Əsas Səhifə > Üst manşet / Güney Press > Ceyhun Cəlilov da 'KOLXOZÇU' imiş...
Ceyhun Cəlilov da 'KOLXOZÇU' imiş...Bu gün, 06:46 |
|
Belə ki, bu barədə "DİA-AZ"a müraciət edən Şərur sakinləri bildirirlər ki, artıq onların rayonunda keçmiş MR Ali Məclis sədri Vasif Talıbovun dövründən qalma KOLXOZ BİYARI olan iməciliklər ləğv edilib və yerli məmurların canı bu biabırçı köləlikdən qurtulub. Xatırladaq ki, biz yalnız Şərur rayonu ərazisində və yalnız yerli RİH başçısı Kamal Cəfərovun bu iməcilik işgəncəsinə meyilli olduğunu yazmışdıq. Lakin Naxçıvandan verilən məlumata görə, əslində eyni qaydada MR-nın bütün rayonlarında yerli büdcə təşkilatı çalışanlarına işgəncələr verilirmiş. Bu barədə "DİA-AZ"a daxil olan məlumatda deyilir: " Hörmətli "DİA-AZ"... Sizin Naxçıvan haqqında reallığı əks etdirən fikirlərinizi bəyənir və sizə yüksək səviyyədə hörmətimizi bildiririk.
Əlavə olaraq bildirək ki, təkcə Şərurda deyil, digər rayonlarda da iməcilik adı altında Təhsil işçilərini - direktorlar başda olmaqla qul kimi işlədirlər.
Hər gün iməciliklərə hər məktəbdən 4 işçi tələb olunur. Naxçıvanda Təhsildən söhbət gedə bilməz... Təhsil işçiləri yerli rəhbərliyin əlində kölə rolunu oynayır..."
Yəni buradan aydın olur ki, əslində iməcilik mərəzi təkcə Şərur üçün spesifik deyil, və bütün Naxçıvan üçün işləkdir. Yəni problem hansısa RİH başçısında deyil... Problem Vasif Talıbovun yolunda - KOLXOZ EŞQİ ilə inamla addımlayan Ceyhun Cəlilovda imiş...
Geri qayıt |