İrəvana verilən son möhlət .....                     Azərbaycanın da qoşulacağı saziş Trampın gündəmindədir .....                     Ermənistanda ehtiyatda olanlar təlimə çağırıldı .....                     Paşinyan prezidentlə sabitliyin pozulmasını qarşısını alan şəxslərin mükafatlandırılmasını müzakirə edib .....                     GƏNCƏ TƏHSİLİNİN "QARA KASSASI" HAQDA ŞOK FAKTLAR .....                     Xocalı qatili “qəhrəman” elan edildi .....                     “Kapital Bank” səhmdarlarına dividend ödəyəcək .....                     Kremlin Ermənistan planı: Rusiya xüsusi əməliyyata hazırlaşır .....                     Xamenei hara yoxa çıxıb: Tehran hakimiyyətin mümkün keçidinə hazırlaşır? .....                     "Daşnaksütun" rəhbərliyinin nümayəndəsi iki ay müddətinə həbs edilib .....                     Paşinyandan şok açıqlama: .....                     Rusiya üçün tribunal yaradan Avropa Şurası Ermənistana qarşı niyə bu addımı atmır? .....                     İki azərbaycanlı Prezident arasında İSRAİL SÖHBƏTİ... .....                     Müharibənin Azərbaycana ilginc yan təsiri: ərzaq bazarımızda boşluq yaranacaqmı? .....                     Naxçıvanda dövlət işçilərinin İPƏKQURDU BİYARI... .....                     Emin Əmrullayevin döyülən, gənc kadrı həm də büdcə vəsaitlərini talamaqla məşğul imiş… .....                     "Azərbaycan Güneydəki soydaşlarımıza yalnız diplomatik və humanitar yolla dəstək verə bilər...” .....                     Cəlilabadda bu məmur haqqında görün, nə deyirlər... .....                     Köçəryanla Sarkisyanı Bakıya təhvil verməsən... .....                     Lerik sakini illərdir evinə yol tapa bilmir .....                     Binəqədidə özbaşına salınan binələr... .....                     Təki bütün kişilər mənim yoldaşım kimi olsun .....                     Zaur müəllimin yeni planı: Hədəfdə büdcəmizdir... .....                     “Bəzi özəl mərkəzlərdə təhsil haqqı aylıq 7000 manata qədər yüksəlir” .....                     Kəlbəcərdə yük avtomobili aşıb, ölən var .....                     `Azəriqaz`da YENİ DÖNƏM: Hamı AĞA... İnəkləri KİM SAĞA? .....                     Erməni hikkəsi Zəngəzur niyyətini durdura bilməyəcək... .....                     ŞOK! Bakıda dost digər dostunun 2 uşaqlı arvadını qaçırtdı .....                     Novxanıdakı "La Chateau" restoranına getməyin! .....                     İsrail-İran müharibəsi Zəngəzur yolunu aça bilər .....                     Ordun varsa... YURDUN VAR! .....                     ABŞ səfirliyi izahat verməlidir .....                     “İvanovka Süd Məhsulları” şirkəti "ATENA"dan şikayətçidir .....                     160 saylı marşrutun ÖZ QRAFİKİ VAR: İstədiyi vaxt... .....                     Yevlaxda ər 9 uşaq anası olan hamilə arvadını öldürməyə cəhd edib: 11 zərbə endirib .....                     Polkovnik Etibar Məhərrəmov yüksək vəzifəyə təyin olundu .....                     "Karapetyanın sərbəst buraxılması üçün eyni xahişin olacağı mümkündür" .....                     Tehran bundan sonra İrəvana münasibətini Bakının xeyrinə dəyişə bilərmi? .....                     Kasparov Cənubi Sudanda dövlət çevrilişinin hazırlanmasında iştirak edib .....                     Tramp və Netanyahunun İran planı bu idi .....                 

Keçmiş icra başçısı ilə bağlı ŞOK FAKTLAR - Əyalətdə doğulan oliqarxiya...
