Əsas Səhifə > Üst manşet / Güney Press > Müştərinin başına rəsmən oyun açdılar

Müştərinin başına rəsmən oyun açdılar


Bu gün, 07:03

"Leobank" müştərisi Məmmədli Babək bankın fəaliyyətindən ciddi narazılığını bildirib.

32gun.az bildirir ki, o, şikayətində qeyd edib ki, kredit rəsmiləşdirmək üçün müraciət etdikdən sonra vəsait ayrıldığı barədə bildiriş alıb. Bunun üçün video-zəng də daxil olmaqla bütün prosedurları keçib.

Babək Məmmədli iddia edir ki, "Leobank" ona kreditin rəsmiləşməsi üçün adında olan bütün kredit kartlarını bağlatdırma şərti qoyub. Müştəri həmin gün banklara müraciət edərək kartları bağladığını, hətta bu səbəbdən müəyyən məbləğdə borc da götürdüyünü bildirib.

Onun sözlərinə görə, bütün sənədləri təqdim etdikdən sonra Leobank müqavilənin hazırlandığını və vəsaitin köçürüləcəyini bildirsə də, artıq 4 gündür proses ləngidilir:

“Hər gün zəng edirəm, sadəcə ‘iş icradadır’ deyib başqa heç nə demirlər. Mənim kartlarımı niyə bağlatdırdınız? İndi isə pul vəsaitini vermirlər. Bu qədər qeyri-peşəkar, məsuliyyətsiz şirkət görməmişdim.”

Şikayətçi əlavə edib ki, başqa bir bank da Leobanka müraciət etdiyi üçün kreditini gecikdirib:

“Bu bankçılığı Unibank təqdim etsə də, belə hallarda cavabdehlik götürmək istəmirlər.”

*

Qeyd edək ki, “Leobank” “Unibank”ın tərkibindədir.

Qeyd edək ki, Hazırda “Unibank” ASC-nin İdarə Heyəti sədrinin vəzifəsini müvəqqəti olaraq Heybət Qədirov icra edir.

Bankın əsas səhmdarı və Müşahidə Şurasının sədri isə Eldar Qəribovdur.


Geri qayıt