Rektorun tender əməliyyatları .....                     Tikinti şirkətinin direktoru payçının 25 faizini əlindən alıb .....                     Rüşvət almaqda təqsirləndirilən sayt rəhbəri və oğlu ilə bağlı .....                     Bilmək olmur... məmurdur, ya biznesmen? .....                     Bakıda tanınmış iş adamının ailə üzvləri ilə bağlı cinayət işi: istintaq davam edir .....                     Simonyan Bakıda onların azad olunmasını xahiş edib .....                     Erməni əsgərinin Qarabağda nə işi var idi? .....                     Xalq rəssamı müəllifi olduğu xalçanı nazirliyə 100 min manata satdı .....                     Mələyin görüntüsünü paylaşıb pul toplayan şəxs tutuldu .....                     Azərbaycan Rusiyaya qarpız satışını .....                     Trampın adamından qorxunc xəbərdarlıq: Azərbaycana təhlükə? .....                     Rusiya hücum etsə, Tramp bu ölkələri qorumayacaq .....                     Bakının son şərti referendumsuz reallaşa bilər .....                     “Banklar qaytarılmayan krediti vətəndaşa yükləyir” .....                     Parisin İrəvana istənilən yardımı faydasızdır .....                     "Softline Solution”un vergi borcu üzə çıxıb .....                     Xırdalan taksisi Bakıya buraxılmayacaq .....                     Elə tək ağıllı Paşinyanın özüdür... .....                     Daha bir müəllimin şok səs yazısı yayıldı: Rüşvət iddiası .....                     6 saylı cəzaçəkmə müəssisəsinin rəisi İTTİHAM OLUNUR .....                     Vətəndaş İlqar Abbasovun umrunda da deyil... .....                     “Aslanoğulları”nın Azərbaycandakı filialının vergi borcu üzə çıxıb .....                     Evi plana düşənlərin nəzərinə .....                     Britaniyadan Rusiyaya xəbərdarlıq .....                     200 minlik şirkət DVX-nin "qara siyahı"sında .....                     Kriminal aləmə biət edən təhsilimiz... .....                     Bəzi Reabilitasiya mərkəzlərində İŞGƏNCƏ VƏ QANUNSUZLUQ .....                     Səhiyyə sisteminin əvəzsiz TENDERYEYƏNİ .....                     Naftalanda icra hakimiyyətinin 3 tenderinə RƏDD CAVABI .....                     “ “FSB” gəmisinin Bakıya yan alması Rusiyanın güc nümayiş etdirmək istəyidir...” .....                     “Vergi cənnəti” bitir .....                     Həqiqət anı: Rusiya Moldovada ikinci cəbhə hazırlayır .....                     "4-5 yaşıma kimi elə bilirdim ki, ata və ana eyni insandır" .....                     Babək xəstəxanası nəzarətsiz qalıb... .....                     Qarabağ qazisi yenə də DAVADADIR .....                     Kürdəmir sakini DOST-dan gileylənir .....                     Avropa dövlətləri Fələstinin müstəqilliyini tanıyıblar .....                     Əmrullayevin gizli "kitab oyunu" .....                     Ağadadaş Ağayev imicini dəyişdi .....                     Rüşvətlə mühakimə olunan eks komissarın işində şahidlər ifadə verdi: "Dedi, Şükürova çatacaq" .....                 

Rektora qarşı ağır ittihamlar... - Rüşvət, korrupsiya, özbaşınalıq...
Tarix: 18-03-2016, 08:54 | Çap et
Rektora qarşı ağır ittihamlar...
Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) rüşvət tüğyan etməkdədir. Ölkənin aparıcı ali məktəblərindən olan ADİU-da rektor dəyişikliyi olsa da, sistemdə hər hansı müsbətə doğru dəyişklik müşahidə olunmadı.

Əksinə, Şəmsəddin Hacıyevin dövründən sonra vəziyyət daha da mürəkkəbləşdi. Bu təhsil ocağında hər semestr qabağı bir canlanma, canfəşanlıq, şıdırğı bazarlıq gedir. “Gündəm-xəbər”ə yazan bir qrup tələbənin müraciətində qeyd olunur ki, rektor Ədalət Muradovun rüşvət piramidasında təmsil olunan kahinlər var.

Rektorun ətrafındakı dördlər...

Onlar ADİU rəhbərliyində təmsil olunan və rektorun kabinetinə istənilən saatda daxil olan məmurlaşmış prorektor-dekan heyətidir. Ş.Hacıyevin dövründən qalan bəziləri də Ə.Muradova canla-başla xidmət edirlər.