Tarix: 13-10-2015, 08:27 | Çap et
Keçmiş icra başçısı ilə bağlı ŞOK FAKTLAR
diaaz.space “Təzadlar” qəzetinə istinadən tanınmış yazar Əhəd Şıxəlinin redaksiyaya təqdim etdiyi aşağıdakı araşdırmasını ixtisarla təqdim edir:
Hörmətli redaksiya! Obyektivliyinizə inanaraq sizə xeyli müddətdir apardığım araşdırmanın məhsulu olan bir yazını təqdim edirəm. Yazı məhkəmə, polis və aidiyyəti dövlət qurumlarının müvafiq rəsmi sənədləri, zərərçəkmiş və hüquqları pozulmuş şəxslərin izahatları, rəsmi dövlət orqanlarına ərizələri əsasında hazırlanmışdır. Deməyim odur ki, hər iddianın və mülahizənin arxasında rəsmi sənəd və sübut təqdim etməyə hazıram...
***
Beləliklə, adını yazının lap sonunda çəkəcəyim qəzetlərin birində çoxdandır qohumlar arasında başlanmış bəlkə də kiçik bir narazılığı alovlandırmaya xidmət edən yazıları izləyirdim. Əslində, bu yazılara şərh verməkdən uzağam, nə yazdığını qəzet bilər, bir də bunu yazdıranlar. Amma məni təcrübəli bir yazar kimi bir məsələ düşündürürdü: hər bir KİV, rəhmətlik Vladimir İliç Leninin təbirincə desək, təbliğat və təşviqat vasitəsidir... Amma inanın, o rəhmətlik dirilib gəlsə (sağ qalmış keçmiş kommunistlər hələ də elə bilirlər ki, lenin sağdır) bu yazılardan heç nə baş açası deyil. Çünki bir yazı ki, qohumlar və doğmalar arasına nifaq salmağa, düşmənçilik toxumu səpməyə... xidmət edə, o necə təbliğat və təşviqat vasitəsinin məhsulu ola bilər?

“Polad” ləqəbli Mirəli Şixəliyev və qudaları ilə bağlı sensasion faktlar?

Bəli, vəd etdiyim kimi adını bu yazının sonunda çəkəcəyim həmin qəzetdə “”Polad” ləqəbli Mirəli Şixəliyev və qudaları ilə bağlı sensasion faktlar” sərlövhəli sonuncu yazını oxuyanda (üslub, hədəf və məntiq səhvləri, dolaşıqlıq, bir-birini təkzib edən faktları qoyuram bir kənara) əlimdəki qələmin, üzr istəyirəm, kompüterin klaviaturasının qarşısında xəcalət çəkdim. Jurnalist qələmə, yenə də üzr istəyirəm, kompüter klaviaturasına necə xəyanət edə bilər görəsən?
Nə isə, yazıda absurd ünvanlardan, yəni mətləbə dəxli olmayan hədəflərdən nümunələr çəkilərək “Məmmədağa İbrahimov işbirliyində olduğu şəxslərə torpaqları əsl sahiblərinin əlindən almağı təklif edib” və “Bu işdə Sumqayıt “MERO”nun rəisinə və “Təzə Bazar” MMC-nin rəhbərinə hakim Şəmsəddin Abasov yaxından köməklik göstərir” kimi yarımbaşlıqlar da pərçim edilib. Və yalnız sonda məlum olur ki, sən demə müəllif mətləbə gəlir və yazır. Sitat: “...Sumqayıt Apelyasiya Məhkəməsinin hakimi Şəmsəddin Abasov, Baş Dövlət Yol Polis İdarəsinin Sumqayıt şəhərindəki 1 saylı rayonlararası qeydiyyat-imtahan şöbəsinin (“MERO”) rəisi “Polad” ləqəbli Mirəli Şixəliyev və Abşeron rayonu 2 saylı Notariat Kontorunun xüsusi notariusu Günay Məsimova Novxanı kəndindəki villanın yerləşdiyi torpaq sahəsini (Yadda saxlayın, bu məqama mütləq toxunacağam.Red.