Əsas Səhifə > Üst manşet / Güney Press > Qazax səhiyyəsi acınacaqlı durumda
Qazax səhiyyəsi acınacaqlı durumda11-06-2025, 00:48 |
Müxtəlif media orqanlarında bu mövzuda silsilə yazılara rast gəlinir. Bu yazılarda isə birmənalı olaraq Qazax Rayon Mərkəzi Xəstəxanasının doğuş şöbəsində baş tibb bacısı kimi fəaliyyət göstərən, Mustafayeva Rəna Süleyman qızının adı hallanır. Belə ki, Mustafayeva Rəna Süleyman qızı adlı şəxsin diplomu "saxtadır".Rəna Mustafayeva 2004-dən 2014-cü ilə qədər Qazax RMX-nın Doğum Şöbəsində xadimə kimi, 2014-cü ildən hal-hazıra qədər baş tibb bacısı kimi çalışır. O, 2005-ci ildə Odlar Yurdu Universitetinin Qazax filialından (işlədiyi müddətdə) diplom alıb. Rəna Mustafayeva işlədiyi müddətdə necə diplom aldı? Bu sualla bağlı araşdırmamızda ortaya çıxdı ki, R.Mustafayeva 2023-cü ildə Gəncə tibb kollecində 24 günlük mama kursu keçib və 24 günlük kursda aldığı sertifikat əsasında doğum şöbəsində Baş Tibb bacısı necə təyin edilib.Mənbənin iddiasına görə R.Mustafayevanın Odlar Yurdunun Qazax filialından aldığı diplom o zamanlar Təhsil Nazirliyində çalışan Samir Vəliyev vasitəsi ilə tanıtdırılıb.Hər bir saxta diplomun arxasında cinayət əməli, dövlətdən mənimsənilmiş xeyli miqdarda vəsait və digər məsələlər dayanır. Ona görə də saxta diplom məsələsinə barmaqarası yanaşmaq olmaz. Bəs saxta diplomu olan və həmin şəxsləri işə götürənlərlə bağlı hansısa cinayət işi açıla bilərmi? Vəzifəli şəxs bilərəkdən saxta diplomu olanı işə götürərsə, məsuliyyətə cəlb oluna bilər. Bəhs etdiyimiz proses isə Qazax Rayon Mərkəzi Xəstəxanasın kadrlar məsələsindən məsul şəxsi, insan resursları şöbəsinin rəhbəri Yusifov Rövşən tərəfindən idarə olunub...Qazax RMX-nın Doğuş şöbəsində sanitar vəzifəsində çalışan Ruhiyyə Bənnayeva may ayının 1-dən rəsmi qaydada məzuniyyətdə olduğu halda, Rəna Mustafayeva fasiləsiz olaraq Ruhiyyə Bənnayevanı işə çıxarır. Bu qanunsuzluğu isə Ruhiyyə Bənnayeva maaşını alan zaman bilir.Qazax RMX-nın rəhbərliyi bu haqda ölçü götürmür. Qazax Rayon Mərkəzi Xəstəxanasının doğuş şöbəsində baş tibb bacısı kimi fəaliyyət göstərən, Mustafayeva Rəna Süleyman qızının qanunsuz əməllərini gizlədən xəstəxananın kadrlar məsələsində məsul şəxsi, insan resursları şöbəsinin rəhbəri Yusifov Rövşəndir.Bunu Səhiyyə Nazirliyi və TƏBİB bilmir. Bunun kimi araşdırılası məsələlər və qanunsuzluq halları çoxdur. O istədiyi adamın səhvlərini gizlədir, vicdanlı həkimləri və tibb işçilərini ləkələyir.Rövşənin məqsədi isə Qazax Rayon Mərkəzi Xəstəxanasına yeni təyin olunan direktor Afiq Fərruxovu ləkələməkdr.GudemXeber.AzGeri qayıt |