Həmin bürokrat dekanları kimin rektor olması qətiyyən maraqlandırmır. Təki sistem dəyişməsin, işdən azad olunmasınlar və tələbələri soğan qabığı kimi soysunlar. Odur ki, muradına çatan həmin şəbəkə Ə.Muradovun ətrafında sıx birləşib, rüşvətin geniş təşəkkül tapmasına lazımi dəstək verməkdədir. Bəs, onlar kimdir?

Qabil Manafov - Magistratura Mərkəzinin direktorudur. Rektorun həmyerlisidir. Bu dəfə də tayfa-klan-regionçuluq prinsipi pozulmayıb. Öz sahəsində böyük imtiyazlara sahibdir. Rektorun himayəsində olduğuna görə konfidensial işlərin ifşasından, qeyri-rəsmi əməliyyatların de-şifrə olunmasından narahatlıq keçirmir.

Texnologiya və Dizayn fakültəsinin dekanı Vəkil Hüseynov. Onun müasir texnologiyası və bər-bəzəkli dizayn işləri nəticəsində fakültədə rüşvət sürətlə inkişaf edib. V.Hüseynov Ş.Hacıyevin dövründən bu fakültədə tələbələrin qanını sormaq üçün öz komandası ilə çalışır.

Əmtəəşünaslıq fakültəsinin dekanı Tofiq Osmanovə gəlincə, onun ən vacib əmtəəsi də semestr imtahanlarında tələbələrin qanını qaraltmaqdır. ADİU-da rüşvət yığılmasında məhsuldar dekanlardan olan T.Osmanov da Ə.Muradov üçün önəmli kadr hesab olunur.

Məhz bu korrupsiya piramidasında adıçəkilən dekanların müstəsna iştirakının olduğu iddia olunur. Bu barədə qəzetimizə yazan tələbələr də qeyd edirlər ki, siyahıda Damət Bağırovun rolu xüsusi qiymətləndirilməlidir.

Rektorun sağ əli sayılan Damət müəllim elə sabiq rektorun dövründə də mühüm kadr olub. Onun ictimai-siyasi tədbirlərdə, media ilə işləməkdə, universitetin siyasi kursunun praktikasında təcrübəsi var. Tədris və İnformasiya Texnologiyaları üzrə prorektor Damət Bağırov bu şəbəkəyə rəhbərlik edir.

Bu kampaniya barəsində Təhsil Nazirliyinə və Prezident Administrasiyasına anonim məktublar ünvanlanır. Eyni zamanda Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə və Vergilər Nazirliyinə göndərilən məktublarda sözügedən qruplaşma və ümumilikdə təhsil ocağında baş verənlər barəsində səhih məlumatlar verilib.

İmtahanların tarifi, bir intiharın sirri...

Əslində, hesab edildi ki, Şəmsəddin Hacıyevin zamanında olan “nöqsan”lara son qoyular, Ədalət Muradov ADİU-nin gələcəyi üçün yeni bir səhifə açar. O, İqtisad Universitetinə hansısa bir yenilik gətirər. Bunun üçün isə mütləqdir ki, ətrafında ağıllı, savadlı, ideya və təşəbbüsü olan şəxsləri birləşdirsin.

Bu şərtlər su, hava, qida qədər önəmlidir. Lakin göründüyü kimi, ADİU-də heç nə dəyişmədi. Əksinə, I kurs tələbələri yazılı test imtahanı verməyə başladı ki, bununla da rüşvət daha geniş miqyas aldı. Hazırda Beynəlxalq iqtisadi münasibətlər (BİM), İqtisadiyyat və sənaye, Kommersiya, Maliyyə fakültələrində tələbələrdən semestr imtahanlarının qaydaya qoyulması üçün 1000-1500 manat civarında rüşvət alınmasını heç kim inkar edə bilməz.

Rüşvətlə sürücülük vəsiqəsi verilərkən kompüterdə düzgün cavablarla bağlı düymə necə basılırsa, ADİU-də imtahanları həmin sistemlə həyata keçirirlər.

Hazırda prorektor Damət Bağırov və Tədris metodiki mərkəzinin direktoru Eldar Azadov rəhbərlik edir. Onlar ADİU-nin Dərbənd filialından universitetə köçürülmə və sonrakı mərhələdə tələbələrdən hər fənn üzrə fərq imtahanı üçün 800 manat alır.

Damət Bağırov və Eldar Azadov bu işdən kifayət qədər mənfəət götürür. Dərbənd filialından ADİU-nə köçürülmə 30-35 min manata başa gəlirsə, sonradan tələbə 15-20 fərq imtahanının hər birinə 800 manat verməli olur. İl ərzində isə 60-70 tələbə Dərbənd filialından ADİU-ya köçürülür.

Məlumat üçün onu da bildirək ki, hələ bir neçə il bundan qabaq media orqanlarında Damət Bağırovla Dərbənd filialının müəllimi olmuş Minə xanım arasında tələbə köçürülmələri ilə bağlı yaranmış narazılıq işıqlandırılmışdı. Sonradan məlum oldu ki, Minə xanım özünü asaraq intihar edib.

Qəribəsi odur ki, Ədalət Muradov rektor təyin olunanda ADİU-də işləyən müəllimlərdə yəqinlik yaranmışdı ki, yeni rəhbər ilk əvvəl Damət Bağırovu tutduğu vəzifədən azad edəcək. Nəinki bu baş verdi, əksinə, Damət Bağırov yeni rektorun “kassir”inə çevrildi, “idarəetmə”nin əsasları onun adı ilə bağlandı.

İş yoldaşlığından başlayan bazarlıq

“Gündəm-xəbər”ə daxil olan məlumata görə, Ə.Muradovun ADİU-ya rektor təyin edilməsi ilə ölkənin nəhəng ali məktəbi baltalandı. Məhz Ə.Muradovun təyinatının ardınca bu ali təhsil ocağında vəziyyət daha da ağırlaşıb.

Mətbuatda dərc olunan xəbərlər və prezidentə ünvanlanan şikayətlər deməyə əsas verir ki, bu təyinat nəinki uğurlu olmayıb, hətta fiaskoya uğrayıb. Belə olmasaydı, ADİU-dan kütləvi şəkildə narazılıqlar ölkə başçısına ünvanlamazdı.

Onu da deyək ki, təhsil naziri ilə rektor İqtisadi İnkişaf Nazirliyində iş yoldaşı olublar. Onların arasında dostluq münasibətləri var. Ədalət Muradovun rektor təyin olunmasında Mikayıl Cabbarovun da xüsusi rolunun olduğu bildirilir. Hətta nazir canfəşanlıq nümayiş etdirərək hakimiyyət kluarlarında dostunun rektor keçməsinə müvəffəq olub.

Qaynağımız iddia edir ki, bu təyinatdan sonra nazir mövqelərinin gücləndiyinə arxayınlaşıb.Və rektorla işbirliyi onlar üçün yeni kassaların açılması ilə müşayiət olunub. İddialara görə, Ə.Muradova məhz nazir dostu ali məktəbi çapıb talamağa şərait yaradıb.

Nazirin diktəsi ilə hərəkət edən rektor ADİU-da bazar açmaqdan çəkinməyib. Şəmsəddin Hacıyevin dövründə rüşvətin belə tüğyan etmədiyini söyləyən tələbələr indiki şəraitə etiraz edirlər.

Mənbə bildirir ki, ADİU-da dekanların tələbələrdən açıq şəkildə pul tələb etməsi, prorektorların çəkinmədən semester alverinə getməsi məhz rektorun onları arxayınlaşdırmasından irəli gəlir. Hətta sabiq rektorun dövründən qalan bəzi dekanlar razılıq edirlər.Çünki onlara Ş.Hacıyevin dövründə belə açıq bazar açmağa imkan verilməyib.

Baş mühasibin buxarladığı vəsaitlər

Ədalət Muradov 1995-1999- cu illərdə T. Şevçenko adına Kiyev Dövlət Universitetində, 1999-2002-ci illərdə isə Azərbaycan Respublikası Prezidentinin yanında Dövlət İdarəçilik Akademiyasında pedaqoji fəaliyyətlə məşğul olub.

Bunca pedaqoji fəaliyyətlə məşğul olması Ədalət müəllimin hazırkı vəzifədə fəaliyyəti üçün stimullaşdırıcı amil sayıla bilər. Başqa sözlə iqtisad universitetinin rektorluğu onun üçün yad vəzifə deyil. Məhz elə bu səbəbdən də çoxları yeni rektordan müsbət mənada çox şey gözləyirdi.

Məlumatlarda deyilir ki, universitetin maliyyə və mühasibatlıq departamentinin baş mühasibi Nəsimi İsmayılovla bağlıdır. Məhz qısa zamanda bu şəxsin əli ilə küllü miqdarda vəsaitin müxtəlif adlarla “buxarlanması” haqqında məlumatlar dolanır.

Bu sıraya isə həm sabiq rektorun zamanından qalıb xərclənməmiş, həm də yeni ayrılmış vəsaitlər daxildir. Əvəzində isə əsas korpusun ehtiyac olmayan bəzi divarları rənglənib. Ə.Muradov nəinki ona göstərilən etimadı doğrultmayıb, hətta universitetin fəaliyyətini çıxılmaz dalana salıb. Ədalət Muradovun İqtisad Universitetinə təyin olunmasından ötən bir il ərzində adıçəkilən təhsil ocağı kifayət qədər geriləyib.

25 milyon hara gedib?

İstər maddi-texniki baza, istər təhsilin keyfiyyəti, tələbələrin dərsə davamiyyəti, istərsə də rüşvətxorluq iddiaları ilə bağlı müraciətlər ötən müddət ərzində nəzərəçarpacaq dərəcədə çoxalıb.

Rektor təyinatından dərhal sonra “kadr islahatlarına” başlayan Ə. Muradov özünə yaxın şəxsləri rəhbər postlara yerləşdirməklə tam nəzarəti ələ alıb.

Beynəlxalq iqtisadi münasibətlər (BİM), İqtisadiyyat və sənaye, Kommersiya, Maliyyə fakültələrində tələbələrdən yay semestr imtahanlarının qaydaya qoyulması üçün 1000-1500 manat civarında rüşvət alınması halları bu ilin əsas “göstəricilərindəndir”.

Xüsusilə Ədalət Muradovun belə geniş “fəaliyyət” göstərməsində onun Təhsil Nazirinin müavini Ceyhun Bayramovla yaxın münasibətlərinin də mühüm rol oynadığı bildirilir. Ədalət Muradov təhsil nazirinin yaxın çevrəsinə aid edilsə də, onun daha çox nazirin müavini Ceyhun Bayramovun təsiri altında olduğu deyilir.

Bu il ödənişli təhsil sektorundan İqtisad Universitetinin hesabına daxil olmuş 25 milyon manatın aqibətindən xəbər yoxdur. Təsadüfi deyil ki, Prezident Admnistrasiyasının rəhbəri Ramiz Mehdiyev müşavirələrin birində ölkədə savadlı kadrların çatışmazlığından danışmış, tənqidi fikirlər səsləndirmişdi.

Rafiq Qara
GundemXeber.az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rektorun tender əməliyyatları – BDU bir şirkətə gah invertar, gah da təmir işləri sifariş verir
Bu gün, 09:56
Tikinti şirkətinin direktoru payçının 25 faizini əlindən alıb - ÖZBAŞINALIQ...
Bu gün, 09:51
Rüşvət almaqda təqsirləndirilən sayt rəhbəri və oğlu ilə bağlı QƏRAR
Bu gün, 09:44
Bilmək olmur... məmurdur, ya biznesmen? - İTTİHAM VAR...
Bu gün, 09:38
Bakıda tanınmış iş adamının ailə üzvləri ilə bağlı cinayət işi: istintaq davam edir - TƏFƏRRÜAT
Bu gün, 09:31
Simonyan Bakıda onların azad olunmasını xahiş edib - SİYAHI
Bu gün, 09:25
Erməni əsgərinin Qarabağda nə işi var idi? - Ermənistan Baş nazirindən HAQLI SUALLAR...
Bu gün, 09:19
Xalq rəssamı müəllifi olduğu xalçanı nazirliyə 100 min manata satdı
Bu gün, 09:16
Mələyin görüntüsünü paylaşıb pul toplayan şəxs tutuldu - Foto
Bu gün, 09:12
Azərbaycan Rusiyaya qarpız satışını - 2,6 dəfə ARTIRIB
Bu gün, 08:59
Trampın adamından qorxunc xəbərdarlıq: Azərbaycana təhlükə? - Görünəni odur ki...
Bu gün, 08:52
Rusiya hücum etsə, Tramp bu ölkələri qorumayacaq - FT
Bu gün, 08:29
Bakının son şərti referendumsuz reallaşa bilər - GƏLİŞMƏ
Bu gün, 08:27
“Banklar qaytarılmayan krediti vətəndaşa yükləyir” - AKTUAL
Bu gün, 07:48
Parisin İrəvana istənilən yardımı faydasızdır - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:46
"Softline Solution”un vergi borcu üzə çıxıb - FOTO
Bu gün, 07:44
Xırdalan taksisi Bakıya buraxılmayacaq - “Yəqin gəlib “bazara” girirlər”
Bu gün, 07:42
Elə tək ağıllı Paşinyanın özüdür... - ŞƏRH
Bu gün, 07:39
Daha bir müəllimin şok səs yazısı yayıldı: Rüşvət iddiası - AUDİO
Bu gün, 07:24
6 saylı cəzaçəkmə müəssisəsinin rəisi İTTİHAM OLUNUR - MÜRACİƏT
Bu gün, 07:22
Vətəndaş İlqar Abbasovun umrunda da deyil... - BU DA FAKT...
Bu gün, 07:19
“Aslanoğulları”nın Azərbaycandakı filialının vergi borcu üzə çıxıb - FOTO
Bu gün, 07:07
Evi plana düşənlərin nəzərinə – Bunları mütləq bilməlisiniz
Bu gün, 07:06
Britaniyadan Rusiyaya xəbərdarlıq - Birbaşa qarşıdurma ola bilər
Bu gün, 07:04
200 minlik şirkət DVX-nin "qara siyahı"sında - “GNI Software” qanunvericiliyi pozub
Bu gün, 07:03
Kriminal aləmə biət edən təhsilimiz... - dərslər 1 həftədir başlayıb, amma...
Bu gün, 06:50
Bəzi Reabilitasiya mərkəzlərində İŞGƏNCƏ VƏ QANUNSUZLUQ - VƏKİLDƏN AÇIQLAMA
Bu gün, 06:46
Səhiyyə sisteminin əvəzsiz TENDERYEYƏNİ - indi də Naxçıvanda milyonları xırıd edir
Bu gün, 06:44
Naftalanda icra hakimiyyətinin 3 tenderinə RƏDD CAVABI - TƏFƏRRÜAT
Bu gün, 06:39
“ “FSB” gəmisinin Bakıya yan alması Rusiyanın güc nümayiş etdirmək istəyidir...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 06:33
“Vergi cənnəti” bitir - AKTUAL
Bu gün, 06:31
Həqiqət anı: Rusiya Moldovada ikinci cəbhə hazırlayır - NƏ ETMƏLİ?
Bu gün, 06:29
"4-5 yaşıma kimi elə bilirdim ki, ata və ana eyni insandır"
Bu gün, 06:24
Babək xəstəxanası nəzarətsiz qalıb... - ONA GÖRƏ DƏ...
Bu gün, 06:21
Qarabağ qazisi yenə də DAVADADIR - Bu dəfə Mədəniyyət Nazirliyinə qarşı...
Bu gün, 06:18
Kürdəmir sakini DOST-dan gileylənir - "Heç bir xəbərdarlıq etmədən..."
Bu gün, 06:16
Avropa dövlətləri Fələstinin müstəqilliyini tanıyıblar
Bu gün, 06:10
Əmrullayevin gizli "kitab oyunu" - "Körpü" nəşriyyatı ilə "işbirliyinin" PƏRDƏARXASI
Bu gün, 00:21
Ağadadaş Ağayev imicini dəyişdi – FOTO
Dünən, 18:01
Rüşvətlə mühakimə olunan eks komissarın işində şahidlər ifadə verdi: "Dedi, Şükürova çatacaq" - MƏHKƏMƏ
Dünən, 17:59
Ankara-Bakı reysinin kapitanı təyyarədə həyəcan siqnalı barədə aeroporta sorğu göndərib, siqnalın əsassız olduğu müəyyənləşib - TƏFƏRRÜAT
Dünən, 17:56
“Patron”un yer fıstığından qurd çıxdı - VİDEO
Dünən, 17:53
AKİA-ya yeni sədr müavini təyin edilib - BUNDAN SONRA...
Dünən, 17:51
Ağdamda 9 milyon manata evlər tikiləcək - QALİB ŞİRKƏT AÇIQLANDI
Dünən, 17:48
“Bu görüş Putinin ad günündə baş verə bilər” – Bakı - Moskva münasibətlərində nə gözlənilir?
Dünən, 17:38
Sosial Tədqiqatlar Mərkəzində Faiq Ələkbərlinin üç cildlik kitablarının təqdimatı keçirilib - FOTO
Dünən, 17:22
Sinif yoldaşının evinə qonaq getdi, oğurluq etdi - 12 min manat...
Dünən, 17:19
Gənclər və İdman Nazirliyi 3.5 milyonluq idman geyimləri alır
Dünən, 17:04
Nazirliyin QADAĞASINA MƏHƏL QOYULMUR – Məktəbdə “Fond pulu” davası
Dünən, 17:02
Müğənni KİMƏ SƏSLƏNDİ? –“Kimsə mənə bir “meşok” pul verəcək, mən də...”
Dünən, 16:59
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru