumda bu qədər adamın işləməsinə ehtiyac yoxdur, İXTİSARLAR OLMALIDIR .....                     Kritik mərhələ: Avropa Ermənistanda kimi və nəyi qoruyacaq? .....                     Yerində sayan sektor: milyonları niyə itiririk? .....                     "İctimai şuralar həmin o rəsmi qurumların sözünü deyir..." .....                     Qaradağ Rayon İcra Hakimiyyətinin struktur bölməsinin külli miqdarda vergi borcu üzə çıxdı .....                     "Verilişə gələrkən maşını vurdum..." .....                     TƏBİB-in TƏCİLİ olmayan yardımı... .....                     Niyazi Bayramovun korrupsiya ortaqları .....                     Bankların faiz gəlirləri niyə rekord həddə çatıb? .....                     Təzə başçı gələndə camaat düşündü ki... .....                     Pensiyalarla bağlı vacib xəbər .....                     Statistika Komitəsinin tabeli qurumu icarə müqaviləsi bağlamadan fəaliyyət göstərir .....                     Vüsal Xanlarovun rəhbəri olduğu qurumda pozuntular: .....                     Bu gün BMT canlı meyitdir .....                 

Rəqsanənin azadlığa çıxma haqqı açıqlandı: 1 milyon 150 min manat ... - TƏFƏRRÜAT
Tarix: 26-08-2025, 16:49 | Çap et

Xüsusilə külli miqdarda dələduzluqdan ittiham olunan müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşı Fazil Əmiraslanov da istintaq cəlb olunub.

“Yeni Sabah” xəbər verir ki, Fazil Əmiraslanova qarşı həyat yoldaşı ilə əlbir olub xüsusilə külli miqdarda dələduzluğa qol qoyması ittihamı irəli sürülüb. Məhkəmə Fazil Əmiraslanovun barəsində həbs qəti imkan tədbiri seçməkdən vaz keçib, barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri tətbiq olunub. Məhkəmə bu qərarını Əmiaslanovun himayəsində azyaşlı övladının olması, azyaşlıların digər valideyninin həbsdə olması ilə əsaslandırıb.

Yayılan məlumata görə Rəqsanə İsmayılova Sabunçu rayonunda polis əməkdaşları tərəfindən saxlanıb. Şikayətçi vətəndaşlar 1979-cu il təvəllüdlü Rəqsanə İsmayıl qızı İsmayılovanın ümumilikdə 35 min manat dəyərində qızıl-zinət əşyalarını və 520 min ABŞ dolları məbləğində pulu dələduzluqla ələ keçirməkdə suçlayıblar. Sezar pizza

Şikayətlə bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 178-ci - xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq etmə maddəsi ilə cinayət işi başlanıb. Rəqsanə İsmayılova barəsində istintaq müddətində 4 aylıq həbs qəti imkan tədbiri seçilib.

Hazırda sosial şəbəkələrdə müğənninin həbsi, azadlığa çıxması ilə bağlı qızğın müzakirələr gedir. Rəqsanə İsmayılovanın qısa müddət sonra azadlığa çıxacağını deyənlərlə yanaşı onun və həyat yoldaşının uzun müddətli həbsə məhkum ediləcəklərini iddia edənlər də az deyil. Hətta müğənninin 12 ildən yuxarı “srok” alacağına israr edənlər də az deyil.

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov Musavat.com-a deyib ki, Azərbaycan Cinayət Məcəlləsində nəzərdə tutulmuş hüquqi mexanizmlərdən biri də budur ki, dələduzluq və digər maliyyə xarakterli cinayətlərdə ziyanın ödənilməsi müəyyən hallarda cinayət məsuliyyətinin yüngülləşdirilməsinə və hətta cinayət təqibinə xitam verilməsinə səbəb ola bilər. Belə hallara General Mövlam Şıxəliyevin vəkili Elçin Qəmbərovun işi nümunə göstərilə bilər. O zaman Elçin Qəmbərov Mövlam Şıxəliyevin oğlundan 300 min dollar - 510 min manat alıb atasını istintaq dövründə azad ediləcəyi vədini vermişdi. Sonradan isə vədə əməl etməmiş, pulu da qaytarmamışdı. Buna görə də Elçin Qəmbərova dələduzluqla ələ keçirmə ilə bağlı ittiham irəli sürülmüş, həbs edilmişdi. Cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılarkən Mövlam Şıxəliyevin oğlu məhkəyə ərizə təqdim edib vurulmuş ziyanın ödənildiyini, bunun müqabilində vəkillə barışdıqlarını, ondan şikayətçi olmamasını açıqladı. Vəkilin yaxınları isə Şıxəliyevlərə vurulmuş ziyanın 25 faizini dövlət büdcəsinə köçürdülər. Bu, qanunda nəzərdə tutulan qaydadır. Bundan sonra vəkil barəsində cinayət təqibi dayandırıldı, məhkəmə zalından azad olundu. Rəqsanə İsmayılovanın işi ilə paralel aparsaq, qarşıda oxşar hüquqi mexanizmlərin tətbiqi mümkündür. Şikayətçilərin iddiasına görə, müğənninin ümumilikdə 35 min manatlıq qızıl-zinət əşyaları və 520 min ABŞ dolları pul mənimsənilib. Təıxminən 850-900 min manat vəsaitin ələ keçirilməsi iddiası var. Qanunvericiliyə görə, əgər həmin ziyanın 25 faizi dövlət nəfinə və vurulmnuş ziyan məbləği tam olaraq zərərçəkənə ödənilərsə, istintaq orqanları və məhkəmə bu faktı nəzərə alaraq cinayət təqibinin yüngülləşdirilməsi və ya dayandırılması barədə qərar qəbul edə bilər. Rəqsanə İsmayılovanın təxminən 1 milyon 150 min manat zərər və rüsum ödəməsi müqabilində azadlığa çıxması mümkündür”.

Natiq Ələsgərov deyib ki, burada mühüm məqam istintaqın tam, obyektiv və hüquqa uyğun aparılmasıdır: “Hər hansı şəxsin ödəmə ilə məsuliyyətdən yayınması, sübutların tam toplanmaması hüquqi baxımdan qəbul edilə bilməz. Eyni zamanda, sosial şəbəkələrdə dolaşan iddialar və proqnozlar hüquqi prosesə təsir göstərə bilməz. Yalnız məhkəmənin verdiyi qərar hüquqi nəticədir. Rəqsanə İsmayılovanın işi perspektivində də hüquq sistemi eyni prinsiplərlə işləyəcək. Əgər mənimsənilmiş pul və əşyaların bir hissəsi qaytarılarsa, bu, istintaq və məhkəmə tərəfindən yüngülləşdirici amil kimi qiymətləndirilə bilər. Lakin azadlığa çıxmaq və ya cinayət təqibinə xitam verilməsi yalnız məhkəmənin səlahiyyətindədir və ziyan ödənildiyi halda belə, prosedur qaydalarına riayət olunmalıdır”.

Natiq Ələsgərov Rəqsanə İsmayılovanın vurulmuş ziyanı ödəmədiyi halda qarşılaşa biləcəyi cəza ilə bağlı da fikirlərini açıqlayıb:

“Azərbaycan Cinayət Məcəlləsinin 178-ci maddəsi üzrə xüsusilə külli miqdarda dələduzluq ağır cinayətdir və qanunda 7 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə sanksiyası nəzərdə tutulur. Rəqsanə İsmayılovanın barəsində irəli sürülən ittihamda şikayətçilərin iddiasına görə 520 min ABŞ dolları və 35 min manatlıq qızıl-zinət əşyası mənimsənilib. Hüquqi praktikada vurulmuş ziyanın ödənilməsi məhkəməyə yüngülləşdirici amil kimi təqdim edilə bilər. Ancaq ödəniş edilməsə maksimum həbs sanksiyası tətbiq oluna bilər. Belə hallarda məhkəmə yüngülləşdirici amillərdən istifadə etməyəcək və qanunvericilikdə nəzərdə tutulmuş maksimum müddət 12 il azadlıqdan məhrum etmə tətbiq oluna bilər. Rəqsanə İsmayılova ziyanı ödəməsə, onu uzunmüddətli həbs cəzası gözləyir. Hüquqi praktika göstərir ki, bu halda maksimum cəza tətbiq olunması mümkündür”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Serjik Azərbaycana qayıdır?
Bu gün, 11:06
İrana görə daha bir ölkə çətin vəziyyətdə – Yarım milyard dollar bloklandı
Bu gün, 11:00
Astarada sel və daşqından mübarizə tədbirlərinə 2 milyon xərclənəcək
Bu gün, 10:55
Azərbaycanda bu şəxslərə ömürlük azadlıqdan məhrumetmə cəzası verilə bilməz - Hakim
Bu gün, 10:53
Elmi-tədqiqat üçün Qazaxıstandan Azərbaycana 10 min diri heyvan gətirilib
Bu gün, 10:46
Dövlət Aqrar Universiteti 240 min manatı nəyə xərcləyəcək?
Bu gün, 10:44
Paşinyan kilsəni xaricdə də rahat qoymayacaq - KİV
Bu gün, 10:40
"Yeni Klinika"ya direktor təyin olundu - ƏMR
Bu gün, 10:36
Buralarda NƏ İŞLƏR ÇEVRİLİR... - BİR BİLƏN OLSA...
Bu gün, 10:28
Azərbaycanda daha bir məktəbdə BIŞAQLANMA - TƏFƏRRÜAT
Bu gün, 10:17
Araz qırağının əcəb ZİBİLGAHI VAR... - BU NƏDİ BELƏ?
Bu gün, 10:13
Azərbaycan neftinin qiyməti 113 dolları keçib
Bu gün, 09:50
“Əməkhaqqı artmadığı halda necə olur xidmət qiymətləri 3 dəfə artır?!” - ETİRAZ
Bu gün, 09:45
Mehdiyevin 32 hektarlıq bağı əlindən alındı: Fermalar, bağlar və… - İDDİA
Bu gün, 09:39
“Putinin “üçbaşlı müharibə koalisiyası” Azərbaycanla münaqişəyə səbəb ola bilər” -erməni politoloq
Bu gün, 09:33
Bakıda qayınatasının çənəsini sındıran şəxsə hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 08:34
Qarabağda MÜHARİBƏ istəyən ölkə - ŞOK iddia
Bu gün, 08:11
Nazirdən ANONS: minlərlə ailəyə verilən məbləğ artacaq? – Türkiyə modeli…
Bu gün, 08:09
Əhalinin ərzaq xərcləri 55%-ə çatdı: Bahalaşmanın səbəbi... - GƏLİŞMƏ
Bu gün, 08:07
"Pozuntu edənlər niyə “qəfəsdə” olmurlar bəs?!" - ETİRAZ
Bu gün, 08:04
Azər Məmmədov yeni gələndə ümid edən işçilər... - İNDİ PEŞMANDIR...
Bu gün, 07:46
Sahib Məmmədov niyə 'obyektini' mədəni naşılara həvalə edib? - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 07:27
Xaçmazda təhsil sistemi bəlkə bundan sonra... - ŞƏRH
Bu gün, 07:20
Xəstəxana direktorlarının “kütləvi qırğını” niyə başladı? - Əslində, TƏBİB-də nə baş verir…
Bu gün, 07:16
ABŞ 38 ildən sonra ilk dəfə dəniz topundan istifadə edib - "The War Zone"
Bu gün, 07:10
Azərbaycanda çörək bahalaşacaq? – İqtisadçı izah edir
Bu gün, 07:05
Bir qurumda bu qədər adamın işləməsinə ehtiyac yoxdur, İXTİSARLAR OLMALIDIR - ONA GÖRƏ DƏ...
Bu gün, 06:58
Kritik mərhələ: Avropa Ermənistanda kimi və nəyi qoruyacaq? - Görünəni odur ki...
Bu gün, 06:55
Yerində sayan sektor: milyonları niyə itiririk? - AKTUAL
Bu gün, 06:52
"İctimai şuralar həmin o rəsmi qurumların sözünü deyir..." - FAKT BUDUR!
Bu gün, 06:50
Qaradağ Rayon İcra Hakimiyyətinin struktur bölməsinin külli miqdarda vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 06:48
"Verilişə gələrkən maşını vurdum..."
Bu gün, 06:45
TƏBİB-in TƏCİLİ olmayan yardımı... - "Ümid edək ki..."
Bu gün, 06:34
Niyazi Bayramovun korrupsiya ortaqları - SİYAHI
Bu gün, 06:28
Bankların faiz gəlirləri niyə rekord həddə çatıb? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:25
Təzə başçı gələndə camaat düşündü ki... - FOTO
Bu gün, 06:24
Pensiyalarla bağlı vacib xəbər – İlin sonunda…
Bu gün, 06:19
Statistika Komitəsinin tabeli qurumu icarə müqaviləsi bağlamadan fəaliyyət göstərir - Palata
Dünən, 18:06
Vüsal Xanlarovun rəhbəri olduğu qurumda pozuntular: - 400 ədəd arabaya 135 mindən artıq vəsait xərcləndi
Dünən, 18:02
Bu gün BMT canlı meyitdir - Natiq Miri
Dünən, 17:55
Son 3 ayda 144 min əcnəbi quru yolla Azərbaycana daxil olub – Rəsmi
Dünən, 17:49
Deputat oğlunun “Crystal Group”u dövlət büdcəsini necə "idarə edir"? - İmtiyazlı podratçı...
Dünən, 17:42
Azay Quliyev də İŞLƏRİ DÜZ APARMAYIB... - DETALLAR
Dünən, 17:31
Ermənilərin Xocalıdakı cinayətlərinə etirazını bildirən rusiyalı yazıçı Yuri Pompeyev vəfat edib
Dünən, 17:28
Şuşa rayon Mərkəzi Xəstəxanasının tikintisində sovrulan milyonlar... - Qarabağın bərpasına da HARAM QATIBLAR
Dünən, 17:24
Dövlət Statistika Komitəsinin anbarında 4.7 milyon manatlıq istifadəsiz planşet aşkarlandı - DÖVLƏTİ SANKİ QARƏT EDİBLƏR...
Dünən, 17:23
Siraqəddin Cabbarov onu işdən çıxardı - ƏMR
Dünən, 17:20
Dövlət Agentliyi "Kontakt Home"da qanun pozuntuları aşkarlayıb - DETALLAR
Dünən, 17:11
Gənclər və İdman Nazirliyində 32 milyonluq yoxlama - Kimlərə artıq pullar ödənilib?
Dünən, 17:10
Böyük Britaniya şirkətinin Azərbaycandakı filialı bağlanır
Dünən, 17:06
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru