Əli Əsədov benzinin qiyməti ilə bağlı .....                     Karapetyanın partiyasının üzvləri saxlanıldı .....                     Çexiya Azərbaycana yeni hərbi təlim təyyarəsini təklif edib .....                     Naxçıvanda taksi narazılığı: Bu avtomobillərə qadağa qoyuldu .....                     İran bəyanat verdi: .....                     Rusiya Avropa strukturlarının nümayəndələrinə qarşı sanksiyalar tətbiq edib .....                     “İpək Yolu Sığorta” kiçilib, gəlirləri azalıb .....                     Sankt-Peterburqda Putin və Əraqçi arasında görüş keçirilir .....                     Çimərlikdəki qətlin məhkəməsi .....                     70 kq qızılla tutulan polkovnikə .....                     Paşinyanın sərhədlə bağlı açıqlamasına Bakıdan REAKSİYA: .....                     Deputatın qızlara pulsuz təhsil təklifinə REAKSİYA: .....                     "Pünhan kişidir, rəftar fərqli olmalıdır" .....                     Məzahir Pənahov yenidən MSK sədri seçilib .....                     Xocalı sakinləri işsizlik və həyətyanı sahə problemi ilə üzləşirlər... .....                     ABŞ-nin İranla bağlı strategiyası naməlumdur .....                     MSK-nın heç bir funksiyası yoxdur .....                     “Bank Avrasiya”nın maliyyə vəziyyəti ürəkaçan deyil .....                     “Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov istefaya göndərilib .....                     Turan Topalova tutduğu vəzifədən ayrıldı .....                     Ermənistanda Rusiya lehinə olan kanallar silindi .....                     Cəlilov da BELƏ YEYİR: Hər kilometrə 200 MİN MANAT... .....                     Bank of Baku 27 qəpik borcu 2 manata necə çevirib? .....                     SAVAŞDAN ÇIXANA “XOX GƏLİRLƏR”: “Telefonumuza cavab verməsəniz, qohumlarınıza zəng edəcəyik” .....                     Avropa İttifaqının Gürcüstandakı səfiri XİN-ə çağırılıb .....                     Paşinyanın korteji hamilə qadını belə vurub .....                     Elgiz və Xoşqədəm yeni layihə ilə .....                     Xəyal Rza qəzaya düşdü .....                     Bu temp Anar Rzayevi HƏBSƏ GÖTÜRƏ BİLƏR... .....                     Cavid Nəbiyevin şirkətləri borc içində: Siyahıda "Anadolu Efes" də var .....                     “Görünür, Kremldə də çox istəyirlər ki, Zelenski ilə Bakıda hansısa görüş keçirilsin, amma...” .....                     Aqil Abbasdan “Ağdam Bus” kartlarının buraxılmasına münasibət: .....                     Marukyan Azərbaycanı məhkəməyə vermək istəyir .....                     Körpələrin yeməyinə tamah salan BÖYÜKLƏR... .....                     Maliyyə icarəsi verənlərin reyestri ilə bağlı dövlət rüsumu müəyyənləşir .....                     Gürcüstanla sərhədin delimitasiyasının başa çatdırılması barədə razılıq əldə etmişik .....                     Bakıda FACİƏ: pəncərəni silən qız binadan yıxılıb ÖLDÜ .....                     Bu şəxslər MSK-nın yeni tərkibində yer almadı .....                     “Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? .....                     “Səfərbərlik kimi məsuliyyətli proseslərdə qanun pozuntusuna yol vermək olmaz” .....                 

Eldar Mahmudovun hər yerdə adamı var imiş: Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunda belə... - İTTİHAM VAR
Tarix: 17-11-2015, 09:09 | Çap et
Eldar Mahmudovun hər yerdə adamı var imiş: Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunda belə...
Prezident cənab İlham Əliyevin sahibkarlara qayğı və diqqət göstərilməsi, onların əsassız yoxlanılmasına son verilməsi barədə göstəriş və sərancamı nəinki sahibkarların, hətta bütün insanların ürəyincədir. Məlum olduğu kimi, istər kiçik, istərsə də böyük sahibkarlıq subyektləri yeni iş yerlərinin yaradılmasında mühüm rol oynayırlar. Məhz bu səbəbdən cənab prezident sahibkarlığın inkişaf etdirilməsini vacib faktor kimi ortaya qoymuşdur.
