Əsas Səhifə > Üst manşet / Güney Press > Mikayılov xeyri özgəsinə vermir
Mikayılov xeyri özgəsinə vermirBu gün, 06:55 |
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Suların İstifadəsi və Mühafizəsinə Dövlət Nəzarət Xidməti mebel və inventar alımında “Embawood” MMC-ni seçib Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin yanında fəaliyyət göstərən Suların İstifadəsi və Mühafizəsinə Dövlət Nəzarət Xidməti cari mebel və inventarların satın alınması üzrə tenderin qalibini müəyyənləşdirib. 32gun.az-ın məlumatına görə, tenderin qalibi “Embawood” Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Tərəflər arasında 219,935.48 AZN məbləğində müqavilə bağlanacaq.
Bildirək ki, Şirkətin qanuni təmsilçisi Elşad Abbasov İnşalla oğludur, nizamnamə kapitalı 3,750 AZN-dir. Mediada “biznesmen-deputat” kimi tanınan Məşhur Məmmədovun “Embawood” şirkətinə aid olduğu iddiaları mövcuddur. “Embawood” 1996-cı ildə yaradılıb və hal-hazırda Gürcüstan, Qazaxıstan, Ukrayna kimi ölkələrdə 6 fabrik və 200-dən çox mağazadan ibarət qlobal pərakəndə satış şəbəkəsinə sahibdir. Şirkət həmçinin Qazaxıstanda 26, Gürcüstanda 21 və Ukraynada 20-dən çox mağaza ilə fəaliyyət göstərir. Məşhur Məmmədov Azərbaycan Mebel İstehsalçıları Assosiasiyasının sədri olub. Hazırda həmin assosiasiyanın sədri Fərman İslamlı Fərhux oğludur. O, həmçinin “Foriella” MMC-nin qanuni təmsilçisidir. Mediada yer alan iddialara görə, hər iki şirkət Məşhur Məmmədova məxsusdur. Qeyd edək ki, Agentliyə hazırda Zaur Mikayılov rəhbərlik edir. Geri qayıt |