Əsas Səhifə > Üst manşet / Güney Press > Səhiyyə büdcəsində MAAŞ 'ABORTU'
Səhiyyə büdcəsində MAAŞ 'ABORTU'Bu gün, 01:01 |
|
"Elə bilməyin ki, abort yalnız doğum evlərində olur, bəzən səhiyyə büdcəsini abort edə bilirlər..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış tibb işçisi Faiq Məmmədli qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "Necə??? Ümumdünya səhiyyə təşkilatı (ÜST) müəyyən edib ki, hər 10000 nəfərə bir təcili tibbi yardım (TTY) briqadası, hər 3500-4000 qadın əhalisinə isə (15-49yaş) bir ginekoloq düşür. Büdcə proqnozu və ştat cədvəli tərtib edildikdə bu rəqəmlər əsas götürülür.
Ancaq hazırda ölkəmizdə təxminən 1800-1900 TTY həkimi (həkim çatışmazlığı var bu sahədə), yəni 410briqada, statistik məlumatlara görə isə 2200-2300 ginekoloq fəaliyyət göstərir.
Bu isə o deməkdir ki, ölkəmizdə TTY briqadalarının sayı normadan 2, 4dəfə az, ginekoloqların sayı isə normadan 2,2 dəfə çoxdur. TTY həkimlərinin az olması tibbi xidmətdə diaqnostik və tibbi yardım səhvlərinin riskini artırır,gecikmələr və s amillər ölümlərin baş veməsinə səbəb ola bilir, ginekoloqların sayının çox olması isə bu sahədə qeyri -peşəkarların artması, lüzumsuz keysəriyyə əməliyyatı və abortlaın sayının çoxalması, rüşvətə meyilliyi və s.mənfi hallar yaradır.
Sual olunur, bu məsələ insan resurslarının qeyri -effektiv idarə olunması və proqnoz səhvidir...yoxsa əksəriyyətin görə bilmədiyi avantürist "korrupsiya layihəsi"???!?!
Ola bilməz ki, iriçaplı səhiyyə məmuru olasan ancaq büdcə proqnozunu bilməyəsən?
Axı,bu məmurlar çox yaxşı bilir ki, ginekoloqların Tarif Maaşı TTY həkimləriinin maaşından 2 dəfə aşağıdır.
Eyni zamanda bunu da əla bilirlər ki, ginekoloqlar işə qəbul və sonra hansı "imtahanları"ndan keçməlidir..
Sonra da səhiyyə naziri və sabiq TƏBİB direktoru deyirlər ki, həkim çatışmazlığına görə Proqram qəbul ediləcək!!??????
Proqramın icrası üçün yazın ki, ginekoloqlar normadan artıq olduğu üçün onların 50 faizi təcili tibbi yardımda yeni yaradılan Ginekoloji briqadalara!!!... Bu olar inqilabi, səmərəli, rasional, möhtəşəm İslahat
Unutmayın iclasda müzakirə olunanda Sizin yanınızda oturanların çoxu həmin ginekoloqların qohumu ola bilər...
P.S.Çox güman ki, maliyyə qurumları bu məsələyə toxunublar.."
Geri qayıt |