Əsas Səhifə > Cəmiyyət > RƏSMİ MƏTBUATDA DEPUTATLARA QADAĞA VAR?

RƏSMİ MƏTBUATDA DEPUTATLARA QADAĞA VAR?


6-09-2012, 13:50
RƏSMİ MƏTBUATDA DEPUTATLARA QADAĞA VAR?

KİMLƏR “AZƏRBAYCAN”DA GÖRÜNƏ BİLMƏZ?

Azərbaycan Milli Məclisinin rəsmi orqanı olan В«AzərbaycanВ» qəzeti heç də bütün deputatlara tribuna vermir. Bu qəzetdə tribuna əldə etmək üçün şəsxən qəzetin baş redaktoru Bəxtiyar Sadıqovun В«dobroВ»sunu almalıdırlar.

Aldığımız bililərə əsasən hətta konkret olaraq bir sıra iqtidaryönümlü deputatlara bildirilib ki, onlara qəzetdə görünmək yasaq edilib. Məsələn iqtidaryönlü Anna Vətən Partiyasının sədri Fəzail Ağamalıya uzun müddət bu qəzetin səhifələrinə çıxmaq yasaq edilsə də, bu ilin yayında həmin qadağa millət vəkilinin xahişlərindən sonra götürülüb.

Amma yasaqlar götürülməyən deputatlar da var. Məsələn Əsabil Qasımov deputat seçildiyi gündən indiyədək bu qəzetdə görünə biməyib.

Bu barədə saytımıza bilgi verən mənbə deyir ki, əslində В«AzərbaycanВ» qəzetində görünmək qadağası ilə üzləşən deputatların sayı 20 nəfərdən çoxdur. Onların arasında müxalifətdən olan deputat İqbal Ağazadə, VHP sədri Sabir Rüstəmxanlı, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu da var. Maraqlıdır ki, hakim partiyadan olan deputatlara belə bir qadağa tətbiq olunmasa da, müstəqil deputatların yarıdan çoxunun üzərində xüsusi icazə almadan В«AzərbaycanВ» qəzetində görünmək imkanları yasaqlanıb.

Belə deputatlar arasında Madər Quliyev, İmamverdi İsmayılovun da adını çəkmək olar.

Bu barədə saytımıza bilgi verən şəxs iddia edir ki, üzərində qadağa olanlar hətta başsağlıqlarını belə bu qəzetdə yayımlaya bilmirlər. \ GUNDEMİNFO.AZ \

Geri qayıt