Əsas Səhifə > Üst manşet / Güney Press > Mingəçevirdə iş çevirən MÜƏMMALI ŞİRKƏT
Mingəçevirdə iş çevirən MÜƏMMALI ŞİRKƏTBu gün, 05:57 |
Mingəçevirdə İcra Hakimiyyətinin binasında təmir işləri aparılan zaman fəhlənin yerə yıxılaraq ölməsi barədə məlumat vermişdik. 1991-ci il təvəllüdlü Emil Şükürovun dünyasını dəyişməsi ilə bağlı araşdırma aparılması barədə xəbər verilsə də heç bir rəsmi açıqlama olmadı.Ölüm hadisəsinin olmasını nəzərə alaraq hadisə ilə bağlı cinayət işinin açıldığına inanırıq. Əldə etdiyimiz məlumata görə bu şirkət Mingəçevirdə əsas etibarilə ətriyyat və geyim məhsullarının satışı ilə məşğuldur. Ajans.az bu barədə xəbər paylaşandan sonra Mingəçevirdə küçə ticarətinin vüsət alması, bazarın qarşısında xaotik bir vəziyyətin olması, meyvə-tərəvəzlə dolu avtomobillərin yolun əks istiqamətində dayanmaqla intensiv hərəkətin mövcud olduğu əsas yolu zəbt etməsi, mərkəzi yolun küçə ticarətçiləri tərəfindən zəbt olunması, parklarda keyfiyyətsiz əyləncə qurğularının quraşdırılması, Kür çayında qayıqların, katerlərin qanundan kənar fəaliyyət göstərməsi iddiası ilə redaksiyamıza müraciətlər daxil oldu. Bu yaxınlarda katerlərin toqquşması, bir müddət əvvəl çayda gəminin yanması faktları da hamının xatirindədir. Ajans.az – ın tiktok səhifəsində hadisə barədə təqdim edilən videonun şərh bölümündə isə Mingəçevirlə bağlı ciddi ittihamlar yazıldı və bu şərhlərin yazılması hələ də davam edir. Şərh yazanlar isə ünvanlarını belə gizlətmədən Mingəçevirdə bir çox ərazilərin acınacaqlı durumda olduğunu diqqətə çatdırırlar. Bundan əlavə şərh yazan izləyicilər Mingəçevir İcra Hakimiyyətinin başçısından narazılıqlarını ifadə ediblər. Geri qayıt |