Əsas Səhifə > Üst manşet / Güney Press > KAPİTAL BANK bax, belə problem yaradır
KAPİTAL BANK bax, belə problem yaradır5-06-2025, 08:41 |
"Şikayətim "Kapital Bank"dandır". "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" adlı sosial qrupundakı paylaşımında Negin Əliyeva adlı istifadəçi gileylənir.
Narazı vətəndaş daha sonra bildirir: "Deməli, Birbank applikasiyasında iki kart hesabım var. Biri təqaüd (dövlət tərəfindən təhsil üçün), digəri isə Cashback kartı. Cashback kartımda naməlum səbəblərdən, birdən-birə mənfi balans (-26.12) yarandı. Maraqlıdır ki, bu məbləğdə pul, mənim kartıma daxil olmayıb, amma həmin dövrdə KapitalBank olaraq dələduzluqla müxtəlif insanlara eyni növdə bildiriş gedib. Səbəb olaraq isə, BakıKart bileti göstərilib ki, guya bankda texniki xəta yaranıb və həmin ödənişlər geri qaytarılıb
![]() Məsələ pulun məbləği deyil, məsələ bu cür dələduzluğa yol açaraq, Kapital Bankın öz reputasiyasını yerlə bir etməyi və haqsız yerə, bir tələbənin haqqına girməyidir. Məbləğ nə olursa olsun, 5 qəpik belə sizin olmadığı təqdirdə, yalandan özünüzünmüş kimi qələmə verərək digər hesabımdan icazəm olmadan pul çıxa bilməzsiniz. Nə qədər inanmasam da, şikayətimin nəzərə alınmasını və həmin məbləğin geri qaytarılmasını tələb edirəm. Mənim kimi oxşar situasiya yaşayan insanlar əminəm ki, var, amma heç kəs məbləğ az olduğu üçün etiraz və ya şikayət etmir. Amma bunu nəzərə alın ki, bizim kimi yüzlərlə zərərçəkmiş şəxs var və bu cür dələduzluqla onlar pul yeyintisinə yol açırlar".
Geri qayıt |