Əsas Səhifə > Üst manşet / Güney Press > Saçını boyamaq istədi, dərisini yandırdılar
Saçını boyamaq istədi, dərisini yandırdılarBu gün, 08:51 |
" "Madam Ruxa" salonunda məsuliyyətsizlik nəticəsində dərim yandı – heç bir üzrxahlıq belə edilmədi!" "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupunda gileylənən narazı vətəndaş dediklərinin sübutu kimi fotodəlilləri də təqdim edib.
Vətəndaş şikayətində bildirir: "Keçən həftə "Madam Ruxa" salonuna saç boyatmağa getdim. Saç boyasından sonra dəridəki izləri təmizləmək üçün xüsusi kimyəvi maddə istifadə etdilər. Həmin məhlulu vurduqları anda şiddətli yanma hissi keçirdim. Dedilər bu “normaldır”. Amma nəticə budur:
![]() Ən dəhşətlisi isə odur ki:
![]() ![]() ![]() ![]() • Saç boyamasına 50 manat ödəmişəm
• Əczaxanadan 26 manata krem almışam – amma heç bir effekt vermədi, dəriyə zərər artıq baş vermişdi.
Bu cür səhlənkarlıq və peşəkarlıqdan uzaq yanaşma müştəriyə hörmətsizlikdir. Heç kim belə münasibətə layiq deyil. Mən bu paylaşmanı edirəm ki, başqaları da xəbərdar olsun və sağlamlığını belə yerlərdə riskə atmasın.
![]() ![]() ![]() ![]() Fotoları təqdim edirik:
Geri qayıt |