Əsas Səhifə > Üst manşet / Güney Press > Nəzarət edən yoxdur deyənə...

Nəzarət edən yoxdur deyənə...


Bu gün, 07:12

Son günlər başı daha çox qəssablara qarışan AQTA-nın əslində pul-para peşində olduğu və bu qurumun əməkdaşlarının açıq-aşkar rüşvət aldığı yerli KİV-də sübutlarla təsdiq olundu. Belə bir şəraitdə AQTA-dan məhz öz vəzifə borcunun icrasını tələb etmək də yersiz görünə bilinər. Amma biz buna rəğmən vətəndaşın sözügedən quruma müraciətini təqdim edirik.

Beləliklə, "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Səbinə Mustafazadə adlı istifadəçi yazır:

" "CPL" adlı markanın dovğasının içindən şüşə qırıntısı çıxdı.

Mənim bəxtim gətirdi ki, boğazımı-falan kəsmədi. Mən digər müştərilərə müraciət edirəm: Sizlər də alanda diqqətli olun!

Bir insanın həyatı sağlamlığı bu qədər heçə sayılmamalıdır...

Mən anlamıram bu qida təhkükəsizliyi ilə məşğul olan qurumlar necə yoxlayır bunları? AQTA bunların fəaliyyət göstərmədine necə icazə verir? Rəsmən biabırçılıqdır..."



Geri qayıt