Əhəd Şıxəli) sahibindən xəbərsiz “Təzə Bazar” MMC-nin rəhbəri Məmmədağa İbrahimova satılmasına şərait yaradıb. Bundan başqa, adıçəkilən hakim əlində olan rıçaqlardan istifadə edərək Qarabağ müharibəsi iştirakçısının (Adı yoxdurmu? Red.Əhəd Şıxəli) da torpağını əlindən almaq niyyətindədir. Belə ki, bununla bağlı əldə etdiyi bilgiləri bizimlə paylaşan məlumatlı şəxsin (kimdir o şəxs, adı yoxdur?.Red.Əhəd Şıxəli) sözlərinə görə, Sumqayıt Apelyasiya Məhkəməsinin hakiminin köməkliyi ilə villanın sahibinin xəbəri olmadan həmin villanın yerləşdiyi torpaq sahəsi Məmmədağa İbrahimova satılıb: “Həmin torpaq sahəsi isə Abşeron rayonu 2 saylı Notariat Kontorunun xüsusi notariusunun imzası və möhürü ilə təsdiq olunub. Belə ki, 05.05.2015-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Abşeron rayonu 2 saylı Notariat Kontorunun xüsusi notariusu Günay Məsimovanın ilə Novxanı kəndindəki villanın sahibinin xəbəri olmadan həmin villanın yerləşdiyi və sahəsi 0,2627ha (26 sot) olan torpağı, yəni binanın altını AN-0492249 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə Məmmədağa Əlimürsəl oğlu İbrahimov 6 min manata alıb... Bu gün veteranın torpağının “Təzə Bazar” MMC-nin rəhbəri Məmmədağa İbrahimov tərəfindən Sabirabad rayonunda qeydiyyatda olan Rauf Ağayevin vasitəsi ilə zəbt olunduğunu deyən məlumatlı şəxs (Adı yoxdur? Red.Əhəd Şıxəli) iddia edir ki, bu işlərin təşkilatçısı birbaşa Məmmədağa İbrahimov və Şəmsəddin Abasovdur... Bununla da onlar müharibə veteranının sənədli-sübutlu torpaq sahəsini əlindən almaq istəyirlər. Bu səbəbdən də Məmmədağa İbrahimov qudası, Sumqayıt “MERO”nun rəisi “Polad” ləqəbli Mirəli Şixəliyev vasitəsi ilə həmin veterana müxtəlif formalı təzyiqlər edir...”.
Və sonra adı məchul, torpaq sahəsi məlum olmayan müharibə veteranı hədə-qorxu da gəlir və yazır: “...Lakin bütün bunlara baxmayaraq, veteran hələlik gözləyir. O, olub-bitənləri seyr edir və olayın nə ilə nəticələnəcəyini müşahidə edir. Ancaq bu, o demək deyil ki, veteran acizdir. Xeyr. Onlar hələ həmin veteranı yaxşı tanımır, onun nəyə qadir olduğunu bilmirlər...”.
Sən Allah, əziz oxucu, qısa tezislərini təqdim etdiyim bu yazıdan nə başa düşdünüz? “Müharibə veteranı” bir tərəfdən özünə təzyiq edildiyini iddia edir (təzyiqin forması isə məlum deyil), aciz durumda olduğunu ortaya qoyur, digər tərəfdən isə başqalarına hədə-qorxu gəlir: “Onlar hələ həmin veteranı yaxşı tanımır, onun nəyə qadir olduğunu bilmirlər...”. Məşhur bir lətifədə deyildiyi kimi, ay qardaş, sən nə vaxt irəli duracaqsan? Belə çıxır ki, “...sənə etibar edib döyüşə girmək olmaz!”.
Bu başqa məsələdir ki, yaxşı, qanundan-qaydadan danışan oğlan, əgər sənə təzyiq varsa, niyə polisə, əmlakın əlindən alınırsa, məhkəməyə... müraciət etmirsən??? Bəs qadir olduğun nə vaxt kara gələcək???

Torpaq alverində “xoruzun quyruğu”

...Amma apardığım araşdırma ilə çox mətləblərə aydınlıq gətirə bildim. Və məhz həmin “müharibə veteranı”nın yaxın dostu, məsləkdaşı olan Sabirabadın keçmiş İcra Başçısı, “Bakı Mərkəzi Bazar”ın qanunsuz sahibi Vaqif Şıxəliyevin düzüb-qoşduğu bu qondarma və dolaşıq mülki mübahisəyə dair Abşeron rayon Polis Şöbəsindən, DƏDRX 4 saylı Sumqayıt Ərazi İdarəsindən aldığım sənədlərdən, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 23 sentyabr 2015-ci il tarixli qərardadından... çox mətləblər aydın oldu. Həm də çox qaranlığa çevrilmiş mətləblərə işıq salındı... Gəldiyim qənaət isə bundan ibarətdir ki, sən demə, bütün bu hoqqabazlığı edən Vaqif Şıxəliyevdir.
Vaqif Şıxəliyev təkcə bu işdə əsas füqur, daha doğrusu, qurulmuş oyunun hakimi yox, həm də səhnələşdirilmiş “teatrın” baş rejissorudur. Necə? Buyurun, əlimdə olan rəsmi sənədlər bir daha təsdiqləyir ki, Ulu Öndər Heydər Əliyevin 20 avqust 1993-cü il tarixli fərmanı ilə o, Sabirabad rayonu İcra hakimiyyətinin başçısı təyin edilmişdi (iddia var ki, Surət Hüseynovun təqdimatı ilə). Və V.Şıxəliyev heç bir il tamam olmamış görün özünü necə aparmışdır ki, yenə də Ulu Öndərin 14 avqust 1995-ci il tarixli digər bir fərmanı ilə işdə ciddi nöqsanlara yol verdiyinə görə Sabirabad rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilmişdir...
Hər halda, bunlar yazımın əsas qəhrəmanlarından olan Vaqif Şıxəliyevin necə kadr-rəhbər işçi olması barədə təsəvvür yaradır. Hətta ölkə KİV-lərində onun hər yerdə daxili işlər naziri Ramil Usubovun yaxın dostu və adamı kimi təqdim etməsi barədə yazılara da rast gələndə çox təsirləndim və təəccübləndim. Axı general Ramil Usubov kimi bir nüfuzlu nazirin belə şər-şəbədə ilə məşğul olan, öz qudası və öz doğma rəis qardaşı Mirəli Şıxəliyev barədə, onun qudası, keçmiş prokuror Ramiz Nəbiyev barədə... əsassız, bünövrəsi olmayan yazılar yazdıran şəxsə başqa nə deyəsən? Həm də sual verməli olursan: Vaqif Şıxəliyev niyə MTN-nin 20 kq-lıq narkotiklə tutduğu qardaşı oğlu haqqında, Beyləqan rayon Polis Şöbəsinin rəisi Füzuli Şıxəliyev... barədə də həmin yazıları yazdırmır?
Təbii ki, ən azı V.Şıxəliyev də bilir ki, həmin sonuncu sualın arxasında daha nələri yaza və misal gətirə bilərdim. Amma hər kəs əməlinə özü cavabdehdir və Şıxəliyevlər nəslinə hörmət və sayğı ilə yanaşıb başqalarının əməl və hərəkətini bu yazıda dilə gətirməkdən uzağam. Çünki mən hər şeyə dəyər verməyi üstun tuturam.
***
Yeri gəlmişkən, adını bu yazının sonunda çəkəcəyim qəzetdə sərgilənmiş və Novxanıdakı məlum torpaq davası barədə hələlik qısaca onu deyim ki, həmin torpaq sahəsi, əslində, 20 sot olub və Vaqif Şıxəliyevin ixtiyarında olmuşdur. O, 20 sot torpağı İsmayıl adlı şəxsə satıb. Başqa yolla “əldə etdiyi” 33 sot torpağı isə sonradan keçmiş millət vəkili, hazırda Daşkəsənin RİH başçısı olan Əhəd Abiyevə satıb... Sonradan Əhəd Abiyev həmin torpağı baha qiymətə satışa çıxarıb satmaq istəyəndə məlum olub ki, dostu onu, müəyyən mənada, qalmaqala cəlb edir, belə bir torpaq sahəsi faktiki yoxdur... Və Ə.Abiyev dərhal vəziyyəti başa düşür, Vaqif Şıxəliyevlə ciddi söhbətləri olur. Artıq gec olur! Amma vəziyyətdən çıxış yolu kimi qərara gəlinir ki, gələcəkdə Əhəd Abiyevin adı məhkəmələrdə çəkilməsin deyə, onu keçirirlər Habil Vəliyev adlı vətəndaşın adına... Və bəlkə də əsil həqiqəti və real vəziyyəti qiymətləndirməyi bilməyən sonuncu sonradan Məmmədağa İbrahimovla üz-üzə gəlməli olur. M.İbrahimov isə Vaqif Şıxəliyevin “yorğan davasın”da əsəb itirən qudasıdır. İndi H.Vəliyev süni surətdə “ağrımayan başına buz bağlayıb” və V.Şıxəliyevin qudası ilə davam etməkdə olan intriqasının toruna düşüb, məhkəmələrdədir. Məhkəmə demişkən, Sumqayıt İnzibati İqtisad Məhkəməsi isə özünün 23 sentyabr 2015-ci il tarixli qərardadı ilə H.Vəliyevin torpaq iddiasına... Bilirsiniz nə deyib? Bu barədə növbəti yazıda.