Ancaq çox təəssüf ki, yerlərdə prezidentin sərəncamına biganə yanaşan kiçik “padşah”lar da yox deyil. Kabinetini vətən, çevrəsini isə xalq sayan belə “padşah”lar hər fürsətdə çalışırlar ki, xalqın və dövlətin deyil, öz mənafelərini ön plana çəksinlər. Nəticədə isə, zərbə sadə insanlara, o cümlədən sahibkarlara, sonda dövlətimizin iqtisadi qüdrətinə dəyir.

Qaçqın və köçkün mənafeyinə bürünən fond rəhbəri...

Bildiyimiz kimi, məcburi köçkün və qaçqınlar arasında da sahibkarlıq fəaliyyəti ilə məşğul olan insanlar var. Yurdunu, ev-eşiyini itirmiş belə insanların, bəlkə də bu işlərə daha çox haqqı var. Elə ona görə də ulu öndər Heydər Əliyev məcburi köçkünlərin mənzil və iş şəraitinin yaxşılaşdırılması məqsədi ilə Nazirlər Kabineti yanında “Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu”nun yaradılması haqqında hələ 1999-cu ildə sərəncam imzalayıb. Bu fond ayrı-ayrı podratçı təşkilatlarla işləyərək, qaçqınlar üçün yataqxanaların təmiri, onlara məişət avadanlıqlarının alınması, yol çəkilişi və s. işləri yerinə yetirirlər. Belə podratçı təşkilatlardan biri də 2012-ci ilə qədər Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu ilə sıx əməkdaşlıq etmiş Kəlbəcər köçkünü, “Sakit” MMC-nin rəhbəri Rəhman Zülfüqarovdur. Bəs niyə məhz 2012-ci ilə qədər? «…Çünki 2012-ci ildən bu fonda “Burda mənəm, Bağdadda kor Xəlifə” prinsipi ilə işləyən Fərhad Təhməzov rəhbərlik etməyə başlayıb. Elə o vaxtdan da bir köçkün sahibkar olaraq mən Rəhman Zülfüqarovun qara günləri başlayıbВ», deyə cənab Prezidentdən kömək istəyən şikayətçi yana-yana danışır…

В«Fərhad Təhməzov Eldar Mahmudovun ən yaxın adamlarından idi…»

…Elə В«TəzadlarВ» vasitəsilə ölkə prezidenti cənab İlham Əliyevə, Baş prokuror cənab Zakir Qaralova və milli təhlükəsizlik nazirinin birinci müavini Mədət Quliyevə etdiyi müraciətdə Rəhman Zülfüqarov rastlaşdığı korrupsiya faktlarından söhbət açır. Şikayətçinin rəsmi məktubundan və В«TəzadlarВ»a geniş müsahibəsindən bəlli olur ki, Fondun sədri Fərhad Təhməzovu “Sakit” MMC-nin rəhbəri Rəhman Zülfüqarovun düz işləməsi, hər qəpiyinin qədrinin bilməsi, verilən tapşırıqları vicdanla və keyfiyyətlə yerinə yetirməsi təbii ki, qane etmirdi. Məhz bu səbəbdən fondun sədri təyin olunan kimi, R.Zülfüqarov bütün layihələrdən kənarda qalır. Axı F.Təhməzova biri beşə çevirə bilən MMC rəhbərləri lazım idi ki, qaz vurub, qazan doldura bilsinlər. Qaçqınlar yaşayan yataqxanaların misal üçün, bir manatlıq təmiri beş manat olmalı, məişət avadanlıqları isə birə beş qiymətə sənədləşdirilməli idi. Buna görə də R.Zülfüqarov kimi qanuna riayət edənlər, dövlətin pulunu göz bəbəyi kimi qoruyanlar F.Təhməzova lazım deyildi. Dəfələrlə R. Zülfüqarov bu fondda baş verən korrupsiya faktları barədə aidiyyəti təşkilatlara məktublar göndərib. Nəhayət, R. Zülfüqarov qərara gəlib ki, bu fondda baş verən neqativ hallar barədə dövlət başçısına və aidiyyəti güc strukturlarına qəzetimiz vasitəsi ilə müraciət etsin. Biz də Kəlbəcərdən məcburi köçkün olan və Goranboy rayonu, Veysli kəndi ərazisində salınmış Yeni qəsəbə, ev 37-də məskunlaşmış, 18 ildir YAP-ın fəal üzvi olan Rəhman Lətif oğlu Zülfüqarovun müraciətini olduğu kimi təqdim edirik:
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə!
Respublikanın baş prokuroru cənab Z.Qaralova!
Milli təhlükəsizlik nazirinin birinci müavini cənab M.Quliyevə!
Surəti: “Təzadlar” qəzeti redaksiyasına!
Hörmətli cənab Prezident!
Nəzərinizə çatdırıram ki, mən 18 ildir ki, YAP-ın üzvüyəm. Hələ Siz Neft Şirkətinin vitse-prezidenti işləyəndə mən “İlhamçı” gənclər təşkilatını yaratmışdım. 1999-2001-ci illərdə bu təşkilatla apardığım təbliğat və təşviqat işləri nəticəsində nəinki öz qohum-əqrabamı, həmçinin onlarla gəncin YAP-ın sıralarına daxil olmasını təmin etmişəm. Öz vəsaitim hesabına Goranboyda idman kompleksi tikdirmişdim ki, orada “İlhamçı” gənclər təşkilatı vasitəsi ilə futbol və digər idman yarışları təşkil edək. Bu da gənclərin YAP-a üzv olmasına stimul olurdu. Mən həmişə ulu öndər Heydər Əliyevin gənclərə göstərdiyi qayğıdan ruhlanmış və gənclərin dövlət quruculuğunda iştirakı və vətənpərvərlik ruhunda böyüməsində böyük səylə çalışmışam. Ulu öndərin məcburi köçkün və qaçqınlara göstərdiyi diqqət və qayğı həmişə bizlərin ürəyindən olub və bizlərin doğma yurda qayıdacağına böyük inam yaradıb.
Hörmətli cənab Prezident!
Siz ulu öndərin layiqli varisi kimi həmişə biz qaçqın və köçkünləri diqqətdə saxlamısınız. Hətta onların mənzil və iş şəraitinin yaxşılaşdırılması üçün Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu adlı qrumun yaranması üçün sərəncam vermisiniz ki, bu da biz məcburi köçkünlərə göstərilən qayğıdır. Elə bundan ruhlanaraq mən də, sahibklarlıq fəaliyyəti ilə məşğul olub, öz məcburi köçkün soydaşlarıma fayda vermək məqsədi ilə “Sakit” MMC-ni yaratdım. Bu MMC ilə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun elan etdiyi tenderlərdə iştirak edərək, bir çox tikinti və təmir işlərini yerinə yetirmişəm. Bu MMC-də ən azından 20-30 məcburi köçkün ailəsinə çörək pulu qazanırdı. Lakin 2012-ci ildə fondun sədri Ayaz Orucov dəyişildi və onun yerinə Fərhad Təhməzov təyin edildi. F.Təhməzovun gəlişi ilə bu sahədə xeyli təcrübəsi olan MMC-lər layihələrdən kənarda qaldı. Maraqlısı bir də odur ki, hər hansı layihəni yerinə yetirmək üçün aşağı qiymətlə iş görə biləcək MMC-lər yox, əksinə, daha çox şişirdilmiş qiymətlərlə iş təklif edən MMC-lər tenderin qalibi olurdular. Bütün bunlar isə təbii ki, F.Təhməzovun sayəsində baş verirdi. Çünki özünə yaxın olan MMC rəhbərləri ilə korrupsiyaya yol verərək, dövlətin pullarını mənimsəyirdilər. Məsələn, köçkünlər üçün Bakıda, Sumqayıtda, Mingəçevirdə, Gəncədə təmir olunan yataqxanaların qiymətləri 4-5 dəfə artıq şişirdilirdi.

