Əsas Səhifə > Üst manşet / Güney Press > AZƏRİQAZ-da ŞAH qanunun belinə minib...

AZƏRİQAZ-da ŞAH qanunun belinə minib...


Bu gün, 06:46

"Cənab Rövşən Nəcəf, rəhbəri olduğunuz şirkətdə qanun şahdır, yoxsa belə arxalı, "balaca padşahlar"? Bu həddən-ziyadə vəzifə səlahiyyətlərini aşmaq deyilmi?" "DİA-AZ" xəbər verir ki, bunu özünün etiraz dolu müraciətində tanınmış hüquq müdafiəçisi, Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri Mirvari Qəhrəmanlı qeyd edib.
NHMT sədri daha sonra bildirir: "İşçi xanım rəisin sualına ayaqüstə cavab vermədiyi üçün ondan izahat tələb olunub!
Azəriqaz İB Gəncə RQii-nin hikkəli rəisi Hüseyin Şirinov işdən azad etməyə qərar verdiyi xanıma indi də psixoloji təzyiq göstərir. Xanım yazır ki;
-Bugün (dünən) regional idarənin rəisi Şirinov Hüseyin yenə gəlmişdi, içəri girdi... bizim şöbə rəisini soruşdu. Mən durdum dedim burdadı, sonra oturdum. Deyir, niyə oturursan? Sonra yanında gələn hüquqşünasa deyir ki, bunun izahatını al... Dedim, nə etmişəm axı... cavabında deyir, hörmətsizlik etmisən, müdir otağa girəndə durmadın ayağa. O mənə psixoloji təsir etməyə çalışır, deyir, sən mədənyətsizsən..."
Bu işçi gileyini ictimailəşdirən Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri daha sonra bu qeydi də diqqətə çatdırıb: "Bu halda mədəniyyətsiz kimdir, cənab rəis, sən, yoxsa ayağa durub,sonra əyləşən xanım?"

Geri qayıt