Əsas Səhifə > Üst manşet / Güney Press > AzTV-də 60 min manatlıq MƏNİMSƏMƏ
AzTV-də 60 min manatlıq MƏNİMSƏMƏBu gün, 05:04 |
|
AzTV-də kadr qalmaqalı: Produser 60 min manatlıq mənimsəmədə ittiham olunaraq vəzifəsindən uzaqlaşdırılıb Azərbaycan Televiziyasının (AzTV) əməkdaşı, xəbərlər departamentində produser vəzifəsində çalışan Vüsal Qaraca tutduğu vəzifədən istefa verib. 32gun.az-a məlumatlı mənbədən daxil olan məlumata görə, istefa ərizəsi kanalın sədri Rövşən Məmmədovun təkidli tələbi ilə yazılıb və dərhal rəhbərlik tərəfindən qəbul edilərək imzalanıb. V.Qaracanın istefasına səbəb kimi iş yoldaşlarının 60 min manatdan çox vəsaitini mənimsəməkdə ittiham olunması göstərilir. İddialara əsasən, o, iş yoldaşlarının adına külli miqdarda kreditlər götürüb və onları ödəməyib, bu da əməkdaşlar arasında ciddi narazılığa və münaqişəyə yol açıb. Məsələdən xəbər tutan sədr Rövşən Məmmədov dərhal V.Qaracanın vəzifəsindən uzaqlaşdırılması barədə göstəriş verib. Məlumatlı mənbənin bildirdiyinə görə, Vüsal Qaraca və Rövşən Məmmədov arasında uzun illərə dayanan münasibət mövcuddur.
AZTV-nin İctimaiyyətlə əlaqələr və sosial media şöbəsinin rəisi və mətbuat katibi Rüfət Seyidov 32gun.az-a açıqlamasında V.Qaracanın işdən ayrıldığını təsdiqləyib. R.Seyidovun sözlərinə görə, həmin şəxs departament rəhbəri vəzifəsində çalışmayıb, digər bir vəzifəni icra edirmiş: "V.Qaracanın işdən çıxma səbəblərinə gəldikdə isə, bu, qurumumuzun daxili kadr siyasəti və prosedurları ilə bağlıdır. Məxvilik siyasətinə əsasən, bu barədə ətraflı məlumat verə bilmərəm. İşdən ayrılma səbəbləri ilə bağlı məsələni şəxsin özündən dəqiqləşdirməyiniz daha məqsədəuyğundur. Onun işdən ayrılmasının pul məsələləri ilə bağlı olması barədə yayılan iddiaları isə eşitmişəm, lakin bu məlumatı təsdiq və ya təkzib edəcək rəsmi bilgilərə sahib deyiləm, o sadəcə ərizəsini yazdı və çıxdı getdi". PS: Adı keçən Vüsal Qaraca ya suallarımızı ünvanlasaq da cavab ala bilməmişik Geri qayıt |