Əsas Səhifə > Üst manşet / Güney Press > SOCAR-da QAYÇILAMA davam edir

SOCAR-da QAYÇILAMA davam edir


Dünən, 06:54

Neçə müddətdir ki, SOCAR strukturlarında kütləvi ixtisarlara start verilib. Doğrudur, bu ixtisarların əslində növbəti pulyığma əməliyyatına çevrilməsi də müşahidə olunur. "DİA-AZ" olaraq bu barədə konkret faktları da təqdim etmişdik. Və aydın olurdu ki, SOCAR "Azəriqaz" İstehsalat Birliyinin rəhbərliyi bir çox hallarda ixtisara saldığı yerlərə yenidən işçi götürüb ki, bu da kifayət qədər şübhələrə yol açıb.

Qeyd edək ki, bu məsələni gündəmə gətirən Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı növbəti ixtisar dalğası barədə məlumat verib. Onun sözlərinə görə, bu dəfə SOCAR Kompleks Qazma İşləri Trestinin rəhbərliyi də işçiləri total qaydada ixtisara salmağa başlayıb.

M.Qəhrəmanlı bildirib ki, artıq neçə-neçə sıravi işçi işdən çıxarılmış və nəticədə möhtac duruma salınıb. Hər halda bu faktların kütləvi etirazlara səbəb olacağı heç şübhəsizdir.


Geri qayıt