
Son zamanlarda təhsil sahəsində olanlar həddindən artıq tənqidə səbəb olur. Belə ki, açıq-aydın şəkildə müəllimləri sertifikasiya imtahanında kəsdilər, 50+ bal yığmalarına mane oldular. Kimya, Azərbaycan dili, dövlət dili, ingilis dili fənlərindən edilən haqsızlıqlara gülərək reaksiya verən Emin Əmrullayev müəllimlər tərəfindən heç xoş qarşılanmadı. "Kimsə yüksəkdən qışqırırsa, bu o demək deyil ki, biz ondan qorxuruq" deyən Emrullayev eyni şəkildə MİQ-də də dayanmadan qanunsuzluq etməyə davam edir. Əvvəlcə, vakansiya seçimlərində anidən dəyişiklik edərək insanların çox məyus olmasına səbəb oldu. Ailəsindən ayrı qalan, nişanlı olan, iş axtaran, köçmək istəyən, yaşayış yeri yanlış yazan, tələbə olan hər kəsi məyus etdi. Ən əsası isə vakansiyaları gizlətdi. Bu işdə həm Eşqi Bağırov, həm Emin Əmrullayev, həm də Nurlan İsmayılbəyli günahkardır.
Məktəblərdə şagird sayı ortada, müəllim sayı ortada, dərs bölgüsü ortadadır. Müəllimlərin sertifikasiya balları da ortadadır. Necə ola bilir ki, bütün bunlar ortada ikən illərdir vakansiya verilməyən məktəblər var. Həmçinin hər il müddətli müqavilə ilə işçi qəbul edən və vakansiya verməyən məktəblər var. Bundan əlavə, vakansiya verməmək üçün zorla ərizə yazdırılan müəllimlər var. Necə ola bilir ki, bütün müəllimlər bilirlər, amma Nazirlik və qurumları bilmirlər. Bəs şagirdlərin keyfiyyətli təhsili necə olacaq?! Müəllimləri əzdilər, incitdilər, alçaltdılar, indi də açıq-aşkar qanunsuzluq edirlər.
Təsəvvür edin ki, vəziyyət o həddə çatıb ki, artıq göz görə-görə qanunsuzluq edirlər. Heç bir çəkinmə, narahatçılıq yoxdur.
Nurlan İsmayılbəyli də Eşqi Bağırovun adamıdır. Eşqi Bağırovun bütün olanlardan xəbərinin olmaması imkansızdır. Necə ola bilər ki, vakansiyalar gizlədilir və MÜTDA-nın xəbəri yoxdur?!
Artıq bu il Təhsili elə bir vəziyyətə gətirdilər ki, bundan sonra çətin ki təhsilimiz bərpa ola!..
Bütün ekspertlər yazırlar, müəllimlər şikayət edirlər, valideynlər, şagirdlər ə, tələbələr şikayət edirlər. Amma ortada heç bir qeydə dəyər nəticə yoxdur. Təhsil nə üçündür? Təhsil kim üçündür? Artıq bu suallar şübhəlidir. Çünki burda təhsildən başqa hər şey var.
İnsanlar artıq hər şeydən əllərini üzüb Prezident Cənab İlham Əliyev və Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban Əliyevaya müraciət edirlər ki, bu iki şəxs haqqında dərhal tədbir görülsün və Azərbaycanın gələcəyi üçün, sağlam cəmiyyət üçün düzgün addımlar atılsın.
Tehsilmedia.az
Geri qayıt
|