İlkin məşhur idmançılarımızın yer qalmaqalını ifşa etdi .....                     Fars körfəzi üzərində hava məkanının bağlanması nəticəsində Bakıdan uçan bir sıra reyslərin marşrutu dəyişib .....                     Azərbaycan şou-biznesinin gizli faktları .....                     Qətər öz hava məkanını bağlayıb .....                     6 yaşlı Ahu-nun qulağı əməliyyat zamanı çürüdü .....                     “Heç bir düşmənçilikdən söz gedə bilməz” .....                     TƏBİB-in daha bir milyonluq tenderi ləğv olundu .....                     Sabiq partiya sədrinin oğlu vəfat etdi .....                     İcra başçısının müavini korrupsiyaya görə işdən çıxarılıb? .....                     İran ABŞ-a qarşı əməliyyat keçirməyi planlayır .....                     "Ermənistan Elektrik Şəbəkələri" milliləşdirmə planından xəbərsizdir .....                     Həbs edilən müğənni aranı qatdı .....                     Güney Azərbaycan “ölüm zonası”na çevriləcək .....                     İranda kürdlər silahlanır: .....                     “SOCAR Polymer”dən “Azərbaycan Dəmir Yolları”na transfer .....                     Bakıda çimərliyi olan məşhur hotel satışa çıxarıldı .....                     Ərdoğan yol ayrıcında: Trampla mübahisəyə də, İranın dağılmasına da hazır deyil .....                     Bazar üçün böyük təhdid: Əgər baş verərsə... .....                     Ermənistanda keçmiş şəhər meri saxlanılıb .....                     Bölgədə şiddətlənən müharibə: Azərbaycanın mövqeyi necədir? .....                     Ermənistanın siyasi elitası Kallas ilə əlaqələrini genişləndirməyə çalışır .....                     Elşən Aslanzadə Gülpəri Bayramovanın 30 minini mənimsəyib .....                     Axundla qaçan qızla bağlı daha bir AÇIQLAMA .....                     Nizami rayonunda qanunsuz tikintiyə hansı məmur icazə verib? .....                     “Çox incimişəm, əməyimə lazımı qiymət verilmədi, ona görə də...” .....                     Dövlətə xəyanətdə təqsirləndirilən Bəhruz Səmədova hökm oxunub .....                     Gədəbəydə baş memarın OYUNBAZLIĞI... .....                     İran ilk dəfə İsrailə “Xeybər” raketləri .....                     Azərbaycanda ən çox hansı ölkələrin vətəndaşları ali təhsil alır? .....                     Hörmüz boğazında gərginlik artır .....                     16 yaşlı qızla evlənən axundun aqibəti: hansı cəza gözləyir? .....                     Qacarların varisi də sağdır: Hakimiyyətə qayıda bilər? .....                     Əcnəbilərin İrandan Azərbaycana təxliyəsi davam edir .....                     Elarizin Məmmədoğlunun qızı məhkəmədə ifadə verəcək .....                     Sara Netanyahudan İran xalqına: .....                     İnvestisiya Şirkətinin rəhbərliyində dəyişiklik olub: təyinat .....                     İsrail təyyarəsi Şərqi Azərbaycanda vuruldu .....                     ABŞ vətəndaşlarına Qətərdə növbəti bildirişə qədər evdən çıxmamaq tövsiyə edilib .....                     TƏBİB artıq bu xəstələrə dərman verməyəcək .....                     Xırdalanda BİABIRÇILIQ: ağacları maşın yağı ilə qurudurlar .....                 

Məşğulluq mərkəzi adı altında talanan milyonlar... - İTTİHAM
Tarix: 12-10-2020, 15:35 | Çap et
Məşğulluq mərkəzi adı altında talanan milyonlar...
Bildiyimiz kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən işaxtaran və işsiz şəxslərin məşğulluğunun təmin edilməsi məqsədilə onlar üçün əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı kursları təşkil edilir. İşəgötürənlər həm onlar üçün müvafiq peşələrə (ixtisaslara) malik kadrların hazırlanması, həm də işçilərinin peşə (ixtisas) bilik və bacarıqlarının artırılması məqsədilə Dövlət Məşğulluq Xidmətinin peşə hazırlığı üzrə xidmətlərindən faydalana, Xidmət tərəfindən bir sıra peşələr üzrə peşə hazırlığı kurslarının təşkilində bu qurumla əməkdaşlıq edə bilərlər.

Dövlət Məşğulluq Xidmətinin yerli orqanlarında işsiz şəxs kimi qeydiyyatda olanlar üçün kurslar ödənişsizdir və onlar təhsil müddətində təqaüdlə təmin olunurlar. İşaxtaranlar üçün peşə hazırlığı kursları isə ödənişlidir. Namizədlər müsabiqə yolu ilə seçilirlər. Kursları müvəffəqiyyətlə bitirmiş şəxslərə müvafiq sertifikatlar təqdim olunur və onların müvafiq işlə təmin olunmasına köməklik göstərilir. Müraciət etmək istəyən şəxslər yaşadıqları şəhər, rayon üzrə Məşğulluq Mərkəzlərinə müraciət edə, eləcə də [email protected] elektron poçt ünvanına CV yollaya bilərlər. Peşə hazırlığına ödənişsiz yiyələnmək və ayda 250 manat təqaüd almaq üçün mütləq şərt budur ki, həmin şəxs işsiz olmalı, VÖEN hesabı və adına pay torpağı olmamalıdır. Bundan əlavə, işsiz şəxs qeydiyyatda olduğu rayon üzrə Məşğulluq Mərkəzində işsiz kimi qeydiyyatdan keçməli, ona təklif olunan iş yerlərindən imtina cavabı gəlməlidir. Yalnız bu halda həmin şəxs pulsuz peşə hazırlığına cəlb olunaraq ayda minimum əmək haqqı məbləğində təqaüd ala bilər.

İndiyədək bu layihə əsasında işə düzəlmək istəyən vətəndaşların bürokratik əngəllər, süründürməçilik halları, korrupsiya hüquqpozmaları ilə rastlaşmaları barədə xeyli informasiyalar dolaşıb. Koronavirus pandemiyasının yaratdığı çətinliklərdən dolayısı ilə bu müstəvidə işlər bir az da dolaşığa düşüb. Müşahidə olunurdu ki, vətəndaşları incidən bəzi məmurlar pandemiyadan öz qanunsuz əməlləri üçün bir növ bəhanə kimi istifadə edirlər.

Bu günlərdə “Dəryaz” qəzetinin redaksiyasına ərizə ilə müraciət edən Qurbanova Mehriban Mübariz qızı Suraxanı rayon Məşğulluq İdarəsindən şikayətçidir. Yazır ki, 2020-ci ilin fevral ayında peşə ixtisasına yiyələnmək üçün müraciət edib. Onu qeydiyyata alıblar və qənnadıçı peşəsinə yiyələnməsi üçün Bakı şəhəri Məşğulluq İdarəsinə — Leyla xanımın yanına göndəriblər.

“O da mənə mart ayının 5-dən dərslərin başlayacağını dedi. Mart ayında pandemiya yayıldı. Məktəblər bağlandı, heç bir məktəbə getməmişəm, heç yerdə oxumamışam. Məktəbin harada olduğunu da bilmirəm. Sonra prezident işləməyənlərə 190 manat pul ayıranda mən sms göndərdim. Mənə cavab gəldi ki, oxuyuram, stipendiya alıram, ona görə də mənə 190 manat düşmür. Hamı 4 dəfə 190 manat aldı. Mən ala bilmədim. May ayında iş yerləri açılanda yenidən Bakı şəhər Məşğulluq İdarəsinə getdim. Leyla xanımı güc-bəla ilə tapdım. O da işi atdı Suraxanı Məşğulluq İdarəsinə. O bunun üstünə atdı, bu onun. Mən də Nazirliyə (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi – red.) şikayət etdim. Nazirlikdən xəbər gəldi ki, bu işə baxın, yenə olmadı. Korrupsiyaya (Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi – red.) məktub yazdım. Cavabı Nazirliyə gəldi. Sonra Suraxanı Məşğulluq İdarəsi məndən xahiş etdi ki, Nazirlikdə qalma. Mən orda nazir müavini ilə görüşə bilmişdim. Məni geri qaytardılar ki, bəs sənin işin Suraxanı Məşğulluq İdarəsindədir. İdarədən mənə bir maaş kartı verdilər ki, oxuduğun müddətdə alacağın təqaüd mənimsənilib. Al, bu kartı, adını sosial işə yazmışıq.3 ay müddətində ala bilmədiyin 750 manat pulu bu kartdan çıxararsan. Sən şikayət eləmə. Aprel ayından avqust ayına kimi Suraxanı Məşğulluq İdarəsində məni get-gələ saldılar. Dedilər ki, Zərifə xanımı işdən çıxaracaqlar. Müdiri Rahim müəllimin yanında olmuşam, dedi sentyabr ayının axırı alacaqsan. Sentyabrın 30-dan oktyabr ayının 5-nə kimi kartı yoxlayıram, pul keçməyib…”

Vətəndaş M.Qurbanova redaksiyadan xahiş etmişdir ki, dövlət idarələrində müsbət həllinə nail ola bilmədiyi bu problem kütləvi informassiya vasitələrində ictimailəşdirilsin, aidiyyati qurumların diqqətinə çatdırılsın.

Əlavə olaraq ərizə müəllifinə zəng edib bir az daha artıq təfərrüatları öyrənməyə çalışdıq. Bir daha dəqiqləşdirdik ki, Mehriban xanım nə təqaüd, nə də sertifikat almayıb və təbii ki, işlə təmin olunmayıb. Verdiyi məlumata görə, ona vəd veriblər ki, sentyabrdan başlayaraq onun adı hardasa işdə gedəcək, kartına pul yatırılacaq.

Əlbəttə, yenə də bu məlumatlarla kifayətlənməyərək öz növbəmizdə hələlik səthi araşdırmalarımıza başladıq. İlk əvvəl M.Qurbanovaya təklif olunan qənnadıçı peşəsi üzrə hazırlıq kurslarının təşkil edildiyi peşə təhsili müəssisəsi barədə məlumatları axtardıq. Məlum oldu ki, Bakı Turizm Peşə Məktəbi ilə Bakı Şəhər Məşğulluq İdarəsinin həyata keçirdiyi layihə var. Həmin layihə çərçivəsində kadrlar turizm bələdçisi, aşpaz, qənnadçı, bərbər və vizajist, otel xadiməsi, barmen və s. sahələri üzrə hazırlanır. Onlar 3 ay yarım kurs keçərək bu peşələrə yiyələnirlər. Bakı Turizm Peşə Məktəbindən başqa, hazırlıq kurslarına müdavim qəbulunu həmçinin Dövlət Məşğulluq Xidmətinin Bakı Dövlət Regional Peşə Təhsili Mərkəzi də həyata keçirir.

Onu da xatırladaq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Koronavirus (COVİD-19) pandemiyası ilə mübarizə şəraitində dövlət məşğulluq xidməti qurumlarında işsiz kimi qeydiyyata alınmış şəxslərin sosial müdafiəsi haqqında” 8 aprel 2020-ci il tarixli qərarına əsasən, 2020-ci il 1 aprel tarixinə işsizlikdən sığorta ödənişinin müddəti bitmiş işsiz şəxslərə minimum məbləğdə işsizlikdən sığorta ödənişi, habelə peşə hazırlığı prosesində fasilə yaranmış kursların müdavimlərinə verilən təqaüdün ödənişi Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin bitdiyi tarixdən sonrakı ayın 1-dək davam etdirilməli idi. Belə ki, işsizlikdən sığorta ödənişinin müddəti bitmiş işsiz şəxslərə sığorta ödənişinin, peşə hazırlığı prosesində fasilə yaranmış kursların müdavimlərinə təqaüdün verilməsi müddəti uzadılmış, 2 min nəfəri əhatə edən bu sosial tədbirə 600 min manat manat ayrılmışdı. Mayın 18-də karantin rejimi yumşaldılsa da, təhsil müəssisələrinin bağlı qalması məqsədəuyğun hesab edilmişdi. Lakin ən azı indi – artıq təhsil müəssisələri müəyyən məhdudiyyətlər saxlanılmaqla açılandan sonra M.Qurbanova və onun kimi işsiz vətəndaşların problemləri çözülməlidir. Sadə dillə desək, onlara iki — dörd ay üçün aylıq 190 manat birdəfəlik ödəniş verilməli, sonra da kurslara cəlb olunaraq bundan sonrakı üç ay yarım ərzində hər ay 250 manat minimum əmək haqqına bərabər həcmdə təqaüdlə təmin olunmalıdırlar. Axı onlar dövlətin köməyindən faydalana bilmədikləri səbəbindən pandemiyanın birinci dalğasını yəqin ki külli miqdarda borca girərək, yaxud, əmlaklarını satmaq bahasına arxada qoya biliblər.
Deryaz.az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İlkin məşhur idmançılarımızın yer qalmaqalını ifşa etdi - "...gülünc görünürsünüz"
Bu gün, 00:18
Fars körfəzi üzərində hava məkanının bağlanması nəticəsində Bakıdan uçan bir sıra reyslərin marşrutu dəyişib - DİQQƏT
Bu gün, 00:11
Azərbaycan şou-biznesinin gizli faktları - SİYAHI
Dünən, 21:01
Qətər öz hava məkanını bağlayıb
Dünən, 20:47
6 yaşlı Ahu-nun qulağı əməliyyat zamanı çürüdü – Ana həkim Günel Məmmədlidən şikayətçidir
Dünən, 20:42
“Heç bir düşmənçilikdən söz gedə bilməz” - Xalq artistlərindən Cavidana CAVAB
Dünən, 18:15
TƏBİB-in daha bir milyonluq tenderi ləğv olundu
Dünən, 18:12
Sabiq partiya sədrinin oğlu vəfat etdi - FOTO
Dünən, 18:00
İcra başçısının müavini korrupsiyaya görə işdən çıxarılıb? - FOTO
Dünən, 17:55
İran ABŞ-a qarşı əməliyyat keçirməyi planlayır
Dünən, 17:52
"Ermənistan Elektrik Şəbəkələri" milliləşdirmə planından xəbərsizdir – şirkətdən baş nazirin ittihamlarına cavab
Dünən, 17:46
Həbs edilən müğənni aranı qatdı – Yeni qalmaqal
Dünən, 17:37
Güney Azərbaycan “ölüm zonası”na çevriləcək – Britaniyadan SENSASİYA
Dünən, 17:32
İranda kürdlər silahlanır: - Bu ərazidə onlara dövlət yaratmağa çalışacaqlar
Dünən, 17:27
“SOCAR Polymer”dən “Azərbaycan Dəmir Yolları”na transfer - BUNDAN SONRA...
Dünən, 17:22
Bakıda çimərliyi olan məşhur hotel satışa çıxarıldı
Dünən, 17:20
Ərdoğan yol ayrıcında: Trampla mübahisəyə də, İranın dağılmasına da hazır deyil - “Regnum”
Dünən, 17:18
Bazar üçün böyük təhdid: Əgər baş verərsə... - GƏLİŞMƏ
Dünən, 17:09
Ermənistanda keçmiş şəhər meri saxlanılıb
Dünən, 17:04
Bölgədə şiddətlənən müharibə: Azərbaycanın mövqeyi necədir? - İNCƏLƏMƏ
Dünən, 17:01
Ermənistanın siyasi elitası Kallas ilə əlaqələrini genişləndirməyə çalışır - ŞƏRH
Dünən, 16:57
Elşən Aslanzadə Gülpəri Bayramovanın 30 minini mənimsəyib - TƏFƏRRÜAT
Dünən, 16:53
Axundla qaçan qızla bağlı daha bir AÇIQLAMA – “Yeniyetməni ailə qurmağa təhrik edib…”
Dünən, 16:49
Nizami rayonunda qanunsuz tikintiyə hansı məmur icazə verib? -FOTOLAR
Dünən, 16:42
“Çox incimişəm, əməyimə lazımı qiymət verilmədi, ona görə də...” - Məşhur sənətkar İLLƏR SONRA
Dünən, 16:37
Dövlətə xəyanətdə təqsirləndirilən Bəhruz Səmədova hökm oxunub - DETALLAR
Dünən, 16:33
Gədəbəydə baş memarın OYUNBAZLIĞI... - FOTO, VİDEO
Dünən, 16:31
İran ilk dəfə İsrailə “Xeybər” raketləri ATDI
Dünən, 16:23
Azərbaycanda ən çox hansı ölkələrin vətəndaşları ali təhsil alır? - SİYAHI
Dünən, 16:21
Hörmüz boğazında gərginlik artır - Gəmilər istiqamətini dəyişir
Dünən, 16:17
16 yaşlı qızla evlənən axundun aqibəti: hansı cəza gözləyir? - AÇIQLAMA
Dünən, 16:15
Qacarların varisi də sağdır: Hakimiyyətə qayıda bilər? - AKTUAL
Dünən, 16:10
Əcnəbilərin İrandan Azərbaycana təxliyəsi davam edir
Dünən, 16:08
Elarizin Məmmədoğlunun qızı məhkəmədə ifadə verəcək - TƏFƏRRÜAT
Dünən, 16:05
Sara Netanyahudan İran xalqına: - Mübarizəmiz sizinlə deyil!
Dünən, 16:04
İnvestisiya Şirkətinin rəhbərliyində dəyişiklik olub: təyinat - BUNDAN SONRA...
Dünən, 16:01
İsrail təyyarəsi Şərqi Azərbaycanda vuruldu - VİDEO
Dünən, 15:51
ABŞ vətəndaşlarına Qətərdə növbəti bildirişə qədər evdən çıxmamaq tövsiyə edilib - KİV
Dünən, 15:48
TƏBİB artıq bu xəstələrə dərman verməyəcək - Qurumdan ŞOK ADDIM
Dünən, 15:00
Xırdalanda BİABIRÇILIQ: ağacları maşın yağı ilə qurudurlar - DƏHŞƏTLİ FAKTLAR
Dünən, 14:57
Bir gecədə kriptovalyuta bazarında 133 min dollar batdı - “Emosiyalara qapıldım”
Dünən, 14:52
Hörmüz boğazında ilişib qalan KAL ARMUD... - AKTUAL
Dünən, 14:49
ABŞ-ın Suriyadakı hərbi bazasına hücum edilib - "Mehr"
Dünən, 14:45
Prokuror "Toplum TV" işi üzrə ittiham aktını elan edib - TƏFƏRRÜAT
Dünən, 13:08
Ziya Məmmədovun oğlunun beton şirkəti ləğv edilir
Dünən, 12:59
Şimal-qərb küləyi gündüz arabir güclənəcək - belə deyirlər...
Dünən, 12:47
Rövşən Məmmədov Mahmud Əhmədinejat xəbərinə görə onu işdən çıxardı - FOTO
Dünən, 12:35
“American Airlines”in reysi Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş edib
Dünən, 12:29
Tanınmış aktrisa GİZLİNLƏRİ AÇDI: - “7 ay arxasınca süründüm”
Dünən, 12:28
Kilsə Paşinyanı devirəcək? - “Yaxın 2 ay ərzində...”
Dünən, 12:22
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru