Əsas Səhifə > Üst manşet / Güney Press > İcra başçısı qazi ailəsini süründürür
İcra başçısı qazi ailəsini süründürürBu gün, 06:48 |
|
Ömrünün 45 ilini müəllim peşəsinə həsr etmiş, iki oğlu Qarabağ döyüşlərinin iştirakçısı olan Natella Məmmədovaya Naxçıvanın Şahbuz rayon İcra Hakimiyyəti problem yaratmağa davam edir. Tribuna.az-a bu barədə məlumat verən şikayətçi bildirib ki, həm özü, həm də mərhum həyat yoldaşı uzun illər dövlətə və xalqa xidmət edib, müəllim kimi yüzlərlə şagird yetişdiriblər. Lakin bu gün onlar ən sadə dolanışıq problemini belə həll edə bilmirlər. “Bizim yol kənd yoludur. Bu dövlət əhəmiyyətli yol deyil ki, icazə verməsinlər. Biz dövlət əhəmiyyətli yola yaxın dükan tikmirik ki. Qanunlardan da xəbərimiz var. Bizim sadə dolanışığımız üçün tikmək istədiyimi dükan kənd yoluna yaxındır. O yol da dövlət əhəmiyyətli sayılmır. Ancaq icra hakimiyyəti bunu nəzərə almır. Boş və qanunsuz formada bizə icazə vermirlər”. Mövzu ilə bağlı Tribuna.az-a danışan Sosial Hüquqların Müdafiə Mərkəzinin rəhbəri Xəzər Teyyublu bildirib ki, şəhid ailələrinə və qazilərə dövlət qayğısı var və hər hansı məmur səlahiyyətlərindən sui-istifadə edərək onları incitməklə, süründürməklə dövlətin maraqlarına zidd addım atmış sayılır. “Vətənin azadlığı uğrunda döyüşlərdə iştirak etmiş müharibə veteranlarına köməklik göstərmək məmurların borcudur. Onlar bizim təhlükəsiz şəraitdə fəaliyyət göstərməyimiz üçün səngərdə vuruşublar. İndi qazilərin öz mənzil, sadə dolanışıq şəraitini yaxşılaşdırması üçün hər hansı bir addım atırsa, onlara əngəl olmaq yox, kömək göstərmək, dəstək vermək lazımdır”. X.Teyyublu qeyd edib ki, bəzi yerlərdə kiçik məmurlar özlərini padşah kimi aparır və vətəndaşları dövlətdən narazı salan hərəkətlərə yol verirlər: Xatırladaq ki, məsələ ilə bağlı Şahbuz Rayon İcra Hakimiyyəti ilə dəfələrlə əlaqə saxlamağa çalışsaq da, cəhdlərimiz uğursuz alınıb. Qarşı tərətin mövqeyini dinləməyə hazırıq. Geri qayıt |