Əsas Səhifə > Üst manşet / Güney Press > Naxçıvanda dərdini kimə deyəsən...

Naxçıvanda dərdini kimə deyəsən...


10-06-2025, 09:47

"Heç olmasa Vasif Talıbov şəhəri də... insanları da nəzarətdə saxlayırdı... Amma indikilər..." "DİA-AZ" xəbər verir ki, bu barədə müraciət edən bir qrup Naxçıvan sakini Fuad Nəcəflinin gəlişindən sonra Naxçıvanda iş yerlərinin olmamasından giley edirlər.

Sakinlər daha sonra yazır: "Naxçıvan şəhər olaraq xaraba günə qalıb. Vasif Talıbovun 30 ilə qurduğunu 3 ilə darmadağın ediblər. Naxçıvanda iş çatmaq qeyri-mümkündür. İş yeri kimi əxlaqsızlıq yuvaları kimi fəaliyyətə başlayan kafe və barları göstərirlər. Camaat başını götürüb qaçır. Başqa yolu qalmayıb.

İş o həddədir ki, hətta Vasif Talıbovun dövründə Naxçıvan şəhərində yol kənarlarında əkilən ağacları belə qurudurlar. Yaşıllıqlar susuzluqdan yanır.

Vətəndaşın hörməti belə yoxdur. Hara şikayət etsən də, xeyri yoxdur.

Naxçıvanda Ali məclisə hər hansısa bir vətəndaş şikayətə gedirsə, baxırsan 1 ayda eyni adamlardı ...iki 23 yaşında uşaq otuzdurdular orda... biri də guya şikayətlərə baxır. 10 dəqiqədən bir çıxıb siqaret çəkirlər... Heç kimin şikayətinə baxılmır. Şikayətçi nəahyətdə bezir gedib-gəlməkdən... 

Kimsənin hörməti yoxdur Naxçıvanda Fuad Nəcəfli Vasif Talıbovun ölənlərinə rəhmət oxutdurmaqdan başqa bir iş görmür..."


Geri qayıt