***
Növbəti yazıda həm də V.Şıxəliyevin məşhur “Başına daş düşdü...” olayına da videolu aydınlıq gətirəcəyəm...
(Davamı var)










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İrəvana verilən son möhlət - dekabrdan sonra...
Bu gün, 12:56
Azərbaycanın da qoşulacağı saziş Trampın gündəmindədir - AÇIQLAMA
Bu gün, 12:36
Ermənistanda ehtiyatda olanlar təlimə çağırıldı
Bu gün, 12:23
Paşinyan prezidentlə sabitliyin pozulmasını qarşısını alan şəxslərin mükafatlandırılmasını müzakirə edib
Bu gün, 12:21
GƏNCƏ TƏHSİLİNİN "QARA KASSASI" HAQDA ŞOK FAKTLAR - Külli miqdarda mənimsəmə həyata keçirib
Bu gün, 12:13
Xocalı qatili “qəhrəman” elan edildi – Azərbaycanla bağlı gözlənilən olmadı
Bu gün, 12:08
“Kapital Bank” səhmdarlarına dividend ödəyəcək
Bu gün, 12:03
Kremlin Ermənistan planı: Rusiya xüsusi əməliyyata hazırlaşır - GƏLİŞMƏ
Bu gün, 12:00
Xamenei hara yoxa çıxıb: Tehran hakimiyyətin mümkün keçidinə hazırlaşır? - “The New York Times“
Bu gün, 11:51
"Daşnaksütun" rəhbərliyinin nümayəndəsi iki ay müddətinə həbs edilib
Bu gün, 11:49
Paşinyandan şok açıqlama: - “Plan ifşa olundu – bu, yeni 27 oktyabr ola bilərdi”
Bu gün, 11:48
Rusiya üçün tribunal yaradan Avropa Şurası Ermənistana qarşı niyə bu addımı atmır? - Ukraynalı politoloq
Bu gün, 11:45
İki azərbaycanlı Prezident arasında İSRAİL SÖHBƏTİ... - telefon danışığı zamanı...
Bu gün, 11:40
Müharibənin Azərbaycana ilginc yan təsiri: ərzaq bazarımızda boşluq yaranacaqmı? - ARAŞDIRMA
Bu gün, 11:28
Naxçıvanda dövlət işçilərinin İPƏKQURDU BİYARI... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:20
Emin Əmrullayevin döyülən, gənc kadrı həm də büdcə vəsaitlərini talamaqla məşğul imiş… - İLGİNC FAKTLAR
Bu gün, 11:17
"Azərbaycan Güneydəki soydaşlarımıza yalnız diplomatik və humanitar yolla dəstək verə bilər...” - ŞƏRH
Bu gün, 11:07
Cəlilabadda bu məmur haqqında görün, nə deyirlər... - İLGİNC
Bu gün, 10:43
Köçəryanla Sarkisyanı Bakıya təhvil verməsən... - Deputatdan Paşinyana XƏBƏRDARLIQ
Bu gün, 10:41
Lerik sakini illərdir evinə yol tapa bilmir – qonşuluq mübahisəsi məhkəmədə
Bu gün, 10:28
Binəqədidə özbaşına salınan binələr... - qazanansa başçıdır...
Bu gün, 10:23
Təki bütün kişilər mənim yoldaşım kimi olsun - Şəbnəm Tovuzlu
Bu gün, 10:16
Zaur müəllimin yeni planı: Hədəfdə büdcəmizdir... - Başqa nə cür olmalı idi ki...
Bu gün, 10:08
“Bəzi özəl mərkəzlərdə təhsil haqqı aylıq 7000 manata qədər yüksəlir” - BU NƏDİ BELƏ?
Bu gün, 10:03
Kəlbəcərdə yük avtomobili aşıb, ölən var - TƏFƏRRÜAT
Bu gün, 10:01
`Azəriqaz`da YENİ DÖNƏM: Hamı AĞA... İnəkləri KİM SAĞA? - ETİRAZ VAR...
Bu gün, 09:57
Erməni hikkəsi Zəngəzur niyyətini durdura bilməyəcək... - ÇÜNKİ...
Bu gün, 09:50
ŞOK! Bakıda dost digər dostunun 2 uşaqlı arvadını qaçırtdı - TƏFƏRRÜAT
Bu gün, 09:47
Novxanıdakı "La Chateau" restoranına getməyin! - Soyğunçuluqla məşguldular
Bu gün, 09:39
İsrail-İran müharibəsi Zəngəzur yolunu aça bilər - eurasia.net
Bu gün, 09:36
Ordun varsa... YURDUN VAR! - BU, FAKTDIR!
Bu gün, 09:31
ABŞ səfirliyi izahat verməlidir - Azərbaycandan TƏLƏB
Bu gün, 09:29
“İvanovka Süd Məhsulları” şirkəti "ATENA"dan şikayətçidir - SƏBƏB
Bu gün, 09:24
160 saylı marşrutun ÖZ QRAFİKİ VAR: İstədiyi vaxt... - NARAZILIQ VAR...
Bu gün, 09:19
Yevlaxda ər 9 uşaq anası olan hamilə arvadını öldürməyə cəhd edib: 11 zərbə endirib - TƏFƏRRÜAT
Bu gün, 09:08
Polkovnik Etibar Məhərrəmov yüksək vəzifəyə təyin olundu - ƏMR
Bu gün, 09:00
"Karapetyanın sərbəst buraxılması üçün eyni xahişin olacağı mümkündür" - Bakıdan REAKSİYA
Bu gün, 08:59
Tehran bundan sonra İrəvana münasibətini Bakının xeyrinə dəyişə bilərmi? - ÇƏTİN Kİ...
Bu gün, 08:54
Kasparov Cənubi Sudanda dövlət çevrilişinin hazırlanmasında iştirak edib - “Bloomberg”
Bu gün, 07:44
Tramp və Netanyahunun İran planı bu idi – Baş tutmadı…
Bu gün, 07:42
Bu məmurdan Prezidentə şikayət olundu - İTTİHAM VAR...
Bu gün, 07:40
Filoloqların sertifikasiya imtahanı təkrar keçirilməlidir - ÇÜNKİ...
Bu gün, 07:22
24 milyon vergi borcu var.. amma tenderlərdə MEYDAN SULAYIR - İcazə verin şübhələnək...
Bu gün, 07:19
'Kontakt Home' yenə də narazılıq yaradır - MÜRACİƏT
Bu gün, 07:15
"Sertifikasiya testini hazırlayan kim olubsa, onunla bağlı müvafiq ölçülər götürülməlidir" - ÇAĞIRIŞ
Bu gün, 07:03
"Bu müharibənin Azərbaycan–İsrail münasibətlərinə aidiyyəti yoxdur" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:00
Gömrüyün itləri AC QALACAQ - Tender ləğv olundu
Bu gün, 06:54
Şəhriyar Laçınov dövlətə şərik gedir - BU DA FAKT...
Bu gün, 06:51
Tovuzda kollec direktoru ittiham olunur... - BU NƏDİ BELƏ?
Bu gün, 06:45
Şəbnəmi “dollar yağışı”na tutan ailə narkotacir imiş - həbs olunublar
Bu gün, 06:38
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru