Əsas Səhifə > Üst manşet / Güney Press > Sosial yardımı da pulu olana verirlər...
Sosial yardımı da pulu olana verirlər...Dünən, 09:37 |
Dünya Seyidəliyeva iddia edir ki, hər sahədə olduğu kimi bu sahədə də rüşvət halları müşahidə olunur. O bildirir ki, imkanı olan şəxslər asanlıqla sosial müavinət alarkən, onun kimi ehtiyac içində yaşayan insanlar yardımdan məhrum edilir. Onun sözlərinə görə, qanunvericilikdə sosial yardım üçün 6 ay müddətində vergi ödəyicisi olmaq tələb olunsa da, özü artıq 1 ildən çoxdur ki, torpaq vergisini vaxtında ödəyir. Vətəndaş aidiyyatı üzrə dövlət qurumlarından probleminin ədalətli şəkildə araşdırılmasını və sosial yardımla təmin olunması üçün ona kömək etmələrini xahiş edir. Geri qayıt |