В«Fərhad Təhməzov elə bild bu fonda qaçqın və məcburi köçkünlərin pullarını mənimsəmək üçün gəlibВ»

Əgər lazımi komissiya təşkil edilərsə, həmin komissiya üzvlərinə mən konkret sənədlər və faktlarla bunarı sübut etməyə həmişə hazıram. Çünki bu işlərdə iştirakım olub, şahidəm.
Hörmətli cənab Prezident!
F.Təhməzovun korrupsiya əməllərinin sayı ölçüyə gəlməzdir. Bu insan, sanki fonda qaçqın və məcburi köçkünlərin pullarını mənimsəmək üçün gəlib. Təmir olunmuş yataqxanalarda məcburi köçkünlər üçün alınan televizorlar, soyuducular və digər məişət avadanlıqları öz qiymətlərindən 3-4 dəfə artıq qiymətə sənədləşdirilib. Bunları da istənilən yerdə sübut etməyə hazıram və sənədləri təqdim edə bilərəm… Bu yeyinti hallarını təbii ki, F.Təhməzov tenderdə həmişə qalib elan etdirdiyi özünə yaxın 5-6 MMC vasitəsi ilə həyata keçirir. O, təzə işə başlayanda mən də daxil olmaqla bütün MMC rəhbərlərini yığıb bildirdi ki, kim son il ərzində 30 min manatlıq iş görməsi haqqında sənəd ortaya qoysa, onunla işlərimizi davam etdirəcəyik. Mən isə son ildə 85 min manatlıq işlərin görülməsi barədə sənədləri F.Təhməzova təqdim etdim. Lakin buna baxmayaraq, layihələrdən kənarda qaldım. Tenderdə isə heç bir manatlıq iş görməyən və heç kəs tərəfindən tanınmayan, yalnız adı olub özü olmayan, F.Təhməzovun öz yaxınlarına aid MMC-lər qalib elan olunurdu. Onların da işləri necə gördüyü barədə artıq yuxarıda məlumat verdim. Əlavə olaraq onu da qeyd edim ki, Baş Prokurorluq tərəfindən yaradılacaq komissiya qoy araşdırsın ki, görək F.Təhməzova yaxın olan bu MMC rəhbərləri 3 aydan bir bahalı “CİP” maşınlarını hansı pullarla alaraq, dəyişirlər?
Hörmətli cənab Prezident!
Siz vətəndaşlara həmişə qayğı göstərərək göstəriş vermisiniz ki, hər bir məmur xalqa xidmət etməlidir. Amma çox təəssüf ki, F.Təhməzov kimi məmur xalqa yox, öz cibinə xidmət edir. Yəni qəsdən məcburi köçkünləri prezidentdən və dövlətdən narazı salmağa çalışır. Ancaq bütün məcburi köçkünlər F.Təhməzovun kimə və nəyə qulluq etdiyini yaxşı bilirlər. Ona görə özləri də etiraf edirlər ki, F.Təhməzov kimilər köçkünlərlə prezidentin arasına girə bilməz. Necə deyərlər, ətlə dırnağın arasına girən iylənib çıxar. Ancaq F.Təhməzovun əməlləri təkcə köçkünlərə qarşı olmayıb, o, həm də dövlətə və prezidentə qarşı fəaliyyət göstərib.
Hörmətli cənab Prezident!
