Əli Əsədov benzinin qiyməti ilə bağlı .....                     Karapetyanın partiyasının üzvləri saxlanıldı .....                     Çexiya Azərbaycana yeni hərbi təlim təyyarəsini təklif edib .....                     Naxçıvanda taksi narazılığı: Bu avtomobillərə qadağa qoyuldu .....                     İran bəyanat verdi: .....                     Rusiya Avropa strukturlarının nümayəndələrinə qarşı sanksiyalar tətbiq edib .....                     “İpək Yolu Sığorta” kiçilib, gəlirləri azalıb .....                     Sankt-Peterburqda Putin və Əraqçi arasında görüş keçirilir .....                     Çimərlikdəki qətlin məhkəməsi .....                     70 kq qızılla tutulan polkovnikə .....                     Paşinyanın sərhədlə bağlı açıqlamasına Bakıdan REAKSİYA: .....                     Deputatın qızlara pulsuz təhsil təklifinə REAKSİYA: .....                     "Pünhan kişidir, rəftar fərqli olmalıdır" .....                     Məzahir Pənahov yenidən MSK sədri seçilib .....                     Xocalı sakinləri işsizlik və həyətyanı sahə problemi ilə üzləşirlər... .....                     ABŞ-nin İranla bağlı strategiyası naməlumdur .....                     MSK-nın heç bir funksiyası yoxdur .....                     “Bank Avrasiya”nın maliyyə vəziyyəti ürəkaçan deyil .....                     “Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov istefaya göndərilib .....                     Turan Topalova tutduğu vəzifədən ayrıldı .....                     Ermənistanda Rusiya lehinə olan kanallar silindi .....                     Cəlilov da BELƏ YEYİR: Hər kilometrə 200 MİN MANAT... .....                     Bank of Baku 27 qəpik borcu 2 manata necə çevirib? .....                     SAVAŞDAN ÇIXANA “XOX GƏLİRLƏR”: “Telefonumuza cavab verməsəniz, qohumlarınıza zəng edəcəyik” .....                     Avropa İttifaqının Gürcüstandakı səfiri XİN-ə çağırılıb .....                     Paşinyanın korteji hamilə qadını belə vurub .....                     Elgiz və Xoşqədəm yeni layihə ilə .....                     Xəyal Rza qəzaya düşdü .....                     Bu temp Anar Rzayevi HƏBSƏ GÖTÜRƏ BİLƏR... .....                     Cavid Nəbiyevin şirkətləri borc içində: Siyahıda "Anadolu Efes" də var .....                     “Görünür, Kremldə də çox istəyirlər ki, Zelenski ilə Bakıda hansısa görüş keçirilsin, amma...” .....                     Aqil Abbasdan “Ağdam Bus” kartlarının buraxılmasına münasibət: .....                     Marukyan Azərbaycanı məhkəməyə vermək istəyir .....                     Körpələrin yeməyinə tamah salan BÖYÜKLƏR... .....                     Maliyyə icarəsi verənlərin reyestri ilə bağlı dövlət rüsumu müəyyənləşir .....                     Gürcüstanla sərhədin delimitasiyasının başa çatdırılması barədə razılıq əldə etmişik .....                     Bakıda FACİƏ: pəncərəni silən qız binadan yıxılıb ÖLDÜ .....                     Bu şəxslər MSK-nın yeni tərkibində yer almadı .....                     “Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? .....                     “Səfərbərlik kimi məsuliyyətli proseslərdə qanun pozuntusuna yol vermək olmaz” .....                 

Bakını Las Veqasa döndərən "kazino mafiyası"... - milyonluq gəlirlər, şok adlar
Tarix: 4-03-2016, 08:43 | Çap et
Bakını Las Veqasa döndərən "kazino mafiyası"...
Azərbaycanda kazino fəaliyyəti rəsmi olaraq yasaqdır. Belə ki, mərhum dövlət başçısı Heydər Əliyev Azərbaycanda bütün kazino və qumarxanaların bağlanması barədə 1998-ci ildə qərar verib. Amma son illər Bakıda qanunsuz kazino biznesi sürətlə çiçəklənməyə başlayıb. Belə obyektlər adətən çay evləri, internet klubları kimi maskalanmaqla fəaliyyət göstərir. Bəzi obyektlər isə ümumiyyətlə adsızdır.

Ara-sıra aparılan vergi və polis reydləri

Mövzu ilə bağlı cumhuriyyet.az olaraq media üzərindən araşdırmalarımız ilginc məqamlar ortaya çıxarıb. Məlum olub ki, Bakıda fəaliyyət göstərən əksər kazinolar bir neçə şəxsin əlində cəmlənib. Onlar özlərini “toxunulmaz şəxs” statusunda aparır, güc strukturlarında himayədarları olduqlarını bəyan edir, lotu dəstələri saxlayır, hər cür zorakı əməllərdən belə çəkinmirlər. Bunun qarşılığında isə onlara dəyib-toxunan yoxdur. Onu da qeyd edək ki, bu qumarxanaların hər birində ciddi konspirasiya var. Qapılar daim bağlı olur, içəri yalnız üzdən tanıdıqları müştərilər buraxılır. Qumarxana işlədənlər polis təhlükəsi olan kimi kompüterləri elektrik şəbəkəsindən ayırır. Belə olan halda nəyisə sübut etmək çətin olur. Çünki proqram avtomatik itir. Ara-sıra aparılan vergi və polis reydləri isə əsasən kazino krallarının biznesinə təsüdüfi girişən kiçik oyunçuların sıradan çıxarılması məqsədi daşıyır.
Kazino krallarının öz aralarında da ara-sıra müəyyən maraq savaşları başlasa da, ümumilikdə qarşılıqlı anlaşma şəraitində işləməyə üstünlük verirlər. Onlar öz aralarında kimin hansı ərazilərdə fəaliyyət göstərəcəyi ilə bağlı anlaşmaya varırlar.
Hər ay milyonlarla manatın qanunsuz olaraq qəsb edildiyi bu kazinolar neçə-neçə ailənin də bədbəxt olmasına yol açıb. Bu kazinolarda bir gecənin içində hər şeyini- evini, maşınını, obyektlərini uduzanların sayı təxmin edə biləcəyinizdən də çoxdur. Araşdırmamız zamanı məlum oldu ki, təkcə son bir ayda məhz kazino oyunlarında bütün hər şeyini uduzan 4 nəfər intihar məqsədi ilə özünə qəsd edib.

Kazino mafiyası necə himayə edilir?

Mövzu ilə bağlı cumhuriyyet.az olaraq media üzərindən araşdırmalarımız zamanı Bakıda 100-ə yaxın kazino olduğu və yuxarıda qeyd etdiyimiz kimi əsasən 3-4 nəfərin arasında bölündüyü ortaya çıxdı. Bu 3-4 nəfərin kimliyi haqqında hələ ətraflı danışacağıq. İndi isə cumhuriyyet.az olaraq bu işin digər məqamlarına diqqət çəkək. Necə olur ki, kazinoların fəaliyyəti qanunsuz ola-ola Bakının mərkəzində, hər kəsin gözü önündə, bir çox hallarda hətta polis məntəqələrinin düz qarşısında bu cür məntəqələr açıq-aşkar fəaliyyət göstərir? Bu obyektlərin əksəriyyəti haqqında mətbuatda dəfələrlə faktlar və araşdırmalar dərc olunub, obyektlərin ünvanı, fotoları, sahiblərinin, işlədənlərinin adları ictimailəşdirilib. Amma… bu obyektlər heç nə olmamış kimi yenə də, həm də əvvəlkindən daha arxayın fəaliyyət göstərməkdə davam edirlər. Onlarla ailənin faciəsinə səbəb olan, neçə-neçə insanı bədbəxt edən, neçə-neçə ananı gözüyaşlı qoyan bu qumarxanalar kimlər tərəfindən və hansı məqsədlə himayə edilir? Bu məlum oldu ki, bu kazinolar bir neçə əldə cəmləşsə də himayə mexanizmi eynidir və bir çox hallarda eyni adamlara, eyni qurumlara gedib çıxır.1
Kazino kralları əsasən bu qurumların “yüksək rütbəli zabitləri” ilə əlbir işləyir. Onlar isə öz növbəsində onları himayə edir. Gözlənilən reyd və əməliyyatlardan öncədən xəbərdar edir, mümkün qədər qorumağa çalışırlar. Hər hansı obyekti qorumaq mümkün olmadıqda isə, araşdırmaların dərinə getməsinin qarşısını alır, “krallar”ın təhlükəsizliyini təmin edirlər.
Mətbuatdan gələn təhlükələri də önləmək üçün də xüsusi mexanizm qurulub. Bəlli qurumdan olan himayədarlar reket mediadakı uzantılarını bu kazinolara da təhkim edib. “Kazino kralları”nın “mətbuat katib”ləri mediadakı “təmizlik əməliyyatı” üçün isə hər ay minimum 10 000 manat vəsait alırlar.
Növbəti yazımızda bu mətbuat işbazlarının kimliyi, hansı obyektdən nə qədər topladıqları, hansı qurumdan və konkret kimlərdən tapşırıqlar aldıqlarını faktlarla təqdim edəcəyik.

Kazino kralları kimlərdir?

Gizli kazinolar əsasən Bakı, Xırdalan və Sumqayıt ərazilərində, habelə bir çox rayonlarda fəaliyyət göstərir. Araşdırmamızın mövzusu isə hələlik yalnız Bakı və Bakı ətrafını əhatə edir. Bakıda hər ay milyonların dövr etdiyi qumar biznesinin yetərli hissəsinə “Qara Vəzir” kimi tanınan şəxs başçılıq edir. “Qara Vəzir” əsasən metroların çıxışına yaxın yerlərdəki zirzəmiləri icarəyə götürərək orada qumarxana açır. Buna misal olaraq, Xətai rayonundakı bütün kazinoları, “Sahil”, “Nizami”, Əhmədli”, “Neftçilər” və digər metrostansiyaların ətrafındakı qanunsuz qumarxanaları göstərmək olar. Bundan əlavə “Qara Vəzir”in Xırdalanda da bir çox qanunsuz obyektləri fəaliyyət göstərir. “Qara Vəzir”in təkcə “Nizami” metrostansiyası qarşısında Cəfər Cabbbarlı 4 ünvanında, Əhmədlidə, “Bakı” kinoteatrının yaxınlığındakı, “NeftçiКадр kazino yeni tam versiya (00-03-01)lər” metrosunun yanında poçtun arxasındakı kazinolardan hər ay 200 min manat gəlir götürdüyü bildirilir. Ümumilikdə isə bu şəxsin belə kazinolarının sayı 30-dan çoxdur. Xatırladaq ki, bir neçə il əvvəl Vəzir Qaranizadə qumar biznesi ilə məşğul olduğu üçün həbs edilsə də, bir müddət sonra azadlığa çıxdı və yenidən sevimli işinə başladı. Hazırda “Qara Vəzir” özü daha çöx kölgdə qalsa da, bu obyektlərin demək olar ki, hamısına oğlu Tofiq Qaranizadə nəzarət edir. Qeyd edək ki, Tofiq sabiq polis işçisidir.
Araşdırmalar nəticəsində həmçinin məlum olub ki, belə gizli məntəqə sahiblərindən biri də “Yeraz Ramil” və ya “Ramil dayı” ləqəbləri ilə tanınan şəxsdir. Onun şəriki isə Rüfət adlı birisidir. Məlumata görə, “Yeraz Ramil” digər bir ləqəblə də tanınır. Özünü hüquq-mühafizə orqanlarına yaxın kimi təqdim edən bu şəxs Bakıda və bölgələrdə əksər qumarxanalara himayədarlıq edir. “Yeraz Ramil”in bir müddət əvvəl “Zenit-Bet” qumar şəbəkəsi üzərində qazandığı qələbə bu şəxsi Bakının qumar kralına çevirmiş olub. O, lotoxanaların və kazinoların fəaliyyətini günbəgün genişləndirir. Onun obyektlərinə misal olaraq paytaxtın Hüseynbala Əliyev küçəsi, 24 ünvanda fəaliyyət göstərən “Livan şaurması” adlı kafeni göstərmək olar. Ətrafda yaşayan sakinlərin şikayətindən sonra qumarxananın fəaliyyəti bir neçə gün dondurulsa da, bir neçə gün keçəndən sonra “Livan şaurması” yenidən fəaliyyətini bərpa etdi. Elə ki, axşam düşür, kafedə qumar oyunlarına start verilir. Qumarxananı işlədən şəxslər burda idmançı görkəmində şəxslər saxlayırlar. Hansısa problem yarananda həmin idmançıların gücündən istifadə edirlər.
“Kazino kralları”na misal olaraq, daha bir neçə nəfərin də adını çəkə bilərik. 20 yanvar metrosunun yaxınlığı, Tbilisi prospektində Arzuman Muradlının idarə etdiyi qumarxana da Bakının ən iri gizli kazinolarından biridir. Buranın günlük dövriyyəsi 100 min manatdan yuxarıdır. Bu adamın şəhərin mərkəzində bir neçə restoranları da fəaliyyət göstərir. Digərləri kimi onun da xüsusi qoçu dəstələri var, borclulara zor tətbiq etməkdən, bir çox hallarda ölümlə hədələməkdən belə çəkinmir.
Nərimanov metrosunun yaxınlığında, Ağa Nemətulla küçəsində (“Oksigen” Klinikasının arxasında) Çingiz adlı şəxsin himayə etdiyi, Rəfail və Elçin adlı ata-balanın işlətdiyi kazino da əsas obyektlərdən biridir.
6-cı mikrorayonda, Svetlana Məmmədova küçəsində fəaliyyət göstərən Zakir Rüstəmova məxsus “Kafe Həyat “, Gənclik metrosunun yaxınlığında, Caspian Ticarət Mərkəzinin yanında Sərdar adlı şəxsin himayə etdiyi qumarxana da bu qəbildəndir.
Mikrorayonlarda, Qaradağ rayonunun Sahil və Lökbatan qəsəbələrində fəaliyyət göstərən kazinolar isə əsasən “Qobulu Naib” ləqəbi ilə tanınan şəxsin nəzarətindədir. Ümumiyyətlə, yuxarıda da qeyd etdiyimiz kimi, Bakıda bu obyektlərin sayı 100-ə yaxındır və əksəriyyətinin də ünvanları, sahibləri artıq bizə məlumdur. Növbəti yazılarımızda daha geniş siyahını təqdim edəcəyik.

NÖVBƏTİ YAZLARIMIZDA OXUYUN:

– Bir gecədə iki “Lexus” markalı avtomobilini uduzan iş adamı kimdir?
– 160 min uduzan oğlu intihar həddinə çatdırılan ananın fəryadı;
– Evini, bütün əmlakını uduzanların, şahidlərin izahatları;
– Gizli kazinolardan çoxsaylı video çəkilişlər;
– Kazino mafiyasının mediadakı himayədarları və onların bağlı olduğu “paqonlular” kimlərdir?
– Kazino mafiyasını MTN-in “vurulan” genaralları ilə nə bağlayır?
– Generallara ödənilən aylıq məbləğin miqdarı;
– Kazino açmaq istəyənlər kimlərin qapısını döyməlidir?
















 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Əli Əsədov benzinin qiyməti ilə bağlı QƏRAR VERDİ
Dünən, 18:15
Karapetyanın partiyasının üzvləri saxlanıldı
Dünən, 17:27
Çexiya Azərbaycana yeni hərbi təlim təyyarəsini təklif edib
Dünən, 17:26
Naxçıvanda taksi narazılığı: Bu avtomobillərə qadağa qoyuldu – AYNA-dan CAVAB
Dünən, 17:20
İran bəyanat verdi: - Müharibə mürəkkəb mərhələyə keçir
Dünən, 17:18
Rusiya Avropa strukturlarının nümayəndələrinə qarşı sanksiyalar tətbiq edib
Dünən, 17:15
“İpək Yolu Sığorta” kiçilib, gəlirləri azalıb
Dünən, 17:13
Sankt-Peterburqda Putin və Əraqçi arasında görüş keçirilir
Dünən, 17:10
Çimərlikdəki qətlin məhkəməsi – ŞOK İFADƏLƏR
Dünən, 16:51
70 kq qızılla tutulan polkovnikə - Hökm oxundu
Dünən, 16:44
Paşinyanın sərhədlə bağlı açıqlamasına Bakıdan REAKSİYA: - “Mübahisəli ərazilər var...”
Dünən, 16:37
Deputatın qızlara pulsuz təhsil təklifinə REAKSİYA: - “Hansısa tələbənin təhsil haqqını özü ödəsin”
Dünən, 16:33
"Pünhan kişidir, rəftar fərqli olmalıdır"
Dünən, 16:30
Məzahir Pənahov yenidən MSK sədri seçilib
Dünən, 16:29
Xocalı sakinləri işsizlik və həyətyanı sahə problemi ilə üzləşirlər... - NARAZILIQ VAR...
Dünən, 16:03
ABŞ-nin İranla bağlı strategiyası naməlumdur - Almaniya Kansleri
Dünən, 15:53
MSK-nın heç bir funksiyası yoxdur - Siyasilərdən REAKSİYA
Dünən, 15:51
“Bank Avrasiya”nın maliyyə vəziyyəti ürəkaçan deyil – Ümidsiz kreditlərin payı kəskin artıb
Dünən, 15:48
“Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov istefaya göndərilib
Dünən, 15:45
Turan Topalova tutduğu vəzifədən ayrıldı - ƏMR
Dünən, 15:44
Ermənistanda Rusiya lehinə olan kanallar silindi
Dünən, 15:42
Cəlilov da BELƏ YEYİR: Hər kilometrə 200 MİN MANAT... - AY MAŞALLAH...
Dünən, 15:34
Bank of Baku 27 qəpik borcu 2 manata necə çevirib? - Mərkəzi Bank vətəndaş şikayətinə belə CAVAB VERDİ
Dünən, 15:22
SAVAŞDAN ÇIXANA “XOX GƏLİRLƏR”: “Telefonumuza cavab verməsəniz, qohumlarınıza zəng edəcəyik” - ÖZBAŞINA QALIBLAR...
Dünən, 15:15
Avropa İttifaqının Gürcüstandakı səfiri XİN-ə çağırılıb - KİV
Dünən, 15:03
Paşinyanın korteji hamilə qadını belə vurub – yeni iddia
Dünən, 15:02
Elgiz və Xoşqədəm yeni layihə ilə efirə QAYIDIR
Dünən, 14:39
Xəyal Rza qəzaya düşdü - FOTO
Dünən, 14:38
Bu temp Anar Rzayevi HƏBSƏ GÖTÜRƏ BİLƏR... - ÇÜNKİ...
Dünən, 14:33
Cavid Nəbiyevin şirkətləri borc içində: Siyahıda "Anadolu Efes" də var - TƏFƏRRÜAT
Dünən, 14:25
“Görünür, Kremldə də çox istəyirlər ki, Zelenski ilə Bakıda hansısa görüş keçirilsin, amma...”
Dünən, 14:08
Aqil Abbasdan “Ağdam Bus” kartlarının buraxılmasına münasibət: -“2-3 min adam üçün nəyə lazımdır?”
Dünən, 14:06
Marukyan Azərbaycanı məhkəməyə vermək istəyir
Dünən, 14:02
Körpələrin yeməyinə tamah salan BÖYÜKLƏR... - İTTİHAM VAR...
Dünən, 13:47
Maliyyə icarəsi verənlərin reyestri ilə bağlı dövlət rüsumu müəyyənləşir - MƏBLƏĞ
Dünən, 13:42
Gürcüstanla sərhədin delimitasiyasının başa çatdırılması barədə razılıq əldə etmişik - Paşinyan
Dünən, 13:34
Bakıda FACİƏ: pəncərəni silən qız binadan yıxılıb ÖLDÜ - TƏFƏRRÜAT
Dünən, 13:31
Bu şəxslər MSK-nın yeni tərkibində yer almadı - SİYAHI
Dünən, 13:07
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? - Rusiyanın “kölgə tanker”ində İran izi
Dünən, 13:06
“Səfərbərlik kimi məsuliyyətli proseslərdə qanun pozuntusuna yol vermək olmaz” - deputat
Dünən, 12:59
Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir - belə deyirlər...
Dünən, 12:49
Dilarə Kazımova ailə quracağı şəxsə ŞƏRT KƏSDİ - "Məni üç uşağımla..."
Dünən, 12:39
Azərbaycanda tətbiq edilən ŞOK SİLAH – Daha təhlükəli formada qayıdıb?
Dünən, 12:35
Distant təhsil günlərində internet güzəşti olacaq? - AKTUAL
Dünən, 12:30
Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası davam etdiriləcək - Nikol Paşinyan
Dünən, 12:27
Portağal idxalı: İrandan çox alırıq, Türkiyədən isə ucuz… - SİYAHI
Dünən, 12:24
Gürcüstanda 55 əcnəbi saxlanıldı - Aralarında Azərbaycan vətəndaşları da var
Dünən, 12:13
Deputat Aydın Mirzəzadənin sərgüzəştləri - Orxan Saffari yazır...
Dünən, 12:08
Bu komitəyə yeni sədr seçildi - ƏMR
Dünən, 12:02
Hakim Elnur Nuriyev bir dələduza niyə HÖKM oxumur? - 165 ailə Mehriban Əliyeva və İnam Kərimova üz tutdu
Dünən, 11:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru