Əsas Səhifə > Üst manşet / Güney Press > Naxçıvanda nə haq var... nə də ədalət...

Naxçıvanda nə haq var... nə də ədalət...


Bu gün, 09:20

Hazırda haqqında 4 məhkəmə işi davam etdirilən etirazçı müəllim Səriyyə Qənbərovanın vəkilinə qarşı təzyiqlər başlayıb. Bu təzyiqin arxasında isə, Naxçıvan Vəkillər Kollegiyası dayanır. Bu haqda “Gündəlik Naxçıvan“a Səriyyə Qəmbərovanın özü məlumat verib.
Müəllimin sözlərinə görə, kollegiyanın sədri Vüsal Həsənov rüşvətxor dediyi üçün ona qarşı müxtəlif bəhanələrlə iddialar qaldıran məktəb direktoru Asudə Məmmədovanın vəkilidir:
“Mənim vəkilimə qarşı intizam tədbiri görülməsi üçün tez-tez kollegiyada məsələ qaldırır. Öz səlahiyyətindən istifadə edib, onu susdurmaq istəyir. Məqsəd odur ki, vəkilim saxta ittihamla kollegiyadan uzaqlaşdırılsın. Bu yolla məni vəkilsiz qoymaq istəyirlər. Həm də digər vəkillərin gözünü qorxutmaq istəyirlər ki, hakimiyyət nümayəndələrinə qarşı bu cür işləri götürməsinlər.”
Səriyyə Məmmədova iki gün öncə ona qarşı keçirilən məhkəmə prosesində hakimin qanunsuzluq etdiyini də bildirir:
“Məktəb direktorunun mənə qarşı iddiası əsasında baş tutan məhkəmədə canlı bağlantı olmalı idi. Sistem işləmədiyindən hakim Gülnar Səfərəliyeva öz şəxsi telefonu ilə görüntülü bağlantı yaratdı. Mən və vəkilim buna etiraz etdikdə, Vüsal Həsənov vəkilimə qarşı növbəti intizam tədbiri görəcəyini deyib, hədələdi.”
Səriyyə Qənbərova ötən ilin oktyabrına qədər Naxçıvan şəhər 1 saylı tam orta məktəbində fiziki tərbiyə müəllimi işləyib. Buradakı korrupsiya və digər qanun pozuntularını ictimailəşdirdikdən sonra öncə məktəbdə döyülüb, daha sonra isə işdən qovulub. Daha sonra məktəb direktoru müəllimin onu döyməsi iddiası ilə məhkəməyə şikayət edib. Sosial şəbəklərdə yayılan videolarda isə, direktorun göstərişi ilə müəllimin döyüldüyü görünür. O, döyülməsi və işdən qanunsuz çıxarılması ilə bağlı məhkəməyə şikayət etsə də, heç bir nəticə əldə edə bilməyib. İki övlad anası olan müəllim hazırda işsizdir.

Geri qayıt