Əsas Səhifə > Üst manşet / Güney Press > Gəncə icra hakimiyyətinin YALANI
Gəncə icra hakimiyyətinin YALANIDünən, 05:39 |
Bir neçə gün öncə, Ajans.az Gəncə şəhərində küçələrin bərbad vəziyyətdə olması, ağacların quruması haqqında məlumat vermişdi.Məlumat paylaşıldıqdan sonra, Ajans.az-ın rəsmi İnstagram hesabına Gəncə şəhər İcra hakimiyyətinin rəsmi səhifəsindən məsələ ilə bağlı şərh bildirilib və bununla bağlı ETSN-nin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə müraciət ünvanladıqlarını deyiblər.
Ajans.az mövzunu aydınlaşdırmaq üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə rəsmi sorğu göndərib. Dövlət Ekoloji Ekspertiza Agentliyinin mətbuat katibi Elnur Ağayev Ajans.az-ın sorğusuna cavab olaraq bildirib ki, son aylarda Agentliyə Gəncə ərazisindən Eldar şamı ağaclarının xəstəlik səbəbindən kütləvi şəkildə quruması ilə əlaqədar heç bir müraciət daxil olmamışdır. Bu açıqlama Gəncə Şəhər İcra Hakimiyyətini yalanını ifşa etmiş oldu.
Geri qayıt |