Paytaxt meriyasının layihəsinə Xəzər rayonu da qoşuldu .....                     Bakı Krımı Rusiya ərazisi kimi TANIYA BİLƏRMİ? .....                     Paşinyanın “Real Ermənistan”ı tarixi reallıqdan uzaqdır .....                     "Olmayan sözü ünvanıma deyəndə əsəb keçiriəm" .....                     "Qala Sığorta” 8 aya yaxındır ki, İmişli sakinini get-gələ salıb... .....                     İkinci xəritə yayıldı: bu ərazilər də Azərbaycana qaytarılır .....                     Gömrük Komitəsinin inspektoruna hökm oxundu .....                     “Sudan İstifadəedənlər Birliyi”ndə ailə podratı .....                     Kilsə Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin imzalanmasını istəmir .....                     Ermənistan mediası Şeyxi niyə hədəfə alıb? .....                     Bersenin söylədikləri cəfəngiyyatdır: Azərbaycana dostcasına təzyiq etməsinlər .....                     Dövlət Sosial Müdafiə Fondunun sabiq əməkdaşına cəza verildi .....                     Turizm şirkəti Gədəbəydə bayram təşkil edəcək .....                     Nazirliyin Yaradıcı Mərkəzində maaş üsyanı .....                     `KONTAKT HOME` yenə də narazılıq yaradır .....                     Neftçilərin bu əmək hüququ POZULARSA... .....                     AZAL İsrail-İran toqquşması səbəbindən bu reysləri TƏXİRƏ SALDI .....                     İsrail sərt şəkildə cəzalandırılacaq .....                     TƏSDİQLƏNDİ: İranın Baş Qərargah rəisi Məhəmməd Bageri öldürülüb .....                     İsrailin İrana hücumundan sonra neftin qiyməti kəskin artıb .....                     Daha bir vəzifəli şəxs yeyintidə ittiham olunur .....                     Hava zərbələri nəticəsində SEPAH generalı Qulaməli Rəşid də öldürülüb .....                     “Mossad” İranda bir sıra əməliyyatlar həyata keçirib .....                     "Məktəblərdə psixoloqlar çox zaman formal və funksiyasız fəaliyyət göstərir" .....                     Pensiyalarla bağlı YENİLİK: ikiqat gəlir olacaq .....                     SEPAH komandanı Hüseyin Salami və İranın nüvə alimləri öldürülüb .....                     İranın Natanz şəhərində nüvə obyektində partlayış baş verib .....                     "Şimal qonşumuzun şovinist dairələri 21-ci əsrdə 19-cu əsrin təfəkkürü ilə düşünürlər" .....                     KEÇMİŞ DİREKTOR ELƏ BİR ŞEY ETDİ Kİ..: ŞOK FAKTLAR!!! .....                     "Nəticələr açıqlandıqdan sonra DİM-in iddialarının cəfəngiyyat olduğunu gördük" .....                     Netanyahu iranlıları zülmdən qurtulacağını vəd etdi .....                     Hücumda İranın Baş Qərargah rəisi həlak olub? .....                     İran tərəfi ölkə ərazisinə zərbələr endirildiyini təsdiqləyib .....                     Kreml Bakıya ağlasığmaz şərt qoyur .....                     Rusiyanın hədəfindəki nöqtələr: Avropada eskalasiya gözləntisi .....                     İsrail İrandakı hədəflərə zərbələr endirib .....                     Azərbaycana heç bir "dostcasına təzyiq" göstərməyə ehtiyac yoxdur .....                     "Mənə deyirdilər ki, qəliz mahnılar oxuyursan" .....                     Sahil Tahirli GÖRƏVDƏN ALINDI .....                     Zaxarovanın primitiv yalanı .....                 

Direktor əvəzi müəllimlərə və saytlara özünü təriflətdirir - Nazir Emin Əmrullayevin diqqətinə...
Tarix: 20-11-2023, 10:04 | Çap et
Direktor əvəzi müəllimlərə və saytlara özünü təriflətdirir
Bu günlərdə Bakının Suraxanı rayonunda yerləşən 270 nömrəli tam orta məktəbin direktor əvəzi Kəmalə İbrahimovanın sosial şəbəkələrdə təhsil ocağını az qala musiqi məktəbi kimi təqdim etməyə çalışması barədə replika vermişdik...

Direktor əvəzinin öz profilindən birbaşa yayıma çıxaraq iki-üç nəfər şagirdin Zəfər günü tədbiri üçün məşqini efirə verməsinin yolverilməz olduğunu qeyd etmişdik. Sonda isə qarşı tərəfin mövqeyini verməyə hazır olduğumuzu qeyd etmişdik.

270 nömrəli məktəbin direktor əvəzinin təlim-tərbiyə verməli olan təhsil ocağını musiqi məktəbi ilə səhv salması barədə replikamız böyük ajiotaj yaradıb.

Direktor əvəzi müəllimlərə və saytlara özünü təriflətdirir

Belə ki, sosial şəbəkələrdə fəal olan direktor əvəzi həmin birbaşa görüntüləri silib. Ardınca isə məktəbin 7-8 müəllimini bizim sosial şəbəkədəki səhifəmizdə yer alan paylaşıma gecə-gündüz şərh yazmağa məcbur edir. Plan qoyub ki, bir neçə saatdan bir 1 nəfər müəllim bizi təhqir etməli, əvəzində onu tərifləyən rəy yazmalıdır. Niyə? Bizim nə günahımız var ki,

Direktor əvəzi işini, gücünü atıb “İstedad sorağında” rubrikası açıb, amma dərsini yaxşı oxuyan istedadlı şagird deyil, meyxana, mahnı oxuyan müğənni axtarır?

Bunu irad tutanda isə direktor əvəzinin xüsusi tapşırığını canla-başla yerinə yetirən məktəbin müəllimləri isə özlərinə sosial şəbəkələrdə hesab açaraq ağına-bozuna baxmadan bizə qarşı hədyanlar, təhqirlər yağdırmaqla məşğul olurlar.

Ona görə ağına -bozuna baxmadan deyirik ki, rəy yazanların əksəriyyəti ya tutuquşu kimi eyni fikirləri təkrar edib, K. İbrahimovanı tərifləyirlər, ya da Nizami müəllim kimi məktəbin tarixinə ekskurs edib, uzun illər qazanılan bütün uğurlarını onun uzaq tarixi ilə əlaqəsi olmayan direktor vəzifəsini müvəqqəti icra edən K. İbrahimovanın adına yazmağa cəhd edirlər.

Direktor əvəzi müəllimlərə və saytlara özünü təriflətdirir

Bizi məlumatsız olaraq yazı yazmaqda qınayan müəllimlər və valideynlərin tövsiyəsini nəzərə alaraq, qısa araşdırma aparmalı olduq. Nəticədə yazıda əks olunan faktlar öz yerində, direktor əvəzini kor-koranə müdafiəyə qalxanların yalan danışması da ortaya çıxdı…

Buna görə də K. İbrahimovanın səfərbər etdiyi müəllimlərin və valideynlərin diqqətinə çatdırmaq istəyirik ki, 270 nömrəli tam orta məktəbin direktoru cəmi 3 ildir rəhmətə gedib, indiki direktor əvəzinin rəhbərliyinin 1 ili isə pandemiya dövrünə düşüb. Onda bu suala cavab verin: cəmi

2 ildə K. İbrahimovanın hansı əvəzolunmaz fəaliyyəti məktəbin uğur qazanmasında rol oynaya bilərdi?

Məktəbin məzunlarının son iki ildə ali məktəbə daxil olmalarına gəlincə, bütün ölkə mediasında deputatlar, ictimai-siyasi xadimlər, QHT rəhbərləri, təhsil ekspertləri bar-bar bağırırlar ki, son illərdə xüsusilə Bakı şəhərində repetitorluq geniş vüsət alıb, yuxarı sinif şagirdlərinə məktəbdə dərs keçilmir, onlar dərsdən yayınır, ali məktəbə qəbul olunanların əksəriyyəti hazırlığa gedənlərdir, uşaqları məktəbə qaytarmaq lazımdır.

Bu faktlar, o cümlədən 270 nömrəli məktəbin nəinki yuxarı sinif (9-11), hətta ibtidai sinif uşaqlarının əksəriyyətinin az qala hər gün “o qapı mənim, bu qapı sənin” qəsəbə içində hazırlığa getməsi faktı ortada ola-ola ali məktəbə qəbul olanların uğurunu K.İbrahimovanın adına yazmaq ən böyük qəbahətdir.

Direktor əvəzi müəllimlərə və saytlara özünü təriflətdirir

Bununla belə, məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Nizamı Hüseynovun bizim replikadan iki dəfə böyük həcmli şərhində özünü tərifə qapdırıb indiyə qədər gəlib-gedən məktəb direktorlarının hamısını “aydan arı, sudan duru” təqdim etməsinə cavab olaraq bildiririk ki, 270 nömrəli tam orta məktəbin sayca ikinci, əvvəlcə müsavatçı, sonra YAP-çı olan direktoru Talıb Rəhimov 2013-cü ilin mayında valideynlərin gözü önündə baş verən xüsusi “əməliyyat”dan sonra işdən uzaqlaşdırılıb. (bura bax yazı üçün) Uşaqların məktəbə qəbul olunması prosedurunu pozduğuna görə işdən qovulan direktoru belə tərifləyən pedaqoqun səmimiyyətinə inanmaq nə dərəcədə doğrudur? Əksinə çox çətindir (https://www.live.az/index.php?newsid=621).

Ona görə də Kəmalə İbrahimovanın müdafiəsi üçün səfərbər olan pedaqoji heyət üzvlərinin və onların qohumlarının məsələnin istiqamətini sapdırmaq, bizim replikanı az qala məktəbin bütün uğurlarına kölgə salmaq cəhdi yanlışdır. Çünki biz

270 nömrəli məktəbi hədəfə almamışıq!

Replikada qeyd etdiyimiz kimi, Suraxanı rayonunun ən nümunəvi məktəblərindən birinin pis vəziyyətə düşməsinin qarşısını almaq üçün Elm və Təhsil Nazirliyi və məktəbin birbaşa tabe olduğu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nəzərinə bir daha çatdırırıq ki, 270 nömrəli məktəbə yeni direktor təyin olunması valideynlərin ən böyük arzusudur.

Digər qəbahətli bir məsələ bizi cızma-qara ilə məşğul olmaqda günahlandıran Kəmalə İbrahimovanın saytların birində savadsız yazı ilə özünü təriflətdirməsidir. (bura bax yazı üçün...) Xeyli xub. Ancaq müəllimlərin öz şərhlərində nəyə qadir olduqlarını ortaya qoyduqları kimi, bu yazıda da “qaş düzəltdikləri yerdə vurub gözü də töküblər”. Belə ki, yazının əvvəlində K.İbrahimovanın “qısa müddət əvvəl” direktor əvəzi kimi fəaliyyət göstərdiyi etiraf edilsə də, məntiqsizcə 9 ildir məktəbə ayaq döyən uşaqların uğuru onun adına yazılır, yazının sonunda isə

Kəmalə İbrahimovanın qüsura yol verdiyi təsdiq edilir

və bizə onu çox böyütməmək tövsiyə olunur.

Ən nəhayət, keçək ən böyük qüsura. Pedaqoji heyət üzvlərini və valideynləri səfərbər edib bizi təhqir etməklə paralel olaraq, təhsil ocağının rəhbərinə yaraşmayan şəkildə Kəmalə İbrahimovanın hədə-qorxuya keçməsini bir daha Elm və təhsil nazirinin diqqətinə çatdırırıq. Cənab Emin Əmrullayevə müraciətlə bir daha qeyd edirik ki, məktəbdə baş verən çatışmazlıqlarla bağlı bir replikaya görə bu qədər böyük qüsura yol verən, “qardaşı” vasitəsilə redaktoru hədələyən vəzifəli şəxsin uşaqların təlim-tərbiyəsi ilə məşğul olan müəssisəyə rəhbərlik etməsi yolverilməzdir.

Çünki tənqid eşidən kimi ilk fürsətdə pedaqoji işçiləri səfərbər edib, jurnalisti söydürən, özünü təriflətdirən, müəllimləri trolluğa sövq edən, “qoçuluq metodu” ilə tədbir görmək istəyən birinin məktəbdə nəinki direktor, direktor əvəzi kimi belə fəaliyyət göstərməsi öncə hörmətli nazirimizə, sonra həmin məktəbin kollektivinə və şagirdlərinə hörmətsizlikdir.

Mənbə: Az.Today.az
Təqdim etdi: DİA-AZ.COM (ƏRSOYUN BLOQU)

Səhifəmiz bütün maraqlı tərəflərin rəy və mövqe ifadəsi üçün açıqdır...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paytaxt meriyasının layihəsinə Xəzər rayonu da qoşuldu - FOTO
Bu gün, 10:05
Bakı Krımı Rusiya ərazisi kimi TANIYA BİLƏRMİ? - Görünəni odur ki...
Bu gün, 10:00
Paşinyanın “Real Ermənistan”ı tarixi reallıqdan uzaqdır -ŞƏRH
Bu gün, 09:59
"Olmayan sözü ünvanıma deyəndə əsəb keçiriəm"
Bu gün, 09:53
"Qala Sığorta” 8 aya yaxındır ki, İmişli sakinini get-gələ salıb... - NARAZILIQ VAR...
Bu gün, 09:49
İkinci xəritə yayıldı: bu ərazilər də Azərbaycana qaytarılır - Məxfi razılaşma
Bu gün, 09:36
Gömrük Komitəsinin inspektoruna hökm oxundu
Bu gün, 09:33
“Sudan İstifadəedənlər Birliyi”ndə ailə podratı - BU NƏDİ BELƏ?
Bu gün, 09:24
Kilsə Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin imzalanmasını istəmir - ONA GÖRƏ DƏ...
Bu gün, 09:18
Ermənistan mediası Şeyxi niyə hədəfə alıb? - İLGİNC
Bu gün, 09:16
Bersenin söylədikləri cəfəngiyyatdır: Azərbaycana dostcasına təzyiq etməsinlər - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:12
Dövlət Sosial Müdafiə Fondunun sabiq əməkdaşına cəza verildi - TƏFƏRRÜAT
Bu gün, 09:02
Turizm şirkəti Gədəbəydə bayram təşkil edəcək - TENDER
Bu gün, 08:56
Nazirliyin Yaradıcı Mərkəzində maaş üsyanı - Etirazlar sosial şəbəkəyə sıçradı
Bu gün, 08:45
`KONTAKT HOME` yenə də narazılıq yaradır - GİLEY
Bu gün, 08:36
Neftçilərin bu əmək hüququ POZULARSA... - Ekspert danışır
Bu gün, 08:27
AZAL İsrail-İran toqquşması səbəbindən bu reysləri TƏXİRƏ SALDI - DİQQƏT!
Bu gün, 08:19
İsrail sərt şəkildə cəzalandırılacaq - Xameneidən REAKSİYA
Bu gün, 08:11
TƏSDİQLƏNDİ: İranın Baş Qərargah rəisi Məhəmməd Bageri öldürülüb - "Fars" xəbər agentliyi
Bu gün, 07:34
İsrailin İrana hücumundan sonra neftin qiyməti kəskin artıb
Bu gün, 07:05
Daha bir vəzifəli şəxs yeyintidə ittiham olunur - ARAŞDIRMA BAŞLADI
Bu gün, 07:03
Hava zərbələri nəticəsində SEPAH generalı Qulaməli Rəşid də öldürülüb - "Mehr"
Bu gün, 06:57
“Mossad” İranda bir sıra əməliyyatlar həyata keçirib - TƏFƏRRÜAT
Bu gün, 06:44
"Məktəblərdə psixoloqlar çox zaman formal və funksiyasız fəaliyyət göstərir" - FAKT BUDUR!
Bu gün, 06:41
Pensiyalarla bağlı YENİLİK: ikiqat gəlir olacaq – Gələn ildən…
Bu gün, 06:35
SEPAH komandanı Hüseyin Salami və İranın nüvə alimləri öldürülüb - "Tasnim"
Bu gün, 06:30
İranın Natanz şəhərində nüvə obyektində partlayış baş verib - "IRNA"
Bu gün, 06:27
"Şimal qonşumuzun şovinist dairələri 21-ci əsrdə 19-cu əsrin təfəkkürü ilə düşünürlər" - Sovet "arzu"su...
Bu gün, 06:24
KEÇMİŞ DİREKTOR ELƏ BİR ŞEY ETDİ Kİ..: ŞOK FAKTLAR!!! - BÜTÜN DETALLARI İLƏ...
Bu gün, 06:18
"Nəticələr açıqlandıqdan sonra DİM-in iddialarının cəfəngiyyat olduğunu gördük" - Ramin Nurəliyev
Bu gün, 06:02
Netanyahu iranlıları zülmdən qurtulacağını vəd etdi - MÜRACİƏT
Bu gün, 06:00
Hücumda İranın Baş Qərargah rəisi həlak olub? - İDDİA
Bu gün, 05:56
İran tərəfi ölkə ərazisinə zərbələr endirildiyini təsdiqləyib - KİV
Bu gün, 05:53
Kreml Bakıya ağlasığmaz şərt qoyur – Moskva başını tamamilə itirib?
Bu gün, 05:51
Rusiyanın hədəfindəki nöqtələr: Avropada eskalasiya gözləntisi - GƏLİŞMƏ
Bu gün, 05:41
İsrail İrandakı hədəflərə zərbələr endirib - KİV
Bu gün, 05:38
Azərbaycana heç bir "dostcasına təzyiq" göstərməyə ehtiyac yoxdur - ŞƏRH
Bu gün, 00:21
"Mənə deyirdilər ki, qəliz mahnılar oxuyursan"
Bu gün, 00:17
Sahil Tahirli GÖRƏVDƏN ALINDI - ƏMR
Bu gün, 00:14
Zaxarovanın primitiv yalanı
Dünən, 18:16
AQTİ bu həşərat üçün tələ qurur: 66 min manat xərcləyəcək - BU NƏDİ BELƏ?
Dünən, 18:10
AZCON Holdinqdə yeni təyinat - ƏMR
Dünən, 18:08
“Özsüt Azerbaijan”ın dövlətə 3.2 milyon manat vergi borcu var
Dünən, 18:06
“Smart Brain Company” MMC nizamnamə kapitalını 10 dəfə azaldır
Dünən, 17:58
Azərbaycanda tanınmış yazıçı tut ağacından yıxıldı, sümükləri sındı - FOTO
Dünən, 17:53
Azərbaycanda 600 manat dəfn pulu veriləcək
Dünən, 17:43
Azərbaycanda sosial müavinətlər artırılır
Dünən, 17:11
Bakıda qrup halında adam öldürənlər HAKİM QARŞISINDA
Dünən, 16:14
“Məni hədələyərək işdən çıxardılar” - Qadın cərrah
Dünən, 16:09
"İlhamə Quliyeva ilə duetdən sonra mənə nələr dedilər"
Dünən, 16:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru