Əsas Səhifə > Üst manşet / Güney Press > Bu ünvanda Azərbaycan qanunları işləmir

Bu ünvanda Azərbaycan qanunları işləmir


Bu gün, 08:37

"Dünən "DeFacto Azerbaijan"ın Əhmədli filialından alınan məhsulun ölçüsünü dəyişmək üçün yaxınlaşdım..." "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımda giley olunur.
Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir: "Kassir xanım qiymətdə artım olduğu üçün əlavə ödəniş etməli olduğumu bildirdi. Mən isə bunun qanunsuz olduğunu qeyd edərək ona qanunu oxudum. Məhsulu 14 gün ərzində eyni məhsulla (ölçüsünə görə) dəyişmək hüququmun olduğunu bildirən maddəni oxuyarkən xanım "rişxəndlə" gülümsədi. Müdiriyyətdən məsul şəxsin çağırılmasını tələb etdim, gələn xanım da kassirin sözünü dedi. Vergilər Nazirliyindən də gələn olsa belə güləcəksiniz onlar qanunu oxuyarkən dedim, yenə bir təsiri olmadı. İki azyaşlı uşağımın qarşısında gərginləşməyimə səbəb oldular.
Burada söhbət təbii ki o əlavə məbləğdən getmir. Onsuz da həmin məhsulun 2 bədən balacası lazım idi, orda isə 1 bədən balacası idi. Qəbzdə olan qiymətə başqa məhsul götürürdüm. Yəni orada etirazım əlavə ödənişə yox, belə özbaşınalığa, qanunun tapdalanmasına idi. Bu gün hüququnu bilən müştəriyə belə edirlərsə, sabah bilməyənə də etməsinlər deyə yazıram bura şikayətimi. Lazımi qurumlara yazmışam. Mən övladlarımı qanuna hörmət edən vətəndaşlar olaraq yetişdirmək istəyirəmsə, bu gün belə qanun pozuntusu ilə onlara pis nümunə olur belə mağazalar, belə mağaza əməkdaşları, sahibləri..."

Geri qayıt