Əsas Səhifə > Üst manşet / Güney Press > Növbəti hədəf Qod Nisanov ola bilərmi?

Növbəti hədəf Qod Nisanov ola bilərmi?


Bu gün, 07:12

"DİA-AZ" xatırladır ki, bir neçə gün əvvəl yerli KİV-də Türkiyənin Bodrum şəhərində istirahətdə olan yəhudi əsilli azərbaycanlı biznesmen Qod Nisanovun təcili Moskvaya çağırıldığı xəbəri yayıldı.

İddia olundu ki, Moskvanın məşhur “Food City” ticarət mərkəzinin sahibi olan Qod Nisanovun çağırılmasına səbəb Azərbaycanla Rusiya arasındakı gərkinlikdən sonra yaranmış vəziyyət olub.

Qeyd edək ki, bu xəbər təxminən 20 gün əvvəl ictimailəşdi.

Rusiyadakı mənbələrə istinadən verilən xəbərdə deyilirdi ki, bu ölkənin hüquq-mühafizə orqanları azərbaycanlıların kompakt çalışdığı ayrı-ayrı bazarlara reydlər keçirir. Bu reydlər zamanı yüzlərlə azərbaycanlı polis bölmələrinə aparılır.

Məlumata görə, Moskvanın ən böyük ticarət mərkəzlərindən biri olan “Food City”yə belə basqın gözlənilir.

Adıçəkilən bazarda çalışan şəxslərin verdiyi məlumata görə, bazar administrasiyası tərəfindən onlara bu barədə xəbərdarlıq edilib.

Həmin ərəfədə Bodruma istirahətə gələn Qod Nisanovun təcili özəl təyyarəsi ilə Moskvaya qayıtması vəziyyətin ciddiliyindən xəbər verir.

İddialara görə, hazırda Rusiya prezidenti Vladimir Putinlə əlaqələri kəsilən Qod Nisanov Rusiya Liberal-Demokrat Partiyasının Leonid Slutski ilə görüşüb.

Bu barədə "DİA-AZ"ın əldə etdiyi məlumatda qeyd olunur ki, əslində Qod Nisanovun vurulması gözləniləndir və bu işdə dünənə qədər ona ortaq kimi görünən digər tanınmış azərbaycanlı iş adamı - Putinin dostu kimi tanıdığımız İlham Rəhimovun iştirak payı yetərincədir.

Xatırladaq ki, Qod Nisanovun özü də yerli KİV-də yayılan müsahibələrində İlham Rəhimovla ortaq olduğunu gizlətməyib. İndi isə onun durumu gərgindir. Bu barədə danışan mənbə bildirir:

"Gərginlik belə yaradılır. Rusiyadakı iş adamlarına ya Rusiyanı, ya da Azərbaycanı seçmək təklif olunur. Məsələn, İlham Rəhimov artıq seçimini edib. O, Rusiyanın yanındadır. Bir çox yerlərdə onun ortağı kimi görünən Qod Nisanov isə qəti qərar verməyib və hazırda onu Rusiya maraqları üçün seçim etməyə təhrik edirlər. Və bu işdə müstəsna rol oynayan da İlham Rəhimovdur".

Mənbə bildirir ki, hədəfdə olan azərbaycanlı sahibkarlara Kremlin şərtləri məhz İlham Rəhimov tərəfindən çatdırılır.

Məlumata görə artıq Qod Nisanov sahibi olduğu keçmiş "Ukrayna" otelindən imtinaya vadar olunur. Xatırladaq ki, bu oteldə də İlham Rəhimov pay sahibidir.

Məsələ necə olacaq.. bunu isə zamanla görəcəyik...


Geri qayıt