Əsas Səhifə > Reklam / Güney Press > AZAL İsrail-İran toqquşması səbəbindən bu reysləri TƏXİRƏ SALDI
AZAL İsrail-İran toqquşması səbəbindən bu reysləri TƏXİRƏ SALDIDünən, 08:19 |
“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti xüsusi məlumatla çıxış edib. "DİA-AZ" olaraq həmin xəbəri təqdim edirik...
***
Yaxın Şərqdə baş verən son hadisələr və ölkələrin hava məkanlarının təhlükəsizlik səbəbindən bağlanması ilə əlaqədar, “Azərbaycan Hava Yolları” aviaşirkətinin 13 və 14 iyun 2025-ci il tarixlərinə nəzərdə tutulan aşağıdakı reysləri ləğv edilib:
• Bakı – Təl-Əviv – Bakı
J2 021/022 (13 iyun)
J2 321/322 (13 iyun)
J2 021/022 (14 iyun)
• Bakı – Dubay – Bakı
J2 011/012 (13 iyun)
• Bakı – Tehran – Bakı
J2 8017/8018 (13 iyun)
Uçuşların təhlükəsizliyi AZAL üçün bir nömrəli prioritetdir.
Əlavə məlumat üçün sərnişinlər aviaşirkətin Çağrı Mərkəzinə [email protected] elektron poçt ünvanı vasitəsilə müraciət edə bilərlər.
Geri qayıt |