Əsas Səhifə > Reklam / Güney Press > `Azercell` bizi heyrətləndirir...

`Azercell` bizi heyrətləndirir...


Bu gün, 12:27

Hər addımda özünü "ölkənin ən böyük mobil operatoru" adlandıran, amma səlində müştərilərinə hər addımda problem yaradan və abunəçilərinin ən xırda problemlərinin qarşısında belə aciz qalan "Azercell" yenə də narazılıq yaratmaqdadır.

"DİA-AZ" bildirir ki, bu dəfə müştərisi bu mobil operatorun oğurluğunu heyrətlə qarşılayaraq haqlı şəkildə üzləşdiyi situasiya ilə bağlı "Azercell"dən hesabat tələb edir.

Beləliklə, adlı sosial şəbəkə istifadəçisi "Müştəriyəm Şikayətim Var" qrupunda belə yazır:

"Azercell-dən şikayətçiyəm! Yarım saata 5.5 Gb istifadə oluna bilər, sizcə? Demək ,10 manatlıq tarifi yenilədim və yarım saat keçməmiş "sms" gəldi ki, tarifiniz bitdi...

Halbuki həmin vaxt mən ümumiyyətlə "wifi"dan istifadə edirdim...

Bunu mənə Izah edin və hara xərcləndiyini bir-bir göstərin!"


Geri qayıt