Bunları deməkdə mənim əlimdə əsasım var. Bildiyimiz kimi MTN-nin sabiq naziri Eldar Mahmudov dövlətə qarşı çıxdığına görə, sahibkarların başına min bir oyun açdığı üçün Sizin qətiyyətiniz sayəsində işindən kənarlaşdırıldı. Hazırda da məlum olduğu kimi Eldar Mahmudova bağlı olan insanların çoxsaylı cinayət işlərinin üstü açılmaqdadır. Məlumat üçün bildirirəm ki, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun sədri Fərhad Təhməzov da Eldar Mahmudova yaxın olan məmurlardan biri olub. F.Təhməzovun əsas fəaliyyəti Eldar Mahmudovun yanına gələn qonaqların müxtəlif bahalı otellərdə yerləşdirməsi olub. Yaxın ətrafın hamısına məlum idi ki, F.Təhməzov MTN-lə işləyir və Eldar Mahmudova yaxın adamların sırasındadır. Sübut üçün F.Təhməzovun Cəbrayıl rayonundan məcburi köçkün olan tələbə yoldaşını (adını lazımı yerdə açıqlayacağam), Aqrar Tikinti İdarəsində işləyən dostlarını dəvət edib sorğu-sual etsələr, hər şey aydın olacaq. Dostları dəfələrlə bildiriblər ki, F.Təhməzov E.Mahmudovun ən yaxın adamıdır və onunla ehtiyatlı olmaq lazımdır. Hazırda MTN-də Eldar Mahmudova dəstək verib, dövlətin əleyhinə iş görən və sahibkarların başına min bir oyun açan insanların bir-bir ifşa edilməsi prosesi gedir. Amma MTN-dən kənarda E.Mahmudovla iş birliyi quran F.Təhməzov kimi insanların bəziləri hələ ki, diqqətdən kənarda qalıb. İnanırıq ki, gec-tez növbə ona da çatacaq və məcburi köçkünlərin ah-naləsi yerdə qalmayacaq. Çünki onların adına yazılan avadanlıqların qiymətlərini birə beş qiymətə şişirdərək yığdığı pullarla şox böyük sərvət sahibi olub. Özünə məxsus marşrut avtobusları var ki, onu qaynı idarə edir. Çoxsaylı maşınları, bir neçə obyektləri, tikinti üzrə MMC-ləri və s. necə əldə edib?
Hörmətli cənab Prezident!
Bildiyimiz kimi Əmək Məcəlləsinin 78-ci maddəsində göstərilir ki, bir iş yeri ixtisara düşərsə, bu zaman işçinin şəhid ailəsi olması, uşaqlarının orta məktəbdə təhsil alması, məcburi köçkün və qaçqın statusu daşıması əsas verir ki, həmin işçi ixtisara düşməsin, yaxud başqa iş təklif olunsun. F.Təhməzov əmək məcəlləsinin bu bəndini də bir çox qanunlar kimi ayaq altına salaraq tapdayıb. Çünki mən həm məcburi köçkünəm, həm də övladlarım orta məktəb şagirdləridirlər. F.Təhməzovun hikkəsinin qurbanı olduğumdan, neçə illərdir ailə və uşaqlarıma çörək pulu qazana bilmirəm. Bu isə mənə ağır dərd verir və artıq xəstəlik tapmışam.
Hörmətli cənab Prezident!
İnanıram ki, mənim göstərdiyim bu faktlar diqqətinizə səbəb olacaq və araşdırılması üçün Baş Prokurorluğa və Milli Təhlükəsizlik Nazirliyinə aidiyyəti komissiyanın yaradılması üçün müvafiq göstəriş verəcəksiniz. Komissiyanın işinə isə hərtərəfli kömək etməyə və bu müraciətdə F.Təhməzov barədə göstərə bilmədiklərimi də sənədlər və sübutlar əsasında təqdim etməyə hazıram.
Əvvəlcədən Sizə dərin təşəkkürümü bildirirəm!

Fərhad Təhməzov В«TəzadlarВ»ın sorğusuna cavab vermək əvəzinə…

Qarşı tərəfin mövqeyini öyrənmək, bizə təqdim olunmuş sənədlərə aydınlıq gətirmək üçün Fərhad Təhməzovla bir həftədir əlaqə saxlayırıq… Onun mobil telefonuna 3 gün ərzində mütəmadi olaraq zəng etdik, lakin telefonu açmadı. Eyni zamanda F.Təhməzovun 012 431 82 11 nömrəli iş telefonuna da zəng etdik. Katibə Səbinə xanım hər dəfə bildirdi ki, F.Təhməzov rayondadır, gələndə əlaqə saxlayacaq. Sonradan öyrəndik ki, Təhməzov Bakıdadır… Yazı çapa gedən anda bir daha Səbinə xanıma zəng etdik. O, bizi F.Təhməzovun köməkçisi Azər Salmanovla calaşdırdı. Şikayətin mahiyyətini dinləyən A.Salmanov bildirdi ki, həqiqətən də şikayətdə və mütləq məsələni F.Təhməzova çatdırıb, münasibət öyrənəcək, bizə deyəcək. Çox təəssüf ki, bizə münasibət bildirmək istəməyən F.Təhməzov adını çəkmək istəmədiyimiz bir neçə dövlət qurumlarına müraciət edərək yazının dərcinin dayandırılmasına təsir göstərməyi xahiş edib. Bizimlə əlaqə saxlayan həmin qurumların hörmətli nümayəndələrinə vəziyyəti izahlayanda ki, bunlar cənab Prezidentin son çıxışlarına dəstəkdir, biz vicdanımızın səsi ilə hərəkət edirik, bizimlə razılaşıblar… Buna baxmayaraq, yenə də əks tərəf kimi F.Təhməzovun mövqeyini dərc etməyə hazırıq.
Şikayətçi Rəhman Zülfüqarovun F.Təhməzovun korrupsiya əməlləri barədə konkret sənədlər və sübutlarla dolu ikinci müraciətini növbəti yazıda təqdim edəcəyik. Müvafiq sənədlər isə Baş Prokurorluqda MTN-lə bağlı yaradılmış komissiyaya göndəriləcək.
(Davamı var)










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Əli Əsədov benzinin qiyməti ilə bağlı QƏRAR VERDİ
Bu gün, 18:15
Karapetyanın partiyasının üzvləri saxlanıldı
Bu gün, 17:27
Çexiya Azərbaycana yeni hərbi təlim təyyarəsini təklif edib
Bu gün, 17:26
Naxçıvanda taksi narazılığı: Bu avtomobillərə qadağa qoyuldu – AYNA-dan CAVAB
Bu gün, 17:20
İran bəyanat verdi: - Müharibə mürəkkəb mərhələyə keçir
Bu gün, 17:18
Rusiya Avropa strukturlarının nümayəndələrinə qarşı sanksiyalar tətbiq edib
Bu gün, 17:15
“İpək Yolu Sığorta” kiçilib, gəlirləri azalıb
Bu gün, 17:13
Sankt-Peterburqda Putin və Əraqçi arasında görüş keçirilir
Bu gün, 17:10
Çimərlikdəki qətlin məhkəməsi – ŞOK İFADƏLƏR
Bu gün, 16:51
70 kq qızılla tutulan polkovnikə - Hökm oxundu
Bu gün, 16:44
Paşinyanın sərhədlə bağlı açıqlamasına Bakıdan REAKSİYA: - “Mübahisəli ərazilər var...”
Bu gün, 16:37
Deputatın qızlara pulsuz təhsil təklifinə REAKSİYA: - “Hansısa tələbənin təhsil haqqını özü ödəsin”
Bu gün, 16:33
"Pünhan kişidir, rəftar fərqli olmalıdır"
Bu gün, 16:30
Məzahir Pənahov yenidən MSK sədri seçilib
Bu gün, 16:29
Xocalı sakinləri işsizlik və həyətyanı sahə problemi ilə üzləşirlər... - NARAZILIQ VAR...
Bu gün, 16:03
ABŞ-nin İranla bağlı strategiyası naməlumdur - Almaniya Kansleri
Bu gün, 15:53
MSK-nın heç bir funksiyası yoxdur - Siyasilərdən REAKSİYA
Bu gün, 15:51
“Bank Avrasiya”nın maliyyə vəziyyəti ürəkaçan deyil – Ümidsiz kreditlərin payı kəskin artıb
Bu gün, 15:48
“Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov istefaya göndərilib
Bu gün, 15:45
Turan Topalova tutduğu vəzifədən ayrıldı - ƏMR
Bu gün, 15:44
Ermənistanda Rusiya lehinə olan kanallar silindi
Bu gün, 15:42
Cəlilov da BELƏ YEYİR: Hər kilometrə 200 MİN MANAT... - AY MAŞALLAH...
Bu gün, 15:34
Bank of Baku 27 qəpik borcu 2 manata necə çevirib? - Mərkəzi Bank vətəndaş şikayətinə belə CAVAB VERDİ
Bu gün, 15:22
SAVAŞDAN ÇIXANA “XOX GƏLİRLƏR”: “Telefonumuza cavab verməsəniz, qohumlarınıza zəng edəcəyik” - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 15:15
Avropa İttifaqının Gürcüstandakı səfiri XİN-ə çağırılıb - KİV
Bu gün, 15:03
Paşinyanın korteji hamilə qadını belə vurub – yeni iddia
Bu gün, 15:02
Elgiz və Xoşqədəm yeni layihə ilə efirə QAYIDIR
Bu gün, 14:39
Xəyal Rza qəzaya düşdü - FOTO
Bu gün, 14:38
Bu temp Anar Rzayevi HƏBSƏ GÖTÜRƏ BİLƏR... - ÇÜNKİ...
Bu gün, 14:33
Cavid Nəbiyevin şirkətləri borc içində: Siyahıda "Anadolu Efes" də var - TƏFƏRRÜAT
Bu gün, 14:25
“Görünür, Kremldə də çox istəyirlər ki, Zelenski ilə Bakıda hansısa görüş keçirilsin, amma...”
Bu gün, 14:08
Aqil Abbasdan “Ağdam Bus” kartlarının buraxılmasına münasibət: -“2-3 min adam üçün nəyə lazımdır?”
Bu gün, 14:06
Marukyan Azərbaycanı məhkəməyə vermək istəyir
Bu gün, 14:02
Körpələrin yeməyinə tamah salan BÖYÜKLƏR... - İTTİHAM VAR...
Bu gün, 13:47
Maliyyə icarəsi verənlərin reyestri ilə bağlı dövlət rüsumu müəyyənləşir - MƏBLƏĞ
Bu gün, 13:42
Gürcüstanla sərhədin delimitasiyasının başa çatdırılması barədə razılıq əldə etmişik - Paşinyan
Bu gün, 13:34
Bakıda FACİƏ: pəncərəni silən qız binadan yıxılıb ÖLDÜ - TƏFƏRRÜAT
Bu gün, 13:31
Bu şəxslər MSK-nın yeni tərkibində yer almadı - SİYAHI
Bu gün, 13:07
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? - Rusiyanın “kölgə tanker”ində İran izi
Bu gün, 13:06
“Səfərbərlik kimi məsuliyyətli proseslərdə qanun pozuntusuna yol vermək olmaz” - deputat
Bu gün, 12:59
Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir - belə deyirlər...
Bu gün, 12:49
Dilarə Kazımova ailə quracağı şəxsə ŞƏRT KƏSDİ - "Məni üç uşağımla..."
Bu gün, 12:39
Azərbaycanda tətbiq edilən ŞOK SİLAH – Daha təhlükəli formada qayıdıb?
Bu gün, 12:35
Distant təhsil günlərində internet güzəşti olacaq? - AKTUAL
Bu gün, 12:30
Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası davam etdiriləcək - Nikol Paşinyan
Bu gün, 12:27
Portağal idxalı: İrandan çox alırıq, Türkiyədən isə ucuz… - SİYAHI
Bu gün, 12:24
Gürcüstanda 55 əcnəbi saxlanıldı - Aralarında Azərbaycan vətəndaşları da var
Bu gün, 12:13
Deputat Aydın Mirzəzadənin sərgüzəştləri - Orxan Saffari yazır...
Bu gün, 12:08
Bu komitəyə yeni sədr seçildi - ƏMR
Bu gün, 12:02
Hakim Elnur Nuriyev bir dələduza niyə HÖKM oxumur? - 165 ailə Mehriban Əliyeva və İnam Kərimova üz tutdu
Bu gün, 11:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru