|
""Hüquqşünaslar" qrupuna anonim yazılmış şikayətdir. Daha doğrusu sualdır. Yasamalda bağlanan məktəbin müəllimləri işsiz qalmasın deyə, Bakının müxtəlif məktəblərinə göndərilir..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında yazan jurnalist Zülfiyyə Qurbanova daha sonra fikrini belə davam etdirir:
"Yəni transfer edilir. Direktor yaxın və uyğun iş yerlərini 8000-9000 manata satır. Tələb olunan pulu verməyə gücü çatmayan müəllimə Yasamaldan Artyom adasına göndərəcəyini deyib. Bunun adı konkret sürgündür. Bu şikayəti yazanın anası sözügedən məktəbdə 15 ildir müəllim işləyir. Övlad anası üçün narahatdır, nigarandır. Yazıb ki, yaxın məktəblərin birində iş yerini almağa pulları yoxdur. Hara, kimə və necə şikayət edəcəklərini bilmirlər. Hər halda Yasamalda bağlanan məktəbin sayı çox deyil, sözügedən məktəbi tapmaq asandır. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi , məlumatı sizə ötürürəm. Həmin məktəbi tapıb, məsələni araşdıra bilərsiniz. Amma çox xahiş edirəm, bu şikayəti yazan uşağı tapıb, anasını işdən qovmayın..."
Geri qayıt
|